04 apr 16:30liqa, reportaj

“Kəpəz”ın seriyasını çempion qırdı

“Kəpəz”ın seriyasını çempion qırdı
Şahin Diniyev operatora telefon alacağına söz verdi

95. Qarabağ (Ağdam) – Kəpəz (Gəncə) 2:1 (1:1)
12. Şahruddin Məhəmmədəliyev – 4,5
25. Ansi Aqolli – 5,0
32. Elvin Yunuszadə - 4,5
14. Rəşad Sadıqov (k) – 5,0
5. Maksim Medvedev – 5,0
8. Miçel – 5,5
2. Qara Qarayev – 5,0
44. Ağabala Ramazanov – 5,0
(15. Rahid Əmirquliyev, 62) – 5,0
77. Elşən Abdullayev – 4,5
(10. Muarem Muarem, 46) – 5,0
22. Əfran İsmayılov – 4,5
6. Dino Ndlovu – 5,0
(11. Mahir Mədətov, 83) - qiymətsiz
Ehtiyat oyunçular
1. Boyan Şaranov
18. İlqar Qurbanov
21. Arif Daşdəmirov
71. Vüqar Nadirov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Miçel

30. Davud Kərimi – 4,0
18. Tural Axundov (k) – 4,0
25. Şəhriyar Əliyev – 4,0
36. Renan – 4,0
21. Novruz Məmmədov – 4,5
5. Kərim Diniyev – 4,5
6. Ceyhun Cavadov – 4,5
(7. Vüqar Bəybalayev, 60) – 4,5
19. Orxan Əliyev – 5,0
(68. Əli Nuri, 87) - qiymətsiz
77. Serjinyo – 4,5
(80. Tural Rzayev, 80) – qiymətsiz
10. Dario Federiko – 4,0
90. Jülyen Ebah – 4,0
Ehtiyat oyunçular
88. Tadas Simaitis
9. Tural Qürbətov
15. Azad Kərimov
23. Tural Nərimanov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Orxan Əliyev
Qollar: K.Diniyev, 26(0:1, O.Əliyev). D.Ndlovu, 42 (1:1). Miçel, 47 (2:1, A.Aqolli).
Vərəqə: M.Medvedev, 90 (oyunun bərpasını gecikdirmək) – sarı.
Hakimlər: RAUF CABBAROV, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Vaqif Davudov (Bakı).
2 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.

“Kəpəz” hər nə qədər “Qarabağ”ın “abunəçisi” sayılsa da, bu dəfə xal(lar) itirməyə haqqı yox idi. Qarşısına Avroliqaya vəsiqə qazanmaq hədəfi qoyan gəncəlilər turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmışdı ki, 4-cü yerdəki “İnter”lə xal fərqi cəmi 4-ə bərabər idi. Yəni uduzmamaqla xal fərqinin artmasına imkan verməməliydi. Şəhriyar Rəhimovla Nicat Qurbanovun cəza səbəbindən oyunda iştirak etməməsi Şahin Diniyevi narahat edən başlıca səbəb sayılırdı. Həmin 3 xal həm də hava-su kimi “köhlən atlar”a lazım idi. Çempionluq iddiasını davam etdirən Qurban Qurbanovun yetirmələri liderlik kürsüsünü “Qəbələ”yə verməmək üçün növbəti 5 qarşılaşmanın hər birindən maksimum nəticəylə ayrılmalıdı. Odu ki, mövsümün sonuna yaxın maraqlı, bir o qədər də gərgin görüşə şahidlik edəcəyimiz öncədən bilinirdi. Respublika stadionunun cari mövsümdə ilk dəfə premyer-liqa oyununa “qucaq açması” da yaddaqalan məqamlardan biri kimi qiymətləndirilə bilərdi.
Bəribaşdan qeyd edək ki, oyun o qədər də maraqlı alınmadı. Düzdü, meydanda gərginliyə şahidlik etdiyimiz epizodlar az deyildi. Amma söhbət ardıcıl hücumlardan, təhlükəli qol vəziyyətlərindən gedirsə, azarkeşlərin həzz almadığı dəqiqdi. Şaxta, külək, bir tərəfdən də hər iki komandanın ehtiyatlı oyuna üstünlük verməsi. Meydan sahibləri təkcə ilk 20 dəqiqədə dörd künc zərbəsindən sonra istəyinə çata bilməyincə, bunu qonaqlar bacardı. Kərim Orxanın havalandırdığı topu dəqiq baş zərbəsiylə tora qovuşdurmaqla hər kəsi təəccübləndirdi. Yarımsaatın tamamında gəncəlilər oyunun taleyini həll edə bilərdi. Ebah ələ düşən fürsəti qeyri-dəqiq zərbəylə boşa verdi. Diniyev fasilədə yetirmələrinə hansı tapşırıqları verəcəyini götür-qoy etdiyi anda komandası qapısında qol gördü. Ndlovunun cərimə meydançası xaricindən vurduğu top yolüstü Renana dəyib Davudu çaşdırdı ki, təcrübəli qapıçıya dərindən “ah” çəkmək qaldı.
“Qarabağ” ikinci hissəyə həm əvəzetmə, həm də qolla başladı. Elşəni Muaremin əvəzləməsindən az sonra səhnəyə Miçel çıxdı. Ucaboy ispan Aqollinin cinahdan havalandırdığı topu özünəməxsus tərzdə - başla qapıdan keçirdi. İstədiyi qolu vurandan sonra əsasən top saxlamağa çalışan “Qarabağ” bu yolla rəqibini yormağa çalışırdı. İnsaf naminə, tapşırığın özünü doğrultduğunu deməliyik. Xüsusilə ağdamlıların böyük qüvvə ilə müdafiəyə çəkilməməsi qərblilərə əlavə çətinlik yaradırdı. Uzaqdan qarşılıqlı zərbələr hədəfə tuş gəlməyincə, matçın son dəqiqələrində Ebah növbəti dəfə qəhrəman olmaq şansını boşa verdi. Kamerunlu forvard müdafiəçilərdən sıyrılıb əlverişli mövqeyə çıxsa da, tələsik zərbəylə topu tribunalara, Rauf Cabbarov isə futbolçuları paltardəyişmə otağına göndərdi.
“Kəpəz” bu yenilgidən sonra hesabat turunda aktivinə 3 və 1 xal yazan “Sumqayıt”la “Zirə”dən bir az da geri düşdü. Üstəlik, 5 oyundan sonar, nəhayət, uduzdu. “Qəbələ”nin heç-heçə etməsindən yararlanan “köhlən atlar” əsas rəqibi ilə aradakı xal fərqini 4-ə çatdırdı.
HƏBİB
Gözdən qaçmadı
*32-ci dəqiqədə futbolçuların yerdə qalmasına görə oyunda kiçik fasilə yarandı ki, bir məqam diqqətimizi çəkdi. Şahin Diniyev Dario Federikonu yanına çağırıb şirin-şirin söhbət edirdi. Sanki braziliyalı bizim dildə bilir, ya da Diniyev portuqal və ispanca. Bir neçə dəqiqə sonra baş məşqçi bu dəfə Serjinyonu yanına çağırıb tapşırıqlarını verirdi.
* Nə hesab açılanda, nə də Dino Ndlovu bərabərlik qolunu vuranda stadionun diktoru Ramiz Qafarov şad xəbərləri azarkeşlərin diqqətinə çatdırdı.
* Vüqar Bəybalayev əzəvetmədən meydana daxil olmamışdan əvvəl qaçış zolağının üstündə təxminən 3 dəqiqə gözlədi. Buna səbəb topun meydanı tərk etməməsiydi.
* Oyunsonrası mətbuat konfransında məğlub komandanın çalışdırıcısı Şahin Diniyevin əhvalı yerindəydi. Belə ki, masanın üzərinə səs yazmaq üçün qoyulan telefonun ekranının yararsız halda olduğunu görən Diniyev onun kimə məxsus olması ilı maraqlandı. Sahibinin operator olduğunu biləndə isə “mövsümün sonunda sənə təzə telefon alıb verəcəm, hamının qaşısında söz verirəm. Sınıqdı, ona görə deyirəm, aşağılamaq mənasında yox. Mən də belə başlamışdım” sözlərini dilə gətirdi.

Reaksiyalar
Şahin Diniyev: “Bu soyuq gündə burda olduğunuza görə təşəkkür edirəm. Əsl futbolu sevən insanlarsız. Məncə, oyun maraqlı alındı. Sadəcə, ilk hissədəki tempi saxlaya bilmədik. İkinci hissənin əvvəlində buraxdığımız erkən qol bütün planlarımızı pozdu. 60-cı dəqiqəyə qədər hesabı qoruya bilsəydik, əks-hücum taktikası ilə davam edəcəkdik. Bu da alınmadı. Etiraf edək ki, “Qarabağ” hər cəhətdən bizdən üstündü. Məğlub olduq, amma utanmağa dəyməz. Belə rəqiblə görüşdə dizləri əsməyən hər bir futbolçuma minnətdaram. Ebah ələ düşən imkanları boşa verməsəydi, indi başqa fikirlər səsləndirirdim. Uduzsaq da, layiqli futbol sərgilədik. Davudu bir səhvə görə ehtiyatda göndərmək düzgün olmaz. Tadasda səhvlər sıralanırdı, ona görə yerini Davuda verməli olduq. Bir səhvə görə ehtiyatda oturtmağın tərəfdarı deyiləm. Növbəti matçda yenə Kərimiyə güvənəcəm. Əsas rəqiblərimizin xal və xallar qazanmasına baxmayaraq, əllərimizi yana salmayacağıq. Qarşıdakı 4 oyunun hər birindən maksimum nəticə ilə ayrılsaq, çox şey dəyişə bilər. Avrokubok iddamızı son tura qədər davam etdirəcəyik”.
Qurban Qurbanov: “Mövsümün ən gərgin oyunlarından birini keçirdik. Həm hesabda geri düşdük, həm də rəqibin təhlükəli vəziyyətlər yaratmasına imkan verdik. Hər an hər şey ola bilərdi. Mövsümün sonuna yaxın futbolçuların həyəcanı artacaq, artıq artmaqdadı. Ona görə də bəzən ehtiyatlı davranmalıyıq. Vacib 3 xal qazandığımıza görə futbolçulara təşəkkür edirəm. Üç gündən bir oynamaqla ağır qrafik altındayıq. Bu da müəyyən yorğunluq yaradır. Zədəlilərə gəlincə, Riçardla Bədavi yalnız bu gündən fərdi məşqlərə başlayıblar. Ona görə də “Neftçi”ylə üç gün sonrakı görüşü buraxacaqlar. “Qəbələ”ylə qarşılaşmaya qədər nə dərəcədə hazır olacaqlarını zaman göstərəcək. Millinin oyunundan sonra Bədavinin ayağında şiş və qaralma əmələ gəlmişdi. Əzələsində ikinci dərəcəli dartılma aşkar olunmuşdu. Riçardda isə yüklənmənin yaratdığı fəsaddı. Son 4-5 ildə “Qarabağ”da bu qədər futbolçunun zədələndiyi yadıma gəlmir. Hamısında əzələ zədəsi olsaydı, məşqlərin düzgün keçilmədiyini, yüklənmələrin çox verildiyini düşünərdik. Amma elə zədələrdi ki, adamın ağlına da gəlmir. Həm də zədə alanlar illərdi fasiləsiz oynayanlardı. Belədə orqanizm istər-istəməz çətinlik çəkir. Bununla yanaşı, süni örtüyün də rolu var. Bir gün otda oynayırıq, sabah “sintetikada”. Bu da müəyyən mənada özünü göstərir. Ancaq edə biləcəyimiz bir şey yoxdu. Yayda Gəncədəki örtük dəyişdirilməlidi, üstəlik, AZAL və “İnter”in stadionlarındakı qazonların yenilənməsi gündəmdədi. İcraiyyə Komitəsinin sonuncu iclasında bu mövzu müzakirə olunmuşdu... “Qəbələ”ylə aprelin 9-dakı oyunun hansı stadionda keçiriləcəyi hələ ki məlum deyil. Həm “Neftçi”, həm də “Qəbələ”ylə qarşılaşmaların “Tofiq Bəhramov”da keçirilmək ehtimalı çoxdu. “Azərsun Arena”nın ot örtüyündə müəyyən problemlər yaranıb. Vəziyyət düzəlsə, Suraxanıda oynayacağıq, düzəlməsə, burda. Sabah, uzağı birisigünə qədər xəbər olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar