04 sen 11:27liqa / reportaj

“Sabah” Zirədə də qələbəyə həsrət qaldı


9. Zirə - Sabah (Bakı) 1:1 (0:1)
1. Orxan Sadıqlı – 5,5
6. Alvaro Ampuero – 5,0
(23. Mfo Kqasvane, 61) – 5,5
27. Adrian Skarlatake – 5,5
5. Anastasios Papazoğlu – 4,5
(14. Bəxtiyar Həsənalızadə, 46) – 5,0
25. Miloş Bakraç – 5,0
4. Elvin Camalov – 5,0
10. Elvin Məmmədov – 5,0
(18. Xulio Sezar Rodriges, 46) – 5,0
7. Cavid Hüseynov (k) – 5,5
99. Rafael Məhərrəmli – 5,0
48. Şafik Tiqruca – 6,0
11. Soni Norde – 5,5
Ehtiyat oyunçular
28. Boyan Zoqoviç
62. Abdulla Seyidəhmədov
8. İlkin Muradov
17. Robin Nqalande
64. Kənan Cəfərov
70. Nicat Süleymanov
88. Tellur Mütəllimov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Şafik Tiqruca

1. Saşa Stamenkoviç – 6,0
21. Təmkin Xəlilzadə - 5,5
4. Bəhlul Mustafazadə - 5,5
15. Ruslan Abışov (k) – 5,0
22. Məqsəd İsayev – 5,0
14. Rəşad Eyubov – 5,0
7. Coşqun Diniyev – 5,0
26. Ozancan Kökcü – 5,5
(99. Abbas Ağazadə, 85) – qiymətsiz
10. Cavid İmamverdiyev – 5,0
(27. Hendrik Ekşteyn, 75) – 4,5
23. Amadu Diallo – 5,5
19. Rocer Roxas – 5,0
(9. Ulise Diallo, 65) – 4,5
Ehtiyat oyunçular
71. Dmitri Bezruk
5. Kərim Diniyev
6. Vadim Abdullayev
11. Şakir Seyidov
13. Filip İvanoviç
17. Məhəmməd Mirzəbəyov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Saşa Stamenkoviç
Qollar: A.Diallo, 35 (0:1). S.Norde, 88 (1:1).
C.Hüseynov 48-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: M.Bakraç, 16 (qeyri-idman hərəkəti). E.Camalov, 33 (qeyri-idman hərəkəti). S.Norde, 77 (qeyri-idman hərəkəti); M.İsayev, 77 (hakimin qərarına etiraz). C.Hüseynov, 85 (qeyri-idman hərəkəti). A.Skarlatake, 90+4 (qeyri-idman hərəkəti). A.Ağazadə, 90+5 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RÖVŞƏN RƏCƏBOV, Mübariz Haşımov, Rahil Ramazanov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
31 avqust. Zirə. İdman Kompleksinin stadionu. 1200 tamaşaçı (1512 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Zirə” və “Sabah” prinsipial rəqiblərdi. Bu prinsipiallıq “yuxarı”dan qaynaqlanır. Odu ki, tərəflər üz-üzə gələndə baş məşqçilərin başının üstünü “qara buludlar alır”. “Sabah”ın çalışdırıcısı Elşad Əhmədovun güzəşt limiti tükənməyə doğru gedir. “Tələbələr” bu mövsüm qələbə qazanmayan iki komandadan biridi. Tilsim Zirədə də qırılmadı...
Bəribaşdan qeyd edək ki, “Sabah” birinci, “Zirə” isə ikinci hissədə üstün oyun nümayiş etdirdi. Ancaq Samir Abasovun komandası rəqibini daha çox təzyiq altında saxladı və qələbəyə layiq idi. İlk təhlükəli vəziyyəti “Sabah” yaratdı. 10-cu dəqiqədə Cavid İmamverdiyevin ötürməsindən sonra Amadu Diallo qapıçı ilə təkbətək çıxdı. O, Orxanı da keçib topu boş qapıya göndərmək istədi. Ancaq həm “çərçivə”dən sağa çox meyillənmişdi, həm də vuruşu qüvvətli alınmadığına görə Sadıqlı özünü yetirib topu ram edə bildi. 20-ci dəqiqədə isə “Sabah”ın bəxti gətirdi. Tiqrucanın təxminən 25 metrdən qüvvətli zərbəsindən sonra top dirəkdən döndü, təkrar vuruşu isə qeyri-dəqiq alındı. 35-ci dəqiqədə “Sabah” hesabı açdı. Diallo sağ cinahdan cərimə meydançasına yaxınlaşıb zərbə endirdi ki, top yolüstü Bakraça dəyib Orxanı çaşdırdı və tora daxil oldu. Qoldan sonra topa nəzarət edən qonaqlar fasiləyə öndə yollandılar.
İkinci hissədə isə rollar dəyişdi: “Zirə” təşəbbüsü tam ələ keçirib aramsız hücumlar edir, “Sabah” kor-koranə müdafiə olunurdu. Hələ 48-ci dəqiqədə hesaba tarazlıq gələ bilərdi. Fasilədən dərhal sonra oyuna qoşulan Xulio Sezar Rodrigesin sağdan cərimə meydançasına göndərdiyi topun qarşısını Təmkin əllə kəsdi və belədə hakim tərəddüdsüz penalti təyin etdi. Di gəl ki, penaltilərin mahir icraçısı Cavid Hüseynov karyerasında 2-ci dəfə belə şansdan yararlana bilmədi. Stamenkoviç topun səmtini müəyyənləşdirərək qola imkan vermədi. Artıq 61-ci dəqiqədə sonuncu əvəzetmədən də yararlanan Samir Abasovun müdaxilələri nəticəsində “Zirə”nin hücumlarının kəsəri daha da artdı. 70-ci dəqiqədə məhz oyuna sonradan qoşulan Kqasvane Saşa Stamenkoviçlə təkbətəkdən yararlana bilmədi. 82-ci dəqiqədə “Sabah”ın təcrübəli qolkiperi Tiqrucanın təhlükəli zərbəsini də dəf etməklə komandasını qoldan xilas etdi. Bununla belə, meydan sahibləri sona 2 dəqiqə qalmış arzuladığı qolu vurdu. Kqasvane sol cinahdan cərimə meydançasına daxil olub topu penalti nöqtəsi səmtinə göndərdi. Coşqun ötürmənin qarşısını kəssə də, top cərimə meydançasının qövsündən bir addım aralıda dayanan Nordenin önünə düşdü. Onun qüvvətli zərbəsi isə qarşısıalınmaz idi – 1:1. Beləliklə, “Sabah” xal itkisi ilə barışmalı oldu. Elşad Əhmədovun ikihəftəlik fasilə müddətində vəziyyəti düzəltmək üçün imkanı var, əks halda, rəhbərliyin səbr kasası daşa bilər.
MİRAĞA

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında Ozancan Kökçünün atası da var idi. Təsadüfi deyil ki, oğlu start heyətində yer almışdı və insafən, Azərbaycan premyer-liqasında debütü pis alınmadı.
* “Zirə”nin baş məşqçisi Samir Abasov oyunboyu aqressiv, narazı görünürdü. Gah öz yetirmələrinə qışqırır, onları ruhlandırmağa çalışır, gah rəqibin vaxtı uzatmasına narazılığını bildirir, gah da hakimə etiraz edirdi. Baş hakim Rövşən Rəcəbov 50-ci dəqiqədə ona yaxınlaşıb sarı vərəqə göstərəndən sonra da tam sakitləşmədi.
* “Zirə”nin bərabərlik qolundan sonra Samir Abasovun sevincini görməyə dəyərdi. Texniki zonada qaçaraq çılğınca bayram edən Abasovun üzünü “Sabah” tərəfə çevirib sevinməsi də diqqətdən yayınmadı.

Reaksiyalar
Elşad Əhmədov: “Maraqlı oyun keçdi. İlk hissəni biz, ikinci yarını rəqib yaxşı oynadı. Birinci hissədəki qol epizodlarından yararlana bilsəydik, fərqli olardı. Rəqibi fasilədən sonra irəlidə qarşılamaq istədik, çatdıra bilmədik. Ozancanı dəyişmək planım yox idi. Sadəcə, zədəsi oldu. Rəşad Eyubovu əvəzləməyi düşünürdüm. Ancaq Ozancanın zədələnməsi planımızı dəyişdi. Müdafiəyə çəkilmək mənim istəyim deyildi. Sadəcə, uşaqlarda həyəcan var idi. İkinci hissənin əvvəlindəki penalti oyunçularda həyəcan yaratdı. Mənim istəyim irəlidə təzyiq etmək idi. Rəqibin də haqqını yemək olmaz. Üç turda 2 xal qazanmaq planlarıma uyğun deyil. Mən 9 xal fikirləşmişdim”.
Samir Abasov: “Gözləmədiyimiz qol buraxdıq. İkinci hissədə daha yaxşı oyun göstərdik. Bunu deyə bilmərəm, 1 xal qazandıq, yoxsa 2 xal itirdik. Çempionatın sonunda oturub ilboyu olan nəticələri düşünəndə, bugünkü 1 xala görə ya məyus olacağıq, ya da şükür edəcəyik. Uşaqlar möhtəşəm xarakter göstərdi. Bizi xarakter çatışmazlığına görə qınayırdılar. Yavaş-yavaş yaxşılığa doğru gedirik. Azarkeşlərimiz də bizi dəstəklədilər. Bu dəstəyin nəticəsində hesabı bərabərləşdirdik. İkinci hissədə pis oynamadıq. Qol epizodlarımız oldu, penaltini qaçırdıq. Uşaqların əzmkarlığı məni sevindirdi. Limit məsələsi əl-qolumuzu bağlayıb. Bir gün əvvəl Xulio Sezar Rodriges zədələndi. Oyundan bir neçə saat əvvəl protokolu verməlisən. Risklərin olmaması üçün onu meydana əvvəldən buraxmadıq. Özü də dedi ki, start heyətində çıxıb 10 dəqiqə sonra yenidən zədələnmək, komandanı pis durumda qoymaq istəmirəm. Uyğun anda onu meydana buraxdıq”.
Cavid Hüseynov: “Rəqib oyuna yaxşı başlamışdı, 15 dəqiqə ərzində hücumlar etdi, bizdən daha çox top saxladı. Hesabda geri düşdükdən sonra bir qədər rahatlaşmağa başladıq, çünki itirəcəyimiz heç nə yox idi. Tələsik futbol oynamadıq. Çalışdıq ki, səbrlə, asta-asta, oyuna diqtə edə-edə hücumlar quraq. Bunu da bacardıq. Xeyli hücumlar etdik. Bunlar kor-koranə yox, məntiqli, düşünülmüş hücumlar idi, cinahları tez-tez dəyişirdik. İkinci hissənin əvvəllərində 11 metrlik cərimə zərbəsini dəyərləndirə bilmədim. Vursaydım, bəlkə də qələbə qazanardıq. İndiyədək yerinə yetirdiyim 14-15 penaltidən yalnız biri boşa getmişdi. Onu da hazırda Qazaxıstan "Tobol"unda çıxış edən Emil Balayev "Səbail"də olarkən qaytarmışdı. Özümdən belə biabırçı zərbə gözləmirdim. Nədən asılı olduğunu özlüyümdə incələyə bilmədim. Heç vaxt belə penalti vurmurdum. Həmişə qapıçının hərəkətini sonadək gözləyirdim. Bu dəfə fərqli oldu. Futbolda belə şeylər o qədər olur ki... Amma xarakter sayəsində hesabı bərabərləşdirdik. Bundan sonra da hücumlar etdik, lakin nəticə dəyişmədi. Bu gün "Zirə" və "Sabah" bir-birinə layiqli rəqiblərdi. "Qarabağ" və "Neftçi" kimi.
Yenidən yığmaya çağırılmağıma gəlincə, açığı, dəvəti çoxdan gözləyirdim. "Qəbələ" ilə finalda oynadıqdan sonra yığmaya çağırılacağıma ümid edirdim. Amma dəvət həmin vaxt yox, "Neftçi" ilə matçdan sonra gəldi. Real danışmağı sevirəm: Uelslə səfərdə, Xorvatiya ilə evdə çətin oyunlarımız var. Özüm çağırılmasam da, uşaqlar səfərdə Xorvatiyaya qarşı həqiqətən də yaxşı oyun sərgiləmişdilər. Qarşıdakı görüşlərdə də nəsə etməyə çalışacağıq.
Sabiq komanda yoldaşlarımla müntəzəm əlaqədəyəm, demək olar ki, hər gün danışıram. "Qəbələ" ailəsinə, azarkeşlərinə, klub prezidentinə sevgimiz o qədər böyükdü ki... Komanda Avropa Liqasında 2, çempionatda isə 3 oyunda uduzdu və baş məşqçi istefa verdi. Bu, normal haldı. Əslində incələsək, "Qəbələ"nin hazırkı potensialı elə də yüksək deyil. Gələcəkdə yerli və ya əcnəbi mütəxəssis gətirəcəklərini bilmirəm. Amma bu mövsüm komanda üçün çətin olacaq”.
Coşqun Diniyev: “Zirəyə qələbə dalınca gəlmişdik. İlk hissədən sonra 3 xala yaxın idik, ancaq fasilədən sonra bunu itirdik. Bu, öz səhvimizdən oldu, ikinci 45 dəqiqədə arxaya çox “oturduq”. Belədə rəqib xeyli hücum etdi. Əlbəttə, axırda biri qol olmalıydı. Təəssüf ki, qələbə hesabını son dəqiqələrdə əldən verdik. İkinci hissədə tam müdafıəyə çəkilmək baş məşqçimizin tapşırığı deyildi. Bir xal bizi qane etmirdi. Buna görə hesabda üstünlük qazanandan sonra böyük qüvvəyə ilə müdafiəyə çəkildik. Hesabda 1:0 irəlidə olan komanda ehtiyatlı olmalıdı. Belə fikirləşirəm ki, hesabı qorumaq, nəticə üçün oynayırdıq. Bunun üçün arxaya "oturduq". Rəqib də ikinci hissədə təzyiqi artırdı. Bəzi oyunçu dəyişiklikləri etdilər, hücumda çoxaldılar. "Sabah" bu mövsüm qarşısına məqsədlər qoyub və özümüzü sübut etmək istəyirik. Buna görə də bir az həyəcan, anlaşılmazlıq olur. Hesabda irəli çıxdığımız görüşdə o həyəcan bizə təzyiq edir ki, yekunda 3 xalı saxlaya bilmirik. Buna görə də istədiyimiz oyun alınmır. Növbəti turda "Qəbələ" ilə oynayacağıq. Onlar hər 3 matçda uduzub. Baş məşqçi dəyişikliyi olub. Bu o deməkdi ki, futbolçular yeni çalışdırıcıya özlərini sübut etməyə çalışacaqlar. "Qəbələ"lilər məhz bizimlə matçda dönüş etmək istəyəcəklər. Aradakı fasilə də onların işinə yarayacaq. Yaxşı hazırlaşmalıyıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar