07 may 17:35liqa, reportaj

“Zirə” hədəfin öhdəsindən gəlməyi bacardı

“Zirə” hədəfin öhdəsindən gəlməyi bacardı
108. Keşlə – Zirə 1:3 (1:1)
30. Davud Kərimi – 4,0
19. Azər Salahlı – 3,5
93. Edvinas Girdvainis – 4,0
3. Denis Silva – 3,0
65. Cabir Əmirli – 4,5
25. Con Kamara – 4,0
22. Nikola Mitroviç – 4,0
(9. Amil Yunanov, 56) – 4,0
4. Slavik Alxasov (k) – 5,0
21. Angelo Pena – 4,0
(14. Andre Klennon, 69) – 4,0
11. Vüsal İsgəndərli – 4,0
(17. Samir Məsimov, 73) – 4,0
23. Conatan Ayite – 4,5
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
2. Sərtan Taşkın
8. Seymur Əsədov
18. Ruslan Əmircanov
24. Fuad Bayramov
32. Valeri Kutsenko
66. Murad Qayalı
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Slavik Alxasov

1. Orxan Sadıqlı – 5,5
88. Tellur Mütəllimov – 5,0
26. Miloş Radivoyeviç – 5,5
27. Adrian Skarlatake – 5,5
2. İlkin Qırtımov – 5,5
(8. Kamal Mirzəyev, 69) – 5,0
6. Vüqar Mustafayev (k) – 5,5
48. Şafik Tiqruca – 5,0
(9. Aleksandr Dedov, 79) – qiymətsiz
91. Bilal Həmdi – 5,0
(10. Sadio Tounkara, 38) – 5,0
38. İlkin Muradov – 5,5
23. Mfo Kqasvane – 6,0
18. Xulio Sezar Rodriges - 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seyidəhmədov
7. Pərdis Fərcad-Azad
11. Dilan Duventru
17. Robin Nqalande
20. İsmael Fofana
39. Sadiq Quliyev
77. Mirsahib Abbasov
99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Mfo Kqasvane
Qollar: X.S.Rodriges, 26 (0:1, B.Həmdi). C.Ayite, 45+1-p. (1:1) X.S.Rodriges, 47 (1:2). M.Kqasvane, 52 (1:3).
Vərəqələr: M.Kqasvane, 9 (qeyri-idman hərəkəti). E.Girdvainis, 13 (qeyri-idman hərəkəti). B.Həmdi, 16 (hakimin qərarına etiraz). N.Mitroviç, 56 (qeyri-idman hərəkəti). A.Klennon, 80 (qeyri-idman hərəkəti) – sarı. D.Silva, 28 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etmək) – qırmızı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
5 may. Bakı. ASK Arena. 200 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Qələbəni hər iki tərəf arzulasa da, daha çox “Keşlə”yə lazım idi. Çünki elitada qalmaq tapşırığının öhdəsindən gəlmək üçün qonaqlara heç-heçə də bəs edirdi. 26-cı turda “Sabah”dan 1 xal alan meydan sahiblərinin mövsümün son oyunlarını qələbə ilə başa vurmaqdan başqa yolu yox idi. Həm qazon amili, həm də “Zirə”nin dörd gün əvvəl kubokda uğursuzluqla üzləşməsi keşləlilərin xeyrinə işləyən amillər idi. Bircə qalırdı müdafiədə səhv buraxmadan hücumda məhsuldarlıq göstərmək ki, heç biri alınmadı.
Əslində matçın ilk dəqiqələri sonrakı durumun fərqli olacağından xəbər verirdi. Əhmədovun yetirmələri böyük qüvvə ilə meydanın rəqibə aid hissəsində pressinq edir, “Zirə”lilərin nəfəs almasına imkan vermirdilər. İş o dərəcədə qəlizləşmişdi ki, qonaqlar iki-üç ardıcıl ötürmə edə bilmədiyindən çıxış yolunu topu hara gəldi vurmaqda görürdülər. Pressinqin və hədsiz istəyin fonunda çatışmayan əsas məqam vardı – qapıya zərbələr. “Qartallar” hesabı açana qədər “Keşlə”nin futbolçuları bir dəfə də olsun, Orxanı ciddi mənada narahat edə bilmədi. Belədə başlar qol vurmağa qarışınca, rəqib fərqləndi. Xulio Bilalın cinah ötürməsini dəqiq tamamlamaqda çətinlik çəkmədi. Meydan sahibləri özünə gəlməmiş daha bir zərbə aldı. Denis gərəksiz vəziyyətdə rəqibini yerə sərdi ki, hakim epizodu “sonuncu ümid folu” kimi dəyərləndirib braziliyalını vaxtından əvvəl paltardəyişmə otağına göndərdi. Keşləlilər azlıqda qalandan sonra daha “diri” görünməyə başladı. Nəticədə qol özünü çox gözlətmədi. Cabirə qarşı cərimə meydançasındakı kobudluğun nəticəsi penalti oldu. Topun başına keçən Ayite Orxanla “mərmi”ni fərqli istiqamətlərə göndərməklə hesaba tarazlıq gətirdi.
Azarkeşlər ayaqyolundan qayıtmamış, ehtiyat oyunçular skamyasındakılar yerini tutmamış tablodakı “1-lər”dən biri “2” ilə əvəz olundu. “Keşlə”nin müdafiə xəttindəki diqqətsizliyi “sığortalamaq” istəyən Davudun gücü ilk zərbəni qaytarmağa çatdı. Xulio qayıdan topu qapıdan keçirməkdə çətinlik çəkmədi. Düz 5 dəqiqə sonra növbəti qol gəldi. Bu dəfə oyunun ən fəalı Kqasvane arzuladığı qolu vurdu. Hesab arasındakı fərq 2-yə çatandan sonra Əhmədovun itiriləcək heç nəyi qalmamışdı. Odu ki, növbə ilə Amili, daha sonra Klennonu meydana buraxıb hücumçuların sayını 3-ə çatdırdı. Belədə rəqib qapısı qarşısında çoxalan meydan sahiblərinin başı qol axtarışına qarışırdı ki, zirəlilər hər fürsətdə müdafiədəki boşluqdan yararlanmağa çalışırdı. Davud iki dəfə Mfonun, bir dəfə də Xulionun zərbəsinə əla reaksiya göstərməsəydi, kim bilir, 90 dəqiqənin tamamında tabloda hansı rəqəmləri görəcəkdik. “Qırmızılar” isə 89-cu dəqiqədə başlarını tutmalı oldular. Məsimovun asmasını başla qapayan Yunanovun sevinməsinə topun dirəyə dəyməsi mane oldu.
Bu qələbə sayəsində “Zirə” elitada qalmağı təmin etdisə, digər oyunda “Sumqayıt”ın qalib gəlməsi “Keşlə”nin sonunculuqla barışması demək idi.

Gözdən qaçmadı
* Zədə səbəbindən meydana çıxmaq imkanından məhrum olan Kamran Ağayev yenə tribunadakı yerini tutmuşdu. Öncəki matçlarda əsasən idman geyimində gözə dəyən təcrübəli qapıçı bu dəfə kostyumda idi. Maraqlıdı ki, “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovu da eyni görkəmdə gördük.
* Tərlan Əhmədov demişkən, baş məşqçi bu dəfə də komandasının oyundan əvvəlki isinmə məşqi zamanı meydanda və onun kənarında gözə dəymədi.
* Turun bütün oyunları eyni gündə keçirildiyindən, “ASK Arena”dakı qarşılaşmanı işıqlandırmağa cəmi 3 jurnalist gəlmişdi. Bəndənizdən başqa “futbolinfo” ilə “report”un əməkdaşları.
* Vaxtilə “Zirə”ni çalışdırmış, sonradan bu klubda işləmiş, lakin hazırda “Şüvəlan”da baş məşqçi funksiyasını yerinə yetirən Adil Şükürov sabiq komandasına sədaqət göstərməkdə davam edir. Şükürov oyunu canlı izləyənlər arasındaydı.
* İlk hissədə kuryoz hadisə yaşandı. İlkin Muradov topu sərt zərbə ilə meydanın mərkəzindən qapıçıya ötürmək istəyəndə, “mərmi” yolüstü komanda yoldaşı, digər İlkinin pis yerində “partladı”. Yaxşı ki, zərbə o qədər də güclü olmadı və Qırtımov oyunu davam etdirə bildi.

Reaksiyalar
Tərlan Əhmədov: “Belə oyun haqda fikir bildirməyə adam söz tapa bilmir. Bu gün oyunun “qırılma nöqtəsi” qırmızı vərəqə oldu. İlk hissədə azlıqda qalandan sonra bütün planlar pozuldu. Buna baxmayaraq, bərabərlik qolunu vurduq. Amma davamını gətirə bilmədik. Deyəcək sözüm yoxdu, rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. “Sabah”la oyunda daha gözəl futbol sərgiləmişdik. Bir həftə ərzində nə dəyişdi, anlaya bilmirəm, özümə də çox maraqlıdı. Bəzi oyunçular komandanı tərk etsə də, əksəriyyəti ölkə kubokunu qazanan heyətdə olublar. Mənə qədər “Keşlə”də iki məşqçi işləmişdi. Onlar da vəziyyəti düzəldə bilməmişdilərsə, deməli, burda başqa dərd var. Denisin “qırmızı”sı haqda söz deyə bilmərəm. Epizoda baxmaq lazımdı. Yəqin ki, vərəqəlik epizod olub ki, hakim bu cür davranıb. Sadəcə, rəqibin ilk qolu zamanı oyundankənar vəziyyətin olub-olmadığına baxmaq olar. Həmişə deyirəm ki, müdafiədə sadə oynamaq lazımdı. Çətin anlarda topu kənara vurursan, vəssalam. Uduzmuşuq, çox bəhanə göstərmək olar. Amma bu mənə lazım deyil. Fasiləyə 1:1 yollananda daha yaxşı olacağına ümidim var idi. Hətta nə etmək lazım gəldiyini də tapşırmışdıq. Di gəl ki, baxımlı karyeraya malik təcrübəli futbolçuların özləri belə, yersiz top itkilərinə yol verirdilər. Yenə ilk hissəni heç-heçə başa vurub, ikinci yarıda toplar buraxdıq. Yenə ikinci hissə… Ola bilər, kimlərsə Tərlanı tənqid edir, haqqında çox şey yazır. Bunlar mənim üçün xeyirlidi. Özüm üçün müsbət nəticə çıxarmağa çalışıram. Nəticə verən vaxtlarımda məni tərifləyib, ağır günlərimdə tənqid etməyə ehtiyac yoxdu. İkinci hissədə nə baş verir – bu mənə çox maraqlıdı. Komandadakı gələcəyimə gəlincə, məni bura Zaur Axundov dəvət edib. Bu məsələdə qərarı da o verəcək. Yəqin ki, son turdan sonra hansısa müzakirələr olacaq. Komandanı yeni mövsümə hazırlamalı olsam, çox dəyişikliklər olmalıdı. Başqa cür mümkün deyil”.
Samir Abasov: “Kubokdakı məlum uğursuzluqdan sonra psixoloji durumumuz qaydasında deyildi. Gizlətmirəm, gərginlik var idi. Bu gün əsas məqsədimiz uduzmamaq idi. Hətta heç-heçə sayəsində də premyer-liqada qalmağımız rəsmiləşəcəkdi. Qalib gəldik, hətta top fərqi daha böyük ola bilərdi. Mövsüm, demək olar, başa çatdı. Sonuncu oyun formal xarakter daşıyacaq. Ona görə də artıq bu gündən planlarımızı qurmalıyıq. İnşallah, gələn il daha uğurlu olarıq. Açığı, növbəti mövsümlə bağlı rəhbərliklə söhbətimiz olmayıb. Hələ ki mənə “get” deyən olmayıb. Bu otaqdan çıxandan sonra nə olacağı bilinmir. Sadəcə, mən özüm üçün müəyyən planlar qurmuşam. Komandadan ayrılacaq futbolçuların siyahısını özüm üçün tərtib etmişəm. Nəğd 3-4 nəfərdi. Bundan az olmayacaq, çox olması isə tapacağımız futbolçuların nəyə qadir olması ilə bağlıdı. Görək istədiyimiz oyunçuları gətirmək mümkün olacaq, ya yox. O ki qaldı Bilalın tez-tez zədələnməsinə, iradlarla razıyam. Razılaşaq ki, Bilal kimi oyunçu hər komandaya lazımdı. O bu gün “Qarabağ”da, yaxud “Neftçi”də olsaydı, yoxluğu o qədər də bilinməzdi. Çünki onu əvəz edə biləcək oyunçular var, oyun sırf onun üzərində qurulmur. “Zirə” kimi komandada isə Bilalın 2-3 görüşdə iştirak etməməsi dərhal hiss olunur. Desəm ki, komandada qalacaq, yaxud gedəcək – düzgün olmaz. Mən gələnə kimi Həmdi artıq komandadaydı. Yaxşı futbolçudu, əfsuslar olsun ki, zədələr onu pis vəziyyətdə qoyur. Sizi inandırım, özü də əziyyət çəkir. Bütün gün həkimlərdədi, iynə-dərman”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar