21 avq 14:02liqa / reportaj

Sənan Qurbanovun səhvi “Qəbələ”nin “başında çatladı”


2. Qəbələ - Sumqayıt 0:2 (0:2)
1. Anar Nəzirov (k) – 4,0
(94. Tərlan Əhmədli, 78) – qiymətsiz
8. Qismət Alıyev – 4,0
5. Rasim Ramaldanov – 3,5
4. Sadiq Quliyev – 3,5
2. Amin Seydiyev – 4,0
21. Fernan Lopes – 3,5
77. Merab Qiqauri – 4,0
9. David Volkov – 4,5
11. Asif Məmmədov – 3,5
7. Roman Hüseynov – 3,0
(14. Ülvi İsgəndərov, 32) – 4,0
10. Klesio – 3,5
Ehtiyat oyunçular
6. Kamal Mirzəyev
28. Murad Musayev
19. Rövlan Muradov
20. Faiq Hacıyev
22. Rüstəm Nuriyev
15. Vüsal Məsimov
55. İdris İnqilablı
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: David Volkov

1. Mehdi Cənnətov – 5,5
44. Elvin Cəfərquliyev – 5,0
(18. Süleyman Əhmədov, 68) – 5,0
14. Elvin Bədəlov – 5,5
3. Vurğun Hüseynov (k) - 5,5
4. Şəhriyar Əliyev – 5,5
22. Sərtan Taşkın – 5,5
6. Vüqar Mustafayev – 5,5
(28. Səbuhi Abdullazadə, 86) – qiymətsiz
17. Murad Xaçayev – 5,0
8. Peyman Babayi – 5,5
10. Əmir Ağayev – 5,5
70. Mehdi Şərifi – 6,0
(9. Amil Yunanov, 73) – 5,0
Ehtiyat oyunçular
13. Aydın Babayev
2. Rail Məlikov
11. Elgün Nəbiyev
97. Xəyal Nəcəfov
7. Ehtiram Şahverdiyev
25. Baxşəli Baxşəliyev
20. Rüfət Abdullazadə
Baş məşqçi Ayxan Abbasov
Komandanın ən yaxşısı: Mehdi Şərifi
Qollar: M.Şərifi, 13 (0:1, S.Taşkın). M.Şərifi, 26 (0:2, P.Babayi).
Vərəqələr: A.Məmmədov, 26 (hakimin qərarına etiraz). P.Babayi, 40 (tələb olunan məsafəyə riayət etməmək). M.Qriqauri, 54 (qeyri-idman hərəkəti). Ə.Ağayev, 60 (qeyri-idman hərəkəti). M.Şərifi, (qeyri-idman hərəkəti). V.Mustafayev, 84 (qeyri-idman hərəkəti). R.Ramaldanov, 84 (qeyri-idman hərəkəti). M.Cənnətov, 86 (oyunun bərpasını ləngitmək). S.Quliyev, 90 (hakimin qərarına etiraz) – sarı. A.Məmmədov, 84 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RAUF CABBAROV, Yaşar Abbasov, Müslüm Əliyev (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümyəndəsi: Mübariz Hüseynov (Gəncə).
17 avqust. Qəbələ. Şəhər stadionu. 500 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Mövsümlərarası fasilədə heyəti zəifləyən, avrokuboklarda uğursuzluğa düçar olan “Qəbələ”nin azarkeşləri ilə barışmaq üçün əlinə yaxşı fürsət düşmüşdü. “Qırmızı-qaralar” premyer-liqanın ilk turunda “doğma divarlar” arasında çempionatın aşkar autsayderi olacağı gözlənilən “Sumqayıt”la qarşılaşırdı. Matçdan öncə əksər mütəxəssislər, futbol ictimaiyyətinin nümayəndələri meydan sahiblərinin daha çox gənclərdən qurulmuş “kimyaçılar”ı asanlıqla yenib mövsümə qələbə ilə başlayacağını düşünürdü. Ancaq ehtimallar özünü doğrultmadı ki, buna görə də qəbələli azarkeşlər ilk növbədə yanlış start heyət seçiminə görə baş məşqçi Sənan Qurbanovu qınamalıdılar. Çalışdırıcı özü də oyunsonrası mətbuat konfransında start heyəti ilə bağlı səhvə yol verdiyini etriaf etdi.
Rövlanı yarımmüdafiənin sağ cinahında oynadan baş məşqçi Davidi sola çəkməklə gürcünün əl-ayağını bağlamışdı. Matçın əvvəlində meydan sahibləri uçmaq istəyən, ancaq qanadı sınıq olduğuna görə buna bacarmayan quşa bənzəyirdi. Bu səhvdən isə Ayxan Abbasovun komandası məharətlə yararlandı. Oyunda ilk təhlükə 4-cü dəqiqədə “kimyaçılar”ın qapısı önündə yaşansa da, Sadiq Quliyev komanda yoldaşının qapı önünə asmasını başla dəqiq tamamlaya bilmədi. Əvəzində sumqayıtlılar 13-cü dəqiqədə hesabı açdılar. Korner vuruşundan sonra “ev tapşırığı”na uyğun olaraq, top bir qədər geriyə, boşda qalan Sərtana ötürüldü. Onun qapıçı meydançasına asması zamanı isə sumqayıtlıların yeni transferi Şərifi qapıçını da qabaqladı və başla topu tora göndərdi. Qapısında qol görən meydan sahiblərinin hesabı bərabərləşdirmək üçün irəli atılacağı gözlənilsə də, qonaqlar oyun üstünlüyünü əldən vermək fikrində deyildi. 21-ci dəqiqədə Şəhriyarın iti bucaq altında qüvvətli zərbəsini Anar geri qaytara bildi. Bir neçə dəqiqə sonra isə şimallılar ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Sərtandan ötürmə alan Peyman sağ cinahla bir qədər irəliləyib qapıya paralel ötürmə etdi. Burda isə yenə müdafiəçiləri qabaqlayan Şərifi bir toxunuşla Nəzirovu məyus etdi. İlk oyununda dubl etməyi bacaran “70 nömrə” əla mövqe seçimi, ikili mübarizələrdə inamlı təsir bağışlaması ilə yadda qaldı. Belə davam edəcəyi halda ötən mövsüm “Persepolis”lə İran çempionu olmağı bacaran Mehdi böyük ehtimalla mövsümün kəşfi olacaq.
İkinci qoldan sonra, nəhayət, “qırmızı-qaralar”ın çalışdırıcısı səhvini düzəltdi. Rövlanın əvəzinə Ülvini meydana buraxan Qurbanov Davidi doğma mövqeyinə çəkib, Klesioya hücumun arxasında oynamağı tapşırdı. İsgəndərli isə tək forvard kimi komandanın qol ümidi olmalı idi. Məhz bu yerdəyişmələrdən sonra şimallılar qonaqları geri çəkilməyə məcbur etdilər. 41-ci dəqiqədə Volkovun baş zərbəsi dirəkdən döndü. Bu həm də ilk yarının son təhlükəli qol vəziyyəti idi.
Fasilədən sonra üstünlük tam olaraq meydan sahiblərinin tərəfində idi. Lakin onların hücumları nəticəsiz qalırdı. Ya müdafiəçilər vaxtında müdaxilə edib, təhlükəni sovuşdururdular, ya da bəxt sumqayıtlıların üzünə gülürdü. Düzdü, 69-u dəqiqədə Qurbanovun yetirmələri Mehdinin qapısına yol tapa bildilər. Lakin baş hakim həmin an Merabın rəqib müdafiəçiyə qarşı kobud oynadığını bildirib, yerli azarkeşlərin sevinməsinə imkan vermədi. Əsas vaxtın sonuna 15 dəqiqə qalmış Volkov cərimə meydançasının daxilində əlverişli vəziyyət yaxalasa da, topu istədiyi kimi ram edə bilmədiyindən biranlıq gecikdi və belədə onun zərbəsi Bədəlovun ayağına dəyərək meydanı tərk etdi. “Kimyaçılar”ın ikinci hissədə ilk və son real qoş şansını isə Süleyman dəyərləndirə bilmədi. Meydana sonradan çıxan gənc futbolçu iti bucaq altında “çərçivə”ni nişan alsa da, zədələndiyinə görə meydanı tərk edən Nəzirovun əvəzinə meydana çıxan Tərlan topu ayaqları ilə uzaqlaşdırdı. Qalan dəqiqələrdə “Qəbələ” çox çalışsa da, məğlubiyyətdən qaça bilmədi və avrokubokların ardınca premyer-liqanın ilk turunda da tərəfdarlarını üzdü.
RƏŞAD

Reaksiyalar
Ayxan Abbasov: “Çempionatın startı münasibəti ilə bütün futbol ictimaiyyətini təbrik edirəm. İlk oyunda bizi nələrin gözlədiyini bilirdik. Rəqibi həftəboyu təhlil etmişdik. Üstünlüyümüz onda idi ki, “Qəbələ”nin “Dinamo” ilə görüşlərini təhlil edib futbolçuları məlumatlandırmışdıq. Səhvlərimiz də, yaxşı anlar da oldu. Deyə bilmərəm ki, komanda verilən tapşırıqları tam yerinə yetirdi. Yəqin ki, bu da debüt matçıyla bağlıdı. Bəzi səhvlər normaldı, çünki gənc futbolçularımız çoxdu. Sevinirik ki, “Sumqayıt” ilk dəfə səfərdə “Qəbələ”ni məğlub etdi. 40-cı dəqiqədən sonra rəqib təzyiqi artırdı. Müəyyən dəyişikliklər etdilər. Biz də çalışdıq buna qarşı müəyyən işlər görək. İkinci hissədə pressinqi gözləyirdik. Belə də oldu. İnanıram ki, futbolçularımız oyundan-oyuna artıracaq. Yəqin ki, “transfer pəncərəsi” bağlanana qədər düşərgəyə daha bir qapıçı cəlb edəcəyik. Mehdi Şərifi vinger olsa da, onu hücumçu kimi transfer etmişik. Bu gün bəzi anlarda 3 hücumçuyla oynayırdıq. Fikrimcə, o çempionatımıza rəng qata bilər. Bizə yeni oyunçular lazımdı. Bu yöndə çalışmalarımız davam edir. Ancaq büdcəmizə uyğun hərəkət edirik. Aleksey İsayevlə Şərifini müqayisə etmək istəmirəm. Hər futbolçunun özünə görə xarakteri var. Mehdi meydanda aqressiv olsa da, kənarda sakitdi. İnanmıram ki, “ulduz xəstəliyinə tutulsun”.
Sənan Qurbanov: “İstəməzdik ilk oyunda məğlub olaq. Bütövlükdə oyuna nəzarət etdik. Sadəcə, hücumda son nöqtəni qoya bilmədik. Məşqlərdə üzərində çalışdığımız müyyən gedişləri bu gün meydanda görə bildik. Nəticənin oyuna görə olmaması futbolçulara mənfi təsir etdi. Start heyətində səhvə yol vermişdim? Məşqlərdə Roman Hüseynov özünü daha yaxşı göstərməyi bacarmışdı. Ona uzun ötürmələr etməyi tapşırmışdıq. Ancaq razılaşıram ki, onu əvəzlədikdən sonra komandamız daha xoş təsir bağışlamağa başladı. Son nöqtəni qoya bilməmək “xəstəliyimiz” davam edir. Təəssüf ki, hər şey edirik, bircə qol çatmır. Kristianı almışdıq, təəssüf ki, zədələndi. Ülvi İsgəndərova inanırıq, amma görüləsi iş çoxdu. Asifin cəzalı, Anarın zədəli olması növbəti turda, “Qarabağ”la oyunda bizə çətinlik yaradacaq. Əlimizdəki futbolçularla oynayacağıq. Şans qazanan futbolçular özlərini ən yaxşı tərəfdən göstərməlidilər”.

Gözdən qaçmadı
* Mövsümün açılış oyununda Qəbələyə səfər edən “kimyaçılar” şimalda dəstəksiz qalmamışdılar. 50 sumqayıtlı fanat səfər görüşündə sevimli komandalarını 90 dəqiqə irəli səslədilər. Onu da qeyd edək ki, qonaqların azarkeşləri meydan sahiblərinin fanatlarından daha fəal idilər.
* Mövsümün ilk oyunu olmasına baxmayaraq, qəbələlilər yerli komandanın oyununu izləmək və dəstək vermək üçün stadiona gəlməyi özlərinə sığşdırmamışdılar. Bu üzdən tribunalarda boş yerlərin sayı dolulardan dəfələrlə çox idi.
* Əvvəlcədən oyunun hakim-inspektorunun Ceyhum Haşımov olacağı bildirilsə də (protokolda da onun adı yazılmışdı), onu Şahin Cəfərov əvəzləmişdi.
* Qarşılaşmanı izləyənlər arasında meydan sahiblərinin və qonaqların rəhbərliyi ilə yanaşı, “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazovu görmək bir qədər təəccüblü oldu.
* Oyundan sonra “Sumqayıt”ın fanatları komandanın qaldığı otelin qarşısına toplaşaraq, qələbə münasibəti ilə futbolçuları və məşqçilər korpusunu təbrik etdilər, gecə olmasına baxmayaraq, qalib komandanın şərəfinə çox sayda şüarlar səsləndirdilər.
* Meydanda sözləri çəp gələn, matçdan sonra münasibətləri aydınlaşdıracaqlarını bir-birinə söyləyən Vüqar Mustafayevlə Asif Məmmədov qarşılaşma başa çatandan sonra bir tərəfə çəkilib aralarında yaşanan problemi yoluna qoydular.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar