14 may 13:57liqa, reportaj

“Naxçıvan finalı”nın son məşqini “Sumqayıt” qazandı

“Naxçıvan finalı”nın son məşqini “Sumqayıt” qazandı
Ayxan Abbasov: “Hətta Çempionlar Liqasında çıxış edən komandalar belə, futbolçulara bu məsələdə sərbəstlik verirlər”
112. Sumqayıt – Qəbələ 1:0 (0:0)
12. Rəşad Əzizli – 5,5
74. Yusif Nəbiyev – 5,5
5. Adil Nağıyev – 5,5
3. Vurğun Hüseynov (k) – 5,5
2. Rail Məlikov – 5,0
21. Arif Daşdəmirov – 5,0
99. Əli Babayev – 5,5
77. Murad Xaçayev – 5,5
(25. Baxşəli Baxşəliyev, 62) – 5,5
60. Elvin Məmmədov – 6,0
(17. Nicat Qurbanov, 70) – 5,0
7. Cavid Tağıyev – 5,0
8. Peyman Babayi – qiymətsiz
(70. Ülvi İsgəndərov, 12) – 5,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
4. Şəhriyar Əliyev
15. Əmir Ağayev
18. Süleyman Əhmədov
22. Əfran İsmayılov
34. Elvin Bədəlov
49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Elvin Məmmədov

1. Anar Nəzirov – 5,0
(35. Murad Popov, 48) – 5,0
8. Qismət Alıyev – 5,0
3. Voislav Stankoviç – 5,5
4. Elvin Camalov – 5,0
18. İlqar Qurbanov – 4,5
11. Asif Məmmədov – 4,5
14. Cavid Hüseynov (k) – 5,0
7. Roman Hüseynov – 4,5
(28. Stiven Jozef-Monroz, 60) – 4,5
21. Atakora Lalavele – 4,5
98. Rövlan Muradov – 4,5
(77. Samir Qurbanov, 78) – qiymətsiz
10. Rauf Əliyev – 4,5
Ehtiyat oyunçular
88. Sabien Lilay
9. Davit Volkov
33. Vüsal Məsimov
6. Rüstəm Nuriyev
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Voislav Stankoviç
Qol: Ü.İsgəndərov, 68 (E.Məmmədov).
Vərəqələr: R.Muradov, 45 (qeyri-idman hərəkəti). C.Hüseynov, 57 (qeyri-idman hərəkəti). V.Hüseynov, 64 (qeyri-idman hərəkəti). V.Stankoviç, 71 (qeyri-idman hərəkəti). N.Qurbanov, 78 (qeyri-idman hərəkəti). E.Camalov, 88 (qeyri-idman hərəkəti). R.Əliyev (sistematik qayda pozuntusu). R.Əzizli, 90+5 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov (Hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
11 may. Sumqayıt. Kapital Bank Arena. 1000 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Kapital Bank Arena”da keçirilən oyunu “Naxçıvan finalı” ərəfəsində komandaların son məşqi kimi də dəyərləndirmək olardı. Həm Ayxan Abbasov, həm də Sənan Qurbanov ölkə kubokunun həlledici qarşılaşmasını nəzərə alıb, bəzi aparıcı futbolçulara dincəlmək imkanı yaratmışdı. Bəlkə də baş məşqçilər bu addımı oyunçuları zədədən qorumaq üçün atmışdılar. Bütün “təhlükəsizlik tədbirləri”nə rəğmən, meydan sahibləri artıq 12-ci dəqiqədə əsas forvardı Peyman Babayini itirdi. Stankoviçlə mübarizədə yerdə qalan hücumçuya həkimlər çox çalışsalar da, kömək edə bilmədilər və o yerini Ülviyə vermək məcburiyyətində qaldı ki, hadisələri qabaqlayaraq bildirək ki, oyunda vurulan yeganə qolun müəllif də İsgəndərli oldu.
Çempionatda heç bir iddiası qalmayan komandalar ilk yarıda o qədər də sürətli oyun nümayiş etdirmədilər. Mübarizə əsasən meydanın mərkəzində getdiyindən qapıçılar darıxmasınlar deyə, arada özləri üçün isinmə hərəkətləri etməyi lazım bilirdilər. Birinci hissədə ilk və ən real qol şansını qonaqlar yaratdılar. Komanda yoldaşının qapı önünə asmasını Rauf başla “çərçivə”yə göndərdi. Lakin “mərmi” cüzi fərqlə dirəyin yanından çölə çıxdı. Hissənin sonuna 5 dəqiqə qalmış Rövlan təxminən 18 metrdən “çərçivə”ni nişan almaqla yerli azarkeşləri həyəcanlandırdı. Əzizli Muradovun zərbəsinin qarşısını alsa da, topu əlində saxlaya bilmədi ki, Rauf bundan yararlana bilərdi. Lakin Rail gənc qolkiperin səhvini vaxtında “sığortalayaraq” geri qayıdan topu təhlükəli zonadan uzaqlaşdırdı.
İkinci yarıya meydan sahibləri daha fəal başladı. Xüsusilə Elvinin yarımmüdafiədə ağıllı oyununu, Əlinin əzmkarlığını qeyd etməyə dəyər. Məmmədov hiyləgər ötürmələri və texnikalı oyunu ilə rəqibə çətin anlar yaşadırdısa, Babayev yorulmadan hər top uğrunda mübarizə aparmaqla azarkeşlərin alqışını qazanırdı. Meydanda olduğu müddətdə daim Stankoviçin kölgəsini üzərində hiss edən Məmmədov bir neçə dəfə müdafiəçidən sıyrılmaq istəsə də, istəyinə nail ola bilməmişdi. Ancaq 68-ci dəqiqədə o, nəhayət, istəyinə çatdı. Sağ cinahda topu qəbul edən yarımmüdafiəçi irəli şığıyaraq, yolüstü serb legioneri də keçib boş zonaya açılan Ülviyə elə bir ötürmə verdi ki, forvarda həmin an ancaq topa başla yüngül toxunmaq qalırdı. İsgəndərli zərgər dəqiqliyi ilə edilən ötürməni lazımınca dəyərləndirdi. Qoldan sonra tribunalara toplaşan azarkeşlər daha şən futbol izləməyə başladılar. Hər iki komanda müdafiəni unudub hücuma aludə olmuşdu. 73-cü dəqiqədə Lalavelenin “9-luğ”a gedən güclü zərbəsini Əzizli gözəl seyvlə kornerə çıxarmaqla yadda qaldı. 3 dəqiqə sonra isə Rauf şansını boşa verdi. Oyunun son saniyələrində “kimyaçılar” novbəti dəfə qonaqları meydanın mərkəzinə dəvət etməyə yaxın oldular. Lakin Nicatın zərbəsi dirəkdən döndü. Bu həm də görüşdə son yaddaqalan epizod oldu.
RƏŞAD

Reaksiyalar
Ayxan Abbasov: “Çempionatın son oyununu qələbə ilə başa vurmağımız bizi bir pillə yuxarı qaldıracaqdı. Bu baxımdan qələbə komandamız üçün önəmli idi. Hava şəraitini də nəzərə alsaq, ilk yarıda bizə çətin oldu. Amma uşaqlar sonadək mübarizə apardılar. Qalib gələrək çempionatı istədiyimiz kimi başa vurduq. Hər kəsi təbrik edirəm. Cəmi bir oyunumuz qalıb. Yenə rəqib "Qəbələ"di. Bizi həqiqətən də çətin oyun gözləyir. Çünki təcrübəli komandaya qarşı oynayacağıq. Mövsümün ən vacib oyunu olacaq. Futbolçuların final qarşılaşmasında oruc tutmalarına gəlincə, onların hamısı peşəkardılar. Böyük klublar, hətta Çempionlar Liqasında çıxış edən komandalar belə, futbolçulara bu məsələdə sərbəstlik verirlər. Qərarı özləri qəbul etməlidilər. İnanıram ki, böyük problem olmayacaq".
Sənan Qurbanov: “Çempionatın son oyununda uduzmaq istəməzdik. Çünki kubokdakı final matçına daha yüksək ab-havada hazırlaşmaq üçün bizə qələbə lazım idi. Amma olmadı. Zədədən əziyyət çəkən bəzi futbolçularımıza istirahət verməli olduq. Gənc futbolçular istəkliydilər. Qol epizodlarından istifadə edə bilmədik. Rəqib isə ələ düşən imkandan yararlandı və qalib gəldi. İrəli baxacağıq. Son oyunumuz qalıb. İli titulla başa vurmaq üçün əlimizdən gələni edəcəyik. “Qəbələ”dəki gələcək taleyim barədə indidən heç nə deyə bilmərəm. Bu barədə heç bir danışıq olmayıb. Fikrimiz odu ki, kuboku qazanaq. 4-cü dəfə finalda uduzmaq sarsıdıcı olar. Özüm də bu barədə fikirləşmirəm. Klub olaraq nəsə qazanmağı, mövsümü boşa verməməyi düşünürəm. Sonradan nə qərar veriləcəksə, elə də olacaq. Təki klubumuzun xeyrinə olsun".

Gözdən qaçmadı
* “Sumqayıt”ın forvardı Peyman Babayini zədələyib meydanı erkən tərk etməyə məcbur edən Voislav Stankoviç yerli azarkeşlərin qəzəbinə tuş gəldi. “Ağ-göylər”in fanatları təxminən 5 dəqiqə “Qəbələ”nin müdafiəçisinin ünvanına qeyri-etik ifadələr səsləndirdirlər.
* 70-ci dəqiqədə meydana çıxan Nicat Qurbanov cəmi 8 dəqiqə sonra “sarı” ilə “mükafatlandırıldı”. Yarımmmüfadiəçi dirsəyi ilə Stankoviçin çənəsinə ağır zərbə vurdu ki, serb futbolçu özünə gələndən sonra Qurbanovu hədələməklə yadda qaldı. Nicat da “az aşın duzu olmadığını” göstərərək, rəqib oyunçuya qarşılıq verməklə diqqəti çəkdi.
* Rəşad Əhmədovun idarəçiliyindən narazı qalan sumqayıtlı azarkeşlərin bəziləri, xüsusilə də hamının yaxşı tanıdığı Azad dayı komandalar fasiləyə yollanarkən imkan tapıb “Rəşad, biz hər şeyi görürük. Ağıllı ol, “Neftçi” ilə oyundakı səhvləri təkrarlama” deyib, hakimə etirazını bildirdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar