04 apr 16:14liqa, reportaj

“Təyyarəçilər” “İnter Arena”dan diviziona uçdu

“Təyyarəçilər” “İnter Arena”dan diviziona uçdu
93. İnter (Bakı) – AZAL (Bakı) 2:1 (0:0)
13. Orxan Sadıqlı – 5,0
4. Slavik Alxasov – 5,0
14. Zurab Xizanişvili – 5,5
33. Tərlan Quliyev – 5,5
27. Adrian Skarlatake – 4,5
(3. Denis Silva, 46) – 5,5
22. İlkin Qırtımov – 5,0
24. Fuad Bayramov – 4,5
19. Mirhüseyn Seyidov – 4,5
(10. Elnur Abdullayev, 67) – 4,5
8. Nizami Hacıyev (k) - 5,5
9. Pərdis Fərcad-Azad – 4,5
(88. Məmməd Quliyev, 88) – qiymətsiz
11. Rauf Əliyev – 6,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
2. Sertan Taşkın
6. Samir Zərgərov
7. Mirsahib Abbasov
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Rauf Əliyev

23. Aqil Məmmədov – 4,5
24. Emin Cəfərquliyev (k) – 4,5
5. Kamil Hüseynov – 4,5
2. Elşad Manafov – 4,5
(11. Frank Madu, 74) – 5,0
18. Ruslan Əmircanov – 5,0
7. Kamal Mirzəyev – 4,5
(21. Samir Məsimov, 18) – 4,5
10. Nuqzar Kvirtiya – 4,5
70. Vaqif Cavadov – 4,0
(19. Elnur Süleymanov, 61) – 4,5
77. Arkadi Qalperin – 4,5
8. Sadio Tounkara – 5,5
6. Bəxtiyar Soltanov – 4,0
Ehtiyat oyunçular
1. Tərlan Qasımzadə
27. Rəşad Abdullayev
36. Renat Aşurov
55. Qeyrət Qənbərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Sadio Tounkara
Qollar: D.Silva, 48 (1:0, N.Hacıyev). R.Əliyev, 90+1 (2:0). R.Əmircanov, 90+3 (2:1).
Vərəqələr: P.Fərcad-Azad, 28 (sistematik qayda pozuntusu). F.Bayramov, 67 (qeyri-idman hərəkəti). Z.Xizanişvili, 74. S.Tounkara, 79 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
2 aprel. Bakı. İnter Arena. 350 tamaşaçı (5700 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Bu qarşılaşmada AZAL-ın premyer-liqanı tərk etəsi rəsmiləşə bilərdi. Bu üzdən “təyyarəçilər”in əlindən gələni edəcəyi şübhə doğurmurdu. “İnter” isə həftəiçi kubokun yarımfinalında üzləşdiyi uğursuzluğu unutdurmaq niyyətində idi. Zaur Svanadzenin yetirmələrinin ilk “üçlük”də bir qədər də yerini möhkəmlətmək baxımından da qələbəyə ehtiyacı vardı.
Oyuna "İnter" daha fəal başladı. Artıq 2-ci dəqiqədə Skarlatakedən ötürmə alan Nizaminin zərbəsində cüzi dəqiqlik çatmadı. Bundan sonra mübarizə bir müddət meydanın mərkəzində getdi. Növbəti yaddaqalan vəziyyət isə 17-ci dəqiqəyə təsadüf etdi. Mirhüseynin təhlükəli vuruşundan sonra Aqil qola imkan vermədi. Az sonra şüvəlanlılar rəqibi məyus edə bilərdi. Ancaq Sadio ilə üzbəüz qaldığı epizodda Orxan vaxtında irəli çıxıb, topu uzaqlaşdırdı. Svanadzenin yetirmələri isə bunun cavabını çox gecikdirmədi. Mirhüseynin zərbəsindən sonra top cüzi fərqlə qapının üstündən keçdi. 26-cı dəqiqədə isə mübahisəli epizod yaşandı. Meydan sahiblərinin hücumu zamanı Nizami Elşadı keçmək istəyərkən yerdə qaldı. Cərimə xətti üzərində yaşanan bu vəziyyəti hakim qayda pozuntusu kimi qiymətləndirmədi. Hissənin sonlarında isə "İnter" təzyiqi xeyli artırdı. Ancaq AZAL fasiləyə qədər qapısını toxunulmaz saxlamağı bacardı.
Fasilədən dərhal sonra Skarlatakeni Denis Silva əvəzlədi. Bu dəyişiklik komandaya uğur gətirdi. Belə ki, Svanadzenin yetirmələri arzuladığı qolu ikinci hissənin əvvəlində vurdu. Nizaminin cərimə zərbəsindən qapı önünə havalandırdığı topu Denis başla tora sancdı. 62-ci dəqiqədə isə "təyyarəçilər" hesabı bərabərləşdirməyə yaxın oldu. Lakin əvvəlcə Vaqifi əvəzləyən Elnurun, ardınca Bəxtiyarın başla zərbəsi dəqiq olmadı. Az sonra hər iki tərəf fərqlənmək imkanı yaxaladı. Tounkara bir neçə rəqibdən sıyrılıb ara ötürməsi ilə Bəxtiyarı Orxanla üzbəüz qoydu. Lakin uzaq küncü nişan alan Soltanovun zərbəsindən sonra top dirəyə tuş gəldi. "İnter"dən isə Nizami diqqət mərkəzinə düşdü. Ancaq o da Raufun ötürməsini qola çevirə bilmədi. 78-ci dəqiqədə isə sonradan meydana çıxan Madunun zərbəsi yaddaqalan oldu. Onun vuruşu qüvvətli alınsa da, top cüzi fərqlə qapının üstündən keçdi. Çox keçmədən Frank yenidən rəqib azarkeşləri həyəcanlandırdı. Bu dəfə onun başla vuruşundan sonra top dirəkdən döndü. 85-ci dəqiqədə Bəxtiyar daha bir əla fürsəti qaçırdı. Hər ötən dəqiqə "İnter"i qələbəyə, AZAL-ı isə birinci diviziona yaxınlaşdırırdı. Artıq hər kəs matçın bu hesabla başa çatacağını düşünürdü. Bununla belə, azarkeşlər uzatma dəqiqələrində daha iki qol gördü. Özü də hər ikisi baxımlı alındı. Meydan sahiblərindən Rauf müdafiəçilərdən sıyrılıb dəqiq zərbə ilə toru silkələdisə, "təyyarəçilər"dən Əmircanovun cərimə zəbəsindən vurduğu qol haqda "əla" demək mümkündü. Beləliklə, “İnter” mükafatlara iddialılar arasında yerini bir qədər də möhkəmlətdisə, AZAL-ın elitanı tərk etməsi rəsmiləşdi. Son illərdə olduqca məhdud büdcə ilə premyer-liqada mübarizə aparan “təyyarəçilər”in bu cür aqibəti gözlənilən idi. Necə deyərlər, özü yıxılan ağlamaz!
FARİZ
Gözdən qaçmadı
* "İnter" azarkeşləri iki plakatla diqqəti çəkdi. Bunlardan biri "Şəhidlər ölməz, Vətən bölünməz" idisə, digəri "İnter"in haqqını yeyən utansın" idi.
* İlk yarının əvvəlində zədələnən Kamal Mirzəyev oyunu davam etdirə bilmədi. Belədə futbolçu meydanı xərəkdə tərk etdi. Tərlan Əhmədov məcburi əvəzetməyə əl ataraq, onun yerinə Samir Məsimovu buraxdı.
Reaksiyalar
Tərlan Əhmədov: “Rəqibi təzyiq altında saxladıq. Bir neçə təhlükəli vəziyyət yaratdıq. Buna baxmayaraq, ələ düşən imkanlardan yararlana bilmədik. İlk buraxdığımız qol üzərində məşqlərdə çox işləmişdik və tapşırmışdım ki, diqqətli olsunlar. Bununla belə, yenə də topu qapımızdan çıxarmalı olduq. İkinci qolda da yenə diqqətsizlik… Ümumilikdə yaxşı oynadıq, ancaq təəssüf ki, məğlub olduq. Nə edəcəyimizi mən də bilmirəm. Həyat davam edir. Hələ ki qarşıda 4 oyun var. Komandanın oyununda yüksəliş olsa da, hər oyun uduzuruq. Görünür, bu bizim alın yazımızdı. Bununla da barışmalıyıq. İki il əvvəlki çempionata görə daha çox heyfsilənirəm. Yaxşı komanda yaratmışdıq. Ancaq dağıldı. Bu gün çəkdiyim zəhmətə isə təəssüflənmirəm. Burda olmasa da, hər hansı bir yerdə zəhmət çəkib iş görürük.Futbolçularımızdan bəziləri U-21-dədi, bəziləri U-23-ə cəlb olunub. Aqil Məmmədov da əsas millimizdə çıxış edir. İşimiz göz qabağındadı. Sonda olmamalıydıq, ancaq sondayıq. Bu, bizdən asılı olmayan səbəblərdi. Obyektiv insan başa düşər ki, biz bu yerdə olmamalıydıq. Uğuru klubda süpürgəçidən prezidentə kimi hamı istəməlidi. Fikrət Hüseynovla birlikdə cavanlıqda futbol oynamışıq. Son iki ildə komandanı atıb getmədim. AZAL-ı elitada saxlayacaqlarmı? Bununla bağlı heç bir məlumatım yoxdu, heç vaxt da düşünməmişəm. Bu, mənim işim deyil. Klubun rəhbərliyi var, onların vəzifəsi daxilindədi. Federasiyanın növbəti mövsüm üçün düşündüyü reqlament, struktur haqda xəbərim yoxdu. Mən son 4 oyuna komandanı hazırlamalıyam. Növbəti mövsüm premyer-liqada qalsaq belə, ayrılacaq maliyyə vəsaitindən, şəraitdən çox şey asılıdı. İndiki kimi olsa, heç işləməyə dəyməz. Gördüyünüz kimi, mən son iki ildə komandanı atıb getmədim. Aşağı dəstəyə düşsək belə, büdcə ayrılsa, premyer-liqaya dönməyi vəzifə kimi qoysalar, onda işləyərəm. İndiki vəziyyətdə yox. Ordan-burdan eşidirəm ki, hansısa söhbətlər var. Ancaq real təklif yoxdu”.
Zaur Svanadze: “Mürəkkəb oyun alındı. AZAL-a qarşı həmişə belə olur. İkinci hissədə bizim üçün daha çətin oldu. Rəqibin imkanları olsa da, bir neçə dəfə bəxtimiz gətirdi. Çətin də olsa, qələbə qazandığımıza sevinirəm. Komandanı necə motivasiya edirəm? Futbolçularım peşəkardılar. Onlar bilirlər ki, maaşlarda gecikmələr olsa da, oynamaqla, yaxşı nəticələr qazanmaqla sponsorların diqqətini çəkmək olar”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar