28 may 19:49liqa

Premyer-liqada 22 hakim, 22 nümayəndə iş başında olub

Premyer-liqada 22 hakim, 22 nümayəndə iş başında olub
Say bərabər olsa da, təyinat bölgüsü baş-ayaqdı
Premyer-liqada ötən mövsümün yekunları ilə bağlı təhlilləri davam etdiririk. Əvvəlki yazılarımızda komandalar və futbolçuların çempionatdakı çıxışına dəfələrlə toxunmuşuq. İndi isə başa çatan mövsümdə oyunlara təyinat alan hakim-inspektor və AFFA nümayəndələrinin kimliyinə baxaq. Yəni kimlərin daha çox təyinat aldığını, hansı komandaların oyununa daha çox getdiyini araşdıracağıq.
Əli Hüseynovun “sağ əli” hamıdan çox təyinat alıb
Bəribaşdan qeyd edək ki, hakim-inspektorlara və AFFA nümayəndələrinə iki sədr başçılıq edib. Sabiq sədr Əli Hüseynovun təsdiq etdiyi siyahıya 13 inspektor salınmışdı. Qış fasiləsinə qədər məhz həmin siyahıdakılar iş başında oldu. Məlum olduğu kimi, mövsümün gedişində Hakimlər Komitəsi ilə Hakim-inspektorlar Komitəsi bir departamentdə birləşdirildi. Frits Stuxlikin sədr təyinatından sonra siyahıda yenilənmə oldu, daha 9 inspektor seminara cəlb olunduqdan sonra premyer-liqaya təyinat almağa başladı. Hamısı da sabiq hakimlərdi: Babək Quliyev, Anar Salmanov, İmanxan Sultani, Zöhrab Qədiyev, Ceyhun Haşımov, Feyzulla Feyzullayev, Munis Abdullayev, Əmrah İbrahimov və Ramil Diniyev. Sonuncunun mövsüm ərzində həm hakim, həm də inspektor kimi iş başında olduğunu da vurğulayaq.
Beləliklə, son mövsümdə premyer-liqa oyunlarına 22 inspektor təyinat alıb. Hamıdan çox Əli Hüseynovun da “sağ əli” olan Şahin Cəfərova güvənilib. Vüsal Əliyev (11) və Rövşən Əhmədov (10) ilk “üçlüy”ü tamamlayır. 28 tur ərzində ən az təyinat alan isə Məlik Həsənovla Əmrah İbrahimovdu – hərəyə 1 dəfə. Baxmayaraq ki, Həsənov əvvəlki illərdə ən çox güvənilən, PFL-in ağırlığını çiyinlərində daşıyan isimdi. Onu da qeyd edək ki, Məlik bəy 1 oyuna da AFFA nümayəndəsi kimi gedib.
İnspektorların hakimlərə görə bölgüsü də yarıtmazdı. Götürək Vüsal Əliyevi: sabiq referi 11 dəfə iş başında olub və bunların 4-də Rəvan Həmzəzadə ilə yolları kəsişib. Halbuki Vüqar Həsənli, Səbuhi Bayramov, Kamal Umudlu kimi gənclərin oyununa bir dəfə də olsun, getməyib. Eləcə də Kərim Ağayev. Əliyarın atası 5 oyuna təyinat alıb ki, bunun 3-də İnqilab Məmmədovun işini qiymətləndirib. Bu mənada Fazil Mürşüdovu fərqləndirmək mümkündü. Sumqayıtlı ədalət təmsilçisi 7 oyunda 7 fərqli hakimlə birgə olub.
Göründüyü kimi, inspektorların təyinat sayında kəskin fərq var. Əli Hüseynovu qoyaq bir tərəfə, Stuxlik öz kadrlarına da ögey-doğmalıq edib. Məsələn, Ramil Diniyev və Munis Abdullayev qışdan sonra 5 oyuna təyinat alıbsa, Zöhrab Qədiyevlə Babək Quliyevə cəmi 2 dəfə şans verilib. Ümumi sıralamada isə vəziyyət daha bərbaddı. Təyinat bölgüsündə liderlərlə 22-ci yerdə olan hakim-inspektor arasında 12 oyunluq fərq var.
Şahin Cəfərov – 13 (Əliyar Ağayev, Orxan Məmmədov, Rəvan Həmzəzadə, Səbuhi Bayramov – hamısı 2, Rəhim Həsənov, Rauf Cabbarov, İnqilab Məmmədov, Rövşən Rəcəbov, Vüqar Həsənli – hamısı 1).
Vüsal Əliyev – 11 (Rəvan Həmzəzadə - 4, Rəhim Həsənov – 2, Əliyar Ağayev, Orxan Məmmədov, İnqilab Məmmədov, Səbuhi Bayramov – hamısı 1).
Rövşən Əhmədov – 10 (İnqilab Məmmədov, Əliyar Ağayev – hər ikisi 2, Rəhim Həsənov, Rauf Cabbarov, Rəvan Həmzəzadə, Vüqar Həsənli, Səbuhi Bayramov, Orxan Məmmədov – hamısı 1).
Asim Xudiyev – 9 (Vüqar Həsənli – 3, Orxan Məmmədov - 2, Rəhim Həsənov, Rəşad Əhmədov, Əliyar Ağayev, Səbuhi Bayramov– hamısı 1).
Fazil Mürşüdov – 7 (Rəhim Həsənov – 2, Rauf Cabbarov, İnqilab Məmmədov, Səbuhi Bayramov, Rəşad Əhmədov, Alik Yunusov – hamısı – 1).
Kərim Ağayev – 6 (İnqilab Məmmədov – 3, Rəhim Həsənov – 2, Səbuhi Bayramov - 1).
Əhmədağa Cabbarov – 5 (Əliyar Ağayev – 3, Rəşad Əhmədov, İnqilab Məmmədov – 1).
Füzuli Nəcəfov – 5 (Əliyar Ağayev – 2, Rauf Cabbarov, Orxan Məmmədov, Rəvan Həmzəzadə – hamısı 1).
Murad Məmmədov – 5 (Rəhim Həsənov – 2, Əliyar Ağayev, Orxan Məmmədov, Rauf Cabbarov – hamısı 1).
Munis Abdullayev – 5 (Əliyar Ağayev – 2, Rəvan Həmzəzadə, Rəşad Əhmədov, Vüqar Həsənli – hamısı 1).
Ramil Diniyev – 5 (Vüqar Həsənli – 2, Əliyar Ağayev, Rauf Cabbarov, Həvan Həmzəzadə – hamısı 1).
Əli Hüseynov – 4 (Əliyar Ağayev, Ramil Diniyev, Orxan Məmmədov, İnqilab Məmmədov – hamısı 1).
Ceyhun Haşımov – 4 (Rauf Cabbarov – 2, İnqilab Məmmədov, Səbuhi Bayramov – hamısı 1).
İmanxan Sultani – 4 (Rəşad Əhmədov, Rəhim Həsənov, İnqilab Məmmədov, Kamal Umudlu – hamısı 1).
Anar Salmanov – 4 (İnqilab Məmmədov, Rövşən Rəcəbov, Rauf Cabbarov, Səbuhi Bayramov – hamısı 1).
Xaqani Məmmədov – 3 (Rauf Cabbarov – 2, Ramil Diniyev –1).
Məhəmməd Məmmədov – 3 (İnqilab Məmmədov – 2, Əliyar Ağayev – 1).
Feyzulla Feyzullayev – 3 (Vüqar Həsənli, Rəvan Həmzəzadə, Orxan Məmmədov – hamısı 1).
Babək Quliyev – 2 (Kamal Umudlu, Vüqar Həsənli – hər ikisi 1).
Zöhrab Qədiyev – 2 (Səbuhi Bayramov, İnqilab Məmmədov – hər ikisi 1).
Məlik Həsənov – 1 (Əliyar Ağayev).
Əmrah İbrahimov – 1 (İnqilab Məmmədov).
Qeyd edək ki, mötərizədə inspektorların hakimlərlə yolunun neçə dəfə kəsişdiyi göstərilir.
Komitə ikinci dövrədə 4 nümayəndənin ümidinə qalıb
İndi isə AFFA nümayəndələrinin təyinat bölgüsünə nəzər yetirək. Maraqlıdı ki, premyer-liqa oyunlarına həm də 22 nümayəndə təyinat alıb. Onlar arasında isə ən çox Seymur Səlimli iş başında olub. UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycandakı nümayəndəsi 11 matça təyinat alıb. Eldəniz Musayev 9, Erkin Hüseynov, Şaiq Həmidov və Məmmədəli Məmmədov 8 oyuna gediblər. Nümayəndələrin təyinat bölgüsü daha biabırçıdı. Səlimli 11 dəfə iş başında olduğu halda, 1-2 dəfə şans qazananlar var. Seymur bəyin ardıcıl 4 tur (10-13-cü turlar) təyinat alması isə xüsusi qeyd olunmalıdı. Ümumiyyətlə, həmin arada nümayəndə böhranı yaşanıb. Konkret ikinci dövrənin ağırlığını 4 nümayəndə daşıyıb. 28 oyunun 18-nə Seymur Səlimli, Namiq Məstanov, Erkin Hüseynov və Əsgər Əmirəliyev göndərilib. Səlimli ilə Məstanovun dövrə ərzində - 7 turdan 5-də təyinat almasının nəsə xüsusi izahı olmalıdı. Halbuki həmin ərəfədə Ramiz Mustafayev, Şaiq Həmidov, Məmmədəli Məmmədov, Ramiz Abdullayev kimi təcrübəlilərin hər birinə cəmi 1 oyun verilib, bir çoxları, o cümlədən çempionatboyu cəmi 1 dəfə şans qazanan Sakin Məmmədzadə, ümumiyyətlə, yada düşməyib.
Onu da qeyd edək ki, mövsümün ikinci yarısında daha 5 nümayəndə çempionat oyunları üçün təsdiqlənib. Söhbət Rüfət Əmirov, Ələddin Ələkbərov, İlham Əliyev, Asif Əliyev və Nihad Məmmədovdan gedir.
Seymur Səlimli – 11
Eldəniz Musayev – 9
Şaiq Həmidov – 11
Məmmədəli Məmmədov – 8
Erkin Hüseynov – 8
Elbrus Abbasov – 7
Ramiz Mustafayev – 7
Əsgər Əmirəliyev – 7
Maşallah Əhmədov – 6
Namiq Məstanov – 6
Mübariz Hüseynov – 5
Rüfət Əmirov – 4
Eldar Qasımov – 4
Asif Əliyev – 4
İlham Əliyev – 4
Ələddin Ələkbərov – 3
Ramiz Abdullayev – 3
Abas Hüseynov – 2
Rauf Hüseynli – 2
Nihad Məmmədov – 2
Sakin Məmmədzadə - 1
Məlik Həsənov – 1
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar