23 may 20:19liqa

Premyer-liqanın ən yaxşısı Dani Kintanadı!

Premyer-liqanın ən yaxşısı Dani Kintanadı!
Məlum olduğu kimi, “Futbol+” başa çatan mövsümdə də ənənəni davam etdirdi. Söhbət illər öncə əsası qoyulan futbolçuların qiymətləndirilməsindən gedir. Premyer-liqanın bütün qarşılaşmalarında reportyorla təmsil olunduq, oyunçuların performansını dəyərləndirdik. Hər turdan sonra isə ən yüksək qiymət alanlardan ibarət “10-luğ”u, eləcə də mövqelər üzrə durumu diqqətinizə çatdırdıq. Təbii, qiymətləndirməmiz bir sıra tələblərə əsaslanır. Əvvəla, mütləq şəkildə futbolçunun oyun sayı keçirilən turların sayının yarısından çox olmalıdı. Tutaq ki, 28 tur baş tutubsa və futbolçunun performansı 14 və daha az qarşılaşmada qiymətləndirilibsə, o, siyahıda yer ala bilməz. Özü də futbolçunun yalnız qiymətləndirildiyi matçlar nəzərə alınır. Orta qiymət bərabər olarsa, oyun sayı əsas götürülür. Bütün göstəricilər eyni olanda ardıcıllıq əlifba sırasına görə müəyyənləşir. Beləliklə, “Futbol+”in premyer-liqanın 2018/19 mövsümü üçün qiymətləndirməsinin yekununda ən yaxşılardan ibarət “10-luq”la tanış olun.
1. Dani Kintana (Qarabağ)
2. Emin Mahmudov (Neftçi)
3. Baqali Dabo (Neftçi)
4. Filip Ozobiç (Qarabağ)
5. Abdulla Zubir (Qarabağ)
6. Mahir Əmrəli (Qarabağ)
7. Maksim Medvedev (Qarabağ)
8. Səlahət Ağayev (Neftçi)
9. Kiril Petrov (Neftçi)
10. Rəşad Sadıqov (Qarabağ)
Göründüyü kimi, “Futbol+”in qiymətləndirməsinə görə premyer-liqanın ən yaxşısı Dani Kintanadı. Doğrudu, ispan yarımmüdafiəçi mövsümün əvvəlində zədəli olduğundan komandasına kömək edə bilmirdi. O, noyabrda yaşıl meydanlara qayıtdı. Məhz Kintananın dönüşünə qədər “Qarabağ”ın çempionatda işləri qaydasında getmirdi. “Köhlən atlar” əsas rəqibi “Neftçi”dən 6 xal geri qalırdı. Ancaq onun qayıdışı ilə ağdamlıların uğurlu traektoriyasının əsası qoyuldu. Ümumilikdə 7 dəfə rəqib qapılarına yol tapan Kintana 4 məhsuldar ötürmə ilə komandasına faydalı oldu. Özü də bunu az oyuna çıxmaqla bacarması da Daninin üstünlüyüdü. İlk “üçlük”də olan digər futbolçular isə “Neftçi”nin üzvləri Emin Mahmudovla Baqali Dabodu. Mahmudovun da mövsümü yüksək səviyyədə keçirdiyini deməliyik. Yarımmüdafiəçi hətta uzun müddət “10-luq”da lider idi. Lakin “ağ-qaralar”ın uğursuzluğu Eminin də qiymətinə təsirsiz ötüşmədi. Məhz onun qiymətinin aşağı düşməsi fonunda Dani zirvəni ələ keçirdi. Xatırladaq ki, Mahmudov çempionatı 26 oyunda vurduğu 8 qol və 7 məhsuldar ötürmə ilə qapadı. Mərkəz yarımmüdafiəçisi üçün yetərincə yüksək göstəricidi. Baxmayaraq ki, qollardan dördünü penaltidən vurub. Üçüncü yerdə qərarlaşan Baqalinin də “futbol ili”ni yüksək səviyyədə keçirdiyini deməliyik. Onun 25 oyundakı göstəriciləri belədi: 14 qol və 4 məhsuldar ötürmə. Hərçənd Dabo üçün son tur uğursuz alındı. Söhbət təkcə “Neftçi”nin 28-ci turda öz meydanında “Qarabağ”a məğlubiyyətindən getmir. Belə ki, həmin tura qədər həm onun, həm də Mahir Əmrəlinin hesabında 14 qol var idi. Bu futbolçulardan hansının bombardir olacağı məhz “Bakcell Arena”dakı görüşdə bəlli olacaqdı. Həmin oyunda Mahir iki qol vurduğu halda, Dabo həm penaltidən yararlana bilmədi, həm də zədələndi. Beləcə uzun müddət liderlik etdiyi bombardirlərin yarışında Mahirə uduzdu.
“Futbol+”in qiymətləndirməsi mövqelər üzrə olduğundan, bu baxımdan da mövsümün ən yaxşılarının siyahısını diqqətinizə çatdırmağı lazım bildik. Qeyd edək ki, 9 mövqe üzrə ilk yeri tutanlardan 5-i “Neftçi”nin, 4-ü “Qarabağ”ın üzvüdü.
ən yaxşı qapıçı: Səlahət Ağayev (Neftçi)
ən yaxşı mərkəz müdafiəçisi: Kiril Petrov (Neftçi)
ən yaxşı sol cinah müdafiəçisi: Vild-Donald Gerye (Qarabağ)
ən yaxşı sağ cinah müdafiəçisi: Maksim Medvedev (Qarabağ)
ən yaxşı dayaq yarımmüdafiəçisi: Soni Mustivar (Neftçi)
ən yaxşı sol cinah yarımmüdafiəçisi: Baqali Dabo (Neftçi)
ən yaxşı sağ cinah yarımmüdafiəçisi: Dani Kintana (Qarabağ)
ən yaxşı mərkəz yarımmüdafiəçisi: Emin Mahmudov (Neftçi)
ən yaxşı hücumçu: Mahir Əmrəli (Qarabağ)
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar