24 may 13:47liqa

Kamal Bayramov “Səbail”də

Kamal Bayramov “Səbail”də
Ölkəmizi ilk dəfə avrokuboklarda - Avropa Liqasında təmsil edəcək "Səbail" heyətini gücləndirmək yönündə çalışmaları davam etdirir. Heç şübhəsiz, əsas sıxıntı “çərçivə” və hücum xətti ilə bağlıdı. Amil Yunanovu gözaltı edən Bayıl təmsilçisinin əsas hədəfi Mirabdulla Abbasovdu. “Neftçi”dən ayrılmaq istəyən forvard hazırda Bakıda deyil. Əslində futbolçu ilə hər şey aydındı: “Futbol+”in sorğusunda 2018-ci ilin ən yaxşısı seçilən Abbasov Aftandil Hacıyevin rəhbərliyi altında oynamağa müsbət yanaşır. Stiven Jozef-Monrozun flaqmanla anlaşdığını da nəzərə alsaq, gənc forvard “Neftçi”dəki perspektivini anlayır. Elə “Səbail” də onu transfer etməkdə israrlıdı. “Dənizçilər” flaqmanla 1 illik anlaşması qalan 24 yaşlı hücumçu üçün qarşı tərəfə rəsmi müraciət göndərməyə hazırlaşır. Hər halda, baş məşqçi Aftandil Hacıyev belə deyir: "Demək olar, məsələ həll olunub. Agentiylə detalları yekunlaşdırırıq. Bir-iki nüans qalıb. Onları da yoluna qoyub yaxın günlərdə rəsmi sənədləri hazırlayacağıq və "Neftçi"yə göndərəcəyik. "Neftçi"yə rəsmi təklif göndərərək transferi gerçəkləşdirmək istəyirik. İnşallah, problem olmayacaq".
“Çərçivə” ilə bağlı da çalışmalar davam etdirilir. Yadınızdadısa, bir neçə gün əvvəl qəzetimizə müsahibə verən Kamal Bayramov "Zirə"dən ayrılması barədə danışarkən, avrokuboklara vəsiqə qazanan klublardan birinə keçmək ehtimalına işarə vurmuşdu. Düzdü, qitə turnirinə yollanacaq komandaların, demək olar, hamısında qapıçı problemi var. Ancaq Kamalın iş yeri artıq məlumdu. Aleksandr Rıbkanın zədələnməsindən sonra Elxan Əhmədovun ümidinə qalan “Səbail” sıralarına yeni qapıçı qatıb. Paytaxt təmsilçisi məhz “Zirə”ylə müqaviləsinin müddəti başa çatan Kamal Bayramovla ortaq məxrəcə gəlib. Klub dünən 34 yaşlı əlcək sahibi ilə rəsmi müqaviləni ictimaiyyətə bəyan edib. Baş məşqçi Aftandil Hacıyevin istəyi ilə transfer olunan Bayramov bu yay “Səbail”in rənglərinə qatacağı son qapıçı olmayacaq. Komandaya daha bir əcnəbi qolkiperin cəlb olunacağı gözlənilir. Qeyd edək ki, Kamal 2015-ci ildən - "Zirə" premyer-liqada çıxış edəndən bu klubun şərəfini qoruyurdu.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar