04 sen 11:23liqa

“Qarabağ”ın hegemonluğu davam edir


Premyer-liqanın 3-cü turu ötən həftəsonu keçirilən 4 oyunla arxada qaldı. Həm nəticələr, həm də yaşanan olaylar ilə bağlı maraqlı görüntülərə şahidlik etdiyimizi deməliyik.
Hər şeydən əvvəl məhsuldarlığın ön planda olması diqqəti çəkir. Məsələn, açılış turundakı 4 oyunda qapılara cəmi 6 qol vurulmuşdusa, 2-ci turda azarkeşlər 8 qol izləmişdi. Bu dəfə qolların sayı 13-ə çatdı ki, ortalama hər oyuna 3 qoldan bir az artıq düşür. Görünür, komandaların öz oyununu tapması, turların irəliləməsi və artıq indidən rəqabətin baş qaldırması məhsuldarlıqda özünü göstərir.
Bombardirlərin siyahısına sürpriz adların başçılıq etməsi də diqqəti çəkir. Mövsümün kəşfi olacağı güman edilən İsmayıl İbrahimli orta sahədə nəinki parlaq çıxışıyla yadda qalır, onun hazırda “Qarabağ”ın ən sərrast futbolçusuna çevrilməsi xoşagələn haldı. İsmayılla eyni sayda – 3 qol vuran Mehdi Şərifinin həmin adlar arasında olması, açığı, gözlənilməzdi. “Sumqayıt” 3 tura cəmi 3 qol vurub ki, bütün qollarda Mehdinin imzası var.
Çempionatdakı ümumi mənzərəyə gəlincə, “Sevilya”nı Bakıya gətirəcək “Qarabağ”ın səviyyə fərqi göz önündədi. Rəqib tanımayan ağdamlılar qarşısına çıxanı əzib keçir. Bir həftə əvvəl “Qəbələ”nin qapısına 3 qol vuran “köhlən atlar” bu dəfə “Səbail”i “tapdaladı”. İşin maraqlı tərəfi çempionun 270 dəqiqədi qapısında top görməməsidi. “Qarabağ”ın çıxışını yaxından izləyənlər artıq indidən bu komandanın ardıcıl 7-ci çempionluğunu bayram edəcəyini əminliklə söyləyir.
“Qızıl” üçün mübarizə aparacağı güman olunan “Neftçi” cari mövsümdə ilk qələbəsini qazansa da, bu heç də asan başa gəlmədi. Düzdü, bakılılar 90 dəqiqə boyunca “Sumqayıt”dan üstün oyun sərgilədi. Lakin qələbə topunun son dəqiqələrdə vurulması ortaya müəyyən şübhələr çıxarır. Fakt budu ki, cəmi 3 tur keçməsinə baxmayaraq, artıq indidən “Qarabağ”la “Neftçi” arasında 5 xallıq fərq var.
Hələlik mövsümün sürpriz komandası kimi “Keşlə”nin adını çəkə bilərik. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv ilk turda “Qarabağ”a uduzsa da, bir həftə sonra “Sabah”ı məğlub etməyi bacardı. Bu dəfə isə Qəbələ səfərindən 3 xalla döndü. Açığı, bunu proqnozlaşdırmaq olardı. Lakin bakılıların səfərdə 4:0 hesabı ilə qələbə qazanması bir qədər gözlənilməz oldu. Bu isə o deməkdi ki, çoxlarının siyahıdan sildiyi “Keşlə” “Sabah”, “Səbail” və “Zirə” ilə birgə üçüncülük iddiasını davam etdirəcək.
“Sabah”ın halına acımamaq olmur. Yetərincə güclü heyətə malik olan “tələbələr” bu dəfə də qələbəyə həsrət qaldı. Medal iddiasını gizlətməyən komandanın hesabında cəmi 2 xalın olması ciddi şübhələrə yol açır. Əvəzində ortabab legionerlərlə yoluna davam edən “Zirə” parlaq və inamlı oyunla diqqəti çəkir. “Sabah”a uduzmayan kollektiv 4 xalla 4-cü pillədə qərarlaşsa da, 3 oyuna cəmi 2 qol vurması təəccüblü görünür.
“Qəbələ”ylə “Sumqayıt”ın parlaq gələcəyindən nəsə yazmaq olduqca çətindi. Turlar irəlilədikcə bu komandaların əsl gücü görünür, ehtiyat qüvvənin olmadığı ortaya çıxır. Yaxşıya doğru nəsə dəyişməsə, Bakıdan kənar şəhərləri təmsil edən kollektivlər, çox güman, sonuncu olmamaq üçün mübarizə aparacaqlar.
Turda baş verən olaylardan danışmalı olsaq, iki hadisəni xüsusi qeyd edə bilərik. Sənan Qurbanovun istefasını və “Neftçi” – “Sumqayıt” oyunundakı bərbad idarəçilik fonunda iki komanda üzvləri arasındakı münaqişəni. Ötən mövsüm bölgə təmsilçisinə ölkə kubokunu qazandıran Qurbanovun “zəiflər”lə ortaya məhsul qoya bilməməsi gedişini şərtləndirdi. “Bakcell Arena”da yaşananlar isə Səbuhi Bayramovun “ip”i əldən buraxmasının nəticəsiydi.
1-ci dövrə, 3-cü tur
31 avqust
Qəbələ - Keşlə 0:4
Zirə - Sabah 1:1
1 sentyabr
Neftçi – Sumqayıt 2:1
Səbail – Qarabağ 0:4
1. Qarabağ 3 3 0 0 8-0 9
2. Keşlə 3 2 0 1 5-1 6
3. Səbail 3 2 0 1 4-4 6
4. Zirə 3 1 1 1 2-2 4
5. Neftçi 3 1 1 1 3-3 4
6. Sumqayıt 3 1 0 2 3-5 3
7. Sabah 3 0 2 1 2-3 2
8. Qəbələ 3 0 0 3 0-9 0
Bombardirlər: İsmayıl İbrahimli (Qarabağ), Mehdi Şərifi (Sumqayıt) – 3, Ağabala Ramazanov (Səbail), Lorentso Frutos (Keşlə) – 2.
Növbəti turun oyunları: 14 sentyabr – Sumqayıt – Zirə, Sabah – Qəbələ; 15 sentyabr – Keşlə - Səbail, Qarabağ – Neftçi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar