04 apr 16:09liqa, reportaj

“Qəbələ” çempionluq yolunda ağır zərbə aldı

“Qəbələ” çempionluq yolunda ağır zərbə aldı
Qriqorçuk: “Xal itkisi ilə vəziyyətimizi çətinləşdirdik, şansımız öz əlimizdə deyil”

96. Qəbələ – Zirə (Bakı) 1:1 (1:0)
22. Dmitri Bezotosnı – 5,0
34. Urfan Abbasov – 5,0
3. Voislav Stankoviç – 5,0
44. Rafael Santos – 5,0
88. Tellur Mütəllimov – 6,5
6. Rəşad Sadiqov – 5,0
7. Nika Kvekveskiri – 5,0
(31. Daniel Subotiç, 71) – 4,0
19. Filip Ozobiç – 6,0
14. Cavid Hüseynov (k) – 5,5
10. Ruslan Qurbanov – 5,5
9. Sergey Zenyov – 6,0
Ehtiyat oyunçular
33. David Pietrzkieviç
8. Qismət Alıyev
11. Asif Məmmədov
17. Məhəmməd Mirzəbəyov
18. Baqali Dabo
77. Araz Abdullayev
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Tellur Mütəllimov

1. Anar Nəzirov (k) – 5,5
39. Sadiq Quliyev – 5,0
5. Adil Nağıyev – 5,0
23. Yovan Krneta – 4,5
13. Aleksandr Şemonayev – 5,5
6. Vüqar Mustafayev – 5,0
8. Milan Duriç – 5,0
(26. Georgi Qoroziya, 81) – qiymətsiz
28. Təmkin Xəlilzadə – 5,5
7. Amadu Sanqar – 5,5
20. Sezar Meza Kolli – 6,0
(17. Vüsal İsgəndərli, 90) – qiymətsiz
43. Riçard Qadze – 6,5
(9. Nurlan Novruzov, 74) – 4,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
21. Murad Səttarlı
38. İlkin Muradov
44. Migel Lorenso
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Riçard Qadze
Qollar: S.Zenyov, 8 (1:0). S.Meza Kolli, 61 (1:1, R.Qadze).
Vərəqələr: V.Mustafayev, 65 (hakimin qərarına etiraz). A.Nəzirov, 90+1 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: İNQILAB MƏMMƏDOV, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
2 aprel. Qəbələ. Şəhər stadionu. 800 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.


Turun mərkəzi qarşılaşması hər iki komanda üçün prinsipiallıq daşıyırdı. “Qəbələ” “Qarabağ”ın qardaşı gözüylə baxdığı “Zirə” ilə son görüşdə xal itirərək, çempionluq mübarizəsində zərbə almışdı. Ayxan Abbasovun komandasının motivasiyasını isə UEFA bir neçə gün əvvəl avrokuboklar yönündə “yaşıl işıq yandırmaqla” artırmışdı. İstənilən halda, matçın favoriti “Qəbələ” sayılırdı. Meydan amilindən başqa, zirəlilərin heyətindəki itkilər də Roman Qriqorçukun komandasının xeyrinə idi. Belə ki, qonaqların 3 oyunçusu vərəqə cəzalısı idi. Viktor İbokoyi, Elvin Məmmədov və Akim Latifu vacib qarşılaşmada iştirak edə bilmirdi.
“Qəbələ” oyuna erkən qolla başladı. Hesab artıq 8-ci dəqiqədə açıldı. Qonaqların cərimə meydançasının önündə topu ələ keçirən Zenyov çevrilərək, qüvvətli zərbə ilə onu qapının uzaq küncünə ünvanladı. Nəzirov reaksiya göstərsə də, cəhdi yetərsiz qaldı. Hücumlara ara verməyən meydan sahibləri 13-cü dəqiqədə fərqi iki topa çatdıra bilərdi. Belə ki, Tellurun sol cinahdan asmasını Zenyov başla “çərçivə”yə ünvanladı. Yaxın məsafədən vurulan top dirəkdən döndü. Tədricən özünə gələn “Zirə”nin cavabı 17-ci dəqiqəyə təsadüf etdi. Qadze topu meydanın mərkəzindən götürüb sürətlə irəli şığıdı və 25 metrdən qüvvətli zərbə endirdi. Top cüzi fərqlə qapıdan aralı keçdi. Bir qədər sonra qəbələli azarkeşlər yenidən həyəcanlandılar. Meza Kollinin cərimə zərbəsindən qapıya göndərdiyi top dirəkdən döndü. Qarşılıqlı hücumlar şəraitində keçən matçda növbəti təhlükəli vəziyyət “Zirə”nin qapısı qarşısında yarandı. Cavidin pressinqini görən Krnetanın uzaqlaşdırmaq istədiyi top Zenyova tərəf istiqamətləndi. Estoniyalı daban ötürməsiylə cərimə meydançasına daxil olan komanda yoldaşını zərbə mövqeyinə çıxardı. İki kapitanın duelindən isə Nəzirov qalib ayrıldı. 25-ci dəqiqədə “Zirə” qola yaxın oldu. Sanqarın sağ cinahdan asmasını Bezotosnı yumruqlasa da, top Təmkinin önünə düşdü. Onun qapıya göndərmək istədiyi topun qarşısını isə müdafiəyə köməyə gələn Kvekveskiri yıxılaraq kəsdi. 37-ci dəqiqədə “Qəbələ”nin növbəti dəfə sevinməsinə bu dəfə tir mane oldu. Ozobiçin mükəmməl ötürməsini Ruslan saxlamadan qapıya göndərdi ki, Anarın müdaxiləsindən sonra top tirə dəyib meydana qayıtdı. Sanki qarşısına tir-dirəklərin möhkəmliyini yoxlamaq məqsədi qoyan meydan sahiblərinin fasilə ərəfəsində yenə bəxti gətirmədi. Cərimə zərbəsindən sonra Ozobiçin qapı qarşısına göndərdiyi topu Kvekveskiri başla “çərçivə”yə ünvanlasa da, dirək Anar Nəzirovun köməyinə çatdı.
İkinci yarı da qarşılıqlı hücumlarla başladı. 49-cu dəqiqədə Caviddən ötürmə alan Ruslan topu saxlamadan Zenyov istiqamətinə göndərdi. Ancaq estoniyalı topa çata bilmədi. Əks halda, bir toxunuş hesabı açmaq üçün yetərli olacaqdı. Az sonra “Zirə” Qadze ilə təhlükə yaratdı. Rəqibin cərimə meydançasına girər-girməz “çərçivə”ni nişan alan hücumçunun vuruşunda azacıq dəqiqlik çatmadı. 52-ci dəqiqədə standart vəziyyətdən sonra qonaqların qapısı qarşısında çaxnaşma yarandı. Ozobiçin ötürməsinə yüksələn Rafael az qala fərqlənəcəkdi. O, Adilə dəyib yerə düşən topu gec gördü. Qol imkanlarını sağa-sola xərcləyən “Qəbələ” AZAL-la qarşılaşmadakı kimi bunun cəzasını çəkdi. 61-ci dəqiqədə “Zirə” hesabı bərabərləşdirdi. Pressinq tətbiq edib topu ələ keçirən Qadze onu Meza Kolliyə ötürdü ki, Bezotosnı üçün paraqvaylının uzaqdan zərbəsini dəf etmək mümkünsüz oldu.
62-ci dəqiqədə Urfanın başla vuruşu yaddaqalan oldu. Nəzirov inamlı oynayaraq, qola imkan vermədi. Bir qədər sonra mübahisəli vəziyyət yarandı. Cavid cərimə meydanına daxil olarkən, Krneta onu “sürüşmə” fəndiylə dayandırmağa çalışdı. Onun rəqibin ayağına təması Hüseynovun yerdə qalmasıyla nəticələndi. “Qəbələ”nin futbolçusunun bir qədər gec yıxılması hakimi çaşdırdı və İnqilab Məmmədov oyunu davam etdirdi. Belədə hər iki tərəf hakimə hücum etdi: qəbəlilər penalti, zirəlilər isə simulyasiyaya görə sarı vərəqə tələb edirdi.
Xal itkisiylə barışmayan Qriqorçuk 71-ci dəqiqədə ikinci hücumçunu – Subotiçi də döyüşə atdı. Təzyiqi artıran meydan sahibləri daha bir neçə əlverişli imkan əldə etsələr də, xal itkisindən xilas olmaq mümkün olmadı. İnamla müdafiə olunan qonaqlar “Qarabağ”ın prinsipial rəqibini vacib 2 xaldan məhrum etdilər. “Zirə” hətta əsas vaxtın sonuncu dəqiqəsində bölgə təmsilçisinə şok yaşada bilərdi. Ancaq meydana yenicə daxil olan Vüsal İsgəndərli Bezotosnı ilə üzbəüz qaldığı vəziyyətdə topu dirəyin yanından vurdu. Beləliklə, ardıcıl iki turda 1:1 hesabıyla kifayətlənən “qırmızı-qaralar” çempionluq mübarizəsində şanslarını xeyli azaltdı.
MİRAĞA

Reaksiyalar
Roman Qriqorçuk: “Qalib gəlməli olduğumuz oyunda xal itirdik. Danışmaq çətindi, çox üzgünəm. Düzdü, rəqib ilk hissədə qısa müddət aralığında topa nəzarət etdi. Bunu nəzərə almasaq, yetirmələrim yaxşı oynadı. Xeyli qol şansımız oldu, ancaq dəyərləndirə bilmədik. Yolumuza davam etməliyik. Nəticədən asılı olmayaraq, növbəti qarşılaşmalarda qələbə qazanmalıyıq. Düzdü, xal itkisi ilə vəziyyətimizi çətinləşdirdik. Şansımız öz əlimizdə deyil. “Qarabağ”ın xal itirməsinə ümid etməliyik. İstənilən halda, növbəti görüşlərin hamısından qalib ayrılmalıyıq”.
Ayxan Abbasov: "Bu gün aprel döyüşlərinin ildönümüdü. Cəbhədə şəhid olanlara Allahdan rəhmət diləyirəm. Çətin olacağını bilirdik. Rəqib çempionluğa oynayır. Xal itkisi "Qəbələ"nin çempionluq yarışından uzaqlaşmasına gətirib çıxa bilərdi. Ona görə də çətin olacağını bilirdik. Son matçlarda yaxşı çıxış edirik. Bu dəfə də xal qazanacağımıza inanırdıq. "Qarabağ" və "Qəbələ"dən 1 xal almağımız uğurdu. Bu oyunumuzu davam etdirməyə çalışacağıq".

Gözdən qaçmadı
* Qarşılaşma qatı duman şəraitində baş tutdu. “CBC Sport” telekanalının kameralarının quraşdırıldığı yerdən meydanın əks tərəfi qatı duman səbəbindən görünməz olmuşdu.
* Matça əlavə olunmuş dəqiqələrdə “Zirə”nin texniki zonasının yaxınlığında futbolçular arasında gərginlik yaşandı. Ozobiç rəqib futbolçuya qarşı təhlükəli oynadı ki, bu da qonaqların ehtiyat oyunçular skamyasında əyləşənlərin etirazlarına yol açdı. Bu zaman Ayxan Abbasovla Cavid Hüseynovun mübahisəsi də diqqətdən yayınmadı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar