05 avq 12:02liqa

Ayxan Abbasov Türkiyə hazırlığından məmnundu


“Hələ də narazı olduğum məqamlar var”
2019/20 mövsümü üçün hazırlığı tamamlayan “Sumqayıt” bu gün vətənə dönəcək. Dünən Ankarada son məşqinə çıxan komandamız gecə saatlarında Bakıya istiqamət götürüb. Baş məşqçi Ayxan Abbasov təlim-məşq toplanışı ilə bağlı klubun rəsmi saytına müsahibə verib.
- “Sumqayıt”ın Türkiyədə baş tutan hazırlıq mərhələsini ümumilikdə necə dəyərləndirərdiz?
- Bildiyiniz kimi, olduqca çətin mövsümü arxada qoyduqdan sonra iyunun 26-dan etibarən Sumqayıtda yeni “futbol ili”nin hazırlığına start verdik. Təlim-məşq toplanışının birinci mərhələsi istədiyimiz kimi keçdi. Ümumi hazırlıq və iki yoxlama oyunundan sonra planlaşdırdığımız kimi iyulun 18-də Türkiyəyə yollandıq. Təlim-məşq toplanışı komandamızın formalaşması üçün olduqca vacib idi. Burda olduğumuz müddətdə fiziki, texniki və taktiki gedişlər üzərində çalışdıq. Keçirdiyimiz yoxlama matçları ilə səhvlərimiz üzərində işləməyə başladıq. Heyətdə yer alan 23 futbolçunun hamısını iş başında izlədim. Səhvlərimiz və çatışmazlıqlarımız üzərində xeyli işlədiyimizi düşünürəm. Buna baxmayaraq, hələ də narazı olduğum məqamlar var. Bir məqamı da qeyd edim ki, Türkiyəyə gətirdiyimiz futbolçular arasında akademiyamızın bir neçə yetirməsi də var. Gənclər olan yerdə ümumi iş bir qədər də artır. Təlim-məşq toplanışının komandam üçün yaxşı keçdiyini düşünürəm.
- “Sumqayıt” Qızılcahamamda 5 yoxlama oyunu keçirdi. Ümumilikdə futbolçular özlərini bu qarşılaşmalarda necə göstərdilər?
- Artıq bura gəlməmiş rəqiblərimiz məlum idi. Türkiyədə “Petrolul”, “Akhisarspor”, “Gənclərbirliyi” kimi güclü komandalarla qarşılaşdıq. Oyundan-oyuna çalışırdıq ki, həm oynadığımız futbolun tempini artıraq, həm də səhvlərimiz üzərində çalışaq. Keçirdiyimiz son iki qarşılaşmada istədiyimiz tempə yaxın olduq. Futbolçularımızın meydanda hərəkətliliyini, kompaktlığını, hücumlara sürətli şəkildə qoşulmalarını görə bildik. Hər oyunda müxtəlif gedişlər və sxemlər üzərində işlədik. Rəqibin gücünə görə tapşırıqları istədiyimiz kimi aşılamağa çalışdıq. Futbolçuların meydanda əzmkar olması, verilən tapşırıqlara əməl etməyə çalışdıqlarını görmək məni sevindirdi. Yoxlama oyunlarında yararlana bilmədiyimiz xeyli qol fürsəti oldu ki, Sumqayıta qayıtdıqdan sonra da bunun üzərində çalışacağıq. Ümumilikdə yoxlama matçlarında məni narahat edən yeganə amil məhz bu idi.
- Bu təlim-məşq toplanışının gənclər üçün böyük təcrübə olacağını qeyd etdiz. Türkiyəyə gətirdiyiniz gənclərdən necə, razı qaldızmı?
- Qeyd edim ki, bu gün bəlkə də premyer-liqamızda ən gənc komanda məhz “Sumqayıt”dı. Ankarada keçirdiyimiz oyunlardakı heyətlərə nəzər saldıqda görə bilərsiz ki, hər qarşılaşmada gənc futbolçu limitinə uyğun olan 3, 4 və ya 5 futbolçunun xidmətindən yararlandıq. Heyətimizdə yer alan 2000-2001 təvəllüdlü futbolçularımızın hətta startda meydana çıxdığını da vurğulaya bilərəm. Gənclərlə işləmək çətin olsa da, bir o qədər də maraqlıdı. Onlardan əsas istəyimiz öz üzərlərində daha çox çalışmalarıdı. Oyundan-oyuna gənclərin artırdığını görmək məni sevindirməyə bilməz. Gənclərin mövsüm ərzində bizə çox kömək edə biləcəklərini deyə bilərəm.
- “Akhisarspor”la son yoxlama oyununu keçirən “Sumqayıt” gecə Bakıya yola düşəcək. Komandanın sonrakı planları barədə məlumat verərdiz...
- “Akhisarspor”la oyundan sonra bu gün səhər saatlarında Qızılcahamamda son məşqimizi etdik. Axşam saatlarında isə vətənə yola düşəcəyik. Komanda ikigünlük istirahətə buraxılacaq. Avqustun 5-dən isə Sumqayıtda məşqləri bərpa edəcəyik. Ayın 10-da 19 yaşadək futbolçulardan ibarət yığmamızla yoxlama oyunu keçirəcəyik. Püşkatmadan sonra bəlli olacaq rəqibə uyğun hazırlığı davam etdirəcəyik.
Qeyd edək ki, son oyunda “Akhisarspor”la qolsuz “sülh”ə razılaşan “Sumqayıt” bundan öncə Rumıniya “Petrolul"u (2:2), superliqa təmsilçisi "Gənclərbirliyi" (1:1), Türkmənistan “Ahal”ı (1:0) və "Diyarbəkirspor"la (0:1) münasibətləri aydınlaşdırıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar