17 sen 13:42liqa

Bordin mübarizədən qopmadıqlarını düşünür


Qurbanov: “İndidən çempionluğu düşünsək, bizə ziyan verər”
Oyunsonrası mətbuat konfransına əvvəlcə qaydalara uyğun olaraq, qonaqların baş məşqçisi Roberto Bordin gəldi. İtallyan mütəxəssis çempionluq yolunda əsas rəqibə uduzmalarına baxmayaraq, sona qədər mübarizəni davam etdrəcəklərini bildirdi.
- İstədiyimiz oyun alınmadı. Hesab 0:1 olanda qol vəziyyətləri yaratdıq. Bərabərliyi təmin edəcəyimiz zaman ikinci topu buraxdıq. Hesab 0:2 olandan sonra irəli atıldıq və rəqibə əks-hücumlar qurmağa şərait yaratdıq. Buna baxmayaraq, təhlükəli vəziyyətlər yaratdıq. Əlbəttə, “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə yüksək tempdə oynamaq lazımdı. Başqa cür onlara qarşı çətindi. Rəqibi narahat etməyə çalışdıq. Bilmirəm, nədəndisə komandam sanki son oyunlarda qol burxdıqdan sonra ayılır. Bunun nədən qaynaqlandığını bilmirəm.
- Rəqibin qapıçısı Asmir Beqoviç 5 künc zərbəsindən sonra topu rahat götürdü. Başqa variantınız yox idi?
- Biz də istəməzdik ki, bütün hava toplarını asanlıqla götürsün. Sadəcə, künc zərbəsidi. Futbolçu hər dəfə asma edəndə fikirləşir ki, bizim oyunçularımız götürəcək. Yaxşı asmalarımız da oldu. Deməzdim ki, bütün belə epizodlarda rəqib rahat topu götürdü. Petrovun, Geryenin yaxşı zərbələri var idi.
- “Qarabağ”a uduzan bütün komandalar onların səviyyəsini qabardır. Ancaq “Neftçi” çempionluğa oynayır, başqaları ilə fərqiniz olmalıdı...
- Bunu demək normaldı. Bilirik ki, “Qarabağ” hansı gücdədi. Onların həm büdcəsinə, həm də heyətinə görə hansı səviyyədə olduğu bəllidi.
- Fikirləşmirsiz ki, “Neftçi”dəki uğursuz karyeranız məşqçi imicinizə zərbədi və hansısa radikal addımı atmalısız.
- Mənim məşqçilik və futbolçu karyeramı yaxşı bilirsiz? Peşəkaram, işimi də 100 faiz görməyə çalışıram. Komanda udar da, uduzar da. Karyerama zərbə gələcəyini deyə bilmərəm.
- Oyundakı epizodları, “Qarabağ”ın statistikasını bilirik. Amma siz bizə məğlubiyyətin səbəblərini, bizim bilmədiklərimizi deməlisiz. “Neftçi” hədəflərini dəyişib?
- Ötənilki kimi hədəfimiz çempionluqdu. Ötən mövsüm bunu nümayiş etdirdik. Sona qədər intriqanı qorumuşduq. Bu il çempionata istədiyimiz kimi başlamasaq da, bu o demək deyil ki, hədəf dəyişib. 1 ay əvvələ qayıtsaq, komandam “Arsenal”a qarşı iki yaxşı oyun keçirmişdi. Çalışıram kollektivi həmin vəziyyətə qaytarım, futbolçularımız daha istəkli olsunlar, ürəklə oynasınlar. Bu gün həmin istək çatışmırdı. 1 ay əvvəlki komandanı qaytarmaq istəyirik.
- Sizə elə gəlmir ki, ikihücumçulu sistemə tez keçib meydanın mərkəzini “Qarabağ”ın güclü yarımmüdafiə xəttinə təhvil verdiz?
- İki hücumçu ilə oynadığımızı deməzdim. Dabo ilə Raufa Miçeli bağlamaq tapşırığı vermişdim. Onlar tez-tez mövqelərini dəyişirdilər. Hücim fazasında isə məcbur idim ki, hər ikisini önə buraxım.
Qurban Qurbanov həm “Neftçi” ilə matç barədə fikirlərini bölüşdü, həm də “Sevilya” ilə görüş haqda danışdı.
- Futbolçularımı təbrik edirəm. Çətin və vacib qələbə qazandıq. Uzun fasilədən sonra istər-istəməz oyun ritmi itir. Amma nə qədər çətin olsa da, futbolçular sona kimi mübarizə apara bildilər. “Neftçi”yə də uğur arzulayıram.
- Oyuna baxanda belə təəssürat yarandı ki, komanda ideal oynadı. “Seviya”ya qarşı matç ərəfəsində hansı məqamlar sizi narahat etdi?
- Bəzi futbolçularımızın oyun ritmindən düşüdüyünü qeyd etdim. Yorğunluq gəldikcə top itkiləri yarandı. Bu gün “Neftçi” bağışladı, amma “Sevilya” belə səhvləri bağışlamayacaq. Top bizdə az ola bilər, çalışmalyıq ki, həmin anlarda səhvsiz oynayaq. Oyunçuların performansı daha yaxşı olacaq. O futbolçular top itirirdi ki, bunu etməməlidilər. Daha didqqətli və konsentrasiyalı olmalıdılar. “Neftçi” yaxşı pressinq edirdi. Bu amil də var. Hər bir halda daha səliqəli oynamağa çalışmalıyıq.
- Mövsümün əvvəlində “Neftçi”nin sizə rəqib olacağı deyilirdi. Ancaq rəqib baş məşqçi də sizdən əvvəl “Qarabağ”ın gücünü qeyd etdi. Fikirləşmək olar ki, çempionluğu əziyyətsiz qazanacaqsız?
- Yox. Qətiyyən belə düşünmürəm. Ötən il də şahid olduq ki, hər oyun çətin keçir. Məğlubiyyətlərlə də üzləşdik. Futbol elə oyundu ki, bu fikirlə işə yanaşsaq, uduzmuş olarıq. Hər oyuna daha ciddi yanaşmalıyıq. Xoş haldı ki, “Neftçi” ilə xal fərqi çoxdu. Ancaq bu heç nə demək deyil. Qarşıda çox oyun var. İndidən çempionluğu düşünsək, bizə ziyan verər.
- Beqoviçin ilk oyunda performansından razı qaldız?
- Bugünkü matçda yaxşı idi. Amma son 4 ayda rəsmi oyunlara çıxmamışdı. Təcrübəsi sayəsində bunu aradan qaldıra bilər. Hər bir halda düşünürəm ki, belə matçlarda təcrübəsi bizə fayda verəcək.
- Çempionatda ən xoş sözlərə layiq olan İsmayıl İbrahimlinin avrokubokda debüt şansı nə qədərdi?
- Qarşıdakı oyunlar göstərəcək. İndi bir söz deyə bilmərəm. Birdən-birə onu həmin matçlara atsaq, “yana” bilər. Burda özünü təcrübəli hiss etməli, sabit və soyuqqanlı olmalıdı. Ondan sonra daha yaxşı olar.
- Bugünkü oyunun ən yaxşılarından olan Aylton nəyə görəsə aqressiv idi...
- Onun aqressiv olmadığı anı görməmişəm (gülür). Bir var oyun aqressivliyi, bir də meydandankənar. Onun xarakterində zəiflik var. Daha sabit oynamaq üçün futboldankənar aqressivliyi kənara atmalıdı. Bu olmasa, həm özünə, həm bizə mane ola bilər.
- Sanki qazonda müəyyən problemlər var idi...
- Düzdü, bir qədər ağır idi. İndi belə dövrdü. Mütəxəssislərin dediyinə görə, torpağın yumşaq vaxtıdı. Bu futbolçulardan əlavə güc alır və məni narahat etdi. Zədəyə də gətirib çıxara bilər. Başqa variantımız yoxdu. Düşünürəm ki, “Sevilya” ilə matçda daha yaxşı olacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:29 “Hər şeyi Milan Obradoviçin vicdanına buraxıram” Bu gün, 13:24 İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi Bu gün, 13:23 AFFA-nın 2019-dakı işinin güzgüsü: 70 oyunda 9 qələbə! Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub Bütün xəbərlər
Ən çox oxunanlar