21 in 16:07liqa

Ramos getdi, Məhəmməd gəldi

Ramos getdi, Məhəmməd gəldi
“Sabah” Təmkin Xəlilzadəni bağışladı
Çempionatı 7-ci pillədə başa vurmasına baxmayaraq, növbəti mövsümdə əsas hədəfi avrokuboklara vəsiqə qazanmaq olan “Sabah” artıq çalışmalara start verib. Paytaxt təmsilçisinin üzvləri üçün istirahət müddəti iyunun 16-da başa çatıb ki, kollektiv ertəsi “Əlincə Arena”da bir araya gəlib.
Fasilə dönəmində Ruslan Abışov, Kevin Kubemba və Cavid Tağıyevlə güclənən “tələbələr”in növbəti transferi Məhəmməd Mirzəbəyov olub. Ötən mövsüm “Neftçi”nin əsas heyətinə düşməkdə çətinlik çəkən sabiq yığma üzvünün “Sabah”la anlaşacağı onsuz da məlum idi. Sadəcə, Bakıya qayıtmalı, rəsmi sənədə qol çəkməliydi. Artıq paytaxtda olan Mirzəbəyov yeni klubu ilə 2 illik anlaşıb. Xatırladaq ki, Məhəmməd indiyə qədər Rusiyada “Anji”nin, ölkəmizdə “Sumqayıt”, “İnter”, “Qəbələ” və qeyd etdiyimiz kimi, “Neftçi”nin uğurları üçün tər töküb. Həmçinin yığmamızda 18 oyunda forma geyib.
Yeni transferlər komandayla məşqlərə başlasalar da, Rəşad Eyubovla Marko Deviç hələ ki istirahət edir. Rəşadın məsələsi aydındı. Çempionat başa çatan kimi bir ay millinin düşərgəsində olmuşdu deyə, Elşad Əhmədov ona dincəlmək üçün əlavə vaxt verib. Deviç isə şəxsi işlərinə görə icazəlidi. Eyubov kollektivə iyunun 24-də, Deviç 26-da qoşulacaq.
“Sabah”da növbəti, eyni zamanda gözlənilməz gediş reallaşıb. Erik Ramosun karyerasını “tələbələr”in sıralarında davam etdirəcəyi deyilsə də, son anda yolların ayrılması qərara alınıb. Ramosa qədər Bəxtiyar Soltanov, Tərzin Cahangirov, Novruz Məmmədov, Vanderson Silva, Tərlan Əhmədli və Elgün Nəbiyev də komandanı tərk etmişdi.
Paytaxt təmsilçisinin düşərgəsindən gələn növbəti xəbər Təmkin Xəlilzadə ilə bağlıdı. Qışda “Qəbələ”dən transfer olunan, lakin ümidləri doğrultmayan “solaxay” daxili intizam qaydalarını pozduğuna görə apreldə komandadan kənarlaşdırılmışdı. Həmin vaxt baş məşqçidən futbolçunun gələcək taleyi ilə bağlı açıqlama alsaq da, Elşad bəy konkret qərarın olmadığını deyib, yaya qədər gözləməyi tövsiyə etmişdi. Və budu, Təmkin yenidən “Sabah”ın sıralarındadı. Klub rəhbərliyi, baş məşqçi və futbolçu arasındakı danışıqlardan sonra Xəlilzadənin bağışlanması və məşqlərə başlaması qərara alınıb. Qərarla bağlı Əhmədovun fikirlərini öyrəndik: “Bəli, Təmkin bağışlanıb və artıq məşqlərdə iştirak edir. Onunla həm fərdi, həm də komanda üzvləri qarşısında söhbətimiz oldu. Səhvsiz insan yoxdu, özü də səhv etdiyinin fərqindədi. Yığmanın və Azərbaycan futbolunun maraqlarını nəzərə alıb, karyerasını “Sabah”da davam etdirməsini qərara aldıq. Özü də komandada qalmaq, futbol oynamaq və bizə kömək etmək istəyir. Ümid edirəm ki, əvvəlki söhvlərindən nəticə çıxarıb və bir daha təkrar olunmaz”.
Sonda qeyd edək ki, “tələbələr” iyulun 23-nə qədər Bakıda hazırlıq keçəcək. Bu müddətdə 5 yoldaşlıq görüşünün keçirilməsi nəzərə tutulsa da, rəqiblərin adları bilinmir. İyulun 23-dən avqustun 6-na qədər olan dönəmdə isə Türkiyədə növbəti toplanış baş tutacaq. Daha 4 sınaq matçı qardaş ölkədə keçiriləcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar