01 may 15:34liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...sayı...

“Səbail”in inamlı çıxışı azarkeş sayına da təsir etməkdədi. Ötən mövsüm, hətta cari birinciliyin əvvəlində tribunada “Dənizçilər” plakatını açan azarkeşlərin sayı 50-100 nəfər aralığında idisə, indi xeyli artım müşahidə olunur. Əməkdaşımızın “Səbail” – “Qəbələ” görüşündəki müşahidələrinə əsasən, həmin gün meydan sahiblərinin yer aldığı tribunada azı 300 tərəfdar olub. Bu isə o deməkdi ki, say durmadan artır. Deyilənə görə, Maykl Essyenin transferi və gələcəklə bağlı verilən vədlər nəticə verməkdədi. Bununla yanaşı, “Dənizçilər” fanklubunun Bayılda və “20-ci sahə”də durmadan təbliğat işləri apardığı da iddia olunur. Fanklubun rəhbəri Atif Rüstəmli bizimlə söhbətdə məsələyə aydınlıq gətirdi: “Burda Essyenlik bir şey yoxdu. Düzdü, Bakıdakı ingilis futbolsevərlər, hətta “Çelsi”nin azarkeşləri maraqlanır, soruşur. Hətta Essyen yeni gələn vaxtlarda ona görə gələnlər də olurdu. Lakin ümumi sayın artması sırf bir futbolçuya görə deyil. Etiraf edək ki, meydanda çox vaxt keçirmir, son oyunları isə zədə səbəbindən buraxıb. Bilirik ki, Maykl avrokubok oyunları üçün nəzərdə tutulub... Azarkeş sayının artması sırf öz zəhmətimizin bəhrəsidi. Bununla bağlı işlər görürük, klubu təbliğ edirik. Özüm tribunaya yad adam deyiləm. 1997-2005-ci illər aralığında “Flaqman”ın üzvü olmuşam, Səbail, Badamdar ərazisi üzrə cavabdehlik daşıyırdım. Həmin dönəmdə azarkeşliklə bağlı yetərincə təcrübə topladığımı deməliyəm. Yəni azarkeşin “damarını tutmağı” bacarıram. Ofisimiz var, orda yığışıb iclas keçiririk, qərarlar veririk. Hər yerdə əlaqələrim var. Zonalar üzrə cavabdeh şəxslər ayırmışam ki, onlar bu yöndə mənə kömək edirlər. Təkcə Bayıl və “20-ci sahə”dən yox, “Sovetski”dən, “Kubinka”dan, Yasamaldan, hətta Biləcəridən, Xırdalandan da gələnlər var. Sıralarımıza muzdlu azarkeş qoşula bilməz. Əsas məqsədim aramızda elələrinin olmamasıdı. Azarkeşsənsə, sevgin nəyəsə yox, sırf kluba olmalıdı. Kimsə forma istəyirsə və ya hansısa başqa niyyətini hiss edirəmsə, onları dərhal uzaqlaşdırıram. Mənə say yox, keyfiyyət lazımdı. Sayımız durmadan artır. Hazırda daim oyunlara gələn azı 500 azarkeşimiz var. Bu gün səfər oyunlarına çox sayda üzvlə gedən “Qarabağ”la “Neftçi”nin fanklublarından sonra üçüncü azarkeş qrupuyuq. Məsələn, Qəbələyə üç avtobusla yollanmışdıq. Təbliğatı təkcə futbolla bağlı işlərdə aparmıram. Aramızda könüllülər və tələbələr də var. Fəaliyyətimiz təkcə tribuna ilə məhdudlaşmır. Tez-tez yığışıb futbol oynayırıq, hansısa məsələləri müzakirə edirik. Böyük işlər görmək istəyirik. Mayın 5-də 2 yaşımız tamam olur. İnşallah, həmin gün “Səbail” “Qarabağ”la oyunda yaxşı nəticə qazanıb bizi təbrik edər. Yeri gəlmişkən, bu görüşlə bağlı da ciddi hazırlıq işləri gedir. Detallara varmaq istəmirəm, sürprizləri özünüz görəcəksiz”.
...anlaşılmazlığı...
“Qarabağ”la qarşılaşmada “Zirə”nin bir neçə aparıcı futbolçusu kimi Kamal Bayramovun da meydanda olmaması yekun nəticədə özünü göstərdi. Bir çoxu ehtiyatda qalmışdısa, zədəlilər – Bilal Həmdi ilə Kamal Bayramov mərkəzi sektorda, yəni media mənsublarının oturduğu yerdən bir az aşağıda əyləşmişdi. Odu ki, yaşanan ən kiçik detal belə, diqqətimizdən yayına bilməzdi.
İlk yarının gedişində Kamalın yerində deyinməsi, çox keçmədən ayağa qalxıb polislə mübahisə etməsi ətrafdakıların təəccübünə səbəb oldu. Çox keçmədən polis mayoru gəlib hər ikisini yanına çağırdı, bununla da söhbət bağlandı. Nəticədə polis az öncə dayandığı yerdən uzaqlaşdı. Söhbətin təfərrüatını bilmədiyimizdən, Kamalla əlaqə saxlayıb nə baş verdiyini soruşduq: “Açığı, elə bir problem olmadı. Mən buna münaqişə, yaxud mübahisədən çox anlaşılmazlıq deyərdim. Dediyiniz kimi, mərkəzi sektorda oturmuşdum, asayişi qoruyan polis də qarşımdaydı. Yəni meydanı tam görə bilmirdim. Polisə iradımı bildirdim, futbola baxmaq istədiyimi dedim. O isə vəzifə borcunu yerinə yetirdiyini və həmin yerdə dayanmalı olduğunu deyincə, kiçik anlaşılmazlıq oldu. Komandirləri uzaqdan görüb yaxınlaşdı. Mayora durumu başa saldım, VİP-loja olduğunu söylədim, sağ olsun, anlayışla qarşıladı. Polisə orda yox, oyuna baxanlara mane olmayacağı yerdə dayanmağı tapşırdı. Burda özümü də günahlandırıram. Polisdi, işini görür, tapşırığı yerinə yetirir. Gərək bir az səbrli davranıb sözümü başqa cür deyəydim”.
...məyusluğu
Aprelin 26-da, yəni “Neftçi” – “Sumqayıt” qarşılaşmasından bir gün öncə “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin doğum günü idi. Bu fanklubun “Neftçi” üçün nə dərəcədə önəmli olduğunu klub və komandada çalışanlar, oynayanlar yaxşı bilir. Odu ki, stadionun diktoru məlum hadisəyə biganə qalmamışdı. Oyundan əvvəl Sübhanın ad günü elan olundu və azarkeşlər bu xəbəri alqışla qarşıladı.
Təəssüf ki, matçdan öncə üzü gülən Əliyevin sifət cizgiləri 90 dəqiqənin tamamında fərqli idi. Meydanda top dalınca qaçanlar səbəbkarı qələbəylə təbrik etmək əvəzinə, məğlubiyyətlə üzmüşdü. Bəlkə də qrupun rəhbəri sevimli komandasının növbəti 3 xalı qazanacağına inanıb, ad günü şənliyinin qarşılaşmadan sonra da davam edəcəyini gözləyirdi. Əksi yaşandı. Bundan ən çox əziyyət çəkən isə başda Sübhan olmaqla, “forzalılar” idi. Hər halda, 33 yaşını tamamlayan stajlı azarkeşi dinləyək: “Düzü, ad günüm günü, yəni oyundan bir gün əvvəl uşaqlarla oturmuşduq. Sağ olsunlar, zəng edib dəvət etdilər, qeyd etdik. Amma mənim üçün ən böyük hədiyyə “Neftçi”nin qələbəsi ola bilərdi ki, sağ olsunlar, burnumuzdan gətirdilər. Açığı, komandanın məğlub olacağını ağlımın ucundan keçirmirdim. Qələbə təqdirdində nə edəcəyimizi planlaşdırmamışdıq. Yəqin ki, hardasa oturacaqdıq. Təbriklərə gəlincə, klubdan Rüstəm Allahverdiyevlə Ceyhun Sultanov zəng etmişdi, yazmışdılar. Futbolçulardan Aqil Məmmədov, Ruslan Abışov. Ruslan hətta hədiyyə də göndərmişdi. Hələ ki susmuşuq, danışmırıq. Çünki cüzi də olsa, çempionluq şansımız var. Mövsüm başa çatsın, sonrasına baxarıq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar