09 apr 23:46liqa

Final ərəfəsində son toqquşma

Final ərəfəsində son toqquşma
Ruslan Qurbanov: “Rəqibdən çəkinmirik, məqsəd qələbə olacaq”
Qara Qarayev: “Futbol adına çox fərqli oyun olacaq”


“Qəbələ” həmin oyuna indidən hazırlaşsa, yaxşı olar. “Azərsun Arena”nı onlar üçün cəhənnəmə çevirəcəyik. O oyun cəhənnəm oyunu olacaq” - bu sözləri 3-cü dövrədəki matçdan sonra sabahkı görüşü nəzərdə tutaraq Dino Ndlovu dilə gətirmişdi. Düzdü, qarşılaşma “Tofiq Bəhramov”da gerçəkləşəcək və CAR-dan olan hücumçunun dediyi kimi olmayacaq - “Azərsun Arena” “Qəbələ” üçün cəhənnəmə çevrilməyəcək. Lakin bir məsələ də var ki, Ndlovu həmin fikirləri səsləndirərkən, məkan anlamında yox, ev oyunu olduğunu düşünərək deyib. Əslində bu açıqlama rəqiblər arasındakı duelin prinsipiallığının göstəricisidi. Azərbaycanlı futbolsevərlər vaxtilə “böyük oyun”da yaşadıqları əsl futbol tamaşasını indi bu rəqiblərin dueli zamanı müəyyən mənada yaşayırlar. Odu ki, hər kəs bu rəqiblərin sabahkı oyununa köklənib. Saat 20.30-dan etibarən diqqətlər mərkəzi arenaya yönələcək. Qurban Qurbanov – Roman Qriqorçuk, “Qarabağ” – “Qəbələ” duelindən bu dəfə kimin üzüağ çıxacağı böyük maraq doğurur.

Təzyiq altında olmayan “Qarabağ”…
Həftəiçi hər iki tərəf kubokun finalına vəsiqəni təmin etdi. Bu üzdən sabahkı qarşılaşma final ərəfəsində son toqquşma kimi də qiymətləndirilə bilər. Həm də kubokun həlledici matçından əvvəl “Qarabağ” ümumi hesabı bərabərləşdirmək niyyətindədi. Söhbət çempionluq uğrunda mübarizə aparan rəqiblərin öz aralarındakı oyunlardan gedir. Xatırladaq ki, cari mövsüm “Qəbələ”də baş tutan hər iki matçda meydan sahibləri eyni hesabla (2:0) qalib gəlib. “Azərsun Arena”dakı qalmaqallı görüşdən isə “köhlən atlar” qələbə (2:1) ilə ayrılıb. Deməli, Qurbanovun yetirmələri qızıl medallar yolunda əsas rəqibə şəxsi oyunların cəmində uduzmaq niyyətində deyil. Həm də məğlubiyyət aradakı xal fərqini minimuma endirəcək. Bu baxımdan ağdamlılar qələbə qazanarsa, çempionluq yolunda önəmli addım atmış olacaq. Düzdü, “Qarabağ” artıq xeyli müddətdi Dani Kintana kimi önəmli oyunçusunu itirib. Bununla belə, ispan yarımmüdafiəçinin yoxluğunda da komanda uğurlu nəticələri sıralayır. İkinci pillə ilə 4 xallıq fərq “köhlən atlar”ın prinsipial oyuna təzyiq altında olmadan çıxacağı deməkdi. Heç-heçə həmin məsafəni qoruyacaqsa, məğlub olsa belə, ağdamlılar zirvədəki yerini itirməyəcək. Yalnız Riçard Almeydanın bu görüşdə oynayıb-oynamayacağı hələ dəqiq bilinmir. Təbii, braziliyalının “Qarabağ” üçün hansı əhəmiyyətə malik olduğunu hər kəs yaxşı anlayır.

…“Qəbələ”ni yalnız qələbə qane edir
Ötən tur “Zirə” ilə heç-heçə etməklə “Qəbələ” çempionluq şansını olduqca çətinləşdirdi. Halbuki həmin oyunda “qırmızı-qaralar” qələbə qazansaydı, indi hər şey fərqli olacaq, bu matçın əhəmiyyəti ikiqat artacaqdı. Lakin əsas rəqiblərini məğlub edən Qriqorçukun komandası cari mövsüm gözlənilməz xal itkiləri ilə hər kəsi təəccübləndirməyi bacarıb. Son dəqiqədə buraxılan qollar və iddiasız komandalarla görüşlərdə itirilən xallar “Qəbələ”nin qızıl medal şansının azalması ilə nəticələnib. “Sumqayıt”, “Zirə” və AZAL-la heç-heçələr bölgə təmsilçisinin işini çətinə salıb. Artıq taleyi öz əlində olmayan “qırmızı-qaralar” heç olmasa, bu görüşə qələbə qazanmaqla xal fərqini minimuma endirmək niyyətindədi. Komanda uduzacağı halda çempionluğun böyük ölçüdə əldən çıxacağını yaxşı anlayır. Heç-heçə də Qriqorçukun yetirmələrini qane etmir. Odu ki, “Qəbələ”nin mərkəzi arenada 3 xal üçün hər şeyini ortaya qoyacağına şübhə etməyə dəyməz. Düzdü, bu oyundan sonra daha 3 tur var və həmin müddətdə çox şey dəyişə bilər. Nəzərə alaq ki, “Qarabağ”ın “İnter” və “Neftçi” ilə səfər matçları var. Ancaq “Qəbələ”nin də “İnter”lə oyunu qalır. Həmçinin “qırmızı-qaralar”ı çətin Gəncə səfəri gözləyir. Deməli, bu oyunda Qriqorçukun komandasına mütləq qələbə lazımdı. Yalnız ondan sonra növbəti turlar haqda düşünmək olar.

Bu dəfə də Fariz Yusifov
Yadınızdadısa, 3-cü dövrədə bu rəqiblərin oyunundan öncə hakimliklə bağlı geniş müzakirələr aparılırdı. Bunun da səbəbi qış fasiləsindən sonra ədalət təmsilçilərinin etdiyi saysız-hesabsız səhvlər idi. Həmin vaxt hələ adlar açıqlanmamış ən real namizədin Fariz Yusifov olduğunu qeyd etmişdik. Fikrimiz təsdiqləndi. Belə ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da prinspial matçın Yusifova həvalə olunmasına qərar verdi. Əksəriyyətin düşüncəsi ilə razılaşan, axına qarşı getmək istəməyən HK sədri oyunu təcrübəli ədalət təmsilçisinə tapşırdı. Qısaca xatırladaq ki, hakimlərə böyük təzyiqin olduğu vaxt sabiq FİFA referisi və briqadası ağır yükün altından lazımınca çıxdı. Çiynində illərin təcrübəsini daşıyan Yusifov səhvsiz idarəçiliklə yadda qaldı. Xüsusən 30-cu dəqiqəyə təsadüf edən qol epizodunda briqadasının yanlışın astanasından dönməsi bəlkə də çempionatın taleyinə də təsir etdi. Bir sözlə, Yusifov etimadı doğrultdu və ağır yükün öhdəsindən gəldi. Hətta həmin oyundan sonra qəzetimizə müsahibəsində “30-cu dəqiqəyə təsadüf edən epizodda səhvə yol versəydiz, hansı addımı atardız” sualına Yusifov belə cavab vermişdi: “Mən bir də hakimlik etməzdim. Bunu səmimi etiraf edirəm. Bu əzab-əziyyətin sonunda belə bir şey olsaydı, Hakimlər Komitəsi ilə sağollaşardım”.
Görünür, bu dəfə də Xaqani Məmmədov Yusifovun ən doğru təyinat olduğunu düşünüb. Nə bilmək olar, bəlkə kubokun finalı da təcrübəli referiyə tapşırılacaq?! Ola bilər ki, bu haqda qərara sabahkı qarşılaşmadakı idarəçilik də təsir etsin. İnanaq ki, Yusifov yenə də prinsipial oyunun öhdəsindən gələcək. Yeri gəlmişkən, qış fasiləsinə qədər baş tutan hər iki oyunu Rəhim Həsənovun idarə etdiyini də xatırladaq.

Reaksiyalar
Ruslan Qurbanov (Qəbələ): “Oyun olduqca maraqlı və gərgin keçəcək. Mən buna şübhə etmirəm. Fikrimcə, hamı bu düşüncədədi. Artıq neçə vaxtdı əksəriyyət bu qarşılaşmanı gözləyir. Fürsətdən istifadə edib hər şeydən öncə azarkeşləri stadiona dəvət etmək istəyirəm. Bizim məqsədimiz rəqibin adından və çıxış etdiyimiz yarışdan asılı olmayaraq, hər zaman qələbədi. Yəni meydana ancaq 3 xal üçün çıxırıq. Təbii, “Qarabağ” yaxşı rəqibdi, güclü kollektivdi, baxımlı və istədikləri nəticəni qazana biləcək futbol sərgiləyirlər. Buna baxmayaraq, biz rəqibdən çəkinmirik. Məqsəd yenə qələbə olacaq. Hədəfə çatmaq üçün meydanda nə lazımdısa, onu edəcəyik. Lakin nəyin oyunun taleyini həll edəcəyini deyə bilmərəm. Psixoloji hazırlıq, ustalıq səviyyəsi və ya bəxt – bütün bunlar haqda danışmaq artıqdı. Bu dəfə taktika və yaxud psixoloji hazırlıq savaşı yox, birbaşa 3 xal uğrunda mübarizə aparacağıq. Düşünürəm ki, indidən nəsə demək çətindi. Sonda isə onu demək istərdim ki, nə olur-olsun, “Qəbələ” ilə “Qarabağ” arasında çempionluq mübarizəsi son tura kimi davam edəcək”.
Qara Qarayev (Qarabağ): “Bizi gərgin və maraqlı qarşılaşma gözləyir. Sevindirici haldı ki, ölkə çempionatında belə oyunlar var. Bu cür qarşılaşmaların olması futbolsevərlərdə maraq oyadır. “Qəbələ” ilə cari mövsüm baş tutan hər üç qarşılaşmamız baxımlı alınıb. Rəqib yaxşı oyun sərgiləyir. Bu dəfə də bu iki komanda arasında maraqlı duelin gerçəkləşəcəyi istisna deyil. Deməzdim ki, çempionluq yolunda əsas oyundu. Düzdü, bir-birimizlə qarşılaşırıq. Amma ondan sonra 3 oyun bizi gözləyir. Həmin 3 turda hər şey ola bilər. Bununla belə, “Qəbələ” çempionluq yolunda əsas rəqibimizdi. Bu üzdən oyunu bir çox azarkeşlər səbirsizliklə gözləyir. Ümumi ab-havanı nəzərə alsaq, futbol adına çox fərqli oyun olacağını söyləyə bilərik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Bu gün, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim Bütün xəbərlər
Ən çox oxunanlar