14 may 13:54liqa, reportaj

“Sabah” darmadağınla 7-ci oldu

“Sabah” darmadağınla 7-ci oldu
109. Sabah (Bakı) - Zirə 0:3 (0:1)
32. Dmitri Bezruk - 4,0
19. Məqsəd İsayev - 4,0
(16. Kənan Həsənov, 46) - 4,0
5. Kərim Diniyev (k) - 4,5
15. Erik Ramos - 4,5
11. Elgün Nəbiyev - 4,5
12. Zahid Mərdanov - 4,0
(6. Vadim Abdullayev, 46) - 4,0
91. Coşqun Diniyev - 4,5
25. Vanderson Silva - 4,5
7. Rəşad Eyubov - 5,0
42. Reza Biqdelo - 4,0
9. Marko Deviç - 4,5
(77. Şakir Seyidov, 64) - 4,5
Ehtiyat oyunçular
96. Əmirhüseyn Nəcəfi
4. Tərzin Cahangirov
8. Elşən Abdullayev
13. Filip İvanoviç
21. Novruz Məmmədov
27. Bəxtiyar Soltanov
45. Tolqar Yaqubov
87. Elçin Mustafayev
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Rəşad Eyubov

1. Orxan Sadıqlı - 5,5
26. Miloş Radivoyeviç - 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,5
27. Adrian Skarlatake (k) - 5,5
2. İlkin Qırtımov - 5,5
38. İlkin Muradov - 5,5
48. Şafik Tiqruca - 5,0
(20. Ismael Fofana, 84) - qiymətsiz
88. Tellur Mütəllimov - 5,5
(77. Mirsahib Abbasov, 78) - qiymətsiz
9. Aleksandr Dedov - 4,5
(17. Robin Nqalande, 46) - 5,5
23. Mfo Kqasvane - 5,5
18. Xulio Sezar Rodriges - 6,0
Ehtiyat oyunçular
62. Abdulla Seyidəhmədov
7. Pərdis Fərcad-Azad
8. Kamal Mirzəyev
16. İbrahim Aslanlı
99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Xulio Sezar Rodriges
Qollar: X.S.Rodriges, 38 (0:1, Ş.Tiqruca). R.Nqalande, 69 (0:2, X.S.Rodriges). X.S.Rodriges, 81 (0:3, M.Abbasov).
Vərəqələr: M.Kqasvane, 12 (qeyri-idman hərəkəti). Z.Mərdanov, 20 (qeyri-idman hərəkəti). Ş.Tiqruca, 41 (oyunun bərpasını ləngitmək). A.Skarlatake, 50 (qeyri-idman hərəkəti). E.Nəbiyev, 55 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
11 may. Masazır. Əlincə Arena. 500 tamaşaçı (13000 yerlik).
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Oyun haqda uzun-uzadı şərhə ehtiyac yoxdu. Qarşılaşma yalnız 5-7-ci pillələrin sahibinin müəyyənləşməsi baxımından əhəmiyyət daşıyırdı. Bundan başqa, əvvəlki 3 duelin hamısında “Sabah” “Zirə”dən üstün olmuşdu. Bu üzdən Samir Abasovun komandası heç olmasa, həmin məğlubiyyətlərdən birinin əvəzini çıxmaq istəyirdi. Bunu da bacardılar. “Zirə” 3 cavabsız qolla qalib gəlməklə mövsümü 5-ci yerdə başa vurdu. Oyunboyu “Sabah”ın yüzfaizlik qol vəziyyətini görmədik. Heç yaddaqalan hücumları da çox deyildi. Yalnız 2-ci qoldan sonra Coşqun, daha sonra isə Şakir diqqət mərkəzinə düşdü. Ümumilikdə debütant ən zəif oyunlarından birini keçirdi. Elşad Əhmədovun oyunsonrası mətbuat konfransında komandanı motivasiya edə bilmədiyini etiraf etməsi hər şeyi deyir. “Qartallar”dan isə Rodriges dubl etməklə cari mövsümdə qollarının sayını 8-ə çatdırdı. Təbii, qışdan sonra qəsəbə təmsilçisi ilə anlaşan futbolçunun məhsuldarlığı xüsusi qeyd olunmalıdı. Əslində 62-ci dəqiqədə Xulio daha bir dəfə fərqlənməyə yaxın idi. Ancaq həmin epizodda Elgün topu boş qapıdan çıxardı. Əks halda həm paraqvaylı hücumçu het-trik müəllifi, həm də hesab arasındakı fərq daha böyük olacaqdı. Mövsümün ilk yarısında yaxşı təsir bağışlayan “Sabah” bu məğlubiyyət nəticəsində çempionatı 7-ci yerdə başa vurdu.
FARİZ

Reaksiyalar
Samir Abasov: “Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. 5-ci pillədəki yerimizi qoruduq. Uduzsaydıq, yeddinci yerə də düşə bilərdik. Bu mövsüm "Zirə" üçün çətin keçdi. Ölkə kubokunda şansımız var idi, ancaq finala adlamağı bacarmadıq. Çempionatda da istədiyimiz yerdə qərarlaşa bilmədik. Ancaq ötən dəfə dediyim kimi, gələcəyə baxmalıyıq, planlar qurmalıyıq və yaxşı komanda yaratmalıyıq. “Zirə” rəhbərliyi ilə ilkin görüşümüz olub. Komandada qalacağımla bağlı danışmışıq. Qalacam, müqaviləni davam etdirəcəyik. Lakin ümumi planlar – komandada nələrin olub, nələrin olmayacağı haqda yekun görüşümüz olacaq. Orda çox şeyi müzakirə edəcəyik. Odu ki, neçə nəfərin gedib, neçə nəfərin qalacağı bilinmir”.
Elşad Əhmədov: “Oyun barədə danışılası çox şey yoxdu. Mövsümün son qarşılaşması idi. Uşaqlarda bu matç üçün motivasiya yarada bilmədik. Zədəlilərimiz var. Bu qarşılaşmada gənclərə daha çox üstünlük verdik. Sabahın komandasını qurmaq istəyirik. Onları bu matçda yoxlamaq qərarına gəldik. Bu mövsüm üzərimizə düşən missiyanı yerinə yetirdik. Qarşımıza premyer-liqada qalmaq vəzifəsi qoyulmuşdu ki, bu işin də öhdəsindən çempionatın bitməsinə 2 tur qalmış gəldik. Mövsümə yaxşı başlasaq da, sonradan işlər istədiyimiz kimi getmədi. Bunda bəzi oyunlarda hakim qərarları, qırmızı vərəqələr, həm də zədələr müəyyən rol oynadı. 14 oyunun altısında azlıqda qalmışıq. Bunda bizim də səhvimiz olub, hakimlərin də. Halbuki mövsümün ikinci yarısına qələbə ilə başlamışdıq. Deməzdim ki, nizam-intizam baxımından nəsə əskikliyimiz var. Lakin oyunun gedişində qırmızı vərəqələr, boşluqlar oldu. Həmçinin zədələr də problemlər yaratdı. İki dövrəyə cəmi 10 xal topladıq. Bu da yaxşı göstərici deyil. Ola bilər, Avroliqaya gedə bilməməyimiz son turlarda uşaqlara təsir etdi. Ancaq onlarla söhbətimiz olmuşdu. Çatışmayan cəhətlərimiz oldu. Növbəti mövsümdə çalışıb, bu çatışmazlıqları aradan qaldırmalıyıq. Gələn mövsüm üçün daha yaxşı komanda yaratmaq istəyirik. Komandada dəyişikliklər olacaq. Çox və ya az olduğunu zaman göstərəcək”.

Gözdən qaçmadı
* “Əlincə Arena”dakı matça cəmi iki jurnalist gəlmişdi. Komanda.az saytının əməkdaşı və bəndəniz.
* 55-ci dəqiqədə Miloşla Elgün kəllə-kəlləyə gəldi. Bu zaman Coşqun da “Zirə”linin üzərinə yeridi. Matçın qalan dəqiqələrində də Diniyevlə Radivoyeviçin “ulduzu barışmadı”. Ara-sıra bir-birini acılayan futbolçuların ikili mübarizələri də sərt alınırdı.
* “Qartallar”ın ikinci qolundan sonra maraqlı mənzərə yaşandı. Belə ki, Orxan Sadıqlı da daxil olmaqla “Zirə”nin bütün futbolçuları meydanın “Sabah”a aid hissəsində qolu qeyd edirdi. Bu zaman “tələbələr” mərkəzdən oyunu başlayıb hücuma keçmək istədilər. Ancaq hakim buna mane oldu. Qayda belədi ki, rəqib sevinərkən ya tam olaraq meydanın özlərinə aid hissəsində, ya da komanda bütövlükdə meydandan kənarda olarsa, qarşı tərəf oyunu başlayıb qol da vura bilər. Görünür, “Sabah”ın üzvləri vəziyyəti düzgün qiymətləndirməmişdilər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar