14 may 13:46liqa

Mahirdən son 4 ilin rekordu

Mahirdən son 4 ilin rekordu
Beləliklə, Topaz premyer-liqasında mövsümə yekun vuruldu. Son turun bütün görüşləri bir günə sığdı. Əslində mayın 11-nə prinsipial sual qalmamışdı. Çempionatın qalibi də, digər mükafatçılar da bir həftə əvvəl müəyyənləşmişdi. Bəlkə də formal xarakter daşıması səbəbindən bəzi oyunlarda qeyri-adi nəticələr qeydə alındı. Hər halda, “Səbail”in “Keşlə”ni böyük hesabla yenəcəyini heç kim proqnozlaşdırmırdı. Ən azı ona görə ki, Tərlan Əhmədovun komandası bu mövsüm “Səbail”lə baş tutan 3 oyunun hamısında uduzmuşdu. Digər tərəfdən, heyətdəki itkilər, Denis Silva ilə Nikola Mitroviçin cəza səbəbindən oyunda iştirak etməməsi sıxıntı yaradırdı. Buna baxmayaraq, premyer-liqanın sonuncusu bürünc medalçıya dərs keçdi. Bəlkə də heyət üzvləri komandada qalmaq üçün son şansdan istifadə etmək istəyirdi. Ancaq Tərlan Əhmədov da, Zaur Axundov da açıqladı ki, premyer-liqada qalsalar belə, heyətdəkilərin 95 faizi yola salınacaq.
“Sabah” da “Zirə” ilə əvvəlki 3 qarşılaşmanın hamısında qələbə qazanmışdı. Məlum məsələdi ki, “Zirə” rəhbərliyinin “Sabah”la bağlı kompleksi var. Ayxan Abbasov komandadan məhz debütanta məğlubiyyətdən sonra göndərilmişdi. Kim bilir, bəlkə son qələbə “Zirə” rəhbərliyinin Samir Abasovla bağlı fikrini dəyişib. Hər halda, dünənə kimi komandadan göndəriləcəyi deyilən mütəxəssis oyunsonrası mətbuat konfransında müqavilə müddətini uzadacağına işarə vurdu. “Sabah”a gəlincə, bir müddət əvvəl Müşahidə Şurasının iclasını keçirən rəhbərlik “yuxarılar”a 5-ci yerin hesabatını vermiş, nəticəni qənaətbəxş saymışdılar. Faktiki isə “Sabah” çempionatı 7-ci pillədə başa vurdu.
Turun prinsipal qarşılaşmalarından biri Sumqayıtda baş tutdu. Şəhərin eyniadlı komandası kubokun finalında qarşılaşacağı “Qəbələ” ilə görüşdə qalib gəlməklə azarkeşlərini ümidləndirdi. “Sumqayıt” mövsümü titulla başa vura biləcəyinə dair mesaj verdi. Hər halda, “Qəbələ” oyuna optimal heyətlə çıxmışdı. Ancaq bu nəticə aldadıcı ola bilər. Nəzərə almaq lazımdı ki, “Sumqayıt” özü “Zirə”yə çempionat matçında uduzsa da, yarımfinalda rəqibini üstələdi. “Qəbələ” də sumqayıtlıların başının altına yastıq qoymuş ola bilər.
Premyer-liqaya “Neftçi” – “Qarabağ” derbisi ilə yekun vuruldu. Çempion məhz bu oyunda müəyyənləşəydi, o zaman ajiotaj indikindən birəbeş çox olardı. İstənilən halda, duelə maraq yetərincə böyük idi. Qurban Qurbanovun komandası prinsipial rəqibini üstələməklə “layiqli çempion” olduğunu isbatladı. Çünki əvvəlki üç oyunda “Neftçi”ni məğlub etmək mümkün olmamışdı. Əzəli rəqibinin meydanında çempionluq kubokunu başı üzərinə qaldıran “Qarabağ” derbidə daha bir suala aydınlıq gətirdi. Mahir Mədətov dubl edərək, premyer-liqanın bombardiri oldu və fərdi mükafata sahib çıxdı. Onu da qeyd edək ki, 16 qol vuran Mahirin göstəricisi son illərin ən yüksək məhsuldarlığıdı. 2013/14 mövsümündən bəri heç kim 16 qol həddinə çatmamışdı.
Topaz premyer-liqası
4-cü dövrə, 28-ci tur
11 may
Səbail – Keşlə 1:4
Sabah – Zirə 0:3
Sumqayıt – Qəbələ 1:0
Neftçi – Qarabağ 2:3
Yekun cədvəl
1. Qarabağ 28 20 6 2 65-21 66
2. Neftçi 28 17 7 4 52-26 58
3. Səbail 28 12 5 11 34-37 41
4. Qəbələ 28 9 9 10 31-33 36
5. Zirə 28 8 7 13 30-40 31
6. Sumqayıt 28 8 5 15 24-42 29
7. Sabah 28 7 6 15 20-41 27
8. Keşlə 28 6 5 17 29-45 23
Bombardirlər: Mahir Mədətov (Qarabağ) – 16, Baqali Dabo (Neftçi) – 14, Ceyms Adeniyi (Qəbələ) – 10, Filip Ozobiç (Qarabağ) – 9.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar