05 may 17:58liqa

Cavid “Qəbələ”nin taleyinin kubokdan asılı olduğunu düşünür

Cavid “Qəbələ”nin taleyinin kubokdan asılı olduğunu düşünür
“Finala “Qarabağ” yüksəlsəydi, daha rahat olardıq”
“Qəbələ”nin finala yüksələcəyinə bəlkə də klub və komandanın içində olanların özləri də inanmırdı. Rəqibin adı öz yerində, cavab görüşündə ağdamlıların 2 top fərqi ilə önə çıxması, bu azmış kimi, bir neçə dəfə 3-cü qola yaxınlaşması ümidləri yox dərəcəsinə endirmişdi. Davit Volkovun gözlənilməz qolu bölgə təmsilçisini kuboka xeyli yaxınlaşdırdı.
İndi hamı “Qəbələ” – “Sumqayıt” finalının hansı hesabla başa çatacağını düşünür. Amma Qəbələ təmsilçisinin uğurları üçün tərk tökənləri maraqlandıran təkcə titul deyil. Onlar həm də komandanın gələcəyinə görə ehtiyatlanırlar. Yeni prezident Fariz Nəcəfovun “Qarabağ”la görüşdən sonra “klubun taleyi ilə bağlı yaxın günlərdə mətbuata açıqlama veriləcək” tipli sözləri ağıllarda sual yaradıb. Heç şübhəsiz, həmin sual futbolçuların da başında dolaşır. Odu ki, belə məqamda “Qəbələ”nin aparıcı oyunçularından biri, kapitanı, həm də səmimi açıqlamaları ilə yadda qalan üzvü Cavid Hüseynovu danışdıqmaq qərarına gəldik.
- Məntiqlə, komandada əhval-ruhiyyə yaxşı olmalıdı.
- Yaxşı da deyə bilərik, əla da (gülür). Finala yüksəlmək əsas məqsədimiz idi ki, buna da nail olduq. Razılaşarsız ki, “Qarabağ” kimi rəqibi mübarizədən kənarlaşdırmaq asan iş deyil. Amma hələ heç nə olmayıb, əsas mübarizə irəlidədi. Həm çempionatda, həm də kubokda.
- Onu da nəzərə alaq ki, finala yüksəlməklə həm də işinizi çətinə salmış olduz.
- Nə mənada?
- Premyer-liqada 3-cü yeri tutmasaz, finalda da uduzsaz, Avroliqadan kənarda qalacaqsız.
- Bunu nəzərə almışıq. Heç kimin taleyi başqasının əlində deyil. Nəsə etmək istəyirsənsə, ilk növbədə özün uğur qazanmalısan. Uğur qazana bilmirsənsə, deməli, nəyisə haqq etmirsən. Çempionatda “Səbail”i özümüzdən 5 xal irəli buraxmaqla vəziyyəti çətinləşdirdik. Ümidlər kuboka qalıb. Əlimizdən gələni etməliyik ki, meydanı qələbəylə tərk edək.
- Vəziyyətin bu həddə çatması, yəni taleyinizin böyük ölçüdə kubokdan asılı qalması sizdə həyəcan və ya qorxu hissi yaradır?
- Qorxu hissi yaratmamalıdı. Əksinə, daha çox düşünməli və istəkli olmalıyıq. Teleyimiz öz əlimizdədi. O başqa məsələ ki, finala “Qarabağ” yüksəlsəydi, daha rahat olardıq. Çünki bu komandanın səviyyəsi və bacarığı göz önündədi. “Qarabağ” – “Sumqayıt” finalında sürprizin qeydə alınacağı az inandırıcı olardı, nəinki “Qəbələ” – “Sumqayıt” görüşündə. Çünki “Qarabağ”ın kuboka yiyələnməsi bizim 4-cü yerin sahibi kimi Avroliqaya yolumuzun açılması demək idi. İstənilən halda, finalda qalib gəlməliyik. Hansı məsuliyyətin altında olduğumuzu dərk edirik.
- Bacarmasaz?
- Bu haqda düşünmək istəmirəm. “Bacarmasaq, bacarmayacağıq” söhbəti ola bilməz. Bacarmalıyıq, vəssalam!
- Çempionatda “bürünc” şansınız qalmaqdadı. Hansı yolla Avroliqa mübarizəsinə qoşulacağına inanırsan: premyer-liqa, yoxsa kubok?
- Mən deməsəm də, reallıq kubok deyir. Üçüncü pillədəki “Səbail”lə aramızda 5 xal fərq var. Az fərq deyil. Üstəlik, cəmi iki tur qalıb. 3-4 tur qalsaydı, nəsə demək olardı. Amma indiki halda çətin. Həm də “bürünc”ün taleyi təkcə bizim əlimizdə deyil. Bunun üçün “Səbail”in hər iki oyunda xallar itirməsini gözləməliyik. Final elədi ki, taleyimiz özümüzdən asılıdı.
- Yaxşı, “Qəbələ”nin çempionatda ardıcıl 2 oyunu qələbə ilə başa vuracağına daha çox inanırsan, yoxsa “Səbail”in 2 oyunu qələbəsiz başa vuracağına?
- Düzü, “Səbail”in aradakı 5 xallıq fərqin “əriməsinə” imkan verəcəyinə inanmıram. Bizim qələbələrimiz vacibdi, amma onlar 2-3 xal qazanandan sonra “Qəbələ”nin uğurlu nəticələrinin önəmi qalmır. Bazar günü “Qarabağ”la oynayırlar. Məncə, heç-heçə edə bilərlər. Görək də...
- Mayın 1-nə qayıdaq. 0:2-dən sonra nə hisslər keçirirdin, qol vuracağınıza inanırdın?
- Allaha and olsun, qol vurduğumuz dəqiqəyə qədər bir gözüm tablodaydı. Hər dəfə uşaqlara deyirdim ki, 20 dəqiqə qaldı, 15 dəqiqə qaldı. Hədsiz inamım var idi. O da bilirsiz, niyə? Başqa vaxt dəqiqələr “uçur”. 65-ci dəqiqədi, bir də başını qaldırırsan ki, 88-di. Amma bu dəfə vaxt getmirdi, sanki dəqiqələr bərəkətlənmişdi. Onda içimdəki səs dedi ki, dəqiqələr qol vuracaqsız deyə tez getmir. Allahın köməyi ilə həmin qolu vura bildik.
- Volkovun qol epizodunda Bəhlulun ötürməsi daha baxımlı alındı, yoxsa Geryenin səhvi?
- Məncə, ikisi də eyni gözəllikdəydi (gülür). Hərəsinin öz yeri vardı, ikisi də bir-birini tamamladı. Açıq danışaq, Gerye o səhvi etməsəydi, Bəhlulun ötürməsi yadda qalacaqdı? İnanmıram. Deyəcəkdilər ki, topu başından etmək üçün irəli vururdu. Ona görə də həm ötürmə baxımlı idi, həm də səhv. Belə deyim, Geryenin səhvi Bəhlulun ötürməsinə əlavə rəng qatdı.
- Sənin özünə də sanki əlavə güc gəlmişdi. Əvvəlki oyunlarda sona 15-20 dəqiqə qalmış yorulurdun, əvəzlənməyini istəyirdin. “Keşlə”ylə Bakıdakı oyunu xatırlayıram. Amma bu dəfə son saniyəyə qədər dayanmaq bilmədin.
- (qəhqəhə çəkib gülür) Bu, sırf psixologiya ilə bağlı məsələdi. Prinsipial oyunlarda adamın özündən asılı olmadan güc artır, yorulmaq bilmirsən. “Keşlə”ylə görüşdə dediyiniz kimiydi, amma “Səbail”lə qarşılaşmada da sona qədər mübarizə aparırdım. Özüm də hiss edirəm ki, son vaxtlar güc baxımından işlər qaydasına düşür.
- Bildiyimə görə, Fariz Nəcəfov mükafatın finaldakı qələbədən sonra veriləcəyini deyib. “Qarabağ”ı mübarizədən kənarlaşdırmağın maddi qarşılığı olmadı?
- Verilməyinə verildi. Klubun maliyyə durumu hamıya məlumdu. Əvvəlki imkanlar yoxdu. Ona görə də müəyyən qədər mükafat paylandı, belə deyim, hazırkı vəziyyətə uyğun oldu. Təbii ki, kubokun hədiyyəsi daha yaxşı olar.
- Klubun durumu demişkən, “Qəbələ”nin gələcək taleyini necə görürsən? Kapitan kimi içindən gələn hiss nə deyir?
- Bununla bağlı heç kimdə rəsmi məlumat yoxdu. Ona görə də nəsə demək çətindi. Ancaq mənə elə gəlir ki, finaldan çox şey asılıdı. Kuboku qazansaq, məncə, “Qəbələ”nin gələcəyi azı indiki kimi olacaq. Allah eləməsin, hədəfə çatmasaq, müəyyən “kəsilmənin” olacağını düşünürəm. Təbii, bunlar sırf mənim təxminlərimdi. Necə olacağını zaman göstərəcək.
- Şər deməsən, xeyir gəlməz. Büdcədə eniş olsa, karyeranı “Qəbələ”də davam etdirəcəksən, yoxsa yeni iş yeri axtarmaq lazım gələcək?
- Hələ 31 yaşım var, bundan sonra daha bir neçə il oynamaq istəyirəm. Bildiyiniz kimi, daim iddialı komandaların formasını geymişəm. “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”... Mənim üçün hər şeydən vacib iddiadı. “Qəbələ” indiki kimi medallar uğrunda oynasa, əlbəttə, burda qalmaq istəyərəm. Ona görə də gözləməliyik.
- Birdən rəhbərlik daha az maaş qarşılığında oynamağı təklif etdi, onda necə?
- Maaşımın azaldılması problem deyil. Olmasın 5 manat, olsun 3 manat. Burda əsas məqam, dediyim kimi, komandanın iddiasıdı. Legioner olacaq, ya yox, təcrübəli futbolçular olacaq, ya yox – bunlar çox önəmlidi. Hər bir futbolçu titul, medal qazanmaq istəyir.
- Komanda yoldaşların nə düşünür? Kimlərinsə özünə yeni komanda axtardığını hiss edirsən?
- Bu dəqiqə hamını “Qəbələ”nin gələcəyi maraqlandırır, başqa komandaya keçmək yox. Çünki burda hansı şəraitin olduğunu, rəhbərliyin komandaya necə münasibət göstərdiyini hamı bilir. Hamımız gələcəklə maraqlanırıq, amma konkret cavab yoxdu. Bir qədər səbrli olmağımızı məsləhət görürlər. Yaxşı olandan sonra başqa komandada nə işimiz var?! Vəziyyət pisləşsə, kimsə kimisə məcbur saxlamayacaq. Nəzərə alaq ki, böyük əksəriyyətin müqaviləsinin müddəti mövsümün sonunda başa çatır.
- Səncə, çempionluq kimə nəsib olacaq?
- “Qarabağ” deyərdim. Necə ki, “Səbail”in bizimlə 5 xallıq fərqin aradan qalxmayacağına imkan verməyəcəyini təxmin edirəm, “Neftçi”ylə “Qarabağ”ın mübarizəsi haqda da eyni cür düşünürəm. Onların da arasında fərq 5 xaldı.
- Avroliqaya vəsiqələrdən biri deyək ki, “Neftçi”ylə “Qarabağ”ın olacaq. Bəs qalan iki bilet?
- Biri yəqin ki, “Səbail”in olar, o biri də, inşallah, bizim (gülür).
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar