19 may 14:28liqa

“Səbail” futbolçulara borcunu ödədi

“Səbail” futbolçulara borcunu ödədi
Essyen “Çelsi” azarkeşlərinə səsləndi, Fərhad karyerasını bitirdi
“Səbail”in futbolçuları premyer-liqanın son bir neçə oyununun mükafatını ala bilməmişdi. Apreldə keçirilən “Sabah”la oyundan başlayaraq, “Neftçi” və “Qəbələ” üzərində qələbələr də daxil olmaqla, 3 oyunun mükafatı ödənilməmişdi. Söhbət hardasa adambaşına 5000 manatdan gedirdi. Hətta komandanın baş məşqçisi Aftandil Hacıyev də qəzetimizə açıqlamasında mükafatların yubandığını etiraf etmişdi: “Doğrudu, yubanma var. Bu da sənədləşmə ilə bağlıdı. Problem həll olunub, yaxın günlərdə ödəniş həyata keçiriləcək. Hər komandada belə hal baş verə bilər. Bu, texniki məsələdi. Məsləhət görmürəm ki, bunu qabardasız. Rəhbərlik indiyə qədər komanda üzvlərinin əziyyətinin qarşılığını verib, bizdə bu cəhətdən problem olmayıb”.
Dünən klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova ilə əlaqə saxladıqda məlum oldu ki, mükafatlar ödənilib: “Söhbət bir aylıq yubanmadan getmirdi. Üç-beş günlük ləngimə olmuşdu. Artıq məsələ yoluna qoyulub. Bütün futbolçular mükafatlarını alıb. Mükafatlar “Keşlə” ilə qarşılaşmadan əvvəl verilib”.
“Səbail”in bürünc medalı “Şur” restoranında təmtəraqlı şəkildə qeyd etdikdən sonra tətilə buraxıldığını xəbər vermişdik. Komanda üzvləri ötən bazar gecə saatlarında istirahətə yollanıblar. Legionerlər, o cümlədən ulduz futbolçu Maykl Essyen də mayın 11-dən 12-nə keçən gecə Bakını tərk ediblər. Essyenin Avroliqanın Bakıda keçiriləcək final qarşılaşmasını izləməyəcəyini vurğulamışdıq. Buna baxmayaraq, o, şəxsi "instaqram" səhifəsində maraqlı paylaşım edib. 36 yaşlı yarımmüdafiəçi ona yaxşı tanış olan "Çelsi" azarkeşlərini Bakı Olimpiya Stadionunda keçiriləcək Avroliqanın finalına dəvət edib: “Mən üç aydı burda yaşayıram və əhatəm çox gözəldi. Bakılılar çox mehribandılar. Bu şəhəri çox sevirəm. İrəli, “Çelsi”. Bütün “Çelsi” fanatlarını Bakıya dəvət edirəm”.
Yeri gəlmişkən, Essyen hazırda Nigeriyadadı. Nigeriya mətbuatının yazdığına görə, səfərdə məqsəd xeyriyyə oyununda iştirakdı. Belə ki, Afrika ilə Nigeriyanın veteranları arasında mayın 18-də Laqosda görüş baş tutacaq. Afrika yığmasının heyətində Essyenlə yanaşı, Ceremi Ncitap, Herita İllunqa, Kristian Karambö, Aaron Mokoena, Riçard Kinqston, Didye Zokora, Mamadu Sissoko, Əl-Haci Diuf, Samuel Eto’o, Diomonsi Kamara, Xalilu Fadiqa, Abdul Kader Keyta, Ceyms Debba, Tiene Siaka, Tresor Lomana Lua Lua və Abubakar Titi Kamara kimi tanınmış simaların da olması gözlənilir. Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşmadan əldə ediləcək gəlirin bir hissəsi Nigeriyada məktəblilərin təhsil tələbatlarına xərclənəcək.
Fərhad Vəliyev ötən yay "Sumqayıt"dan ayrılanda karyerasını bitirməyi planlaşdırsa da, sonradan "Səbail"dən gələn oynayan-məşqçi təklifini qəbul etmişdi. Baxmayaraq ki, Bayıl təmsilçisində onun xidmətinə ehtiyac duyulmadı. “Səbail” mövsüm ərzində 3 qapıçının – Emil Balayev, Aleksandr Rıbka və Elxan Əhmədovun xidmətindən yararlansa da, Vəliyev meydana çıxmadı. Halbuki məhz belə ekstremal durum üçün onun adı iştirak ərizəsinə daxil edilmişdi. Veteran əlcək sahibi artıq rəsmən karyerasını bitirib. 39 yaşlı futbolçu bundan sonra bütün diqqətini məşqçiliyə yönəldəcək. O, yeni mövsümdən klubda sırf qapıçılar üzrə məşqçi kimi çalışacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar