06 sen 13:08liqa

Hakimlərin mühakiməsi


“Xoruzun quyruğu” görünməkdədi
Yayda təlim-məşq toplanışına ehtiyac duymayan Hakimlər Komitəsi bunun “bəhrə”sini görməyə başlayıb. Artıq “xoruzun quyruğu” görünməkdədi. Hər halda, 3-cü turun qarşılaşmalarındakı hakimlik belə deməyə əsas verir. Ancaq əsas çatışmazlıq təcrübəsizliklə bağlıdı. Komitə son turda təcrübəlilərdən, FİFA referilərindən yalnız Rəhim Həsənova təyinat verdi. Qalanı isə komitənin özünün təsnifatına əsaslansaq, 2-ci, 3-cü kateqoriyalı hakimlərdi. Hər halda, Əliyar Ağayevə, Rauf Cabbarova, İnqilab Məmmədova yox, Kamal Umudluya, Rövşən Rəcəbova, Səbuhi Bayramova güvənəndə axırı necə olmalıdı?
SƏBUHİ BAYRAMOV, Neftçi - Sumqayıt
Bizim hakimlər qaydaları bilirlər, ancaq futbolu yox. Səbuhi Bayramovun Səlahət Ağayevin başını sığallayan Şəhriyar Əliyevin hərəkətini penalti kimi dəyərləndirməsi elə təcrübəsizlikdən irəli gəlir. Bayramov bəlkə də şablona uyğun qərar verdi. Ancaq həmin an hakim “nöqtə”ni göstərməsydi belə, heç kim onu qınamayacaqdı. Yox, qolkiperin hərəkətini qayda pozuntusu kimi qiymətləndirirsənsə, onda ona birbaşa qırmızı verməlisən. 35-ci dəqiədə Murad Xaçayevin cərimə meydançasının daxilində Emin Mahmudova qarşı aşkar kobudluğunu görməmək üçün gərək o qədər məsuliyyətsiz və ya qərəzli olasan ki... Ancaq ədalət təmsilçisinin fiti susdu. Üstəlik, Eminə etiraza görə sarı verildi. Birinci hissənin sonlarında Əmir Ağayevin zərbəsini Səlahət qaytarsa da, geri qayıdan top Taşkının qarşısına düşdü və o da zərbə vurmaq istəyərkən laysman bayrağını havaya qaldırıb oyundankənar vəziyyət olduğunu bildirdi. Halbuki epizodun təkrarına baxanda da görünür ki, Taşkın ofsaydda deyil. Bundan başqa, ilk yarıda oyunda yetərincə fasilə olsa da, baş hakim əsas vaxta bir dəqiqə belə əlavə etmədi. Fasilədən sonra da Səbuhi inamlı görünmür, qərar verməkdə çətinlik çəkirdi. Qırmızı vərəqələr isə haqlı idi.
KAMAL UMUDLU, Səbail – Qarabağ
Mərkəzi oyuna göndərilən Kamalın bəxti onda gətirdi ki, görüş tərəflərdən birinin aşkar diqtəsi altında keçdi və darmadağın qeydə alındı. Belədə gənc hakimin qüsurları kölgədə qaldı. Yaxşı cəhəti kimi epizodlara yaxın olmasını qeyd etmək olar. Bununla belə, bir epizodda kobud mövqe səhvi ilə diqqəti çəkdi. “Qarabağ” əks-hücuma çıxarkən o, topun qarşısını gövdəsi ilə kəsdi. Düzdü, topu dərhal götürüb “Qarabağ”a verdi, ancaq istənilən halda, hücum ləngidi. Oyuna aqressiv başlayan Ağabala Ramazanovu iki-üç xəbərdarlıqdan sonra sarı vərəqə ilə zərərsizləşdirməyə özündə güc tapması müsbət məqamdısa, ilk yarının sonlarında bir epizodla bağlı xeyli tərəddüd etdi. Belə ki, 44-cü dəqiqədə Faysal Rerras Urfan Abbasova qarşı kobud oynasa da, hakimin fiti susdu. Yalnız 4-5 saniyəlik pauzadan və çox güman, köməkçisinin xəbərdarlığından sonra oyunu saxlayıb cərimə zərbəsi təyin etdi, Faysala isə sarı vərəqə göstərdi.
RƏHİM HƏSƏNOV, Qəbələ - Keşlə
FİFA referisinin işi çətin olmadı. Əvvəla, “Keşlə” elə ilk yarıda üç qol vuraraq həm intriqanı öldürdü, həm də Rəhimin işini asanlaşdırdı. Təsadüfi deyil ki, Həsənov oyunu yönəltməmək, bu və ya başqa formada təsir etməmək, tempi azaltmamaq üçün əlindən gələni edirdi. O, cəmi 3 dəfə əlini cibinə atmalı oldu, “Qəbələ”nin 1, “Keşlə”nin 2 futbolçusuna “sarı” göstərdi.
RÖVŞƏN RƏCƏBOV, Zirə - Sabah
Təcrübəsiz referi işinin öhdəsindən qismən gəldi. Hər halda, prinsipial qərarlarında kobud səhvi olmadı. 48-ci dəqiqədə “Sabah”ın qapısına təyin etdiyi penaltini müzakirə belə etməyə dəyməz. Təmkin Xəlilzadə topun qarşısını kəsərkən cərimə meydançasında əllə oynadı. Buna görə “Sabah”ın futbolçusu başını aşağı salıb etiraz bildirmədi, komanda yoldaşları bir-bir yaxınlaşıb onu sakitləşdirdi. Bununla belə, “Zirə”lilər hakimlikdən razı qalmadılar. Xüsusilə baş məşqçi Samir Abasov tez-tez 4-cü hakimə yaxınlaşıb etirazını bildirirdi. Nəticədə Rəşad Əhmədov 50-ci dəqiqədə baş hakimi texniki zonaya dəvət edib Abasova vərəqə verilməsinə nail oldu. İnsafən, “Zirə”nin məşqçisi haqlı idi. “Sabah”ın futbolçuları hesabı qorumaq üçün hər yola əl atırdılar. Rəcəbov yalnız 90+5-də Abbas Ağazadəni vaxtı uzatdığına görə “sarı” ilə cəzalandırdı ki, həmin an artıq “qatar getmişdi”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar