07 may 20:26liqa

“Qarabağ”: ardıcıl 6-cı dəfə zirvədə!

“Qarabağ”: ardıcıl 6-cı dəfə zirvədə!
Topaz premyer-liqasının 27-ci turunun nəticələri maraqla gözlənilirdi. Turnir cədvəlinin hər cəbhəsində qızğın mübarizə getdiyindən, qeydə alınacaq hesablar ya çox şeyi kökündən dəyişəcək, ya da hər şeyə aydınlıq gətirəcəkdi. Təəssüf ki, ikinci variant özünü doğrultdu və bununla sonuncu turun bütün oyunları formallığa çevrildi. Yalnız bombardirlərin yarışı ətrafındakı sual cavabsız qalıb.
Çempionluq hədəfinin öhdəsindən böyük ölçüdə gələn “Qarabağ”ın “Səbail”lə görüşdə xal itirəcəyi inandırıcı görünməsə də, mümkünsüz də deyildi. Rəqib qış fasiləsindən sonra əla forma yığmış, bütün rəqiblərini özləri ilə ayaqlaşmağa məcbur etmişdi. Lakin ağdamlılar ortaya qoyduğu oyun, həm də tabloya yazdırdıqları rəqəmlə çempion adına layiq olduqlarını sübut etmiş oldular. Bu, “Qarabağ”ın ardıcıl 4-cü böyükhesablı qələbəsi kimi yadda qaldı. Öncəki 3 matçın hər birində rəqib qapılarına 3 dəfə yol tapan “köhlən atlar” bu dəfə 4-nü vurmaqla “quru” oyunların sayını 4-ə çatdırdı. Təsəvvür edin, çempionu sonuncu dəfə aprelin 7–də Rauf Əliyev məyus edib.
“Neftçi”nin Qəbələdəki qələbəsi yerinə düşsə də, yalnız azarkeşlərin əsəbini müəyyən mənada soyutmağa kifayət etdi. Çünki Bakıdakı qarşılaşmada “Qarabağ”lıların da üzünün gülməsi Qurban Qurbanovun başçılıq etdiyi komandanın ardıcıl 6-cı “qızıl”ı bayram etməsi demək idi.
“Qəbələ”lilər isə premyer-liqada medala həsrət qaldı. Mövsümboyu qeyri-sabit nəticələrlə yadda qalan bölgə təmsilçisinin kubok görüşündəki yorğunluğu özünü göstərməyə bilməzdi. Düzdü, “Səbail” də uduzdu. Amma arada 5 xal fərq olduğu kimi qalınca, sonuncu turdakı istənilən nəticə yerlərin dəyişməsinə kömək etməyəcək. “Səbail” elitadakı ikinci ilində bürünc medallara sahib olmaqla uğurlu nəticəyə imza atmış oldu.
Digər iki oyunun nəticələri isə premyer-liqadakı yerini qorumaq baxımından önəm daşıyırdı. “Sabah” hədəfin öhdəsindən gəlmişdi, “Sumqayıt”la “Zirə”yə isə 1 xal da bəs edirdi. Qızğın mübarizədə “başı yarılan” “Keşlə” oldu. “Zirə”yə uduzan keşləlilərin sonuncu pilləni tərk edə bilməyəcəyi də hesabat turunda təsdiqini tapdı.
Bombardirlərin yarışı demişdik. Mübarizə təkcə “Qarabağ”la “Neftçi”nin yox, həm də onların ən məhsuldar futbolçularının arasında gedir. Çempionatda ağdamlılar qalib olsalar da, ən sərrastların yarışında Baqali Mahirə uduzmaq niyyətində deyil. Heç Mahirin də susmaq niyyəti yoxdu. Qəbələdə Dabonun dubl etməsinə Mədətov het-triklə cavab verdi. İndi hər ikisinin hesabındakı topların sayı eynidi deyə, 28-ci turun “Neftçi” – “Qarabağ” qarşılaşmasında təkcə komandaların yox, həm də bu iki futbolçunun bombardirlik bacarığını və istəyini görmək maraqlı olacaq.
Topaz premyer-liqası
4-cü dövrə, 27-ci tur
5 may
Keşlə - Zirə 1:3
Qarabağ – Səbail 4:0
Qəbələ - Neftçi 1:3
Sumqayıt- Sabah 1:0
1. Qarabağ 27 19 6 2 62-19 63
2. Neftçi 27 17 7 3 50-23 58
3. Səbail 27 12 5 10 33-33 41
4. Qəbələ 27 9 9 9 31-32 36
5. Zirə 27 7 7 13 27-40 28
6. Sabah 27 7 6 14 20-38 27
7. Sumqayıt 27 7 5 15 23-42 26
8. Keşlə 27 5 5 17 25-44 20
Bombardirlər: Baqali Dabo (Neftçi) , Mahir Mədətov (Qarabağ) - 14, Ceyms Adeniyi (Qəbələ) – 10, Filip Ozobiç (Qarabağ) - 9, Marko Deviç (Sabah) – 8. Emin Mahmudov (Neftçi), Mirabdulla Abbasov (Neftçi), Abdulla Zubir (Qarabağ), Dani Kintana (Qarabağ), Ağabala Ramazanov (Səbail) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda “Zirə”yə, 8-ci turda isə “Qarabağ”a texniki məğlubiyyət (0:3) verilib.
Növbəti turun oyunları: 11 may – Neftçi - Qarabağ, Səbail – Keşlə, Sumqayıt – Qəbələ, Sabah – Zirə.
HƏBİB

“Neftçi” – “Qarabağ” 8:7
Ölkə çempionatının dünən keçirilən 27-ci turu mövsümün mükafatçılarının kimliyi ilə bağlı bütün suallara aydınlıq gətirdi. 7-ci dəfə çempion olan “Qarabağ” bu mənada “Neftçi”yə lap yaxınlaşdısa, “Səbail” tarixində ilk dəfə mükafatçılar sırasında düşdü və beləcə “fəxri kürsü”yə yeni ad yazıldı. Bu məqamda indiyəqədərki çempionatların bütün mükafatçılarını xatırlatmağa dəyər:
1992 1. Neftçi 2. Xəzər S 3. Turan
1993 1. Qarabağ 2. Xəzər S 3. Turan
1993/94 1. Turan 2. Qarabağ 3. Kəpəz
1994/95 1. Kəpəz 2. Turan 3. Neftçi
1995/96 1. Neftçi 2. Xəzri 3. Kəpəz
1996/97 1. Neftçi 2. Qarabağ 3. Xəzri
1997/98 1. Kəpəz 2. Dinamo 3. Şəmkir
1998/99 1. Kəpəz 2. Şəmkir 3. Neftçi
1999/00 1. Şəmkir 2. Kəpəz 3. Neftçi
2000/01 1. Şəmkir 2. Neftзi 3. Viləş
2001/02 yarımçıq qalıb
2002/03 keçirilməyib
2003/04 1. Neftçi 2. Şəmkir 3. Qarabağ
2004/05 1. Neftçi 2. Xəzər Lənkəran 3. Karvan
2005/06 1. Bakı 2. Karvan 3. Neftçi
2006/07 1. Xəzər Lənkəran 2. Neftçi 3. Bakı
2007/08 1. İnter 2. Olimpik 3. Neftçi
2008/09 1. Bakı 2. İnter 3. Simurq
2009/10 1. İnter 2. Bakı 3. Qarabağ
2010/11 1. Neftçi 2. Xəzər Lənkəran 3. Qarabağ
2011/12 1. Neftçi 2. Xəzər Lənkəran 3. İnter
2012/13 1. Neftçi 2. Qarabağ 3. İnter
2013/14 1. Qarabağ 2. İnter 3. Qəbələ
2014/15 1. Qarabağ 2. İnter 3. Qəbələ
2015/16 1. Qarabağ 2. Zirə 3. Qəbələ
2016/17 1. Qarabağ 2. Qəbələ 3. İnter
2017/18 1. Qarabağ 2. Qəbələ 3. Neftçi
2018/19 1. Qarabağ 2. Neftçi 3. Səbail
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar