25 in 18:34liqa

“Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır

“Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır
Samir Abasov: “Sonra deməyin ki, Samir müəllim yalan danışıb”
Artıq növbəti mövsüm üçün təlim-məşq toplanışına start verən “Zirə”də heyətlə bağlı çalışamalar da davam edir. Mövsüm başa çatandan sonra bir sıra futbolçularla yolları ayıran “qartallar” beş yeni oyunçu transfer edib. Bunlardan dördü yerli, biri isə əcnəbidi. Ancaq qəsəbə təmsilçisinin həmin transferlərlə kifayətlənməyəcəyi şübhə doğurmur.
Dünən komandanın baş məşqçisi Samir Abasovla əlaqə saxlayıb, yeni transfer planları ilə bağlı fikirlərini öyrəndik: “Hazırda iki oyunçu ilə danışıqlar gedir. Hər ikisi əcnəbidi. Maraqlandığımız yerli oyunçu isə yoxdu. Çünki yerlilərlə bağlı məsələni artıq bağlamışıq. Ola bilər, alınar, kənarda qalan olar və bizim marağımızı çəkər. Belədə onu götürə bilərik. Belə deyim, “konkret yerli götürməyəcəyik” deyə bir şey yoxdu. Bu gün üçün isə qeyd etdiyim kimi, iki legionerlə danışıq aparırıq. Bəyənmişik, ancaq son nəticəyə varılmayıb, proses davam edir. Biri hücumçu, o biri mərkəz müdafiəçisidi. Hələ ki planımızda məhz iki legioner almaq var. Bir də görürsən vəziyyət dəyişər və əlavə bir oyunçu da heyətə qatarıq. Elə klublar var ki, əlaqələrimiz mövcuddu. Yaxud da bizim yox, agentlərin bağlantıları var. Hansısa klub öz futbolçusunu daha çox oynaması üçün icarəyə vermək istəyir. Belədə onu icarəyə götürə bilərik. Elə olsa, əlavə bir əcənəbini də komandaya cəlb etməyimiz mümkündü. Bu gün deyim ki, iki legioner alacağıq, sabah heyətdə 4 nəfər görəndə deməyin ki, Samir müəllim yalan danışıb. Hazırda pul verib gətirmək istədiyimiz sırf iki legionerdi”.
Mövsüm başa çatandan sonra ən çox oyunçu ilə yollarını ayıran klublardan biri də “Zirə” oldu. “Qartallar” 12 futbolçu ilə vidalaşdı ki, onlardan altısı legioner idi. Düzdü, yola salınanların əksəriyyətinin gedəcəyi gözlənilən idi. Ən qəribəsi isə budu ki, qəsəbə təmsilçisi Bilal Həmdi ilə də vidalaşdı və “Səbail” bu futbolçunu sırlarına qatdı. Abasovun yola salınanlarla bağlı da fikirlərini öyrəndik: “Gedənlər sırf mənim istəyimlə olub. Bilalın məsələsi qalmaq istəməməsi ilə bağlı deyildi. Onun müqaviləsində müəyən şərtlər var idi. Hansı ki, mən gəlməmiş Həmdi ilə müqavilə bağlanmışdı. Həmin şərtlərin altına girə bilmədik. Maliyyə şərtləri bizə uyğun deyildi. Söhbət təkcə puldan getmir. Tutaq ki, “mən istədim, qalmadı” və ya “saxlaya bilmədik” deyə bir şey yox idi. Yenə deyirəm, Bilal çox yaxşı, oyun zamanı təhlükəli futbolçudu. Eyni zamanda hər bir komandaya kömək edə biləcək gücdədi. Bunu digər legionerlərlə müqayisədə deyirəm. Amma onun müqaviləsində bəzi şərtlər var idi ki, biz onları yerinə yetirə bilmədiyimizə və özü də yüksək məvacib istədiyinə görə saxlamadıq. Belə deyim, qarşılıqlı anlaşma oldu. Onun şərtlərini biləndən sonra həmin yükün altına girə bilməzdik”.
Maraqlıdı, rəhbərlik transfer məsələlərində baş məşqçiyə lazımi dəstəyi verirmi? Samir bəyi dinləyək: “İlin əvvəlində rəhbərliklə söhbət olur. Yəni maliyyə budu. Beləcə onlardan həm lazımi dəstəyi alırsan, həm də oyunçuları seçirsən. Bizdə ikitərəfli bağlantı bu baxımdan çox yaxşıdı. Hər dəqiqə gedib demirik ki, o getdi, bunu gətirmək istəyirəm. Konkert qrafik, sistem qurulub, ona uyğun işləyirik. Bu cür sistem isə həm bizi, həm də rəhbərliyi razı salır”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar