04 apr 16:31liqa

“Köhlən atlar” növbəti çempionluğa doğru “çapır”

“Köhlən atlar” növbəti çempionluğa doğru “çapır”
Dünən 24-cü turun oyunları keçirildi. Geridə qalan tur çempionatda intriqaya xeyli zərbə vurdu. Belə ki, lider ən yaxın izləyicisi ilə xal fərqini 4-ə çatdırdı. “İnter” isə, demək olar ki, bürünc medalı təmin edib. Bu tur həm də “təyyarə qəzası”nı qeydə aldı. Növbəti məğlubiyyət fonunda AZAL-ın sonuncu - 8-ci pillədən yaxa qurtara bilməyəcəyinə aydınlıq gəldi. AFFA və PFL ənənəvi “oyunbazlığından” əl çəksə, “təyyarəçilər” mövsümün sonunda elitanı tərk etməlidi.
“Neftçi”nin yubiley şənliyini “Qarabağ” burnundan gətirmişdisə, “Sumqayıt” yarasına duz səpdi. Qış fasiləsindən sonra çempionatda işləri qaydasında gedən “ağ-qaralar” yüksələn qrafik cızırdı. 19-cu turda evdə AZAL-ı məğlub etdikdən sonra ardıcıl 4 oyunda uduzan “kimyaçılar” uğursuz axara doğma meydanda son qoydu. Bunu 3-cü dövrədəki məğlubiyyətin əvəzi kimi də dəyərləndirmək olar. Samir Abasovun komandası ikinci 45 dəqiqədə coşdu. Bəxtiyar Həsənalızadə cari mövsüm “siftə” etdisə, Amil Yunanov 4 aylıq “qol “orucunu pozdu”. Nəticədə sumqayıtlılar yenidən “Neftçi”nin önünə keçdi. Görünən odu ki, qalan 4 turda da bu komandalar 5-ci yer uğrunda amansız mübarizə aparacaq. Görək sonda kimin üzü güləcək.
Praktiki olaraq kubokdan əlini üzən “İnter” gücünü autsayderə göstərdi. Maraqlıdı ki, 3 qoldan ikisi oyuna əlavə olunmuş dəqiqələrdə vuruldu. Sonuncu dəfə fevralın 18-də “Zirə”nin qapısına yol tapan Rauf Əliyev ayağını “aça” bildi. Bununla da hücumçu cari mövsüm vurduğu qolların sayını 8-ə çatdırdı. Hazırda çempionatda ən çox fərqlənən yerli futbolçu ünvanına sahib olan yığma üzvü daha 2 qola imza atsa, şəxsi rekordunu təkrarlayacaq. Xatırladaq ki, Əliyev 2010/11 mövsümündə “Qarabağ”ın heyətində 10 qolun müəllifi olub. Bu oyun Ruslan Əmircanov üçün əlamətdar sayıla bilər. AZAL-ın heyətində ilk dəfə fərqlənən mingəçevirli futbolçu həm də ölkə çempionatında qol həsrətinə son qoydu. Belə ki, Əmircanov sonuncu dəfə 2013/14 mövsümündə “İnter”də çıxış edərkən fərqlənmişdi. Maraqlı fakt ondan ibarətdi ki, Ruslan həmin “futbol ili”ndə cəmi 2 qola imza atmış və hər ikisini AZAL-ın qapısına vurmuşdusa, bu dəfə əks düşərgədən sabiq komandasını məyus etdi.
“Qəbələ” və “Zirə”nin Bakıdakı son oyunu olaylı keçmişdi. Əliyar Ağayevin başçılıq etdiyi briqadanın kobud səhvləri nəticəsində bölgə təmsilçisi qələbəni əldən vermişdi. “Qırmızı-qaralar” yenə zirəlilərlə heç-heçə etdi. Bu dəfə idman xoşbəxtliyi “Qəbələ”dən üz döndərdi. Sergey Zenyov hesabı erkən açanda meydan sahiblərinin rahat qələbə qazanacaqlarını gözləmək olardı. İlk hissədə Roman Qriqorçukun komandası 3 dəfə topu dirəyə vurdu. “Vurmayana vurarlar” prinsipi Qəbələdə də işə düşdü. Sezar Meza Kollinin zərbəsi Dmitri Bezotosnı üçün qarşısıalınmaz oldu. “Qəbələ”nin çempionluq inamı sarsıldı. Sona 4 tur qalmış “Qarabağ” kimi komandayla 4 xallıq fərqi qapamaq asan olmayacaq.
Çempion uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionunda çempionat oyununa çıxdı. Az qala “yuva”ya dönüş uğursuzluqla nəticələnəcəkdi. Axı, hesabı gəncəlilər açmışdı. Kərim Diniyevin qoluna cavab elə ilk hissədə gəldi. Dino Ndlovu premyer-liqada 6-cı qolunu vurdu. İkinci hissənin əvvəlində isə Miçel səhnəyə çıxdı. Bununla da “Kəpəz”in 5 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyuldu. Şahin Diniyevin komandası sonuncu dəfə məhz “Qarabağ”a uduzmuşdu. İndi “köhlən atlar” ardıcıl 4-cü çempionluğa doğru “çapır”.
Topaz premyer-liqası
4-cü dövrə, 24-cü tur
2 aprel
Sumqayıt – Neftçi 2:0
İnter – AZAL 2:1
Qəbələ - Zirə 1:1
Qarabağ – Kəpəz 2:1
1. Qarabağ 24 16 4 4 39-12 52
2. Qəbələ 24 13 9 2 43-14 48
3. İnter 24 11 9 4 35-24 42
4. Zirə 24 8 7 9 21-24 31
5. Sumqayıt 24 7 7 10 22-30 28
6. Neftçi 24 8 2 14 19-38 26
7. Kəpəz 24 5 9 10 17-26 24
8. AZAL 24 1 7 16 11-39 10
Bombardir: Filip Ozobiç (Qəbələ) – 11.
Növbəti turun oyunları: 9 aprel – Qarabağ - Qəbələ, Kəpəz – Neftçi; 10 aprel – AZAL – Sumqayıt, Zirə - İnter.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar