30 avq 12:25liqa

Turdan məqamlar


Turun...
...rəqəmi...

“Səbail”in “Sumqayıt”la oyunda vuracağı 2-ci qol artıq ikinci mövsümdü elitada çıxış edən “dənizçilər”in premyer-liqada 50-ci qolu sayılacaqdı. Açığı, yubiley topuna hücumameyilli futbolçulardan birinin, məsələn, Ağabala Ramazanovun, Mirabdulla Abbasovun, Fəhmin Muradbəylinin, lap elə Yevgeni Koçukun imza atacağını gözləyirdik. Lakin tarixdə qalacaq qola müdafiəçi Şəhriyar Rəhimov imzasını yazdırdı.
Rəhimovun oyundan əvvəl bu haqda xəbərdar olduğuna inanmaq çətindi. Çünki matçdan əvvəl oyunçular statistikaya fikir vermir, görüşə hazırlaşırlar. Lakin qarşılaşma başa çatandan sonra bundan xəbər tutduğunu güman etmək olar. Şəhriyarı dinləyək: “Yalan deməyəcəm, oyundan əvvəl yubiley qolunun vurulmasının mümkünlüyündən xəbərim yox idi. 50-ci qolun müəllifi olduğumu saytda görəndə bildim. Heç matç başa çatandan sonra da xəbərdar deyildim. Bu münasibətlə klubdan xüsusi olaraq hansısa hədiyyə verilmədi. Lakin komanda yoldaşlarımla çay süfrəsi arxasında əyləşəndə bu haqda danışdıq, təbriklər aldım. Təbii, xoş hisslərdi. İllər keçsə də, tarixdə adım qalacaq, hər dəfə rəqəmlərə baxılanda xatırlanacam. Ancaq bunu xüsusi hadisə kimi şişirtmirəm, futbolçuyuqsa, işimiz oynamaq, komandamıza fayda verməkdi”.
...imtinası...
Premyer-liqa qarşılaşmaları başa çatandan sonra hər iki komandanın baş məşqçiləri “CBC Sport”un kameraları önünə keçir, 90 dəqiqə ilə bağlı fikirlərini dilə gətirirlər. Artıq xeyli vaxtdı bu ənənə var və qorunub saxlanılır. Hətta komandası böyük hesabla uduzan, əhvalı yerində olmayan mütəxəssislərin həmkarlarımızın suallarını cavablandırdığını görmüşük.
Əvvəllər belə halların yaşandığını xatırlamaq olar. Lakin cari mövsümdə bu ənənəni Roberto Bordin pozdu. Ölkəmizdə çalışdığı ilk gündən jurnalistlərlə sözü düz gəlməyən, iradları qəbul etməyən, özünə sərf etməyən suallara əsəbi tonda cavab verən italyan bu dəfə çempionat oyunlarını canlı yayınlayan “CBC Sport”un əməkdaşlarına qarşı hörmətsizlik etdi. Bordin kameralar qarşısına keçib komandasının məğlubiyyətinə şərh vermək, son 4 matçdakı qələbəsizlik seriyasına aydınlıq gətirmək əvəzinə, danışmaqdan imtina etdi. Bunu da heç şübhəsiz, italyan çalışdırıcının azərbaycanlı telekanal işçilərinə qarşı sayğısızlığı kimi dəyərləndirmək olar. Baş məşqçinin addımının səbəbini klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə söhbətdə öyrənməyə çalışdıq: “Hazırda məzuniyyətdəyəm deyə, ölkədən kənardayam. Ona görə də “Zirə” – “Neftçi” oyununda olmamışam. Belə bir halın baş verdiyini də sizdən eşidirəm. Məncə, “CBC Sport”un əməkdaşlarının ciddi narazılığı olsaydı, bu haqda departament rəhbəri kimi mənə xəbər verərdilər. Görünür, baş məşqçi məğlubiyyətə görə üzgün imiş deyə, həmin an danışmaq istəməyib. Telekanal əməkdaşları də bunu anlayışla qarşılayıb. PFL-in Əsasnaməsində oyunsonrası müsahibələrlə bağlı tövsiyə var. Ona görə də belə bir halın növbəti dəfə təkrarlanmamasına çalışacağıq”.
..."atışması"...
Bəzən acı məğlubiyyətdən sonra eyni komandada çıxış edənlərin sözləri düz gəlmir. Biri günahı digərində axtarır, yaxud da kimsə özünü “sudan quru çıxarmağa” çalışır. Belə bir hadisəyə “Qarabağ” – “Qəbələ” görüşündə şahidlik etdik. Meydanı 0:3 hesablı yenilgi ilə tərk edən qonaq futbolçular olduqca üzgün görünürdülər. Bəziləri “Qarabağ”lılardan təsəlli görür, bir neçəsi də başını aşağı salıb sakit halda paltardəyişmə otağına tələsirdi. Lakin iki legioner – Kristian Kuaku ilə Merab Qiqauri nəyisə öz aralarında bölə bilmirdilər. Gürcü futbolçu afrikalıya nə demişdisə, Kristian özünə gələ bilmirdi. Bir neçə dəfə Meraba irad bildirəndən sonra deyinə-deyinə paltardəyişmə otağına yollandı.
Bu iki futbolçunun arasında nə baş verdiyi isə olayı görən hər kəs üçün qaranlıq qaldı. “Qəbələ”nin mətbuat katibi Anar Hacıyevin məsələyə izahı belə oldu: “Dediyiniz məsələ ilə maraqlandım, daha doğrusu, hər iki futbolçu ilə söhbət etdim. Orda baş verən hadisə böyük hesabla uduzan istənilən komandada ola biləcək bir şeydi. İki futbolçu emosiyalara qapıldığından, aralarında müəyyən narazılıq olub. Lakin həmin mübahisə elə ordaca qalıb. Çünki özləri ilə danışanda da hadisəni yada sala bilmirdilər. Yalnız mən ətraflı izah verəndən sonra xatırldadılar. Hər iki futbolçunun münasibəti qaydasındadı və burda şişirdiləcək bir şeyin olmadığını söylədilər”.
...qarşıdurması
Son vaxtlar ölkə futbolu elə bir vəziyyətə düşüb ki, nə komandalar arasında əvvəlki mübarizə var, nə də azarkeşlər arasında münaqişə yaşanır. Futbola könül verənlər komandalarını tək qoymamaq üçün tribunada dəstək nümayiş etdirib, dağılışırlar. Halbuki 5-10 il əvvəl qonaq azarkeşlər səfərə gedəndə ehtiyat edir, aralarında müəyyən gərginlik yaşanırdı. İndi barmaqla sayıla biləcək qədər azdı, demək olar, yoxdu.
Hesabat turunda buna bənzər hadisə “Bank Respublika Arena”da yaşandı. Nə baş verdisə, “Keşlə”ni dəstəkləmək üçün Masazıra yollanan bir qrup tərəfdarla yerli azarkeşlərin sözü düz gəlmədi. Baş-başa gələn fanatların arasındakı münaqişənin böyüməsinə polislər imkan vermədi. Olayın nədən qaynaqlandığını “Keşlə”yə dəstək verən “Old Wolf”un rəhbəri Elnur Yusifovla söhbətdə öyrəndik: “Əslində orda ciddi bir şey baş vermədi. Özünüz də bilirsiz ki, tribunalarda bir komandanın azarkeş qrupu rəqib komandanın ünvanına atmaca atır, bəzən kobud ifadələr işlədirlər. 15 ildi tribunadayam, həmişə belə olub, indi də belədi. Hətta derbi sayılan “Neftçi” – “Qarabağ” qarşılaşması zamanı da bunun şahidi oluruq. Bu dəfə rəqibin ünvanına atmacalı şüarlar işlədəndə, rəhbərləri yaxınlaşıb bizə tribuna mədəniyyəti öyrətmək istəyirdi. Halbuki biz Masazırı yox, klub adı olan “Sabah”ı “qaralamışdıq”. Nə isə, aramızda müəyyən söz “atışması” oldu, yaxınlıqdakı uşaqlar da gəldi. Bundan sonra polis yaxınlaşıb sakitləşməli olduğumuzu dedi. Vəssalam, bununla da məsələ qapandı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar