06 sen 12:58liqa

Turdan məqamlar


Turun...
...etirazı...

Söhbət premyer-liqadakı komandanın azarkeş qruplarından gedəndə və söz “Qəbələ”dən düşəndə, ağla “Red Black Army” gəlir. İllərdi komandanın yanında olan, ev və səfər oyunlarında futbolçuları tək buraxmayan bu qrupun sıraları bir neçə il öncə kifayət qədər geniş idi. Xüsusən də çempionatın önəmli qarşılaşmaları və avrokubok matçları zamanı “Red Black Army”nin tərkibində 200-250 nəfəri görmək olardı.
Roman Qriqorçukun getməsi ilə hədəflərin də kiçilməsi azarkeşlərin sayının azalmasına gətirib çıxardı. İnsaf naminə, ötən mövsüm də “Qəbələ”nin ev oyunları zamanı yerli tərəfdarların soyuq münasibəti müşahidə olunurdu. “Keşlə”ylə hesabat turundakı görüntü isə ürək ağrıtdı. Mərkəzi və ev sahibi fanatların yer almalı olduğu sektorlar, demək olar, boş idi. Tək-tük azarkeş gözə dəyirdi ki, onlar da “qırmızı-qaralar”ı dəstəkləmir, sadəcə, meydanda yaşananları izləyirdilər.
Diqqətimizi çəkən məqam “Red Black Army”nin yerləşdiyi tribunada qrupa məxsus bayrağın və barabanın olmasıydı. Atributlar var idi, özləri isə yox. Sonradan sosial şəbəkədə qrupun dağılması ilə bağlı məlumat yayıldı. Bir sözlə, klubun özü kimi, azarkeş qrupu da qeyri-müəyyənlik içindədi. Nələrin baş verdiyi haqda “Red Black Army”nin rəhbəri Cavad Şərifli danışdı: “Açığı, içi mən qarışıq hamımız stadiondaydıq. Sadəcə, hərəmiz bir tərəfdə dayanmışdıq, oturmuşduq. Bayraqla barabanın orda olmasının isə sətiraltı mənası vardı. Yəni stadiondayıq, amma sizə dəstək vermirik. İncikliyimiz nə rəhbərlikdəndi, nə də futbolçulardan. Neçə vaxtdı Sənan Qurbanovun istefasını istəyirdik. Şükürlər olsun ki, buna nail olduq. Komanda qələbəyə həsrətdi, sonuncu dəfə nə vaxt qol vurduqlarını xatırlamırıq. İnanın, adama pis təsir edib. Onsuz da ötən mövsümdən bu yana uşaqların sayı xeyli azalıb. 30-40 nəfər qalmışıq, nəticəyə-filan baxmadan stadionda oluruq. Heç olmasa, bizi düşünsünlər. Sentyabrın 14-də “Sabah”la oyunumuz var. Sağlıq olsun, komandamıza lazım olan dəstəyi verəcəyik. Bir-iki qələbə olsa, uşaqların çoxu tribunaya qayıdar. Görək də, inşallah, yaxşı olar”.
...çılğınlığı...
Hazırda premyer-liqada mübarizə aparan komandalara rəhbərlik edən məşqçilər arasında iki-üç çılğını varsa, onlardan biri, bəlkə də birincisi Samir Abasovdu. Futbolçu vaxtı da emosiyalarına sahib ola bilməyən Abasovu texniki zonada sakit görmək mümkün deyil. Daim etiraz edir, nədənsə narazıdı. Ya futbolçularından, ya da hakimlikdən.
“Zirə”ylə görüşdə Samir bəy yenə diqqət mərkəzindəydi. 90 dəqiqə aqressiv görünən sumqayıtlı mütəxəssis Rövşən Rəcəbova qənim kəsilmişdi. Hakimin az qala hər qərarına etiraz edir, idarəçiliyin səviyyəsi ilə razılaşa bilmirdi. Odu ki, Rəcəbov 50-ci dəqiqədə Samir bəyin “qazını almaq” üçün ona sarı vərəqə göstərdi.
Onun narazılığının kökündə nələrin dayandığı epizodları görənlər üçün qaranlıq qaldığından, səbəbini özündən soruşmaq qərarına gəldik. Abasovun “hakimə qarşı niyə bu qədər aqressiv idiz” sualına cavabı belə oldu: “Oyunun vaxtının uzadılmasına etiraz edirdim. Başqa nəyə etiraz edəcəkdim ki? Hakimlərə deyirdim ki, oyunçuları tanımalısız, kimin oyunu uzadacağını əvvəldən bilməlisiz. Rəqibin qapıçısı da oyunu uzatmağa çalışırdı və bunu hamı görürdü. İkinci hissədə bunu ona baş salmağa çalışsam da, faydası olmadı”.
...gecikməsi
“ASCO Arena”da keçirilən “Səbail” – “Qarabağ” qarşılaşmasında ilk diqqətçəkən məqam oyunun gec başlamasıydı. Kamal Umudlu start fitini saat 21.00-da səsləndirməli olsa da, həmin vaxt hakimlər briqadası ilə 22 nəfərlik futbolçu dəstəsi meydana ayaq basdı. Laysmanların qapı torlarını yoxlaması, futbolçuların şəkil çəkdirməsi, Umudlunun köməkçilərini təlimatlandırması müəyyən zaman alınca, gecikməyə şahidlik etdik. İlk hissə gecikincə, üstəgəl 45 dəqiqəyə 3 dəqiqə də əlavə olununca, ikinci yarı 22.00-da yox, 22.07-də start götürdü.
Yubanmanın səbəbi tək jurnalistlər üçün yox, bir gözü qolundakı saatında, o biri gözü bazanın qapılarında olan bəzi azarkeşlər üçün də maraqlıydı. Çünki bu cür hallarla ilk dəfə deyil rastlaşırıq. Yubanmanın xüsusən də “Səbail”in ev sahibi kimi iştirakı ilə baş tutan oyunlara təsadüf etməsi də xüsusi fakt kimi vurğulanmalıdı.
Gecikmənin səbəbini öyrənmək üçün öncə matçın hakim-inspektoru Kərim Ağayevlə əlaqə saxlasaq da, ötənlərin hakimi suala özünün yox, AFFA nümayəndəsinin cavab verə biləcəyini dedi. Ardınca həmin səlahiyyətli şəxsi – Rüfət Əmirovu aradıq. Sabiq hərbçinin cavabı qısa oldu: “bizə müsahibə vermək qadağandı”.
Belə olunca, həmin an hadisə yerində olan mənbəmizin dediklərindən əsl səbəbi öyrənə bildik. Sən demə, yubanma “CBC Sport”un əməkdaşlarının istəyinə görə olub. “Neftçi” – “Sumqayıt” matçında aranın qarışması, bununla da oyun vaxtının uzanması “Səbail” – “Qarabağ” oyununun planlarını pozub. “CBC Sport” rəsmiləri isə efirə sonradan qoşulmamaq üçün oyuna cavabdeh şəxslərdən qarşılaşmanın bir neçə dəqiqə gec başlamasını xahiş edib.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar