04 apr 15:59liqa, manset

“Qara Qarayevin Almaniya kimi nəhəngə qarşı necə mübarizə aparacağını görmək istəyirdik”

“Qara Qarayevin Almaniya kimi nəhəngə qarşı necə mübarizə aparacağını görmək istəyirdik”
Yuri Syomin “Lokomotiv” rəsmilərinin Bakıya gəldiyini “Futbol+”ə təsdiqlədi

Son günlər “Qarabağ”ın və yığmanın yarımmüdafiəçisi Qara Qarayevin adı tərafında müxtəlif transfer söz-söhbəti dolaşır. Almaniya ilə oyundan sonra mətbuata açıqlama verən millinin inzibatçısı, AFFA-nın yığmalar üzrə baş əlaqələndiricisi Raid Rəfiyev “köhlən atlar”ın dayaq yarımmüdafiəçisinin Avropa klublarının maraq dairəsinə düşdüyünü bildirib. Riad bəy ad çəkməsə də, hətta həmin klubun rəsmilərinin Qarayevlə bağlı assosiasiya ilə əlaqə saxladığını da söyləyib. Düzdü, Rəfiyevin bu açıqlaması “Qarabağ”ın düşərgəsində heç də xoş qarşılanmadı. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov məsələyə münasibət bildirərkən, Qara ilə maraqlanan klubun AFFA ilə yox, “Qarabağ”la əlaqə saxlamalı olduğunu, “köhlən atlar”ın prezidenti Tahir Gözəl isə jurnalistlərlə görüşdə Qaranın satılıb-satılmayacağının baş məşqçinin qərarından asılı olduğunu qeyd edib.
Bütün bu söz-söhbətə səbəb olan Rəfiyev milli üzvünün konkret hansı klubun maraq dairəsinə düşdüyünü söyləməsə də, ictimaiyyət yığmanın inzibatçısının Portuqaliya klubları ilə sıx əməkdaşlıq etdiyini nəzərə alıb, futbolçunun yayda Pireney yarmadasına yollanacağını ehtimal edir. Ancaq ötən həftənin son günü bizə çatan informasiya Portuqaliya ehtimalının üstündən xətt çəkdi. Futbolçuya yaxın mənbədən aldığımız bilgiyə görə, Moskva “Lokomotiv”i mövsümlərarası fasilədə dayaq yarımmüdafiəçini rənglərinə bağlamaq niyyətindədi. Qaranın “Qarabağ”la müqaviləsinin müddətinin bu yay başa çatması onları daha da şirnikləndirib. Mənbəmizin sözlərinə görə, Azərbaycan – Almaniya matçını canlı izləyənlər arasında “Lokomotiv”in nümayəndələri də olub. Onlar Qaranın oyununu bəyəndiklərini “qırmızı-yaşıllar”ın baş məşqçisi Yuri Syominə təqdim etdikləri raportda da qeyd ediblər.
Məsələ ilə bağlı “Lokomotiv”in çalışdırıcısı Yuri Syominlə əlaqə saxladıq. Mayın 11-də 70 yaşını qeyd edəcək mütəxəssisin məsələyə reaksiyası belə oldu: “Rusiyada mövsüm mayın 21-də başa çatır. “Lokomotiv” son çempionat oyununu keçirəndən sonra transfer çalışmalarına başlayacağıq. İndi bu haqda danışmaq tezdi. Düzdü, indidən seleksiyaçı məşqçilərimiz maraq dairəmizdə olan futbolçuları diqqət mərkəzində saxlayırlar. Ancaq bu o demək deyil ki, artıq onların keçidi həll olunmuş məsələdi. Qara Qarayevi yaxından təqib edirik. Əslində mən onu “Qəbələ”də işlədiyim dönəmdən tanıyıram. Dayaq yarımmüdafiəçisi kimi xoşuma gəlirdi. Ancaq indidən tələsik nəsə söyləmək mümkün deyil. Yaya qədər səbr etməyinizi xahiş edirəm”.
“Dəmiryolçular”ın baş məşqçisi bizimlə söhbətdə Qaranın oyununu canlı izləmək üçün klub nümayəndələrinin Azərbaycan – Almaniya matçına ezam olunduğunu da təsdiqlədi: “Qeyd etdiyim kimi, Qara bizim maraq dairəmizdədi. Çempionat matçlarında onun necə təsir bağışladığını bilirik. Qarayevin Almaniya kimi nəhəngə qarşı necə mübarizə aparacağını görmək istəyirdik. Bu üzdən nümayəndələrimiz Bakıya yollandılar. Onların mənə təqdim etdiyi raport haqda isə açıqlama vermək istəmirəm. Bu klubun daxili işidi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Bu gün, 15:26 TRANSFER DOSYESİ Bu gün, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Bu gün, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Bu gün, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Bu gün, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Bu gün, 15:15 “Neftçi” yeni kartların satışına başladı Bu gün, 15:14 “Parken”də anşlaq gözlənilir Bu gün, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Bu gün, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Bu gün, 15:10 Dima qol hesabını açdı Bu gün, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Bu gün, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Bu gün, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Bu gün, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Bu gün, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Bu gün, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Bu gün, 13:58 Ruslan bir pillə irəlilədi Bu gün, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Bu gün, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Bu gün, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Bu gün, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Bu gün, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Bu gün, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar