23 apr 13:49liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Əliyardan “Keşlə”yə üç zərbə
Premyer-liqanın 25-ci turunda nəticəyə təsir edən hakim səhvləri qeydə alınmadı. Baxmayaraq ki, oyunların ikisində gənclər iş başında idi. Əksinə, Əliyar Ağayevin mübahisəli qərarlarına şahidlik etdik. Rövşən Rəcəbovun işi də maraq doğururdu. “Əlincə Arena”dakı matç onun bu mövsüm premyer-liqada ilk oyunu idi. Əslində isə Rəcəbov üç il əvvəl (2016-cı il mayın 7-də keçirilən “Qarabağ” – “Sumqayıt” oyunu) yüksək liqada baş hakim kimi debüt edib.
VÜQAR HƏSƏNLİ, Sumqayıt – Səbail
Gənc hakimin nəticəyə təsir edən səhvi olmasa da, qüsurları var idi. Əsasən metodiki səhvlərə yol verən Həsənli prinsipial məqamlarda ayıq-sayıq davrandı. Onun üç dəqiqə ərzində iki sarı vərəqə göstərib meydandan qovduğu Tome Kitanovski hər iki vərəqəni, başqa sözlə, “qırmızı”nı haqq edirdi. Makedoniyalı müdafiəçi hakimdən rəqibə vərəqə göstərməyi tələb etdiyinə görə cəzalandı. Maraqlıdı ki, Aftandil Hacıyev də bu qaydadan məlumatsız olduğunu etiraf etdi: “Həqiqətən də yeni qaydalardan xəbərimiz yoxdu. Ümumiyyətlə, futbolçularımız arasında maarifləndirmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı. Kitanovski əli ilə hakimə rəqibə sarı vərəqə göstərməli olduğunu bildirdi ki, buna görə də qarşısında ikinci “sarı”nı görmüş oldu. Sözün düzü, özüm də yeni qaydalara görə bu jestə vərəqə düşdüyünü bilmirdim”.
ƏLİYAR AĞAYEV, Qarabağ – Keşlə
Ümumilikdə Əliyarın idarəçiliyi pis deyildi. Ancaq yaxşı da demək olmaz. Nəzərə alaq ki, “Qarabağ”ın birinci qolunda hakimin müəyyən səhvi var idi. Mahir Mədətov təkbətək çıxdığı “Keşlə”nin qapıçısına dizi ilə ciddi xəsarət yetirsə də, FİFA referisi epizodun davamını gözlədi və nəticədə Simeon Slavçev dönən topu tora qovuşdurdu. Halbuki qapıçı artıq toqquşmadan sonra rəqibin təkrar vuruşuna reaksiya göstərə bilməyərək yerdə qıvrılırdı. Üstəlik, məhz bu epizoda etiraz edən Tərlan Əhmədov texniki zonadan kənarlaşdırıldı. Beləliklə, “Keşlə” bir səhv nəticəsində üç zərbə aldı. Hərçənd baş məşqçinin aqressivliyinə də haqq qazandırmaq olmaz. 45-ci dəqiqədə “Qarabağ” az qala ofsayddan fərqlənəcəkdi. Hakimlər meydan sahiblərinə bu imkanı yaratmışdı. Penalti epizodu da mübahisəyə səbəb oldu. Seymur Əsədov cərimə meydançasında təhlükəni uzaqlaşdırmaq istəyərkən, Mahir Mədətov topa ayaq qoydu. Belədə arxası qapıya tərəf olan Seymur bilməyərəkdən rəqibin ayağına toxundu. FİFA referisi qapıya birbaşa təhlükə olmadığını, Seymurun niyyətinin topa oynamaq olduğunu nəzərə almadı və penalti təyin etdi.
RÖVŞƏN RƏCƏBOV, Sabah – Neftçi
Gənc referi ötən tur "Jozef-Monroz qalmaqalı" ilə gündəmə gəlmişdi. Həm futbolçuların geyimini yoxlamadığına, həm Stiveni məlum hərəkətə təhrik etdiyinə, həm də o an əsas hakimdən futbolçuya qırmızı vərəqə verməsini tələb etməyə cəsarəti çatmadığına görə. Bütün bunların "mükafatı" kimi Hakimlər Komitəsi onu paytaxt derbisinə göndərmişdi. Yetərincə gərgin alınan qarşılaşmanın ilk yarısında ədalət təmsilçisinin işini elə də yüksək qiymətləndirmək olmaz. Oyuna nəzarəti vərəqələr hesabına gerçəkləşdirmək xətti götürən referi elə gərginliyin yaranmasının da əsas səbəbkarı idi. İlk yarıda Vangelis Platellasa qarşı aşkar kobudluğa göz yuman, nəinki vərəqə göstərən, hətta cərimə zərbəsi belə təyin etməyən referi "Neftçi"nin haqlı narazılığına səbəb oldu. Ümumiyyətlə, ilk yarıdakı idarəçilik haqda xoş sözlər demək olmaz. Amma nəticəyə təsir edən səhvə yol vermədi. Baxmayaraq ki, "Sabah"ı azlıqda qoydu. Novruz Məmmədova göstərilən hər iki vərəqə haqlı idi. Hərçənd müdafiəçinin ikinci "sarı"sını dərhal yox, müəyyən tərəddüdlə verdi. Meydan sahibləri azlıqda qaldıqdan sonra 2 qol buraxdılar ki, bundan sonra intriqa öldü. Odu ki, ədalət təmsilçisi üçün qalan dəqiqələrin öhdəsindən gəlmək o qədər də çətin olmadı. Hə, oyundan sonra Emin Mahmudovun hakimlər haqda söylədiyi fikirlər ümumi mənzərəni müəyyən qədər aydınlaşdırır: "Bizim oyunlara daha çox gənc hakimləri təyin edirlər. Bəzi hallarda da çox sarı vərəqə göstərirlər. Mən də hakimə deyirdim ki, çox "sarı"ya ehtiyac yoxdu. Artıq neçənci oyundu bizim matçımıza gənc referi göndərilir. Bizdən çox onlara çətin olur. Çünki biz çempionluq uğrunda mübarizə aparırıq. Onlar üçün isə belə oyunu idarə etmək asan deyil. Düzdü, onlara da "artırmaq" üçün belə oyunları idarə etmək lazımdı. Amma bu hal, demək olar, hər tur olur. Hakimlər bizim üstümüzdə öyrənəcəklər. Bizim oyunlarımız gərgin, əsəbi alınır. Bu da gənc hakimlərə çətinliklər törədir". Bu həm də Hakimlər Komitəsinə ismarıc, eyni zamanda, haqlı iraddı.
İNQİLAB MƏMMƏDOV, Qəbələ – Zirə
Qəbələdəki oyunu idarə etmək İnqilab Məmmədov üçün elə də çətin olmadı. Yağış səbəbindən meydan ağır idi ki, bu da oyunun sürətinə təsirsiz ötüşmədi. Xüsusilə ilk yarıda temp aşağı idi. Çimərlik üzrə FİFA referisi oyunun əvvəlində “Zirə”nin iki futbolçusuna sarı vərəqə göstərməklə vəziyyəti tam nəzarət altına aldı. Yalnız ikinci hissənin ortalarından etibarən oyun sürətləndi ki, yenə vərəqələri işə saldı. Hələ o, bir neçə epizodda futbolçuları bağışladı. Xüsusilə “Qəbələ”dən oyunu bilərəkdən yubadan, aut zamanı topu az qala yarım dəqiqə əlində saxlayıb sonra komanda yoldaşına ötürən Asif Məmmədova ikinci “sarı”nı verib meydandan kənarlaşdırmaq olardı. İnqilab Məmmədovun metodiki səhvləri də oldu. Belə ki, bir epizodda Ceyms Adeniyi zədələnən futbolçunun olduğunu görüb topu meydandan kənarlaşdırdı. Hakim isə autu məhz “Qəbələ”nin yerinə yetirməsini işarə etdi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar