03 apr 19:49liqa

Tərlan Əhmədovun AZAL-ı sabah diviziona “uça bilər”

Tərlan Əhmədovun AZAL-ı sabah diviziona “uça bilər”
Beləliklə, bazar günü Topaz premyer-liqasında 24-cü turun qarşılaşmaları keçiriləcək. Millinin oyunu və kubok qarşılaşmaları ilə bağlı yaranan fasilədən sonra baş tutacaq turun görüşləri bir günə sığacaq. Turun mərkəzi oyununda ötən mövsümün mükafatçıları “Zirə” və “Qəbələ” üz-üzə gələcək.
Qeyd edək ki, turun yalnız iki oyunu canlı yayınlanacaq. “CBC Sport” telekanalı Qəbələdə və Sumqayıtda baş tutacaq qarşılaşmaları ekranlara daşıyacaq.
Topaz premyer-liqası
4-cü dövrə, 24-cü tur
2 aprel
93. İnter – AZAL
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
“İnter”in bu rəqiblə ev oyunlarının balansı: 16:+9=6-1, 20-7.
2005/06 - 1:0; 2006/07 - 0:0; 2007/08 - 2:0; 2008/09 - 1:0; 2009/10 - 2:2; 2010/11 - 1:1, 0:0; 2011/12 - 1:1; 2012/13 - 0:0; 2013/14 - 1:2, 2:1; 2014/15 - 1:0, 2:0; 2015/16 - 2:0, 1:0; 2016/17 – 3:0.
Cəzalı: yoxdu .
“Futbol+”in proqnozu: 35-35-30
Bakı. İnter Arena. Saat 17.00
Sabah birinci diviziona yuvarlanacaq komandanın adına aydınlıq gələ bilər. AZAL-ın sonuncu pilləni tərk edib-etməyəcəyi məhz bu turda rəsmiləşə bilər. “Təyyarəçilər” premyer-liqadan sona 4 tur qalmış “uçmamaq” üçün “İnter”lə səfər oyununda mütləq qalib gəlməlidi. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda qalib gələ bilməsə, indidən yüksək dəstəyə vida edəcək. Çünki hazırda 10 xala malik AZAL 7-ci olan “Kəpəz”dən 14, 6-cı olan “Sumqayıt”dan 15 xal geridədi. Tərlan Əhmədovun komandası qalib gəlsə belə, qəzadan sağ çıxmaya bilər. “Qarabağ” – “Kəpəz” və “Sumqayıt” – “Neftçi” qarşılaşmalarından da çox şey asılıdı.

94. Sumqayıt – Neftçi
Hakimlər: RƏHİM HƏSƏNOV, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Ramil Diniyev.
Hakim-inspektor: Şaiq Həmidov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 9:+4=0-5, 9-14.
2011/12 - 0:3; 2012/13 - 3:2; 2013/14 - 1:2, 2:0; 2014/15 - 0:1, 0:1; 2015/16 - 1:2, 2:1; 2016/17 – 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-35-35
Sumqayıt. Kapital Bank Arena. Saat 16.30
İndiki məqamda “Neftçi”yə qələbə hava-su kimi lazımdı. Elxan Abdullayevin komandası kubokda ağır yara alıb. “Qarabağ”a məğlubiyyət “ağ-qaralar”ın Avroliqaya vəsiqə qazanmaq şansını minimuma endirib. İndi çempionatdan da dişlə-dırnaqla yapışmaq lazım gəlir. Prinsipcə paytaxt təmsilçisinin premyer-liqadan vəsiqə qazanmaq şansı kubokdan daha inandırıcı görünür. “Sumqayıt”ı səfərdə udmaqla əsas rəqiblərindən birini böyük ölçüdə sıradan çıxaracaq “Neftçi” 4-cü yerin hazırkı sahibiylə xal fərqini minimuma endirə bilər. Çünki “Zirə”ni sabah “Qəbələ” ilə çətin sınaq gözləyir. Qələbə həm də düşərgədəki atmosferi qaydasına salmaq üçün vacibdi. Ancaq bu heç də asan olmayacaq. Sumqayıtlılar da eyni iddiadadı. Samir Abasovun rəhbərlik etdiyi komanda flaqmanı yenməyə köklənib. Niyə də olmasın?! Paytaxt təmsilçisi Sumqayıta son iki səfərdən əliboş dönüb. Başqa sözlə, “Sumqayıt” son iki ev qarşılaşmasında azarkeşlərini qələbə ilə sevindirib.

95. Qarabağ – Kəpəz
Hakimlər: RAUF CABBAROV, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev.
Hakim-inspektor: Məlik Həsənov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 19:+12=5-2, 31-10.
1992 - 0:0; 1993/94 - 1:1; 1994/95 - 0:2; 1995/96 - 3:0; 1996/97 - 1:0; 1997/98 - 0:0; 1998/99 - 2:1, 0:2; 1999/2000 - 2:1; 2000/01 - 2:1; 2003/04 - 4:0; 2004/05 - 1:1; 2005/06 - 0:0; 2010/11 - 3:0; 2011/12 - 1:0; 2012/13 - 3:1; 2015/16 - 3:0, 4:0; 2016/17 – 1:0.
Cəzalılar: Coşqun Diniyev (Qarabağ), Nicat Qurbanov, Şəhriyar Rəhimov (hər ikisi “Kəpəz”).
“Futbol+”in proqnozu: 45-30-25
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.30
Ölkə kubokunda final yolunda önəmli nəticə qazanan “Qarabağ” “Neftçi”ylə cavab görüşü ərəfəsində premyer-liqada liderliyini möhkəmləndirə bilər. Bunun üçün “Zirə”nin “Qəbələ”ni büdrətməsi lazımdı. İstənilən halda, Qurban Qurbanovun komandası “Kəpəz”lə doğma meydanda keçirəcəyi oyunda büdrəməməlidi. “Qarabağ”ın 19 oyundu qərb təmsilçisinə məğlub olmadığını nəzərə alsaq, sürpriz gözlənilmir. Qeyd edək ki, bu müddətdə ağdamlılar 15 qələbə qazanıb, 4 heç-heçə edib. Başqa sözlə, 15 ildi qalib gəlməyən “Kəpəz” son 8 qarşılaşmanın hamısında qol buraxıb.
Ölkənin köklü klublarının dueli ərəfəsində hər iki düşərgədə itkilər var. Xüsusilə Coşqun Diniyevin cəza səbəbindən matçı buraxması qeyd olunmalıdı. Bu o deməkdi ki, diniyevlərin dueli baş tutmayacaq, yəni Coşqun atasının və qardaşının yer aldığı komandaya qarşı forma geyməyəcək. “Kəpəz”də isə Nicat Qurbanovla yanaşı, Şəhriyar Rəhimov da cəzalıdı və onlar da liderlə görüşü tribunadan izləyəcəklər.

96. Qəbələ – Zirə
Hakimlər: İNQILAB MƏMMƏDOV, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 3:+1=1-1, 2-2.
2015/16 - 0:0, 1:2; 2016/17 – 1:0.
Cəzalılar: Viktor İbokoyi, Elvin Məmmədov, Akim Latifu (hamısı “Zirə”).
“Futbol+”in proqnozu: 40-30-30
Qəbələ. Şəhər stadionu. Saat 18.30
Turun mərkəzi görüşü ərəfəsində “Zirə”nin motivasiyası birəbeş artıb. Üç gün əvvəl UEFA qəsəbə təmsilçisinin avrokuboklarda iştirakı yönündə “yaşıl işıq yandırıb”. Baxmayaraq ki, komandanın 3 yaşı bir ay gec tamam olacaq. Qitə futbol qurumu “Zirə”nin bir ay “lipa” olmasına göz yumacaq. Belədə qalır komandanın Avroliqaya vəsiqə verən yeri əldən verməməsi. Ayxan Abbasov təqvimin “Neftçi” üçün əlverişli olmasını və “ağ-qaralar”ın qarşıdakı iki turda 4 xallıq fərqi aradan qaldırmasının mümkünlüyünü nəzərə almalıdı. Elxan Abdullayevin komandası “Sumqayıt”ın ardından “Kəpəz”lə qarşılaşacaqsa, “Zirə”ni növbəti turda “İnter”lə ağır qarşılaşma gözləyir.
“Qəbələ” 4 oyundu uduzmadığı, bu görüşlərdə 10 xal aldığı rəqibinə çətin ki, xal versin. Meydan amilindən başqa, Ayxan Abbasovun komandası Qəbələyə ciddi itkilərlə gedir. Belə ki, komandanın 3 oyunçusu vərəqə cəzalısıdı. Başqa sözlə, Viktor İbokoyi, Elvin Məmmədov və Akim Latifu vacib qarşılaşmada iştirak edə bilməyəcək.

Topaz.az
1 Х 2 1Х 12 2Х alt üst kod
Sumqayıt – Neftçi 2.25 3.00 2.70 1.29 1.23 1.42 1.45 2.15 699
İnter – AZAL 1.40 3.75 5.80 – 1.13 2.28 1.50 2.05 716
Qəbələ - Zirə 1.40 3.45 7.00 – 1.17 2.31 1.45 2.15 749
Qarabağ – Kəpəz 1.20 4.65 8.95 - - 3.06 1.65 1.85 750

1. Qarabağ 23 15 4 4 37-11 49
2. Qəbələ 23 13 8 2 42-13 47
3. İnter 23 10 9 4 33-23 39
4. Zirə 23 8 6 9 20-23 30
5. Neftçi 23 8 2 13 19-36 26
6. Sumqayıt 23 6 7 10 20-30 25
7. Kəpəz 23 5 9 9 16-24 24
8. AZAL 23 1 7 15 10-37 10
Bombardirlər: Filip Ozobiç (Qəbələ) – 11, Nizami Hacıyev, Rauf Əliyev (hər ikisi “İnter”), Baqali Dabo (Qəbələ) – 7.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar