03 apr 14:21liqa, manset

Skarlatake “İnter”də problemlərin olduğunu etiraf etdi

Skarlatake “İnter”də problemlərin olduğunu etiraf etdi
“Qələbəyə görə mükafat almırıq, maaşlar gecikir”

Premyer-liqada sıxıntı yaşayan iki klub varsa, biri AZAL-dı, digəri “İnter”. “Təyyarəçilər”in durumu məlumdu. Sponsor əvvəlki kimi maliyyə ayırmadığına görə vəziyyət acınacaqlıdı. “İnter”in durumu isə fərqlidi. Ortasəviyyəli futbolçulara sahib olan komandada verilən maaş da normaldı. Sadəcə, transferlərə qadağa qoyulub, maaşlar gecikir, heyət kasaddı və s. Bu üzdən futbolçuların psixoloji sarsıntı keçirdiyini bilirdik. Amma “Qəbələ” ilə kubokun yarımfinal mərhələsinin ilk qarşılaşmasında bir daha bunun şahidi olduq. Meydanda top dalınca qaçanların ruhsuz olması, baş məşqçi Zaur Svanadzenin mətbuat konfransında “hamımız yorulmuşuq” deməsi acı vəziyyətin sübutu idi. Təfərrüata varmaq üçün “İnter”in aparıcı oyunçularından sayılan Adrian Skarlatakenin fikirlərini öyrəndik.
- “Qəbələ” ilə qarşılaşmada müdafiəçilərə nə olmuşdu?
- Heç nə olmamışdı. Oyuna ciddi hazırlaşmışdıq və ilk hissədə bacardığımızı etməyə çalışdıq. Fasilədən sonra isə səviyyə və ustalıq fərqi özünü göstərdi. Bu gün “Qəbələ” hər cəhətdən bizdən üstündü, bunu mən deməsəm də, hamı bilir. Təkcə heyətlərdəki adlara baxmaq kifayətdi. Bizdə cəmi 3 legioner var, onlarda əcnəbilərin sayı 10-dan artıqdı. Ona görə də məğlubiyyəti gözlənilməz hadisə kimi qarşılamaq lazım deyil. Bu gün kasad heyətlə gücümüz buna çatır. Məğlub olanda günahı təkcə müdafiəçilərdə görmək düzgün deyil. Komanda uduzubsa, hamımızın təqsiri var.
- Bərabərlik qolunu vurasan, sonra da top ayağına dəyib öz qapına daxil ola...
- Onu yadıma salmayın. Olduqca şanssız an idi. Futbolda belə xoşagəlməz hallar çox olur. Futbolçu olub ki, final oyununda avtoqola imza atıb. Sadəcə, həmin an qərar qəbul etməyə vaxtım olmadı. Subotiç zərbə endirəndə mən artıq topun qarşısındaydım. Halbuki toxunmasaydım, Orxan topu tutacaqdı.
- Subotiçin qarşısını ala bilməyən Denisə əsəbləşməmiş olmazsan.
- Xeyr, qətiyyən. O da ən yaxşısını etmək istəyirdi. Alınmayanda alınmır. Səhv hər birimizdə olur. Bircə topa dəyən ayağıma əsəbləşmişdim (gülür).
- 1:3 hesablı yenilgidən sonra komandanın finala vəsiqə qazanmaq şansını necə dəyərləndirirsən?
- Ehtimallara yox, reallığa söykənməli olsaq, vəziyyətimizin çətin olacağını düşünürəm. Fikrimcə, “Qəbələ” Bakıda 3 qol vurmaqla cütün taleyini böyük ölçüdə həll etdi. Cavab oyununda nə lazımdısa, edəcəyik. Amma belə durumda səfərdə “Qəbələ” kimi komandaya 3 qol vurmaq çətin görünür. Öz meydanımızda uduzmamalıydıq. 1:1 əla nəticə olardı, amma alınmadı.
- “Barselona” ilə PSJ-nin cavab görüşünü xəyal etməyə dəyməz?
- (gülür) Əvvəla, “Barselona” səfərdə uduzub gəlmişdi və rəqibini 80-90 min azarkeşin qarşısında qəbul edirdi. Digər tərəfdən, ortada heyətin geniş olması söhbəti var. İspanların cavab qarşılaşması ərəfəsində rotasiya etmək imkanları vardısa, biz mövsümü 13-14 futbolçu ilə başa vurmalıyıq. “Barselona” ilə “İnter”in geridönüş etmək imkanını eyni tutmaq olmaz. Amma bu vəziyyətə görə üzülmürük. Özümüzdən aşağı pillələrdə qərarlaşan komandalara baxanda “İnter”lə fəxr edirik. “Neftçi”ylə “Zirə”nin heyətindəki futbolçuların, xüsusilə də legionerlərin sayına baxın. Bu gün bu komandalardan öndəyiksə, deməli, tapşırığın öhdəsindən gəlmişik. Fikrimcə, kubok əldən çıxsa belə, komanda başından yuxarı tullanmağı bacardı.
- Amma 3-cü pillədəki mövqeyi qorumaq lazımdı.
- Məncə, bunu bacarmaq çətin olmayacaq. “Zirə” ilə aramızda 9 xal fərq var. Cəmi 5 oyunun qaldığını nəzərə alsaq, növbəti matçlarda bizə 2 qələbə də bəs edir. Mövqeyimizi əldən verəcəyimizə görə qətiyyən narahat deyiləm.
- Son qarşılaşmalarda “İnter”in futbolçuları sanki ruhsuz, həvəssizdi. Nə baş verir? Bilmədiyimiz nələrsə var?
- Hər şeyi bizdən yaxşı bilirsiz. Klubun gələcəyi qeyri-müəyyəndi. Hələ də sponsor axtarışı davam edir. Bu qədər əziyyət çəkirik, sabah sağlıq olsun, komanda mükafatçı yerlərdən birini tutub avrokuboklara vəsiqə qazana bilər. Amma necə olacağını heç kim bilmir. Hamı bunu düşünür. Digər tərəfdən, qələbəyə görə mükafat almırıq, maaşlar gecikir. Bu da istər-istəməz əhval-ruhiyyəyə təsir edir. Futbol adına ən böyük çətinliyimiz heyətin kasad olmasıdı. Transfer etməyə icazə verilmədiyi vaxtda iki vacib oyunçumuzu itirdik. İndi də bir-iki nəfər olmayanda bütün planlar pozulur, yüklənmə olur. Bu da müəyyən yorğunluq yaradır. Səbəbləri sadalamağa ehtiyac yoxdu. Nələrin baş verdiyindən hamı xəbərdardı.
- Mətbuat konfransında Zaur Svanadze “hamımız yorulmuşuq” ifadəsini işlətdi. Həqiqətən belədi?
- Baş məşqçi nə dediyini bilir. Zəngin təcrübəyə malik mütəxəssisdi. “Qəbələ” ilə qarşılaşmanın son 20 dəqiqəsində həqiqətən də taqətdən düşmüşdük. Ona görə də rəqib təzyiqi artırırdı. “Qəbələ” oyunu gücləndirmək üçün Zenyov və Cavid kimi milli üzvlərini meydana buraxdı. Hələ Kvekveskiri ehtiyatda qalmışdı, Arazla Dabonun adı sifariş ərizəsinə daxil edilməmişdi. Eyni şeyi “Qarabağ” – “Neftçi” oyununda da gördük. Hər iki komandanın ehtiyat qüvvəsi kifayət qədər zəngin idi. Bizdə belə imkan yoxdu. Rəqib topa nəzarət edəndə, biz istər-istəməz yoruluruq, bu normaldı. Oynayırıq, görək sonu necə olacaq?
- Fevralın maaşı martın sonuna qədər verilməliydi. Nə xəbər var?
- Hələ ki xəbər yoxdu. Artıq mart da başa çatdı. İki ayın maaşı qalır. Bir həftəyə, uzağı 10 günə verəcəklərini deyiblər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar