21 in 16:38liqa

Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir

Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir
“Onun futbolçu kimi irəli getməsi millinin də xeyrinə olacaq”
Sonuncu dəfə mayın 19-da ölkə kubokunun Naxçıvanda keçirilən finalında bir araya gələn “Sumqayıt”ın iyunun 25-dən təlim-məşq toplanışına start verəcəyini diqqətinizə çatdırmışıq. Doğma şəhərdə toplaşacaq “kimyaçılar” iyulun 18-dən avqustun 2-dək hazırlığı Türkiyədə davam etdirəcək. Futbolçular hələ ki tətilin ləzzətini çıxarırlarsa, rəhbərlik və məşqçilər korpusu artıq indidən növbəti mövsümün planlarını cızır. “Kimyaçılar” bu günə kimi bir neçə transfer reallaşdırıb. Belə ki, Amil Yunanov, Sərtan Taşqın, Vüqar Mustafayev, Elgün Nəbiyev 2019/20 “futbol ili”ndə “ağ-göylər”in uğurları üçün tər tökəcək.
Bəs görəsən, qarşıdakı günlərdə “gənclik şəhəri”nin təmsilçisi heyətinə yeni oyunçular qatmağı planlaşdırırmı? Ümumiyyətlə, sumqayılılar yeni mövsümdə hansı hədəf uğrunda mübarizə aparacaqlar? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasovla söhbətləşdik. 38 yaşlı mütəxəssis bəzi məqamlara hələ ki aydınlıq gəlmədiyini, bu üzdən müsahibə vermək istəmədiyini söylədi. Buna baxmayaraq, ondan bir-iki kəlmə “qopara” bildik.
- Öncə mövsümlərarası fasilədə reallaşan transferlərdən danışaq. İstədiyiniz futbolçuları komandaya gətirə bildiz?
- Bildiyiniz kimi, mövsüm başa çatandan sonra bir çox oyunçularla yolları ayırdıq. Bu üzdən heyətdə müəyyən boşluqlar yarandı. Çalışdıq ki, gedənlərin yerinə onları layiqincə əvəz edə biləcək oyunçular dəvət edək. Bu günə kimi 4 yeni futbolçu ilə müqavilə bağlamışıq. Heyəti gücləndirmək bizim üçün vacibdi. Lakin bu məsələdə son söz Müşahidə Şurasının üzvlərindədi. Onlar klubun taleyi və maliyyə məsələsi ilə bağlı qərar verməlidilər.
- Klub rəhbərliyi ötən mövsümün əvvəlindən “Sumqayıt”ın avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağını açıqlamışdı. Bəs yeni “futbol ili”ndə komandanın qarşısına hansı məqsəd qoyulub?
- Məhz bu məsələyə görə müsahibə vermək istəmirdim. Özünüz də görürsüz ki, xeyli vaxtdı mətbuatdan kənar gəzirəm. Hansı hədəf uğrunda mübarizə aparacağımıza da Müşahidə Şurasının toplantısından sonra aydınlıq gələcək. Onların qəbul edəcəyi qərar komandanın hədəfini müəyyənləşdirəcək.
- Sizə elə gəlmir ki, gecikirsiz? Sabah bunun əziyyətini çəkə bilərsiz...
- Açığı, bu məni də narahat edir. Bir baş məşqçi kimi mən də istərdim ki, indidən işimi bilim və buna uyğun plan hazırlayım. Ancaq hələ ki gözləmə mövqeyindəyik. Yəqin ki, yaxın günlərdə Müşahidə Şurasının iclası keçiriləcək və komanda təlim-məşq toplanışına yığışanadək bütün suallara aydınlıq gələcək.
- Sözlərinizdən belə başa düşmək olar ki, hələ də toplanışla bağlı proqram hazır deyil...
- Niyə elə düşünürsüz? Əksinə, toplanışın həm ilk, həm də ikinci mərhələsinin planı tutulub. Və bilirik ki, hansı tarixdə bir araya gələcəyik, məşqlər harda olacaq. İyunun 25-də komanda Sumqayıtda toplaşacaq və hazırlığa start verəcəyik. İyulun 5-də ilk yoxlama görüşünü keçirəcəyik. Rəqibimiz “Keşlə”di. Həmin oyun öz meydanımızda baş tutacaq. İyulun 13-də isə “Sabah” ilə qarşılaşacağıq. Artıq hər iki komandanın rəsmiləri ilə danışığımız olub. Türkiyəyə yollanana qədər, ola bilsin, daha bir görüş keçirək. Bu barədə düşünürəm və son qərarımı verməmişəm. Hər şey komandanın durumundan asılı olacaq. Heç kimə sirr deyil ki, toplanışın birinci mərhələsində futbolçular daha çox fiziki yükləmələrə məruz qalırlar. İstirahətdən qayıdan futbolçu ideal formasından uzaq düşür. Bunu nəzərə alıb onları zədədən qorumaq lazımdı. Bu üzdən də üçüncü yoxlama görüşü ilə bağlı qərarı oyunçuların durumuna baxıb verəcəm.
- Söhbətimizin əvvəlində müqavilə müddəti başa çatdığına görə bir çox aparıcı oyunçularla yolları ayrıdığınızı bildirdiz. Bəs Aleksey İsayevlə bağlı nə deyə bilərsiz? Yarımmüdafiəçinin “Sumqayıt”la daha birillik anlaşmasının olmasına baxmayaraq, onun da düşərgəni tərk edəcəyi gözlənilir. İsayev ötən mövsüm çox yaxşı təsir bağışladı, komandanın liderlərindən biri oldu. Onu itirmək sizə çətinlik yaratmayacaq ki?
- Aleksey həqiqətən də ötən mövsüm özünü yaxşı tərəfdən göstərdi. Təsadüfi deyil ki, o yığma məşqçilərinin də diqqətini cəlb etdi, heyətə dəvət olundu. Onun bizimlə daha birillik müqaviləsi olsa da, Avropaya yollanmaq istəyir. Belə imkan yaranıbsa, niyə onun yolunu kəsməliyik? Qoy şansdan istifadə etsin. Onun futbolçu kimi irəli getməsi millinin də xeyrinə olacaq. Bəli, o bizim aparıcı oyunçumuzdu, istərdik ki, düşərgədə qalıb komandamızın uğurları üçün çalışsın. Ancaq onu əvəzləyəcək oyunçularımız var. Çox sevindirici haldı ki, ötən mövsümün sonunda parlaq oyunu ilə adından söz etdirən Əmir Ağayev və perspektiv vəd edən bəzi gənclər bizimlədi. Mənə elə gəlir, əvəzedici heyətdən dəvət etdiyimiz Baxşəli Baxşəliyev və yeni transferimiz Vüqar Mustafayev orta sahədə özlərini doğrulda biləcəklər.
- Türkiyədə qarşılaşacağınız rəqiblərin də adları məlum deyil. Seçim edə bilmirsiz, yoxsa başqa səbəblər var?
- Tələsmək istəmirik. Xatırlayırsızsa, qışda “Çelik”lə oyunumuz baş tutmadı. Və həmin gün komanda məcbur olub ikitərəfli matç keçirdi. Qardaş ölkəyə yollanmağımıza hələ xeyli vaxt var. Buna görə də danışıq apardığımız şirkətin yoxlama oyunları ilə bağlı təklif etdiyi klubları bir neçə dəfə təhlil edib qərar vermək istəyirik ki, bir daha xoşagəlməz olayla qarşılaşmayaq. İnşallah, iyulun əvvəlinə kimi rəqiblərin adları müəyyənləşəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar