07 may 20:43liqa

Aftandil Hacıyev: “Hər yerdə mövsümü medalla bitirməyi bacarmışdım”

Aftandil Hacıyev: “Hər yerdə mövsümü medalla bitirməyi bacarmışdım”
Mükafatçıların kimliyinə aydınlıq gətirən oyundan sonra təşkil olunan mətbuat konfransı xeyli yubandı. Hər iki komandanın paltardəyişmə otağındakı şadyanalıq xeyli çəkdi. Əvvəlcə "Səbail"in baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin önünə çıxdı və bizi gizlətdiyinə görə üzr istəyib oyun haqda fikirlərini bölüşdü.
- İki komandanı müqayisə etsək, "Qarabağ" bizdən qat-qat üstündü. Əvvəlki matçlarda daha yaxşı çıxış etmişdik. Bu dəfə itkilərimiz çox idi. Hər iki hissədə dominant tərəf, əlbəttə, "Qarabağ" idi. Ancaq biz də müəyyən epizodlarda topa nəzarət edə bilirdik. Bu gün çempionatda az oynayanlara şans verməli olduq. Avropliqada bu heyətlə nəticə qazanmaq olduqca çətin olacaq. Qarşıda görüləcək iş çoxdu. Bu gün hər iki komandanı qazandıqları medallara görə təbrik edirəm.
- Maykl Essyen karyerasında stopper oynamışdı?
- Bəli, "Çelsi"də oynayıb. Özüylə də bu haqda danışmışdım. Dedi ki, bu mövqe mənə yad deyil. Həmin mövqedə itkilərimiz vardı. Həm də mərkəzdə az yük düşdüyünə və təcrübəsinə görə onu heyətə qoydum. Düzdü, səhvləri vardı ki, bu da normaldı. Həm yaş məsələsi var, həm də bir il oynamaması özünü göstərir.
- Gələcəkdə də onu bu mövqedə oynatmaq fikriniz var?
- Maykl universal futbolçudu. Bunu zaman göstərəcək.
- Avroliqayla bağlı planlarınız necədi?
- Hələ rəhbərliklə söhbətləşməmişəm. Çünki vəsiqə rəsmiləşməmişdi. İndi isə geniş söhbətimiz olacaq. Büdcəyə uyğun hərəkət edəcəyik.
- Növbəti mövsümdə postunuzda qalacaqsız?
- Rəhbərlik mənə bunu təklif edib. Ancaq hələ detallı danışmamışıq.
- Yəqin ki, ilk növbədə qapıçı axtaracaqsız...
- Bəli, son 2 turda Aleksandr Rıbkanın xidmətindən məhrumuq. Elxan Əhmədov az oynadığından istədiyim kimi çıxış etmədi. Qapıya 1 yox, minimum 3 oyunçu lazımdı.
- Premyer-liqada baş məşqçi kimi debüt mövsümündə medalçı olacağınızı gözləyirdiz?
- Hardasa inam vardı. Çünki cəlb etdiyim futbolçulara çox güvənirdim. Həm də əvəzedicilərdə təcrübə qazanmışdım. Hər yerdə mövsümü medalla bitirməyi bacarmışdım. Premyer-liqa mənim üçün yeni macəra idi. Qış fasiləsinədək mübarizə mənim üçün də gərgin keçdi. Sonra isə alışmağa başladım. Bir qədər təcrübəyə ehtiyac vardı. Xoş haldı ki, ilk ilimdə medalçı oldum. Həm mənim, həm də komandanın artırmasına ehtiyac var.
Hacıyevdən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxdı. Son illərin dəyişməz çempionu əvvəlcə oyun haqda danışdı.
- Öncə futbolçularımı, rəhbərliyi, azarkeşlərimizi təbrik etmək istəyirəm. Sonadək bizimlə oldular. Hər şey sonda uğurlu oldu ki, buna görə şadam. Liderliyi ələ keçirdik, sonadək qoruduq. Aftandil Hacıyevi də təbrik etmək istəyirəm ki, ilk medalı, avrokuboklara vəsiqəni qazandı. Qısa müddətdə çox iş gördülər.
- Son tur formal xarakter daşıyacaq. "Neftçi"yə qarşı əsas heyətdə kimləri oynatmağı düşünürsüz?
- Bəli, formal xarakter olduğunu düşünə bilərik. Ancaq maksimum hazır olmağa çalışacağıq. Ola bilər ki, futbolçularda arxayınlıq olsun. Ancaq azarkeşlər üçün yaxşı oyun göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər mümkündü. Ancaq ümumi işimizə məsuliyyətlə yanacaçağıq.
- Çempionlar Liqası ərəfəsində yola salacağınız, heyətə cəlb edəcəyiniz futbolçuları müəyyənləşdirmisiz?
- Həmişə dediyim kimi, axtarışlar, futbolçularla danışıqlar gedir. İstərdim ki, bir neçə futbolçu cəlb edək. Ancaq çətindi. Gedəcək futbolçuların sayı çox olmayacaq. Hər bir futbolçu bizim üçün dəyərlidi. Bəzi amillər var ki, kiminləsə yolları ayırmalı olacağıq. Yaxın vaxtlarda bunu həll etməyə çalışırıq.
- Reynaldonun "Neftçi"ylə danışıqlar apardığı deyilir. Bu nə dərəcədə doğrudu?
- Belə məlumatım yoxdu. Reynaldoyla "6 ay +1 il" şərtilə müqaviləmiz var. Hələ heç bir fikir bildirə bilmərəm. "Neftçi"ylə danışıqlardan xəbərim yoxdu.
- Hansı çempionluq sizin üçün xüsusi olub?
- İstədiyimiz nöqtəyə çatmaq asandı, ancaq orda qalmaq çətindi. Titulu qorumaq daha çətindi. Hər sonrakı çempionluq bizim üçün daha əziz olur. Çünki hər il əziyyət çəkirik. Yeri gəlmişkən, "Neftçi"yə uğurlar arzulayıram. Bu mövsüm tam fərqli oyun göstərdi. Çempionluğa çox istəkli idi. Desəm ki, "Neftçi"nin başqa komandalarla oyunlarda məğlub olmasını istəmişik, yalançı olaram. O haqda yox, öz oyunumuzu düşünmüşük. Lakin az da olsa, fikrin rəqibdə qalır. Bu il çempionatımız maraqlı oldu.
- Çempion olduğunuz əvvəlki mövsümlərlə müqayisədə xal yox, qollların sayı çox fərqli oldu. Budəfəki məhsuldarlığınızı nə ilə əlaqələndirmək olar?
- Açığı, topların sayına baxmamışam, belə müqayisə aparmaqda çətinlik çəkirəm. Ancaq bu il qış fasiləsindən sonra komandamız məhsuldar oyun göstərdi. Əlbəttə, hər oyunda qalib gəlməyə və mütləq şəkildə çox qol vurmağa çalışırıq. Məhsuldarlıq yuxarıdısa, deməli, nəticə qanunauyğundu.
- Mövsümün ilk yarısını və qışdan sonranı müqayisə etsək, demək olar ki, sizin millidə işləməyiniz, avrokuboklarda qrupda çıxış etməyiniz tam səfərbər olmağa maneə törədirdi?
- Belə deməzdim. Əsas mövsümün sonunda komandanın hansı vəziyyətdə olmasıdı. Mövsümün ilk yarısında hamı fəal olur. Həm də ilk dövrədə texniki məğlubiyətimiz oldu və qış fasiləsinə 3 xal geridə çıxdıq. Bu, böyük fərq deyildi. İkinci yarıda daha yaxşı çıxış etməyimiz milli komandada olmağımla bağlı deyildi. Antalyada çox yaxşı hazırlıq keçdik. Mövsümün ikinci yarısında futbolçular meydana tam rahat çıxdılar və hamı fikrini sırf çempionata yönəltdi.
- "Qarabağ"da yetirmələriniz olan Aftandil Hacıyev medalçı oldu, Ayxan Abbasov isə finala çıxdı. Bu gənc mütəxəssislərin işinə və onların komandalarına necə qiymət verərdiz?
- Hər iki məşqçi haqda fikrim, əlbəttə, çox müsbətdi. Həm də insan kimi. Peşələrini sevirlər, işlərinə məsuliyyətlə yanaşırlar. Hər ikisinə uğurlar arzulayıram. Həmişə işlərinə yanaşmalarından razı qalmışam. Düzdü, "Qarabağ"da karyeralarının son illərində oynayırdılar, ancaq iş saatlarından faydalı yararlanırdılar. Onların uğuru əziyyətlərinin bəhrəsidi. Gələcəkdə bu məşqçilərin komandalarına qarşı oynamaq bizim üçün çətin olacaq. Düzdü, "Sumqayıt"da qış fasiləsindən sonra eniş oldu, ancaq sonda toparlandılar. Hacıyevin komandasında futbolçular bir-birini tamamlayırdlar. Maraqlı komandası vardı.
- Uğurunuzda böyük rolu olan kapitan Rəşad Sadıqovun "Qarabağ"da gələcək taleyini necə görürsüz? Futbolçu karyerasını davam etdirəcək?
- Rəşad bu komanda üçün böyük qüvvədi, böyük kapitandı. Qışdan bu yana ikinci cavanlığını yaşadı, öz çıxışını daha da yaxşılaşdırdı. Bu komanda üçün nə qədər dəyərli olduğunu göstərdi. Rəşadın hələ oynamağa gücü var. O, bu komanda üçün vacib futbolçudu.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar