04 sen 11:44liqa

Aftandil Hacıyev: “Oyun baxımından “Qarabağ” “Neftçi”dən də üstündü”


“Səbail” – “Qarabağ” oyunundan sonrakı mətbuat konfransı kifayət qədər uzun – 23 dəqiqə çəkdi. Buna səbəb isə hər iki baş məşqçiyə, xüsusən də hazırda iki cəbhədə mübarizədə aparan komandanı çalışdıran Qurban Qurbanova olan sualların çoxluğu idi.
Zala öncə Qurbanov daxil oldu və oyunla bağlı fikirlərini dilə gətirdi: “Həm qələbə qazandıq, həm də maraqlı oyuna şahidlik etdik. Buna görə futbolçuları təbrik edirəm. Komandamı həddən artıq istəkli və intizamlı gördüm. 4:0 hesabı ilə qələbə qazansaq da, bizə heç də asan olmadı. Xüsusən də ilk hissədə rəqib olduqca fəal görünürdü, durmadan pressinq edirdilər. Vacib 3 xal qazandıq”.
- İbrahim Şehiçin “Qarabağ”la razılığa gəldiyi deyilir. Komandaya nə vaxt qoşulacaq?
- Bu dəqiqə arada konkret razılıq yoxdu. Bəli, İbrahimi komandamızda görmək istərdik, xidmətində maraqlıyıq. Sadəcə, klubu ilə müqaviləsi var. Danışıqlar gedir, amma ortaq məxrəcə gəlməmişik. Şehiçi icarəyə götürməkdə maraqlıyıq. Başqa variantlar da var ki, onların üzərində iş gedir. Daha iki futbolçu ilə danışıq aparırıq. Alınsa, hansısa xəbər olacaq.
- Oyunun əvvəlində Ağabala Ramazanov futbolçularınıza qarşı sərt oynayırdı. Həmin dəqiqələrdə nə düşünürdüz?
- Ağabala aqressiv, istəkli futbolçudu, bunu bilirik. Ona görə də düşünəcək bir şey yox idi. Əksinə, təmkinli davranmaları üçün öz futbolçularımı sakitləşdirirdim.
- İkinci hissənin gedişində Aylton, Zubir və Geye kimi aparıcı futbolçuları meydana buraxsaz da, “Qarabağ”ın oyununda canlanma yaranmadı, əksinə, rəqib fəallaşdı. Nəyin nəticəsiydi?
- Əvəzetmələr heç də həmişə uğurlu alınmır. Bəzən hansısa futbolçunu dəyişməyə ehtiyat edirsən. Çünki meydana yeni çıxan futbolçunun nəsə etməsinə vaxt lazım olur. “Səbail” hesabda geridəydi, üstəlik, ikinci hissədə sistemi dəyişmişdilər. Ona görə də üstümüzə gəlirdilər. 90 dəqiqə eyni tempdə çıxış etmək istənilən komanda üçün çətindi.
- Çempionatda tez-tez şans verdiyiniz Araz Abdullayevdən istədiyinizi ala bilmədiyiniz göz qabağındadı. Nə problemi var?
- Nəsə demək çətindi. Biz ona lazım olduğu qədər şans verir, istifadə edirik. Demək olar, hər oyunda meydana çıxır. Futbolçu hər zaman öz üzərində çalışmalıdı. Həm kollektiv məşqlərdə, həm də fərdi olaraq. Əlbəttə, daha keyfiyyətli olmasını, daha çox oynamasını istərdim. Deyim ki, rəqabətdən çəkinir, yox. Kənardan necə görünür, bilmirəm. Amma mən ondan istədiyimi alıram.
- “Qəbələ”ylə oyunda əvəzlənən Araz meydanı qısa məsafədən tərk etmədiyi üçün sarı vərəqə almışdı, bu dəfə eyni cəzaya Mahir məruz qaldı ki, buna əsəbləşdiz.
- Budəfəki əsəb o əsəbdən deyildi. Əksinə, pozitiv əsəbləşmək idi (gülür).
- Azarkeşlər səbirsizliklə Avroliqanın qrup oyunlarını gözləyir. Çoxlarının fikrincə, “Qarabağ” bu qrupdan çıxa bilər, daha doğrusu, çıxmalıdı. Sizcə?
- 6-ci ildi qrupda oynayırıq və həmişə bu fikirlər olub. Azarkeşlər hər zaman yaxşısına ümid edib. Özümüz də qrupda azı 2-ci yeri tutmaq istəyirik. Qarşıda hazırlaşmaq üçün kifayət qədər vaxtımız var.
- “Qarabağ”ın APOEL-dən qisas almalı olduğunu deyənlər də var. Mümkün olacaqmı?
- İlk növbədə idman prinsiplərinə əməl etməliyik. Meydana maksimum nəticə qazanmaq üçün çıxacağıq.
- 1:0, 3:0, bu gün də 4:0... “Qarabağ”ın müdafiəsi əzəmətlidi, yoxsa çempionatdakı rəqiblərinizin hücum potensialı aşağıdı?
- Əlbəttə, bu cür nəticələr bizi sevindirir. Lakin öz prinspilərimizdən əl çəkməməliyik. Daim qol vurmaq üçün çalışmalıyıq. Bu gün qol buraxmamağımız normal haldı. Lakin sabah elə toplar buraxa bilərik ki, heç kim əzəmətli müdafiədən danışmaz. Çempionatda bu cür hallar olacaq. Məni sevindirən futbolçuların qol buraxmamaq üçün çox əziyyət çəkməsidi.
- Millinin oyunlarına görə çempionatda fasilə yaranacaq. Maraqlıdı, fasilə komandaya necə təsir edəcək?
- Məncə, yığmalara getməyən futbolçulara müsbət təsir edəcək. Çünki xeyli vaxtdı fasiləsiz, istirahətsiz oynayırlar. Psixoloji cəhətdən çətin dönəm oldu. Belə bir fasilə bizə lazım idi. Xüsusən Avroliqa matçlarında psixoloji yorğunluq çox olur. Sadəcə, yığmalara gedənlərin işi bir qədər çətin olacaq. Məncə, fasilə yerinə düşdü.
- Nəticələr və ümumi durum göz önündədi, 3 turdan sonra “Neftçi”ni 5 xal qabaqlayırsız. Artıq indidən çempionatın başa çatdığını demək olar?
- Qətiyyən! Qarşıda bizi uzun marafon gözləyir. 5 xal isə ciddi fərq deyil. Bir məğlubiyyət hər şeyi kökündən dəyişə bilər. Ona görə də bu fikirdən tam uzağam. Çempionat yeni başlayıb, qarşıda bizi ağır oyunlar və sıx qrafik gözləyir.
- Sanki bu il fərqli, hücumları rəngarəng olan “Qarabağ” görürük. Nəyi dəyişmisiz?
- Hər il nələrisə dəyişirik. Bu gün topa sahib olmaq və sürət olduqca önəmlidi. Yaxşıya doğru addımlar atmaq istəyirik. Rəqiblər nə qədər imkan verirsə, o qədər də istifadə edirik. Hər bir futbolçudan hücumlarda fəal olmağı tələb edirik.
Ardınca məğlub komandanın çalışdırıcısı Aftandil Hacıyev kameralar önünə keçdi: “Qarabağ”ı həm bugünkü qələbə, həm də Avroliqanın qrupuna düşməsi münasibəti ilə təbrik edirəm. Özümüzə gəlincə, qələbə seriyasını davam etdirmək, ən pis halda məğlub olmamaq haqda düşünürük. “Qarabağ” səhvləri bağışlamır. Gördüyünüz kimi, futbolçularımız ciddi səhvlərlə yadda qaldılar. Erkən qol planlarımızı pozdu. Sonradan toparlanmaq istəyimiz fayda vermədi, əksincə, səhvlər sıralandı. Bu gün “Qarabağ”la başqa komandalar arasına kəskin fərq var. Həm ustalıq, həm də keyfiyyət baxımından. Etiraf edirəm, bu gün “Səbail” çempionluq uğrunda “Qarabağ”la mübarizə aparmağa hazır deyil. Ruhdan düşmürük, fasilədən istifadə edib növbəti oyunlara hazırlaşmalıyıq”.
- Sanki hesab açılandan sonra komandanız rəqibin adından qorxdu.
- İlk dəqiqələrdən pressinq edirdik. Hətta 0:1-dən sonra yaxşı hücumlarımız oldu, standart vəziyyətdən olsa da, qol vura bilərdik. Məncə, məğlubiyyətimizin başlıca səbəbi “Qarabağ”ın topa birmənalı nəzarət etməsiydi. Bu gün Avroliqa oyunlarında da bunun şahidi oluruq. Hətta bəzən avropalı rəqiblərlə görüşlərdə topa sahibolma 80-nin 20-yə “Qarabağ”ın xeyrinə olur. Bu isə ustalıq səviyyəsindən xəbər verir.
- Az qala hər həftə bir legioner “Səbail”i tərk edir. Maraqlıdı, bu dəfə növbə kimindi?
- Problemlərimizdən xəbərdarsız. Ona görə də gedənlər var. O ki qaldı sualınızın konkret cavabına, açığı, cavab verə bilməyəcəm. Çünki futbolçuların yerinə qərar verə bilmərəm. Bundan sonra kiminsə gedəcəyinə inanmıram. Yəqin ki, qışa qədər bu futbolçularla yolumuza davam edəcəyik.
- Açığı, Maykl Essyenin adını çəkəcəyinizi gözləyirdim. Onsuz da oynamır, ehtiyatda qalır. Sizcə, getməsi məsləhət deyil?
- Düşünmək və qərar vermək onların öhdəsindədi. Yəqin ki, bu gün Essyen üçün “Səbail”də qalmaq daha sərfəlidi.
- Bəs sizin üçün?
- Strategiyamız dəyişib. Daha çox yerli futbolçulara şans veririk. Ona görə də yerlilərə güvənməyə məcburuq.
- Belə çıxır ki, Essyen ehtiyatda qalacaq.
- Bu gün ehtiyatda qalması daim belə olacağı anlamına gəlməməlidi. Bildiyiniz kimi, heyətimiz kasaddı. Nəinki Essyeni, hər an başqalarını da meydanda görə bilərsiz.
- Sizcə, bu gün premyer-liqada “Qarabağ”ın rəqibi hansı komandadı?
- “Qarabağ” Azərbaycan çempionatının səviyyəsini aşıb. Bunu etiraf etməliyik. Həm onlar güclüdü, həm də rəqiblərin heyəti zəifləyib. Bugünkü “Qarabağ” Rusiya və Türkiyə elitalarında oynayacaq səviyyədədi.
- “Neftçi”ni də ağdamlılara rəqib görmürsüz?
- “Neftçi”də də keyfiyyətli futbolçular var. Amma oyun baxımından “Qarabağ” “Neftçi”dən də üstündü.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar