23 may 19:11liqa

Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi”

Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi”
Mahir penalti vurmadan bombardir olub
Bir neçə il əvvələ qədər penalti qərarı ölkə futbolunun “bəzəyi” idi. Hələ futbolun dərəbəylik vaxtında qapılara o qədər yersiz, haqsız penaltilər təyin olunurdu ki, adam heç yumoristik filmlərə baxanda o qədər gülmürdü. Sonradan klublar pullu sponsorların əlinə keçdi və bu dəfə başqa dərd başladı. Klub rəsmiləri hakimlərin əksər 11 metrlik cərimə zərbələri zamanı aləmi bir-birinə qatır, himayədarların yanında pis olmamaq üçün özlərinə haqq qazandırmağa çalışırdılar. Vay o günə ki, şübhəli penalti təyin oluna, vəssalam, qırğın düşürdü.
İnsaf naminə, bu işdə referilər də az pay sahibi deyildi. Məsələn, 2011-ci ildə “Bakı” – “Neftçi” qarşılaşmasında Rauf Mehdiyevin cərimə meydançasında Jabaya qarşı kobudluğunu baş hakim Əfqan Həmzəyevdən başqa hamı görmüşdü. İki il sonra “Neftçi” – “Qarabağ” qarşılaşmasında Anar Salmanov qonaqların qapısına olmayan 11 metrlik cərimə zərbəsini təyin etdiyinə görə hakimlikdən uzaqlaşdırılmışdı. Bir sözlə, penalti qərarları çox “evlər yıxırdı”, çox adamın başına bəla olurdu. İndi vəziyyət xeyli düzəlib. Həm penaltilərin sayı azalıb, həm də hakimlər belə sərt qərar verərkən daha diqqətli olmağa çalışırlar.
28 tura 30 penalti
Çempionatın ilk yarısında, yəni 14 tur ərzində ədalət təmsilзiləri 13 halda “nцqtə”ni gцstəriblər. Qış fasiləsindən sonra penaltisayında artım müşahidə olunub. Belə ki, hakimlər 17 halda cərimə meydançası daxilində qayda pozuntusu qeydə alıblar ki, onlardan heç də hamısı qolla nəticələnməyib. Bu yerdə maraqlı rəqəm ortaya çıxır - 28 tura 30 penalti. Təbii ki, penaltilərin heç də hamısı ardıcıl turlarda qeydə alınmayıb. Bəzən bir neçə tur susqunlub olub. Bəzən isə həftəsonu futbolsevərlər bir neçə dəfə 11 metrlik cərimə zərbəsi izləyiblər.
Rəhimə çatan yoxdu
Ağır qərarı verməkdə Rəhim Həsənova çatan yoxdu – 7 penalti. Əliyar Ağayevlə İnqilab Məmmədov 30 penaltidən hərəyə altısının “müəllifidi”. Rauf Cabbarov, Rəvan Həmzəzadə və Kamal Umudlu isə hərəyə 2 dəfə sərt üzlərini göstəriblər. Digər 5 nəfər – Ramil Diniyev, Rəєad Əhmədov, Səbuhi Bayramov, Orxan Məmmədov və Rauf Allahverdiyev cəmi 1 dəfə “nöqtə”yə tərəf qaçıb. Daha üç hakim – Alik Yunusov, Vüqar Həsənli və Rövşən Rəcəbov ən çətin qərarı qəbul etməkdən kənarda dayanıblar.
Eminlə Deviç: hamıdan çox
Qapılara təyin olunan 28 penaltidən 22-si qolla nəticələndiyi halda, 7 futbolçu hədəfə düşə bilməyib. Bunlar “Qarabağ”dan Araz Abdullayevlə Filip Ozobiç, “Səbail”dən Ruslan Qurbanov, “Sabah”dan Cavid İmamverdiyevlə Marko Deviç, “Neftçi”dən Baqali Dabo və “Zirə”dən Xulio Sezar Rodrigesdi. “Sabah”ın ən məhsuldar futbolçusu Marko Deviç cari mövsümdə 5 dəfə “nöqtə”yə yaxınlaşıb ki, onlardan 4-nü qola çevirməyi bacarıb. Qış fasiləsində “Qarabağ”a qayıdan, yalnız ikinci yarının oyunlarında meydanda olan Riçard Almeydan 3 dəfə penalti vurmaq imkanı qazanıb ki, bütün hallarda dəqiq oynayıb. Dekabra qədər bu yolla 1 dəfə fərqlənən Emin Mahmudov 2019-da 3 dəfə 11 metrlik cərimə zərbəsindən fərqlənib ki, bu mənada qol sayı Deviçlə eynidi. Nikola Mitroviç 2 dəfə “nöqtə”yə yaxınlaşıb və hər iki halda dəqiq oynayıb. Yerdə qalan qolların müəllifləri isə bunlardı: Elvin Məmmədov, Pərdis-Fərcad Azad (meydan sahiblərinə texniki qələbə verildiyi “Səbail” – “Zirə” matçında fərqlənmişdi – H.), Təmkin Xəlilzadə, Yevgeni Koçuk, Mfo Kqasvane, Con Ayite, Baqali Dabo, Cavid Hüseynov.
Penalti vurmayan komanda yoxdu
Və məsələnin ən maraqlı tərəfi. Hansı komanda daha çox penalti vurmaq imkanı qazanıb? Son 5 ilin çempionu bu baxımdan liderdi. Hakimlərin 28 qərarından 7-si ağdamlıların xeyrinə olub ki, 5 qol vurulub, 2-si boşa verilib. “Sabah”la “Neftçi” hakimlərin məlum qərarına görə 6 dəfə sevinib. Hərəyə 3 dəfə “Keşlə” ilə “Zirə” sevinib. “Səbail”lə “Qəbələ”nin futbolçularının üzü məlum qərara görə 2 dəfə güldüyü halda, “Sumqayıt” mövsümboyu cəmi 1 penalti qazanıb.
Bədbəxt “Keşlə”
Qış fasiləsinə qədər hakimlərin sərt üzünü gцrməyən iki komanda var idi – “Qarabağ”la “Qəbələ”. 14 turda bir dəfə də bu komandaların qapısına penalti təyin olunmamışdısa, tilsimi 17-ci turda Rəhim Həsənov qırdı. Təcrübəli referi məhz “Qarabağ” – “Qəbələ” qarşılaşmasında hər iki qapıya penlati təyin etməklə “söhbəti bağlayıb”. Ümumilikdə ağdamlılar 3, qəbələlilər 2 dəfə penaltinin təəssüfünü çəkib. Əvəzində “Sumqayıt”la “Səbail”in futbolçuları hərəyə 5 dəfə olmaqla qapılarına 11 metrlik cərimə zərbəsi təyin olunduğuna görə üzülüb. Bu baxımdan “Keşlə”nin günü qaradı. Çempionatı sonuncu pillədə başa vuran komandanın qapısına nə az, nə çox – 6 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. “Neftзi”ylə “Zirə” hərəyə 2 dəfə üzülüb. “Sabah”lılar cəmi 1 dəfə rəqibin penalti vurmasına şahidlik edib.
Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi”
Zaman-zaman ayrı-ayrı hakimlərin ayrı-ayrı komandalara mьnasibətdə qərəzli mövqe tutmaları, yaxud xüsusi simpatiya bəsləmələri haqda xəbərlər dolaşır. Məsələn, Rəhim Həsənovun “Neftçi”ni, Orxan Məmmədovun “Qəbələ”ni sevmədiyi deyilir. Elə isə başlayaq “bombardir” Rəhim Həsənovdan. Təcrübəli hakimin 7 qərarından 3-ü “Sabah”ın xeyrinə olub ki, Deviç 2 halda dəqiq oynayıb. Digər hallarda “Keєlə”ylə “Qəbələ”nin, 2 dəfə isə “Qarabağ”lıların üzünü güldürüb. Əliyar Ağayevin qərarları 3 dəfə “Qarabağ”ın, hərəyə 1 dəfə “Sumqayıt”, “Səbail” və “Neftзi”nin xeyrinə olduğu halda, 2 dəfə “Keєlə”yə, digər hallarda “Sabah”, “Sumqayıt”, “Səbail” və “Zirə”yə güzəşt etməyib. İnqilab Məmmədovun penalti qərarları hərəyə 1 dəfə “Qarabağ”, “Sabah”, “Neftзi”, “Zirə”, “Keєlə” və “Səbail”in xeyrinə olub. Əvəzində 3 dəfə “Keşlə”ni, digər epizodlarda isə “Sumqayıt”ı, “Zirə”ni və “Neftçi”ni üzüb.
Sonda maraqlı fakt kimi bunu da xatırladaq ki, mövsümün ən sərrast futbolçusu adını qazanan Mahir Əmrəli 16 qoldan heз birini penaltidən vurmayıb. Halbuki ən yaxın izləyicisi Baqali Dabo 2 dəfə “nöqtə”yə yaxınlaşıb ki, birində qeyri-dəqiq oynayıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar