15 may 13:13liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...gecikməsi...

Azərbaycan derbisi bir çox maraqlı məqamlarla yadda qaldı. Meydandakı gərginliyi yenidən xatırlatmağa ehtiyac yoxdu. Vacib amillərdən biri oyunun münaqişəsiz və dava-dalaşsız bitməsiydi. Halbuki qarşılaşmadan öncə hər iki komandanın azarkeşləri sosial şəbəkələrdə bir-birinə “meydan oxuyurdu” ki, yazılanlardan qan qoxusu gəlirdi.
Bu mənada “Forza Neftçi”nin üzvlərini xüsusi fərqləndirmək olar. Onlar oyunboyu rəqibin ünvanına söyüş yağdırmadan daha çox “ağ-qaralar”ı dəstəkləməyə çalışdılar. Amma bir məqam var idi ki, diqqətimizdən yayınmadı. Hakimin start fitindən əvvəl qonaq tərəfdarların böyük hissəsi tribunadakı yerini tutsalar da, bakılı fanatların sonradan yer alacağı sektorda seyrəklik müşahidə olunurdu. Kamal Umudlu fitini səsləndirəndə “Forza Neftçi”lilərin sayı 100-ə çatmazdı. Hətta Baqali Dabonun qaçırdığı penaltini çoxu görə bilmədi. Lakin tədricən yerlərini tutdular ki, belədə sayları da xeyli artdı. Buna baxmayaraq, əvvəlki matçlardan az görünürdülər.
Fanklubun rəhbəri Sübhan Əliyevlə söhbətdə həm gecikmə, həm də say ilə bağlı suallara cavab aldıq: “Əslində tribunadakı yerimizi oyundan əvvəl tutmuşduq. Sadəcə, polislər banner və barabanımızın içəri keçirilməsinə icazə olmadığını dedilər. Maraqlandıq və bizə bildirdilər ki, onlara bu tapşırıq PFL-dən gəlib. Yüksək rütbəli polis zabitləri ilə söhbət etdik, razılıq ala bilmədik. Belədə bannerimiz olmayan sektorda oturmağımız düzgün olmazdı deyə, tribunanı tərk etdik. Belə deyim, oyunu boykot etmək qərarına gəldik. Sonradan klubun vitse-prezidenti Elnur Eyvazovla əlaqə saxladıq və o biz olan yerə gəlib polisləri razı salmağı bacardı. Bannerimizin içəri keçirilməsinə icazə veriləndən sonra yenidən tribunaya qayıtdıq. Həm də polis zabitləri məni çağırıb təlimatlandırmışdılar. Yandırıcı maddələrdən istifadə etməməyi, kütləvi iğtişaşdan uzaq durmağı tapşırmışdılar. Mən olmadığım müddətdə isə uşaqlar məni gözləyirdilər. Tribunaya keçəndə polislər ciddi yoxlama aparırdılar deyə, bir az da orda yubandıq. O qaldı sayımıza, yenə 600 nəfər idik. Sadəcə, həmişəki kimi mərkəzdə toplum halında oturmamışdıq deyə, seyrək görünürdü. Bəzi sıravi azarkeşlər gəlməmişdi ki, bu onların öz işidi. Kimisə məcbur edə biləmərik. “Forza Neftçi” nəticədən və zamandan asılı olmayaraq, hər yerdə var və olacaq da. Şüarımız olduğu kimi qalır: bizi “Neftçi” birləşdirdi, yalnız ölüm ayıra bilər”.
...münaqişəsi...
“Sumqayıt” – “Qəbələ” görüşünü kubokun finalı ərəfəsində ciddi məşq də adlandırmaq olardı. Mayın 19-da Naxçıvanda üz-üzə gələcək rəqiblərin “Kapital Bank Arena”ya hansı heyətlə çıxacaqları maraqla gözlənilirdi. Ayxan Abbasov ixtiyarında olan aparıcı futbolçuların, demək olar ki, hamısını meydana buraxmışdı. Əvəzində Sənan Qurbanov finalı düşünərək bir neçə vacib futbolçunu qorumaq qərarına gəlmişdi. Belələrindən Stiven Jozef-Monroz, Ceyms Adeniyi və Davit Volkovun adlarını çəkə bilərik. Abbasov sonradan bəlkə də qərarına görə peşman oldu. Belə ki, son dönəmlər formada olan və vurduğu vacib qollarla azarkeşlərin sevgisini qazanan Peyman Babayi matçın əvvəlindəcə zədələnib meydanı vaxtından əvvəl tərk etdi. Peymanı zədələyən isə Voislav Stankoviç idi. Görünür, serb müdafiəçi iranlı forvardın Naxçıvanda qazona ayaq basmasını istəmirmiş.
70-ci dəqiqədə oyuna qoşulan Nicat Qurbanov Babayinin qisasını almaq niyyətindəydi. Nicat 78-ci dəqiqədə bilərəkdən Voislavın çənəsinə dirsəyi ilə zərbə endirdi ki, hakim “Sumqayıt”lını “sarı” ilə cəzalandırdı. Sonradan futbolçular bir-birini hədələdi və əl jestlərindən oyundan sonra görüşmək niyyətində olduqlarını anlamaq çətin deyildi. Söhbətin nə ilə yekunlaşdığını Nicatdan soruşduq: “Voislav təcrübəli futbolçudu, nə etmək lazım gəldiyini yaxşı bilir. Ona görə də Peymanı topsuz vəziyyətdə yox, məhz topla olanda “tutdu”. Şəxsi fikrim belədi ki, o, Peymanı final oyunu ərəfəsində bilərəkdən zədələdi. Buna görə də ona qarşı aqressiv idim. Amma ikimizin arasında yaşanan hadisə sırf o epizoda görə deyildi. Adi oyun anı idi. Aramızda anlaşılmazlıq oldu, elə meydanda da qaldı. Matçdan sonra əl sıxıb görüşdük, elə bir problem yaşamadıq. Oyundakı hər mübahisəni sonradan “çürütməli” olsaq, gərək hər dəfə kiminləsə dava-qırğına çıxaq”.
...nöqsanı
“ASCO Arena”nın iki ciddi nöqsanı var ki, illər keçsə də, onlara çarə tapılmayacaq. Birincisi, oyunu izləməyə və işıqlandırmağa gələnlərin avtomobilləri üçün parkinq xidmətinin olmamasıdı. Stadionun giriş qapıları önündə 10-15 maşınlıq yer var ki, orda ya ətrafda yaşayanlar öz “dəmir dostunu” saxlayır, ya da arenaya 1 saat əvvəldən təşrif buyuranlar. Ona görə də məcbur olub avtomobilini yaxınlıqdakı məhəllələrdə park etməli olursan. Digər mərəz isə tablo ilə bağlıdı. Stadion hələ “Bayıl Arena” adlanan dövrdən, başqa cür desək, “Rəvan” premyer-liqada mübarizə aparan vaxtdan mərkəzi tribunadan sağ tərəfdə yerləşən elektron tablo öz kefi ilə işləyir. Ürəyi istəyəndə tribunadakılara xidmət edir, istəməyəndə “istirahətə yollanır”. Necə ki, “Səbail” – “Keşlə” görüşündə də eyni mənzərəyə tamaşa etməli olduq. Qurğuda ilk hissənin gedişində problem yaransa da, bir neçə dəqiqədən sonra işə düşdü. Lakin oyunun vaxtı itmişdi, neçənci dəqiqənin oynanıldığını bilmək mümkün deyildi. Nöqsanın fasilədə aradan qaldırılacağını təxmin etsək də, nə fayda... Sona qədər bu cür davam etdi.
Dünya dağılmasın, nə etsin? Heyətinə Maykl Essyen kimi dünya ulduzunu qatasan, tablon işləməsin, dəqiqə görünməsin. Klubun mətbuat katibi Törə Əhmədovanın məlum durumla bağlı açıqlamasına cavabdan çox “yola vermək” ifadəsi yaraşır: “Proqram təminatı ilə bağlı problem yaranmışdı deyə, tablo bir müddət işləmədi. Düzdü, sonradan işə düşsə də, dəqiqəni göstərmədi. Problemin nədən qaynaqlandığını dəqiq deyə bilmərəm. İT mütəxəssisləri nöqsandan xəbərdardı və bunun üzərində işləyirlər. Razıyam, bundan öncə də belə hal yaşanmışdı. İndi fasilədi, müxtəxəssislər problemin üzərində işləyəcəklər. Essyen başını qaldırıb dəqiqəyə baxmaq istəsəydi, nə olacaqdı? İşdi də, oldu. İnşallah, həll olunar”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar