05 may 18:21liqa

Klublar son tura intriqa saxlayacaq?

Klublar son tura intriqa saxlayacaq?
Sabah Topaz premyer-liqasında 27-ci turun oyunları keçiriləcək. Sonuncudan əvvəlki turda bütün sular durula, həm medalların sahibləri, həm də elitanı tərk edəcək komandanın adı müəyyənləşə bilər. Bu mənada 4 oyunun hamısının prinsipial olması sevindiricidi. Qarşılaşmaların eyni günə salınması yayınla bağlı çətinlik yaradıb. “CBC Sport” iki görüşü ekranlara daşıya biləcək. Hərçənd telekanalın seçim etdiyi oyunlar eyni vaxtda start götürəcək. Belədə “CBC Sport” paralel, keçidli yayın təşkil edəcək. “Sumqayıt” – “Sabah” matçını PFL-in saytından izləmək mümkün olacaqsa, “Keşlə” – “Zirə” qarşılaşması diqqətlərdən kənarda qalacaq.
Topaz premyer-liqası
4-cü dövrə, 27-ci tur
5 may
105. Sumqayıt – Sabah
Hakimlər: VÜQAR HƏSƏNLİ, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt”ın bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 0-1.
2018/19 – 0:1.
Cəzalı: Nicat Qurbanov (Sumqayıt).
“Futbol+”in proqnozu: 35-35-30
Sumqayıt. Kapital Bank Arena. Saat 20.00
“Sumqayıt” debütant “Sabah”ı sınağa çəkəcək. Tarixində ilk dəfə kubokun finalına yüksələn “gənclik şəhəri” təmsilçisinin düşərgəsində toy-bayramdı. Ancaq onu da anlayırlar ki, eyforiya premyer-liqanı tərk etməklə sonuclana bilər. Düzdü, “Sumqayıt”a sonuncu olmamaq üçün 1 xal da bəsdi. Debütant isə premyer-liqada yerini təmin edib, son iki tur formallığa çevrilib. Baxmayaraq ki, sabahkı və mayın 11-dəki rəqiblər münasibdi, xal ehtiyatını artırmaq mümkündü. Vəziyyət elə gətirib ki, turun bağlanış matçına qədər suallara böyük ölçüdə aydınlıq gələ bilər. “Keşlə” “Zirə”yə uduzsa, “Sumqayıt” oyununu buna əsasən qura, 1 xal üçün oynaya bilər. Bu şəraitin yaranmasına görə “Keşlə” özünü günahlandırmalıdı. Çünki PFL autsayderlərin mübarizəsinin prinsipiallığını nəzərə alıb hər iki oyunu saat 20.00-a salmışdı. Ancaq “Keşlə” projektoru əsas gətirib matçın başlama saatının dəyişilməsinə nail oldu.
Qeyd edək ki, “Sumqayıt” meydana itki ilə çıxacaq. Belə ki, Nicat Qurbanov cəza səbəbindən matçı tribunadan izləyəcək.

106. Qəbələ – Neftçi
Hakimlər: SƏBUHİ BAYRAMOV, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 21:+8=4-9, 28-28.
2006/07 – 1:4; 2007/08 – 2:3; 2008/09 – 0:1; 2009/10 – 1:0, 0:0; 2010/11 – 0:2; 2011/12 – 1:0, 4:1; 2012/13 – 2:1, 1:1; 2013/14 – 1:2, 1:2; 2014/15 – 0:0, 1:3; 2015/16 – 0:1, 2:2; 2016/17 – 4:1, 1:0; 2017/18 – 2:1, 1:2; 2018/19 – 3:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-35-35
Qəbələ. Şəhər stadionu. Saat 18.00
Daha bir finalçı “Qəbələ” “Neftçi”ni qonaq edəcək. Ötən turda “Sumqayıt”a uduzmaqla çempionluq şansını minimuma endirən flaqman son iki oyunda qələbə qazanmaqla yanaşı, “Qarabağ”ın sabah “Səbail” önündə büdrəyəcəyinə ümid etməlidi. Bakılılar Qəbələdə büdrəsə, son turda öz meydanında əzəli rəqibinin çempionluq atəşfəşanlığına dözməkdən başqa çarəsi qalmayacaq. “Ağ-qaralar”ın Qəbələyə son 6 səfərin yalnız 1-də qələbə qazandığını nəzərə alsaq, bu dəfə də asan olmayacağını deyə bilərik. Üstəlik, “qırmızı-qaralar”ın “Qarabağ”a bir “vəfa borcu” var. Ağdamlıların finala “buraxdığı” “Qəbələ” “Neftçi”ni büdrətməklə onların çempionluğuna şərait yarada bilər.

107. Qarabağ – Səbail
Hakimlər: RÖVŞƏN RƏCƏBOV, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 3:+2=0-1, 2-0.
2017/18 – 1:0, 1:0; 2018/19 - -:+ (texniki nəticə top fərqində nəzərə alınmayıb).
Cəzalılar: Abdulla Zubir (Qarabağ), Ağabala Ramazanov (Səbail).
“Futbol+”in proqnozu: 40-30-30
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.00
Turun mərkəzi oyunu “Tofiq Bəhramov”da baş tutacaq. Ən azı turnir cədvəli baxımından ilk “üçlük”dəki komandaların duelinin statusu böyükdü. “Səbail”ə mövsümü bürünc mükafatçı kimi bitirmək və Avroliqaya vəsiqəni rəsmiləşdirmək üçün son iki turda 1 qələbə kifayət edir. Düzdü, “0” xalla da bu hədəfə çatmaq olar. Bir şərtlə ki, “Neftçi” “Qəbələ”yə uduzmasın. “Səbail” bütün gücünü son tura – “Keşlə” ilə oyuna səfərbər etsə, daha məntiqlidi. Çünki “Qarabağ” “Səbail” üçün ən arzuolunmaz rəqibdi. Texniki nəticənin qeydə alındığı matçdan başqa, ağdamlılar “dənizçilər”lə bütün oyunlarda qələbə qazanıb. Üstəlik, “Səbail” indiyədək səfərdə bir qol belə vura bilməyib.
Hər iki tərəf meydana ciddi itki ilə çıxacaq. “Qarabağ”da Abdulla Zubir sarı vərəqə cəzalısıdı. “Səbail” isə əsas “qol silahı” Ağabala Ramazanovun xidmətindən məhrumdu.

108. Keşlə – Zirə
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
“Keşlə”nin bu rəqiblə ev oyunlarının balansı: 7:+3=3-1, 6-4.
2015/16 - 0:0, 1:0; 2016/17 – 1:1, 1:1; 2017/18 – 0:1, 2:1; 2018/19 – 1:0.
Cəzalılar: Tərlan Quliyev (Keşlə), Bəxtiyar Həsənalızadə (Zirə).
“Futbol+”in proqnozu: 30-40-30
Bakı. ASK Arena. Saat 17.00
Turun açılış matçında “Keşlə” ilə “Zirə” üz-üzə gələcək ki, Tərlan Əhmədovun komandası rəqibin durumundan yararlanmalıdı. Samir Abasovun komandası kubokda çox güc itirib, üstəlik, mübarizəni dayandırdığından ab-hava da ürəkaçan deyil. Ümumiyyətlə, tərəflər arasındakı oyunlar həmişə prinsipial keçib. Birinin digəri üzərində aşkar üstünlüyünün olmaması da buna dəlalət edir. İndiyə qədər 15 oyun olub ki, “Keşlə” 4, “Zirə” 3 qələbə qazanıb. Tərəflər əsasən “sülh”ə üstünlük verib. Belə ki, 8 oyunda heç-heçə qeydə alınıb. Hər iki komandanın 14 qol vurduğunu da əlavə edək. Son 4 matçda qonaq tərəf qalib gəlməyib. “Keşlə” son iki ev oyununda qələbə qazanıb.
Həm “Keşlə”nin, həm də “Zirə”nin müdafiəsində sıxıntı var. Meydan sahiblərinin heyətində Tərlan Quliyev, qəsəbə təmsilçisində isə Bəxtiyar Həsənalızadə zədə səbəbindən sabahkı oyunda iştirak etməyəcək.
1. Qarabağ 26 18 6 2 58-19 60
2. Neftçi 26 16 7 3 47-22 55
3. Səbail 26 12 5 9 33-29 41
4. Qəbələ 26 9 9 8 30-29 36
5. Sabah 26 7 6 13 20-37 27
6. Zirə 26 6 7 13 24-39 25
7. Sumqayıt 26 6 5 15 22-42 23
8. Keşlə 26 5 5 16 24-41 20
Bombardirlər: Baqali Dabo (Neftçi) – 12, Mahir Mədətov (Qarabağ) – 11, Ceyms Adeniyi (Qəbələ) – 10, Filip Ozobiç (Qarabağ) – 9, Marko Deviç (Sabah) – 8.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı Bu gün, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” Bu gün, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır Bu gün, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi Bu gün, 06:21 Ovusu Kvabena “Qarabağ”da Bu gün, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı Bu gün, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi Bu gün, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü Bu gün, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır Bu gün, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? Bu gün, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar Bu gün, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bütün xəbərlər
Ən çox oxunanlar