09 may 01:03liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
“Qarabağ”ın darmadağını Rəcəbovu xilas etdi
Topaz premyer-liqasının 27-ci turu hakim idarəçiliyi baxımından səs-küysüz ötüşdü. Baxmayaraq ki, 4 hakimdən üçü gənclər idi. Ancaq bu o demək deyil ki, idarəçilik qüsursuz idi. Əksinə, yetərincə səhvlər var idi, sadəcə, bu və ya başqa səbəbdən ciddiyə alınmadı.
İNQİLAB MƏMMƏDOV, Keşlə – Zirə
Turun ən təcrübəli hakimi İnqilab Məmmədovun işi heç də az olmadı. O, bir qırmızı vərəqə və bir penalti qərarı ilə diqqəti çəkdi. Denis Silva rəqibi aşkar qol vurmaq hüququndan məhrum etdiyinə görə referi haqlı olaraq, onu meydandan qovdu. İlk yarının sonlarında isə Cabir Əmirliyə qarşı qayda pozuntusuna görə “11 metrə” təyin edən Məmmədova irad bildirməyə gərək yoxdu. Təcrübəli referi qarşılaşmanın əvvəlində göstərdiyi vərəqələrlə oyuna nəzarət etməyi bacardı. Vərəqədən söz düşmüşkən, 9-cu dəqiqədə Mfo Kqasvane rəqibin cərimə meydançasında özünü yerə atsa da, hakim onun simulyasiyasına aldanmadı və “sarı” göstərdi. Ancaq maraqlısı odu ki, İnqilab “Zirə”nin futbolçusunun vərəqəsinə “simulyasiya” yox, “qeyri-idman hərəkəti” yazıb.
RÖVŞƏN RƏCƏBOV, Qarabağ – Səbail
Turun ən zəif idarəçiliyi “Tofiq Bəhramov”da yaşandı. Sadəcə, nəticə gənc hakimi qınaqdan uzaq saxladı. Halbuki Rəcəbov azı iki epizodda nəticəyə təsir edə biləcək səhvə yol verdi. 5-ci dəqiqədə Maksim Medvedevin qapıya göndərmək istədiyi top cərimə meydançasında Kamal Qurbanovun qoluna dəysə də, hakim penalti təyin etmədi. Ola bilsin, Rəcəbov məsafənin yaxın olduğunu əsas gətirib, “sudan quru çıxmağa çalışacaq”. Ancaq Kamal qapıya gedən topun qarşısını açıq əllə kəsdi, yəni qol bədənə bitişik və ya hakimlərin dili ilə desək, təbii vəziyyətdə deyildi. 31-ci dəqiqədə Tome Kitanovski cərimə meydançasında Dani Kintananı əllə itələyib yıxsa da, hakim yenə “11 metrə” təyin etmədi. İspaniyalı yarımmüdafiəçi Mahir Mədətovla “divar paslaşması” edib zərbə mövqeyinə çıxmağa hazırlaşırdı ki, Kitanovski onun yayınmaq cəhdinin qarşısını kobudluqla aldı. Bu iki epizod “Səbail”in əleyhinə yönəlmiş olsaydı, etiraz daha böyük olacaq, Bayıl təmsilçisi səsini başına atacaqdı. Ancaq “Qarabağ” onsuz da böyükhesablı qələbə qazandığından, iki yüzfaizlik penalti heç kimin yadına düşmədi.
SƏBUHİ BAYRAMOV, Qəbələ – Neftçi
Səbuhi işinin öhdəsindən gəlməyi bacardı. Üçü meydan sahiblərinə, ikisi qonaqlara olmaqla, 5 “sarı” göstərən gənc referinin vərəqələri yerində idi. Elə matçın son dəqiqəsində “Qəbələ”nin qapısına təyin olunan penalti də haqlı idi. Bölgə təmsilçisinin iki müdafiəçisi cərimə meydançasında Emin Mahmudovu kobudluqla yerə sərdilər ki, hakim haqlı şəkildə “nöqtə”ni göstərdi. Bəzi qayda pozuntuları zamanı kiçik mübahisələr yaşansa da, onların heç birində nəticəyə təsir edən səhv baş verməmişdi. Bir sözlə, Bayramovun idarəçiliyini qənaətbəxş saymaq olar.
VÜQAR HƏSƏNLİ, Sumqayıt – Sabah
Vüqar Həsənli oyunun təzyiqinin altından çıxa bilmədi. O, daha çox vərəqələrlə futbolçuları sakitləşdirməyə, gərginliyi azaltmağa çalışır, ancaq bu, əks effekt verirdi. Təsadüfi deyil ki, ən çox (9) vərəqə məhz Sumqayıtda göstərildi. Onun yanlış vərəqələrindən biri 36-cı dəqiqəyə təsadüf etdi. Elvin Bədəlov Coşqun Diniyevlə mübarizədə topu qaydalar çərçivəsində alsa da, “Sabah”lının yerdə qalması hakimi yanıltdı. Vüqar Həsənli yanlış olaraq, Bədəlova vərəqə göstərdi. Bundan başqa, 28-ci dəqiqədə Cavid Tağıyev açıq əllə topun qarşısını aldı, ancaq baş hakim bu epizodu da görmədi. Ümumiyyətlə, Həsənlinin briqadası işinin öhdəsindən tam gələ bilmədi. Oyunun 4-cü hakimi Elçin Məsiyev ikinci hissədə, demək olar, özünü itirmişdi. O, əvvəlcə Elgün Nəbiyev əvəzlənərkən səhvə yol verdi. Məsiyev əvəzlənən oyunçunun nömrəsini tabloda qırmızı, meydana çıxanın nömrəsini isə yaşıl rənglə göstərməli olsa da, hər şeyi əksinə etdi. Bu azmış kimi, o, daha müasir tablonu köhnə ilə əvəzləməyi lazım bildi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar