30 avq 12:35liqa

İntizam Komitəsi Riad Rəfiyevlə Ayxan Abbasova ciddi xəbərdarlıq etdi


Dünən AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub. Toplantı premyer-liqanın 2-ci, birinci divizionda isə 1-ci turunda baş vermiş qayda pozuntularının müzakirəsinə həsr olunub. Premyer-liqa təmsilçiləri 1000 manat cərimə olunsa da, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev və baş məşqçisi Ayxan Abbasova ciddi xəbərdarlıq olunub. Səbəb oyunun hakiminin qərəzli idarəçiliyi ilə bağlı mətbuata açıqlamalarıdı. İntizam Komitəsi xəbərdarlıq edib ki, bu hal təkrar olunarsa, hər ikisi ciddi cəzalanacaq.
Cərimələrə gəlincə, “Sabah”la oyunun 74-cü dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan “Keşlə”li Sezar Meza Kolli 3-cü turu buraxmalı olacaq. Klubu onun “qırmızı”sını 200 manatla “sığortalayacaq”.
“Zirə” – “Neftçi” matçının 80-cı dəqiqəsində isə meydan sahibinin məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozub. Buna görə o, 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.
Divizionun açılış turuna görə isə klublara xeyli sanksiya tətbiq olunub. “Qaradağ Lökbatan” – “Sumqayıt-2” və “Kəpəz” – MOİK matçlarında müvafiq olaraq, Qaradağ təmsilçisi ilə gəncəlilər “A” buraxılışından istifadə etməyiblər. Buna görə hər iki klub 80 manat cərimə olunub. “Qaradağ Lökbatan” matçın protokolunu vaxtında təsdiq etmədiyinə görə də əlavə 80 manat “tərləyəcək”.
“Neftçi-2” – “Keşlə-2” matçında hər iki tərəf ziyana düşüb. Əvvəla, həm meydan sahiblərinin, həm də qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb ki, bu, 80 manat cərimə deməkdi. Üstəlik, oyunun 47-ci dəqiqəsində “Keşlə”nin, 75-də isə “Neftçi-2”nin üzvü qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Murad Qayalı və Nihad Qurbanlı eyni aqibəti yaşayıb – 1 oyun, 20 manat cərimə. Baxmayaraq Qayalı ikinci sarı vərəqədən sonra qovulub, Nihad Qurbanlı isə “sonuncu ümid folu”na görə birbaşa “qırmızı” alıb.
“Zaqatala” – “Sabah-2” oyununun 24-cü dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə ilə üzləşən meydan sahibinin üzvü Bəhruz Teymurov 2-ci turda meydanda ola bilməyəcək. Klubu isə onun intizamsızlığına görə 160 manat ödəyəcək. “Sabah-2” isə klubun nümayəndəsinin oyunöncəsi iclasda iştirak etməməsinə görə 80 manat cərimələnib.
“Zirə-2” – “Ağsu” matçında yalnız meydan sahibi cəriməyə məruz qalıb. Beş üzvü “sarı” aldığına görə 80 manat “tərləyən” “Zirə-2” oyunöncəsi iclasa təcili tibbi yardım nümayəndəsinin qatılmamasına görə 40 manat ziyana düşüb.
“Səbail-2” – “Turan Tovuz” matçı isə hər iki komandanın cərimələnməsinə yol açıb. “Turan Tovuz” vərəqə bolluğuna görə 80 manat ödəyəcəksə, “Səbail-2” xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun (minumum 18 yaş) olmamasına görə eyni məbləğdə cərimə olunub.
Beləliklə, son iclasda klublara 1960 manat cərimə kəsilib ki, nəticədə 2 turdan sonra cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 9560 manata çatıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar