30 avq 12:21liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Vüqar Həsənli meydan sahiblərinin "evini yıxdı"
Premyer-liqada hələ iki tur geridə qalsa da, artıq hakim səhvləri “göz oxşayır”. Təsadüfi deyil ki, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov ədalət təmsilçilərinin qərarlarından narazılıqlarını dilə gətiriblər. Bu gedişlə mövsümlərarası fasilədə toplanış keçməyən, oyun təcrübəsindən məhrum olan hakimlərin idarəçiyindən narazı qalanların sayı turdan-tura artacaq ki, bu da çempionata kölgə salan məqamlardan biridi.
Vüqar Həsənli, Sumqayıt – Səbail
Turun ən bərbad idarəçiliyi Sumqayıtda yaşandı. Vüqar Həsənli oyunun altından çıxa bilmədi. Onun qərarları birmənalı olaraq, "Sumqayıt"ın əleyhinə yönəldi. Həm də elə startda meydan sahiblərinin "evini yıxdı". Əvvəlcə Kamal Bayramov cərimə meydançasının xətti yaxınlığında rəqibin üzərinə sərt şəkildə şığıyıb həm ayağı, həm də əli ilə Peyman Babayiyə toxunsa da, baş hakim təhlükəli nöqtədə qayda pozuntusu qeydə almadı. Halbuki “Səbail”in qapıçısı “sonuncu ümid folu”na görə “qırmızı” almalı idi. Epizodun davamında təyin olunan künc zərbəsi zamanı isə Adil Nağıyev cərimə meydançasında Şəhriyar Əliyevi qucaqlayaraq yıxdı və havaya qalxıb başla topa toxunmasını əngəllədi. Vüqar Həsənlinin fiti yenə susdu. Bu iki epizoddan birində “Sumqayıt”ın lehinə qərar qəbul olunsaydı, oyunun gedişatının hansı məcraya yönələcəyini heç kim proqnozlaşdıra bilməzdi. Üstəlik, referi 10-cu dəqiqədə “Sumqayıt”ın qapısına penalti təyin etməklə matça damğa vurdu. Hərçənd “11 metrə” haqlı idi.
Səbuhi Bayramov, Sabah – Keşlə
Perspektivli hakimlər siyahısında yer alan Səbuhi Bayramov “Bank Respublika Arena”da üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. İnamlı görünən ədalət təmsilçisi bir-iki metodiki səhvi nəzərə almasaq, qarşılaşmanı yüksək səviyyədə idarə etdi. Onun 74-cü dəqiqədə Sezar Meza Kollini meydandan qovması müəyyən müzakirələrə yol açsa da, Bayramov paraqvaylı yarımmüdafiəçini tərəddüd etmədən paltardəyişmə otağına erkən yolladı. Fikrimizcə, həmin an hakim düzgün qərar qəbul etmişdi. Yerdə qalan Meza Kolli əsəbindən rəqib futbolçunu ayağı ilə vurdu. Düzdü, sonradan bunu bilərəkdən etmədiyini söyləyərək, özünə haqq qazandıra bilər. Ancaq həmin an onun niyyətinin “Keşlə”nin futbolçusunu vurmaq olduğu açıq-aşkar sezilirdi. Masazırdakı matçda hakimlərin, daha doğrusu, baş hakimlə 4-cü hakimin gözdən qaçırdığı bir məqamı mənfi hal kimi dəyərləndirmək olar. Meydandan qovulan Meza Kolli qaydalara əsasən birbaşa paltardəyişmə otağına yollanmalı olsa da, oyunun sonuna kimi ora aparan dəhlizin girişində oturub hakimin final fitini gözlədi.
İnqilab Məmmədov, Qarabağ – Qəbələ
Çimərlik Futbolu üzrə FİFA referisi bəlkə də karyerasının ən rahat oyununu keçirdi. “Qəbələ” rəqibindən aşkar zəif olduğundan daha çox müdafiə olunur, meydanın mərkəzini keçməyə həvəs göstərmirdi. Və belə də oyun 90 dəqiqə, demək olar ki, meydanın “qırmızı-qaralar”a aid hissəsində keçdi. Bu isə İnqilab bəyin işinə yaradı. Çox tər tökməyən referi matçı çətinlik çəkmədən səhvsiz başa burdu.
Rəhim Həsənov, Zirə – Neftçi
FİFA referisi Zirədəki oyunun öhdəsindən artıqlaması ilə gəldi. Bacardığı qədər tempə xələl gətirməyən Həcənov vərəqələrdən az istifadə etdi. Cəmi 4 dəfə əlini cibinə atan Rəhim hər komandadan 2 nəfəri cəzalandırdı. “Zirə”lilər hər iki vərəqəni "oyunun bərpasını ləngitməy"ə görə aldılar ki, bu da hakimin oyunun sürətinin azalmasına imkan verməməsindən xəbər verir. Həsənovun köməkçiləri ilə əlaqəsi də yüksək səviyyədə idi. Yeri gəlmişkən, o, oyunun gedişində məhz köməkçisinin işarəsindən sonra Roberto Bordinə yaxınlaşıb şifahi xəbərdarlıq etdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar