07 may 17:40liqa, reportaj

4:0-ın kəraməti: "Qarabağ"a "qızıl", "Səbail"ə "bürünc" qazandırdı

4:0-ın kəraməti: "Qarabağ"a "qızıl", "Səbail"ə "bürünc" qazandırdı
107. Qarabağ (Ağdam) – Səbail 4:0 (2:0)
13. Vaqner da Silva - 5,0
77. Vild-Donald Gerye - 5,0
55. Bədavi Hüseynov - 5,5
14. Rəşad Sadıqov (k) - 5,5
5. Maksim Medvedev - 5,0
20. Riçard Almeyda - 5,5
(2. Qara Qarayev, 85) - qiymətsiz
19. Filip Ozobiç - 5,5
(6. Simeon Slavçev, 75) - 4,5
10. Dani Kintana - 5,5
(99. Reynaldo, 85) - qiymətsiz
8. Micel - 6,0
9. Araz Abdullayev - 5,5
11. Mahir Mədətov - 6,5
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
4. Rahil Məmmədov
7. İnnosent Emeqara
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
30. Abbas Hüseynov
71. Toral Bayramov
94. Nicat Mehbalıyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Mədətov

25. Elxan Əhmədov - 3,5
26. Kamal Qurbanov - 4,0
6. Maykl Essyen - 4,0
99. Maudo Jarjue - 4,0
33. Tome Kitanovski - 4,0
(20. Eltun Yaqublu, 86) - qiymətsiz
27. Emil Martinov - 4,0
14. Rahid Əmirquliyev (k) - 5,0
28. Kevin Kubemba - 4,5
(21. Oke Akpoveta, 63) - 4,0
8. Yevgeni Koçuk - 4,5
7. Fəhmin Muradbəyli - 4,5
(18. Aqşin Qurbanlı, 75) - 4,0
11. Ruslan Qurbanov - 4,0
Ehtiyat oyunçular
50. Fərhad Vəliyev
5. Vüqar Bəybalayev
4. Enrike Perilyo
9. İmanol İriberri
17. Elçin Rəhimli
19. Ruslan Hacıyev
77. Ədilxan Qarəhmədov
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Rahid Əmirquliyev
Qollar: Miçel, 21 (1:0, F.Ozobiç). M.Mədətov, 41 (2:0, A.Abdullayev). M.Mədətov, 69 (3:0). M.Mədətov, 87 (4:0, Miçel).
Vərəqələr: B.Hüseynov, 49 (qeyri-idman hərəkəti). F.Ozobiç, 63 (qeyri-idman hərəkəti). Q.Qarayev, 90+1 (oyunun bərpasını ləngitmək). S.Slavçev, 90+3 (hakimi aldatmağa cəhd) - sarı.
Hakimlər: RÖVŞƏN RƏCƏBOV, Knyaz Əmiraslanov, Nahid Əliyev (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
5 may. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 3500 tamaşaçı (31200 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Tofiq Bəhramov”da keçirilən turun mərkəzi oyunu hər iki komanda üçün həyati əhəmiyyətli idi. Heç-heçə heç bir komandaya, xüsusilə də “Qarabağ”a sərf etmirdi. “Səbail” mövsümü bürünc mükafatçı kimi bitirmək və Avroliqaya vəsiqəni rəsmiləşdirmək, başqa sözlə, taleyini son tura saxlamamaq üçün qələbəyə köklənmişdi. “Qarabağ”a isə heç-heçə, ümumiyyətlə, sərf etmirdi. Belədə “Neftçi” son turda qalib gəlib çempionluğa yiyələcəkdi. Hər ikisi “Qəbələ” – “Neftçi” qarşılaşmasının nəticəsinə əsasən manevr edə bilərdi ki, prinsipial matçların eyni saatda başlaması vəziyyəti qəlizləşdirirdi.
Mərkəzi arenadakı oyun Aftandil Hacıyev üçün daha bir əlamətdar hadisə ilə yadda qalacaqdı. Belə ki, gənc mütəxəssis “Tofiq Bəhramov”a baş məşqçi kimi ilk dəfə təşrif buyurmuşdu. Hər iki tərəf meydana ciddi itki ilə çıxmışdı. “Qarabağ”da Abdulla Zubir sarı vərəqə cəzalısıdı. “Səbail” isə eyni səbəbdən əsas “qol silahı” Ağabala Ramazanovun xidmətindən məhrum idi. Heyətdən söz düşmüşkən, Aftandil Hacıyevin ilk dəqiqələrdən Maykl Essyenə şans verməsi diqqətdən yayınmadı. Özü də ulduz futbolçu müdafiənin mərkəzində yer almışdı.
Oyunun əvvəli kəşfiyyat xarakterli keçdiyindən heç kim erkən qola ümid etmirdi. "Qaradağ" birinci hissənin, demək olar, yarısı ərzində rəqib qapısı önündə cəmi bir təhlükə yarada bildi. "Səbail" isə mərkəz xətti keçməyə həvəs göstərmirdi. Hesab 21-ci dəqiqədə standart vəziyyətdən sonra açıldı. Ozobiçin kornerdən yaxın dirəyin qarşısına göndərdiyi topu Miçel başla tora qovuşdurdu. Qonaqlar özünə gəlməmiş qapısında ikinci qolu görə bilərdi. Kintana ilə “divar paslaşması”ndan sonra cərimə meydançasına daxil olan Almeydanın zərbəsi bir qədər qüvvətli alınsaydı, topu tutmaq Elxan Əhmədov üçün asan olmayacaqdı. Qol buraxdıqdan sonra müdafiədə boşluqlar verməyə başlayan "Səbail"i 27-ci dəqiqədə Mahir cəzalandıra bilərdi. Di gəl ki, qapıçı ilə üzbəüz qalan hücumçu əlverişli imkandan yararlana bilmədi. İnsafən, özünü son anda Mahirin ayaqları altına atan Jarjue də ona istədiyi kimi zərbə endirməyə mane oldu. "Qarabağ" 41-ci dəqiqədə onu ardıcıl 6-cı çempionluğa yaxınlaşdıran daha bir qol vurdu. Üç toxunuşla rəqib qapısına çatan ağdamlıların üstünlüyünü Mahir möhkəmləndirdi.
"Qarabağ" ikinci hissəyə müdafiədən başladı. İlk 10-15 dəqiqədə diqtə edən tərəf qonaqlar idi. Ancaq son oyunlarda rəqiblərini darmadağın edən Qurban Qurbanovun yetirmələri "Səbail"ə də onların aqibətini yaşatdı. Belə ki, 69-cu dəqiqədə rəqib qapıçının səhvindən yararlanan Mahir hesabı darmadağın həddinə çatdırdı. Bu da oyunda vurulan sonuncu qol olmadı. Son günlər ailə dramı yaşayan Mahir 87-ci dəqiqədə komandasının 4-cü, özünün 3-cü qolunu vurmaqla psixoloji cəhətdən güclü olduğunu nümayiş etdirdi. Beləliklə, ardıcıl dördüncü böyükhesablı qələbəsini qazanan "Qarabağ" çempionluğu "Tofiq Bəhramov"da rəsmiləşdirdi. Ancaq "Səbail" də sevincli idi. "Qəbələ"nin uduzması Bayıl təmsilçisini də sona bir tur qalmış bürünc medalçı etdi.
MİRAĞA

Gözdən qaçmadı
* "Qarabağ" 13 yaşlılardan ibarət komandasına etdiyi jestlə diqqəti çəkdi. Belə ki, U-13 liqasında qalib olan yeniyetmələr əsas komandanın üzvlərinin əlindən tutaraq meydana çıxdı.
* Komandaları hesabda önə keçəndən sonra "İmarət"in üzvləri "Neftçi" Bakı, ha, ha, ha" şüarını səsləndirməklə paytaxt təmsilçisinin çempionluğa həsrət qalmasına rişxənd etdilər.
* Oyundan sonra texniki zonada peyda olan Ağabala Ramazanov öncə Qurban Qurbanovu təbrik etdi, daha sonra komanda yoldaşlarına qoşulub azarkeşlərin yer aldığı tribunaya yönəldi.
* Növbəti çempionluğu bayram edən ağdamlıların şadyanalığını görməyə dəyərdi. Fişənglər atıldı, məşəllər alovlandırıldı. Görünən odu ki, həm klub, həm də azarkeşlər buna əvvəldən hazırlaşmışdı.
* Mətbuat konfransının sonunda Qurban Qurbanov media nümayəndələriylə tək-tək sağollaşdi, xanım həmkarlarımızdan isə üzr istəyib onlarla əl tutmadı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar