04 sen 11:37liqa / reportaj

“Keşlə” üçün məşq havasında keçən oyun


Sənan Qurbanov “Qəbələ”dən getdi
10. Qəbələ - Keşlə 0:4 (0:3)
94. Tərlan Əhmədli – 3,0
74. Yusif Nəbiyev – 2,5
(8. Qismət Alıyev, 46 ) – 3,0
4. Sadiq Quliyev – 3,5
2. Amin Seydiyev – 3,5
28. Murad Musayev – 3,0
13. Kristan Kuaku – 3,5
11. Asif Məmmədov (k) – 3,5
77. Merab Qiqauri – 3,0
21. Fernan Lopes – 3,5
(14. Ülvi İsgəndərov, 46) – 3,0
9. David Volkov – 4,0
10. Klesio Bauk – 3,0
Ehtiyat oyunçular
1. Anar Nəzirov
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
19. Rövlan Muradov
20. Faiq Hacıyev
22. Rüstəm Nuriyev
15. Vüsal Məsimov
55. İdris İnqilablı
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: David Volkov
1. Stanislav Namaşko – 5,5
4. Slavik Alxasov (k) – 5,5
(22. Əfran İsmayılov, 84) – qiymətsiz
11. Ruslan Qurbanov – 5,0
19. Azər Salahlı – 5,0
17. Vüsal İsgəndərli – 6,0
(3. Cabir Əmirli, 70) – 4,5
2. İlkin Qırtımov – 5,0
21. Miyuşko Bojoviç – 5,0
25. Con Kamara – 4,5
5. Franko Flores – 5,5
6. Lorentso Frutos – 6,5
7. Tural Bayramlı – 5,0
(13. Pərviz Azadov, 88) - qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
14. Emin Mehtiyev
18. Ruslan Əmircanov
6. Rəşad Sadiqov
66. Murad Qayalı
90. Orxan Fərəcov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Lorentso Frutos
Qollar: S.Alxasov, 10 (0:1, V.İsgəndərli). T.Bayramlı, 39 (0:2, V.İsgəndərli). L.Frutos, 45+1 (0:3, S.Alxasov). L.Frutos, 90+1 (0:4, R.Qurbanov).
Vərəqələr: V.İsgəndərli, 31 (qeyri-idman hərəkəti). F.Flores, 53 (qeyri-idman hərəkəti). A.Seydiyev, 63 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
31 avqust. Qəbələ. Şəhər stadionu. 150 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ötən tur “Sabah”ı məğlub edən “Keşlə” Qəbələdə çətinlik çəkmədən üç xal qazandı. Qonaqlar oyunboyu meydanda istədiyini edirdi. Lazım olanda tempi yüksəldib sürətli hücumlar qurur, lazım olanda isə əksini edirdilər. Paytaxt təmsilçisi turu əsl məşq havasında yola verdi desək, yanılmarıq.
“Qarabağ”a qarşı heç nə edə bilməyən “Qəbələ” “Keşlə” qarşısında da aciz qaldı. Elə ilk hissədə matçın taleyini həll edən qonaqlar ikinci yarıda topu o baş bu başa çevirməklə məşğul idilər. Tribunadakı azarkeşlərdən tutmuş, meydandakı “Qəbələ”li futbolçulara qədər hər kəs görüşün səhərə qədər davam edəcəyi təqdirdə belə, ev sahibi komandanın heç nə edə bilməyəcəyini yəqinləşdirmişdi. İlk hissədə sağ cinahdan bir-birinin oxşarı olan üç həmlədən sonra buraxılan qollar hər şeyi deyir. 10-cu dəqiqədə Vüsal İsgəndərlinin oyunboyu istədiyini etdiyi sağ cinahdan ötürməsini Slavik Alxasov üç müdafiəçinin baxışları fonunda tora göndərə bildi. Cəmi 6 dəqiqə sonra Vüsalın oxşar ötürməsindən sonra Tərlan Əhmədli Alxasovun dubl etməsinə mane oldu. 39-cu dəqiqədə isə qonaqlar fərqi iki topa çatdırdılar. İlk hissə boyunca sağ cinahda Yusif Nəbiyevin başına oyun açan Vüsal İsgəndərli ikinci məhsuldar ötürmənin müəllifi oldu. Penalti nöqtəsinin üzərinə çıxarılan topu Tural Bayramlı dəqiq zərbə ilə tamamladı. İlk yarının sonlarında qonaqlar daha bir qol vurdu. Sağ cinahdan Slavikin ötürməsindən sonra Ruslan Qurbanovun zərbəsini Tərlan Əhmədli qaytarsa da, qayıdan topu Frutos dəqiq tamamladı. İkinci hissəni tam məşq havasında keçirən “Keşlə” növbəti qolu oyunun sonlarında vurdu. Yusif Nəbiyev ilk hissədəki bərbad oyunundan sonra əvəzlənsə də, onun yerinə meydana çıxan Qismət Alıyev də sağ cinahdakı problemə çarə ola bilmədi. Qonaqlar oyuna əlavə olunmuş 1-ci dəqiqədə eyni cinahdan dördüncü qolu vurdu. Ruslan Qurbanovun ötürməsindən sonra Frutos özünün ikinci, komandasının dördüncü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirdi. Oyunboyu ancaq rəqibin nə etdiyini izləyən “Qəbələ” isə heç həvəskar səviyyəli komanda qədər mübarizə apara bilmədi. Bir komandada bütün mövqelər bərbad vəziyyətdədisə, bir nəfər belə özünü yaxşı tərəfdən göstərə bilmirsə, deməli, ən böyük problem baş məşqçidi. Təsəvür edin ki, ortada sözün əsl mənasında başını itirmiş, yalandan ora-bura qaçan futbolçular var. Heç kim “Qəbələ”nin heyətinin “Keşlə”yə qarşı bu cür çarəsiz qalmasını normal qəbul edə bilməz. Bu heyət bu qədər zəif, bu oyunçular bu qədər rəzil vəziyyətdə olmamalıdı. Bir komandanın oyunboyu nə etdiyi başa düşülmürsə, o komandada hansısa tapşırıqdan, sistemdən və hazırlıqdan söhbət gedə bilməz. Əslində elə ötən mövsümdən “Qəbələ” belə naməlum oyun üslubu ilə oynayırdı. Sadəcə, heyətdəki bir neçə səviyyəli futbolçunun fərdi ustalığı nəticəsində problemlər ört-basdır olunurdu. Onlar da komandadan gedincə, hər şey aydınlığa çıxdı. Elə təsadüfi deyil ki, komandanın ən sadiq azarkeş qrupu belə oyunun sonunda dözməyib, Sənan Qurbanovu istefaya çağırdı. Bəlkə də elə “Qəbələ” üçün gələcəyə az da olsa ümidli baxış kimi Sənan Qurbanovun komandadan getməsini göstərmək olar. O Sənan Qurbanov ki, ötən mövsüm “Qəbələ”yə ilk titulunu qazandıraraq, adını klubun tarixinə yazdıra bilmişdi.
Sentyabrın 1-də, yəni dünən “Qəbələ” 14 yaşını qeyd etdi. Göründüyü kimi, komanda 15-ə 4 qolla keçdi...
HƏSƏN QULUZADƏ

Gözdən qaçmadı
* Qəbələdə “Keşlə” azarkeşləri sayca ev sahibi komandanın tərəfdarlarından çox idi. Qonaqların səsi oyunboyu “Qəbələ”lilərin səsini batırırdı.
* İlk hissənin sonlarında Tərlan Əhmədov israrla oyunçularına iradlar bildirirdi. Nəhayət, kapitan Slavik Alxasov buna dözmədi. O, ehtiyat oyunçular skamyasına dönərək, əli ilə baş məşqçidən sakitləşməsini istədi.
* “Qəbələ” ikinci hissəyə iki əvəzetmə ilə başlasa da, dördüncü hakim elektron tablo ilə bir dəyişiklik göstərdi.
* Oyunun sonunda “Qəbələ”nin azarkeş qrupu Sənan Qurbanovu istefaya çağırdı. Qurbanov da oyun bitən kimi azarkeşlərin yanına yollandı. Baş məşqçi qısa söhbətdən sonra əlini qaldıraraq onlarla vidalaşdı.

Reaksiyalar
Sənan Qurbanov: “Oyun haqda danışmayacam. Səhv etmirəmsə, 2011-ci ildən “Qəbələ”dəyəm. Bu klubda həm sevinmişəm, gülmüşəm, həm də acı günlərimiz olub. Burda təcrübəli məşqçilərlə işləmişəm. “Qəbələ” mənim üçün çox doğmadı. Başda Tale Heydərov, Fariz Nəcəfov olmaqla klub rəhbərliyinə, əməyi keçən hər kəsə təşəkkür edirəm. Həqiqətən də rəhbərlik, hər kəs mənə uzun müddət çox doğma oldu. Avrokuboklara düşdük, qrup mərhələsinə yüksəldik, ötən mövsüm ilk titulu qazanmaq mənə nəsib oldu. Çox xoşbəxtəm. Bu günü çıxıram. Qəbələdə çox gözəl günlər yaşamışam. Klub prezidenti Fariz Nəcəfova təşəkkür edirəm. Artıq bir son olmalı idi. Çalışdım ki, nəyisə düzəldim. Amma alınmır. Hamıya, klub rəhbərliyinə, əməkdaşlarına, azarkeşlərinə təşəkkür edirəm. “Qəbələ” mənə çox şey öyrətdi. Böyük məşqçilərlə işləmək mənə material verdi. Çalışdım ki, bunları həyata keçirim. Futbolçularla vidalaşmışam. Futbolçulara uğurlar arzulayıram. Bütün bunlar mənim üçün bir məktəb, bir təcrübə idi. Bütün bunları təhlil etməyə vaxtım olacaq. Bu matç göstərdi ki, yenilənmək lazımdı. Məşqlərdə hər şeyin üstündə çalışırıq. Amma alınmırsa, komandaya yeni nəfəs lazımdı. Mənə elə gəlir ki, artıq getmək vaxtıdı. Futbolçular ruhdan düşməsinlər. Hər şeyi öz üzərimə götürürəm. Yeni gələcək baş məşqçiyə uğurlar arzulayıram. O, “Qəbələ” üçün çox işlər görməlidi”.
Tərlan Əhmədov: “Bura qələbə üçün gəlsək də, belə hesab gözləmirdik. İlk 25 dəqiqədə komandam öz oyununu tapa bilmirdi. “Qəbələ” ilk iki oyunda uduzduğu üçün bu görüşdə qalib gəlmək istəyirdi. Futbolçularıma yaxşı oyuna və belə nəticəyə görə təşəkkür edirəm. Bu, hələ işimizin başlanğıcıdı. Qarşıda çox oyun var. Fasilədən faydalı istifadə etməliyik. Bugünkü oyun kənardan bizim üçün məşq kimi görünə bilər. Ancaq bu, belə deyil. Bəli, hesab böyük olub. Bəlkə daha da böyük ola bilərdi. İstəmərəm ki, hansısa klubu aşağılayım. Mən də belə hallar yaşamışam. Vaxtilə AZAL-da çalışarkən ilk 5 oyunda məğlub olmuşduq. O zaman rəhbərlik mənə sahib çıxmışdı. İndi də Sənan Qurbanova sahib çıxmalıdılar. Düşünürəm ki, bu vəziyyətdən “Qəbələ” klub olaraq çıxmalıdı. Rəqibə uğurlar arzulayıram”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar