09 apr 23:44liqa

Gəncədə əzəli rəqiblərin, Bakıda finalçıların dueli

Gəncədə əzəli rəqiblərin, Bakıda finalçıların dueli
Bazar günü Topaz premyer-liqasında 25-ci tura start veriləcək. İki gün davam edəcək tura aprelin 10-da yekun vurulacaq. Turun mərkəzi oyununda çempionatın liderləri “Qarabağ” və “Qəbələ” qarşılaşacaq. Ölkənin iki ən zəngin tarixə malik komandası “Neftçi” və “Kəpəz” isə öz aralarında qalibi müəyyənləşdirəcək.
Sabahkı oyunlardan biri yayınlanacaq. “CBC Sport” “çempionluq oyunu”nu ekranlara daşıyacaq.
Topaz premyer-liqası
4-cü dövrə, 25-ci tur
9 aprel
97. Kəpəz – Neftçi
Hakimlər: ELVİN ƏSGƏROV, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev.
Hakim-inspektor: Murad Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 20:+9=4-7, 20-24.
1992 - 1:0; 1993 - 2:0; 1993/94 - +:-; 1994/95 - 2:1; 1995/96 - 0:0; 1996/97 - 1:1; 1997/98 - 2:0; 1998/99 - 2:0, 1:0; 1999/00 - 1:0; 2000/01 - 1:3; 2003/04 - 1:2; 2004/05 - 0:1; 2005/06 - 0:5; 2010/11 - 0:4; 2011/12 - 1:1; 2012/13 - 0:3; 2015/16 - 1:1, 1:2; 2016/17 – 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 35-35-30
Gəncə. Şəhər stadionu. Saat 16.00
Turun açılış oyunu Gəncədə baş tutacaq. Ölkənin ən köklü klubları “Kəpəz”lə “Neftçi”nin görüşü prinsipiallığına görə əvvəlkilərdən heç də geri qalmır. Baxmayaraq ki, hər ikisi autsayderlər mövqeyində qərarlaşıb. Uduzan komandanın nəinki Avroliqaya vəsiqə verəcək 4-cü, hətta 5-ci yerə də şansı minimuma enəcək. Xüsusilə 80 illik yubileyində titulsuz qalan, uğursuzluğunu heç olmasa, avrokuboklara vəsiqə qazanmaqla unutdurmağa çalışan “Neftçi” üçün “həqiqət anı” gəlib çatıb. Ancaq Elxan Abdullayevin komandası üçün Nizaminin yurdundan 3 xalla dönmək heç də asan olmayacaq. Əvvəla, Şahin Diniyevin yetirmələri son iki oyunda “ağ-qaralar”a uduzmayıb. Daha doğrusu, qərb təmsilçisi 2-ci dövrədə 2:0 hesabıyla qalib gəlib, qış fasiləsindən sonrakı dueldə isə səfərdə qolsuz heç-heçəyə nail olub. Əzəli rəqiblərin cari mövsümdəki görüşlərində meydan sahibi olan tərəf qol buraxmayıb. Gəncəlilər həm də son üç ev oyununu qolsuz tərk etməyib. Nəzərə alaq ki, Diniyevin komandası bu mövsüm evdə yalnız bir oyunda uduzub. Bu, “Kəpəz”lə “Neftçi”nin 47-ci qarşılaşması olacaq. Əvvəlki 46 oyundan 17-də qərb təmsilçisi, 21-də isə “ağ-qaralar” qələbə qazanıb. Qalan 8 görüşdə isə heç-heçə qeydə alınıb.
98. Qarabağ – Qəbələ
Hakimlər: FARİZ YUSİFOV, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 17:+9=5-3, 26-14.
2006/07 - 3:2; 2007/08 - 2:1; 2008/09 - 0:0; 2009/10 - 0:0, 1:1; 2010/11 - 3:0; 2011/12 - 0:1, 1:1; 2012/13 - 1:2, 1:0; 2013/14 - 4:3, 3:0; 2014/15 - 2:0, 0:1; 2015/16 - 1:1, 2:0; 2016/17 – 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-30
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.30
“Qarabağ”la “Qəbələ”nin görüşü çempionun adına aydınlıq gətirə bilər. Daha doğrusu, ağdamlılar qələbə qazanmaqla 3 mövsümlük titulunu böyük ölçüdə qorumuş olacaq. Hətta heç-heçə də Qurban Qurbanovun komandasını qane edə bilər. Əks halda, “qızıl” uğrunda mübarizə son tura qədər davam edəcək. Son illər avrokuboklarda ən uğurlu çıxış edən iki təmsilçimizin duelləriylə bağlı bir statistik məqam diqqəti daha çox cəlb edir. Son 4 matçda meydan sahibi komanda 2 qol vurub, qalib gəlir. Bu, tərəflərin cari mövsümdə baş tutacaq 4-cü dueli olsa da, hələ bir görüş də baş tutacaq. Belə ki, “Qarabağ”la “Qəbələ” kubokun finalında da qarşılaşacaqlar. Bir sözlə, tərəflər iki tituldan heç olmasa, birini ələ keçirmək istəyir.
Topaz.az
1 Х 2 1Х 12 2Х alt üst kod
Kəpəz – Neftçi 3.00 2.90 2.10 1.47 1.24 1.22 1.55 2.00 651
Qarabağ – Qəbələ 1.95 3.00 3.30 1.18 1.23 1.57 1.60 1.90 872

1. Qarabağ 24 16 4 4 39-12 52
2. Qəbələ 24 13 9 2 43-14 48
3. İnter 24 11 9 4 35-24 42
4. Zirə 24 8 7 9 21-24 31
5. Sumqayıt 24 7 7 10 22-30 28
6. Neftçi 24 8 2 14 19-38 26
7. Kəpəz 24 5 9 10 17-26 24
8. AZAL 24 1 7 16 11-39 10
Bombardirlər: Filip Ozobiç (Qəbələ) - 11, Rauf Əliyev (İnter) - 8, Dino Ndlovu (Qarabağ), Baqali Dabo (Qəbələ), Nizami Hacıyev (İnter) - 7.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar