09 may 00:53liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...ziyanı...

27-ci turun nəticəsi xüsusi önəm daşıyan iki qarşılaşmasından biri Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. “Qarabağ” “Səbail”i məğlub edəcəyi təqdirdə ardıcıl 6-cı çempionluğunu rəsmiləşdirəcəkdi ki, gözləntilər özünü doğrultdu. Rəqibinə acımayan ağdamlılar 4:0 hesabı ilə qalib gəldi.
Qarşılaşmadan sonra stadiondakı ab-havanı görməyə dəyərdi. “Qızıl”ın taleyinin müəyyənləşməsi klub və komanda üzvləri kimi, azarkeşlərin də sevincinə səbəb olmuşdu. Oyunçuları yanlarına səsləyən fanatlar sevinclərini onlarla bölüşdülər. Həmin anda diqqəti çəkən məqamlardan biri də tribunada yandırıcı maddələrin alışmasıydı. Petardlarla “silahlanan” “İmarət”in üzvləri havaya tüstü buraxmağa nail oldular. Hətta pirotexniki vasitələrdən bəziləri futbolçulara tərəf atılmışdı ki, belədə qaçış zolağına ziyan dəydiyini düşünmək olardı.
Mərkəzi arenanın direktoru Şamil Quliyevlə söhbətdə nə qədər ziyanın dəydiyini soruşduq: “Şükürlər olsun, qaçış zolağına zərər dəyməyib. Oyundan sonra da baxdıq, bu gün də. Hər şey qaydasındadı. Təəssüf, eyni sözü oturacaqlar haqda deyə bilməyəcəm. 30-a yaxın oturacaq sıradan çıxıb. Azarkeşləri başa düşürəm, komandaları çempion olub, sevinclidilər, bayram edirlər. Amma niyə betonun yox, məhz oturacaqların üstündə tullanıb sındırırlar – bunu anlamaq çətindi. Klub rəsmiləri ilə bu haqda söhbətimiz olub. Onlar da azarkeşlərə söz deməyin düzgün olmadığnı söyləyirlər. O ki qaldı dəyən ziyanın aradan qaldırılmasına, oturacaqlar “Qarabağ”ın vəsaiti hesabına bərpa olunacaq”.
...etirazı...
“Qarabağ”ın çempionluğu fonunda “Neftçi” azarkeşləri özlərinə yer tapmır. Sevimli komandaları Qəbələ səfərindən inamlı nəticəylə (3:1) qayıtsa belə, onlar hələ də qəzəblidilər. Xüsusilə sosial şəbəkələrdəki paylaşımlar və yazılan şərhlər onların durumunu anlamağa imkan verir. Hamıya etiraz edirlər: kluba rəhbərlik edənlərə, baş məşqçiyə, hətta futbolçulara da.
Az-çox rəğbət bəslədikləri adam varsa, o da Baqali Dabodu. Yayda “Qəbələ”ni “Neftçi”yə dəyişən fransalı futbolçu qısa müddətdə sözünü deməyi bacardı. Yarımmüdafiənin cinahında çıxış etməsinə baxmayaraq, hazırda çempionatın ən sərrast iki futbolçusundan biri olan “9 nömrə” həm də oyunu və qol ötürmələri ilə diqqəti çəkməyi bacarıb. Daha bir özəlliyi isə meydanda can qoyması, əvvəldən sona qədər eyni tempdə çıxış etməsi, rəqiblərlə mübarizədən çəkinməməsidi. Odu ki, “Neftçi” fanatları Dabonu çox istəyir.
Bu cür sevgi var ikən, “Qəbələ” ilə qarşılaşmanın sonuncu dəqiqəsində gördüyümüz mənzərəni anlamaq mümkün olmadı. Penalti qazanan, ardınca topun başına keçməyə hazırlaşan Baqali “Forza Neftçi”lilərin üzünü yox, arxasını gördü. Çünki fanatlar arxasını ona çevirmişdilər. Sevdikləri futbolçuya bu cür münasibətin kökündə nəyin dayandığını öyrənmək üçün qrupun rəhbəri Sübhan Əliyevlə əlaqə saxladıq: “Allah şahiddi ki, etirazımız Daboya deyildi. Əskinə, legionerlər arasında xətrini istədiyimiz, komandanın uğuru üçün can qoyduğuna əmin olduğumuz iki futbolçudan biridi. Digəri Platellasdı. Etirazımız bütün komandaya idi. Ona görə də matçın sonlarına yaxın arxamızı meydana çevirdik. Penaltini Baqali yox, başqası vursaydı, yenə eyni münasibəti görəcəkdi”.
...dostluğu...
“Sumqayıt” – “Sabah” oyunu başa çatandan sonra futbolçuların heç də hamısı klublara məxsus avtobusların xidmətindən yararlanmadı. Bəziləri şəxsi avtomobilinə əyləşdi, bir neçəsi də dost-tanışın maşınına. Lakin bir məqam var idi ki, ortaya iki sual çıxardı. Kərim və Coşqun Diniyev qardaşlarının arenanı rəqib futbolçu Rəşad Əzizli ilə birgə tərk etmələri. “Üçlük” Bakıya avtobusla yox, ayrıca maşınla qayıtmağa qərar vermişdi ki, bunun üçün taksi xidmətinə ehtiyac duyulmuşdu.
Aralarında ən çevik olanı Coşqun idi. Əlindəki iri yastıqla taksi axtarışına çıxan “Sabah”lı istəyinə çatdı, ya yox – bunun o qədər də önəmi yoxdu. Maraqlı olan onların niyə avtobusla yox, məhz taksiylə qayıtmaq həvəsinə düşmələriydi. Həm də artıq o dövr deyil ki, əlində yüklə küçədə gəzə-gəzə taksi axtarasan. İstənilən operatora zəng vursan, dərhal taksi gələcək. İkinci sual Kərimlə Coşqunun niyə məhz Rəşadla yol yoldaşı olmaq istəyinə düşməsidi. Kərimi dinləyək: “Evdən Coşqunun maşını ilə çıxmışdıq. O da maşını “Gənclik”də saxlamışdı. Çünki klubun avtobusu ilə Masazıra, ordan da Sumqayıta yollanmalıydıq. Qayıdanda gec idi, bilirdik ki, avtobusla getsək, evə gec çatacağıq. Hamımız da ailəli adamlarıq. Ona görə də icazə alıb taksiylə getməyi üstün tutduq. Əslində taksini telefon vasitəsi ilə çağırmaq istəyirdik. Xəritəyə baxdıq, həmin an Sumqayıtda “uber”lə “taksifay”ın maşınları yox idi. Məcburiyyətdən yola çıxmalı olduq. Rəşadla çoxdan münasibətimiz var, həm də kifayət qədər yaxşıdı. Oyundan sonra üz-üzə gəldik, bildik ki, “Nərimanov”a gedir. Biz də o yolu gedirdik deyə, ayrı-ayrı taksi sifariş etmədik, birlikdə getdik”.
...yoxluğu
Ölkə futboluna ciddi maliyyə yatırımı olandan sonra saytların sayı durmadan artmağa başladı. Elə həmin saytlarda çalışmaq istəyənlərin də. Maşallah, bu gün idman mediasında kifayət qədər qələmtutana rast gəlirik. Xüsusən də xarici səfərlərdə, xüsusi mətbuat konfranslarında və idman jurnalistləri arasındakı mini futbol turnirlərində. Elə vaxtilə Media Komitəsinin təşkil etdiyi müsabiqədə də çox sayda idman saytının adına rast gəlirdik.
Təəssüf ki, bəzi çempionat oyunları medianın diqqətindən kənarda qalır. Xüsusən “Qəbələ”, “Keşlə”, “Zirə” kimi komandaların ev oyunları zamanı. Qarşılaşmalar eyni gündə keçiriləndə vəziyyət daha acınacaqlı olur. Necə ki, “Keşlə” – “Zirə” qarşılaşmasını işıqlandırmaq üçün “ASK Arena”ya bəndənizdən başqa iki jurnalist yollanmışdı. Belədə ortaya sual çıxır: idman jurnalistləri varsa, oyunlara niyə gəlmirlər, yoxdusa, səfərlər və ya tədbirlər zamanı necə peyda olurlar? Sualımıza cavabı təcrübəli yazar, “futbolinfo” saytının baş redaktoru Vüsal Mahmudovla söhbətdə tapmağa çalışdıq: “İlk növbədə mətbuatın durumunu başa düşməyə çalışmalıyıq. “Keşlə” – “Zirə” oyununda stadionda olmağıma baxmayaraq, özümü başqalarından fərqləndirə bilmərəm. Çünki saytımın da “Sumqayıt”a getmək imkanı olmadı, “Qarabağ” – “Səbail” görüşünün ikinci hissəsinə çatdım. Bu gün maddi durum ürəkaçan deyil. Ona görə də işçi saxlamaq çətindi. Sayt bir-iki nəfərdən ibarət olanda isə eyni gündə keçirilən dörd oyunun hamısında iştirak etmək olmur. Jurnalistlər “Qarabağ”ın oyununu qoyub, “Keşlə” – “Zirə” matçına getməz. Mən onlara haqq verirəm. Seçim imkanın olmayanda birinə üstünlük verməyə məcbursan. Belə deyim, dünya çempionatında Azərbaycanla Türkiyə eyni gündə başqa komandalarla qarşılaşır. Hansını canlı izləyərsən? Təbii ki, Azərbaycanın oyununu. Bu baxımdan deyirəm. İmkanın varsa, bütün oyunlara reportyor göndərəcəksən. Kadr potensialın yoxdusa, seçim etməli olursan. Mətbuatı günahlandırmıram. Bu günə düşdüyümüzə görə məcburuq. Ölkədə sistem olaraq mətbuatın işləri düzgün qurulmayıb. Klublardan asılı vəziyyətdəyik, daha çox işçi saxlaya bilmirik, redaksiyamız yoxdu”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar