08 avq 13:15liqa

2019/20 mövsümünün püşkü atıldı


"Topaz"ın premyer-liqadan imtinası rəsmiləşdi
Dünən Çempionlar Liqasında və Avropa Liqasında pley-off mərhələsinin püşkü atıldı. Bilərəkdən, ya bilməyərəkdən, Peşəkar Futbol Liqası (PFL) da növbəti mövsümün püşkatmasını eyni günə salmışdı. Beləliklə, dünən AFFA-nın inzibati binasında 2019/20 mövsümü ilə bağlı ənənəvi tədbir baş tutdu. Elə püşkatmanın keçirildiyi zala ayaq basan kimi diqqətimizi bir məqam cəlb etdi. Adətən, sponsorun adı ilə bəzənən lövhədə “Topaz”ın loqosuna rast gəlmədik. Başa düşdük ki, PFL-in şirkətlə işbirliyi alınmayıb. Əslində, bu, bizim üçün təəccüblü olmadı. Məhz “Futbol+” bir neçə gün əvvəl eksklüziv olaraq “Topaz”ın sponsorluq əməkdaşlığında maraqlı olmadığı barədə xəbər yaymış, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də bunu bir növ təsdiqləmişdi. Qayıdaq püşkatmaya...
Saat 15.00-a təyin olunan tədbir bir neçə dəqiqəlik ləngimə ilə baş tutdu. PFL-in prezidenti Ramin Musayev, Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov, adı çəkilən şöbənin keçmiş rəhbəri Məlik Həsənov və Aslan Şahgəldiyev fəxri kürsüdə yer alandan sonra sonuncu giriş nitqi ilə çıxış etdi, ardından sözü başqanına verdi. Ramin bəy sözünə təbriklərlə başladı: "Futbol bayramını qeyd edirik. Bu münasibətlə hər birinizi təbrik edirəm. Daha sonra klublarımızı təbrik edirəm. İki komandamızın mübarizəni dayandırmasına baxmayaraq, “Qarabağ” və “Neftçi”nin nəticələri nailiyyətdən xəbər verir. İnanıram ki, bu fikirlə futbolsevələrlərimiz razılaşır. Arzu edirik ki, həmişə güclü qalib olsun, tək respublikada yox, ondan kənarda da bizləri sevindirsin. Mən xüsusilə "Neftçi"nin uğuruna diqqəti çəkmək istəyirəm. “Qarabağ” onsuz da “Qarabağ”dı, son illər ölkəmizi layiqincə təmsil edir. Püşkdən sonra əksəriyyət “Neftçi”dən əlini üzmüşdü. "Neftçi"nin püşkdə bəxti gətirmədi. İnanmırdılar ki, Rusiya təmsilçisini mübarizədən kənarlaşdıra bilər. Avropa Liqasında "Arsenal" üzərində qələbədən sonra şəxsən mənim mobil telefonum 2 gün susmadı. Rusiyadan gələn zənglərdə çox ürəkaçan sözlər işlədirdilər.
İcraiyyə Komitəsinin qərarıyla növbəti mövsümə 8 yox, 10 komandayla başlayacağıq. Bu qərar qüvvədədi. İnanıram ki, get-gedə komanda sayı artacaq, daha maraqlı, gərgin çempionat izləyəcəyik. Keçən mövsüm o gərginliyi bir o qədər hiss etmədik. Ancaq nəticə baxımından pis deyil. Qeyd etdiyim kimi, avrokuboklarda qalan təmsilçilərimizin hər ikisi gözəl oyun nümayiş etdirir. İnanıram ki, növbəti mövsüm də ədalətli keçəcək. PFL yaranandan hələ olmayıb ki, çempionatda 1-2-ci yeri tutan komandalar avrokuboklarda öz sözünü deməsin. Hər mövsümdə olduğu kimi, kim güclüdü, o da qalib gələcək".
Musayev çempionata sponsorluq məsələsinə də aydınlıq gətirdi: "Çempionatın yeni adı Azərbaycan premyer-liqası olacaq. "Topaz" sponsorluq fəaliyyətini dayandırdı. Heç də peşman deyilik. Ona görə ki, "Topaz" kimi başqa bukmeker şirkəti var, ondan artıq pul təklif edir. Elxan Məmmədovla söhbət etmişdik, "Topaz" sponsorluq etsəydi, həmin puldan klubları sevindirərdik. Ancaq bu, baş tutmadı. Ümid var. Başqa şirkət var, Aslan Şahgəldiyevlə əlaqə saxlayırlar. Avqustun 16-dək qərar qəbul olunacaq. Büdcəmizdə pul olsa, sizi də yanvarda gəzməyə apararıq” (gülür).
PFL prezidenti daha sonra rəhbərlik etdiyi qurumdakı struktur dəyişikliyinə toxundu və sözü Elgiz Abbasova verdi: "Texniki İdman Şöbəsində rəis postunu artıq Elgiz Abbasov tutur. O, bu vəzifəyə gələndən sonra istirahət etməyib, çox dəyişiklikdə onun əziyyəti var. Çempionatın startını cümə gününə təyin etdik ki, futbolumuza düşərli olsun".
Elgiz Abbasov Əsasnamədəki bəzi dəyişikliklər barədə jurnalistlərə məlumat verdi: “Son bir ay ərzində klublarla əməkdaşlığı gücləndirmişik. Müəyyən dəyişikliklər var. Yeni sistem yaş limitinin pozulmasına icazə verməyəcək. Eyni zamanda, əvəzetmələr zamanı da səhvlər olmayacaq. Bu o deməkdi ki, texniki məğlubiyyət riski minimuma bərabərdi. Sistemə aid təkliflər olarsa, bunun üzərində çalışacağıq. Bundan başqa, borcu olan klublar oyuna daxil ola bilməyəcəklər. Klub legionerlərə görə borcunu mütləq şəkildə ödəməlidi. Oyunların vaxtı ilə əlaqədar dəyişikliklərlə bağlı daha tez məlumat verilməlidi. Bundan başqa, oyunöncəsi məşqin vaxtı hər iki klub arasında razılaşdırılmalıdı və PFL-ə məlumat verilməlidi. Klublar rəsmi, qeyri-rəsmi, yoldaşlıq görüşləri barədə də PFL-i müntəzəm məlumatlandırmalıdı”.
Nəhayət, püşk atıldı və 1-ci turun cütləri müəyyənləşdi:
Neftçi - Sabah
Səbail - Zirə
Qəbələ - Sumqayıt
Keşlə - Qarabağ
Elgiz Abbasov qeyd etdi ki, mövsümün tam təqvimi yaxın günlərdə PFL-in rəsmi saytında yerləşdiriləcək.
Komandaların rəqiblərini tanımasından sonra Ramin Musayev daha bir neçə sualı cavabladı.
- Diviziona qatılmadığına görə “Qəbələ”nin cəzası nə olacaq?
- "Qəbələ" əvəzedici komandasını yarışa buraxmadığına görə 50 min cərimələnəcək (Musayevin rəqəmləri qarışdırdığını vurğulayaq. Çünki AFFA-nın İcraiyyə Komitəsinin martın 4-də keçirilən iclasının qərarlarında qeyd olunub ki, əvəzedici komandalara AFFA 50 min manat maliyyə vəsaiti ödəyəcək, imtina edənlər isə 100 min manat cərimələnəcəklər – red.). Onu da deyim ki, divizionda iştirak edən digər klublara 50 min pul veriləcək.
- Divizionla bağlı detallar müəyyənləşib?
- Çempionatın start götürəcəyi vaxt məlumdu. Yarış avqustun 23-də başlayacaq. Bu dəfə çempionatın sentyabrda yox, daha tez başlaması U-21-lərin oyunları ilə bağlıdı. Hazırda iştirakı dəqiqləşən 13 komanda var.
- Bu gün ÇL-in də püşkü atıldı və “Qarabağ”ın bəxtinə “Ayaks” düşdü. Bu barədə nə deyə bilərsiz?
- Bundan qorxmaq lazım deyil. İndidən bir söz demək istəmirəm. Çünki düşər-düşməzi var. Qoy hələ “Qarabağ” APOEL səddini adlasın. Bəlkə heç “Ayaks” PAOK-u keçə bilməyəcək (gülür). Bu futboldu, hər şey ola bilər. Yenə “Neftçi”ni nümunə çəkmək istəyirəm, hamı deyirdi, "Arsenal"ı keçə bilməyəcək. Ancaq nəticə fərqli oldu. Odu ki, ruhdan düşmək, çəkinmək lazım deyil.
- Məlum olduğu kimi, "Qəbələ"nin büdcəsi azaldı, "Səbail"də maliyyə sıxıntısıyla bağlı təzadlı fikirlər var. Yəni birdən-birə iki klubun - Avroliqadakı təmsilçilərimizin iddiasının azalmasıyla çempionat əvvəlki kimi gərgin olmayacaq. Bu sizi narahat etmir?
- Əvvəla, dünyanın hər yerində güclü-gücsüz var. İstər idmanda olsun, istərsə də adi insanlar. Klublarımıza gəlincə, narahat olmağa dəyməz. Düşünmürəm ki, "Səbail"lə "Qəbələ" ruhdan düşəcək. Əksinə, inanıram ki, yerli futbolçular – legionerlər getsə - onlara verilən şansdan istifadə etməlidi. Elə fikirləşməyin ki, "Qəbələ" və ya "Səbail" zəifləyəcək. "Səbail" haqda geniş məlumatım var. Deyilənlər bir o qədər həqiqətəuyğun deyil. Klubun sponsoru pul ayırmaqdan imtina etmir, sadəcə, ödəniş gecikir. Gözləyə bilmirsənsə, get başqa komandaya. "Səbail"in futbolçuları müqavilədə nəzərdə tutulan pulun hamısını alacaq. Sadəcə, bəziləri tələsir. Bir-birini yola vermək lazımdı.
- Çempionat bu toplarla (stolun üstündə “Nike” topu var) oynanılacaq?
- Bəli, yeni mövsüm "Nike" firmasının toplarıyla keçiriləcək. AFFA ilə bu şirkət arasında mövcud əməkdaşlıq çərçivəsində premyer-liqada çıxış edən hər bir kluba 2019/20 mövsümü üçün ödənişsiz 100 ədəd top təqdim olunacaq. Bunda AFFA-nın baş katibi Elxan Məmmədovun əziyyəti var. Toplar klublara iki mərhələdə veriləcək. Mövsümün startı ərəfəsində hər klub üçün nəzərdə tutulmuş 50 ədəd top (cəmi 400 ədəd) klublara çatdırılması üçün artıq PFL-ə təqdim edilib. O cümlədən çempionatın təşkilati işləri ilə bağlı PFL-ə 50 ədəd top verilib. Klubların hər biri üçün nəzərdə tutulan daha 50 ədəd "Nike" şirkətinin istehsalı olan top isə premyer-liqanın dövrələrarası fasiləsi zamanı təqdim olunacaq. Divizion klublarına da bu şəraiti yaratmağa çalışacağıq.
Beləliklə, tədbir başa çatdı və media nümayəndələri şirniyat stoluna dəvət olundu...
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar