23 apr 14:16liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...iradı...

“Sumqayıt”ın turnir cədvəlinin “quyruğunda” yer almasının səbəbkarları qapıçılarla müdafiəçilərdi. “Kimyaçılar” az qala hər oyunu məğlub başa vurursa və çempionatda qapısında ən çox top görən (40) iki komandadan biridisə, əlavə şərhə ehtiyac yoxdu.
Bu mənada Adil Nağıyevi fərqləndirməmək mümkün deyil. Qış fasiləsində “Zirə”ni “Sumqayıt”a dəyişən ucaboy müdafiəçi yeni komandasında inamsız təsir bağışlayır. Rəqiblər ya onun səhvlərindən qol vurur, ya da müdafiəçi komandasını çətin vəziyyətdə qoyur. Elə “Səbail”lə qarşılaşmada da ən zəif bəndlərdən biri, hətta birincisiydi. Nağıyevin sıraladığı səhvlər artıq yerli azarkeşləri də özündən çıxarıb. İş o yerə çatıb ki, ”Sumqayıt”ın 69 yaşlı fanatı Azad dayı da Adilin əməllərindən boğaza yığılıb. Son qarşılaşmanın ilk hissəsində özündən çıxan stajlı fanat “5 nömrə”yə iradlarını bildirəndən sonra futbolçunu futboldan getməyə səslədi. Ardınca digər tərəfdarlar da ona dəstək nümayiş etdirdilər.
Məlum durumla bağlı səbəbkarın fikirlərini öyrənmək maraqlı idi: “Açığı, Azad dayının ünvanıma nəsə söylədiyini indi sizdən eşidirəm. Bəlkə də oyun vaxtı diqqətim meydanda olub deyə, fikir verməmişəm, eşitməmişəm. Amma həm Azad dayı, həm də bir neçə azarkeşlə yaxşı münasibətim var. Bəzən məşqlərə gəlib dəstək verirlər, sağ olsunlar. Ona görə də dediyiniz mənə təəccüblü gəldi. O ki qaldı oyundakı səhvlərə, futboldu, səhv etməyən futbolçu yoxdu. Bəzən böyük komandalarda böyük futbolçular da səhvlərlə yadda qalır. Bacardığım qədər səhvsiz oynamağa çalışıram. Həm də “Sumqayıt”a 3 aydı qoşulmuşam. Buna qədər 4 il “Zirə”də oynayırdım. İstər-istəməz uyğunlaşmaq müəyyən vaxt aparır. Fikir vermişdizsə, “Zirə”də müdafiənin sağında oynayırdım, “Sumqayıt”da isə solda çıxış edirəm. Əlbəttə, baş məşqçi hansı tapşırığı versə, yerinə yetirmək borcumuzdu. Sadəcə, bəzən bu da özünü göstərir”.
...narazılığı...
“Keşlə” “Qarabağ”la oyunun ilk hissəsində ardıcıl üç zərbə aldı. Öncə Con Kamara açıq rəngli vərəqə ilə cəzalandı ki, bu onun 4-cü “sarı”sı və növbəti oyunu buraxması demək idi. Daha sonra Şahin Zəkiyev üzündən ağır zərbə alıb vaxtından əvvəl əvəzlənməli oldu. Həmin epizodun davamında Tərlan Əhmədov hakimə etiraz etdiyinə görə texniki zonadan qovuldu.
Zəkiyevin oyunu davam etdirə bilməyəcəyi məlum olanda maraqlı olaya şahidlik etdik. Belə ki, məşqçilər heyətindən “hazırlaş” tapşırığını alan ehtiyat qapıçı Davud Kərimi öncə əynindəki tərliyi çıxarıb yerə çırpdı, daha sonra dəfələrlə başını yelləməklə diqqəti çəkdi. Halbuki oyuna sonradan qoşulan futbolçular, adətən, sevinir, böyük həvəslə meydana çıxmağa hazırlaşır.
Davud isə əksini etməklə o anı görənləri təəccübləndirdi. Həmin məqamdan iki nəticə çıxarmaq olar. Kərimi ya meydana çıxmağa hazır deyildi, ya da komanda yoldaşının zədələnməsi ona pis təsir etmişdi. Həqiqəti öz dilindən eşidək: “Həmin an meydana daxil olmağım gözümə görünmürdü. Bütün fikrim Şahinin yanındaydı deyə, üzgün idim. Gənc futbolçudu, ilk rəsmi oyununa çıxırdı, o da belə. İçimdə narahatlıq vardı. Biz qapıçıların arasında təkcə idman-futbol münasibəti yoxdu, həm də dostuq. Qışda mən zədələndim, təlim-məşq toplanışında iştirak etmədim. Sonra Kamran sıradan çıxdı. Bu dəfə də Şahin belə oldu. Nə olursa, hər şey ancaq biz qapıçıların başına gəlir. Həmin an bunların hamısını düşünüb əsəbləşmişdim”.
...zədəsi
“Qəbələ” “Zirə” üzərində layiqli qələbə qazansa da, Dmitri Bezotosnı həmin 3 xala doyunca sevinə bilmədi. Buna səbəb isə ukraynalı qapıçının heç kimin gözləmədi halda zədələnib meydandakı yerini Anar Nəzirova verməsiydi. Dima ilk hissənin sonlarına yaxın topu oyuna daxil edəndə sürüşüb yerdə qaldı ki, həkim müayinəsindən sonra ayağının burxulduğu ortaya çıxdı. O vəziyyətdə davam edə bilməzdi deyə, ağırlar içində paltardəyişmə otağına yollandı.
Bölgə təmsilçisinin kubok mübarizəsini davam etdirdiyini, premyer-liqada isə “bürünc”ü hədəflədiyini nəzərə alsaq, qarşıdakı oyunlarda təcrübəli qapıçının meydana çıxmaması “qırmızı-qaralar” üçün ciddi itki sayıla bilər. Düzdü, Anar Nəzirov da dünənki uşaq deyil. Amma razılaşaq ki, Bezotosnı “çərçivə”də Anarı bir baş üstələyir. Dmitrinin son durumu və gələcək taleyi ilə bağlı komandanın həkimi Roman Jolobaylyuk həmyerlisinin omba nahiyəsində əzələ dartılması ilə bağlı problem olduğunu bildirib: "Düzdü, bu, hələ ki şübhədi. Çünki MRT müayinəsi etməmişik. Bunu Dimanın durumundan asılı olaraq ya "Qarabağ"la evdəki kubok matçınadək, ya da ondan sonra edəcəyik. Bildiyiniz kimi, artıq növbəti həftənin 2-ci günündə ilk yarımfinal matçına çıxacağıq. Ancaq belə zədələrin bərpası minimum 2 həftədi. İndidən deyə bilərəm ki, Bezotosnı 2-3 həftədən sonra yaşıl meydana dönə biləcək. Yəni “Qarabağ”la yarımfinal görüşlərində oynaya bilməyəcək. Hazırda Qəbələdəyik və bunu deyə bilərəm ki, axsayan Bezotosnının müalicəsinə dərhal başlamışıq. Bu, buzqoyma, müxtəlif tibbi preparatların verilməsindən ibarətdi. Kubokun finalı? Əvvəla, finala çıxmaq istəyirik və bunun reallaşacağına ümid edirik. Belə olarsa, Bezotosnının həmin matçadək sıraya qaytara biləcəyimizə ümid bəsləyirik. Hər halda, mən komandanın həkimi olaraq bunun üçün əlimdən gələn hər şeyi, maksimum gücümü sərf edəcəm".
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar