21 apr 12:57liqa, reportaj

“Sumqayıt”ın qara günləri davam edir

“Sumqayıt”ın qara günləri davam edir
97. Sumqayıt – Səbail 1:2 (1:0)
1. Mehdi Cənnətov – 4,5
18. Süleyman Əhmədov – 4,5
(22. Əfran İsmayılov, 81) – qiymətsiz
4. Şəhriyar Əliyev – 4,0
3. Vurğun Hüseynov (k) – 4,5
5. Adil Nağıyev – 3,5
21. Arif Daşdəmirov – 4,0
97. Xəyal Nəcəfov – 4,0
(60. Elvin Məmmədov, 63) – 4,0
77. Murad Xaçayev – 4,0
10. Aleksey İsayev – 4,5
7. Cavid Tağıyev – 4,5
8. Peyman Babayi – 5,0
(49. İbrahim Əliyev, 75) – 4,0
Ehtiyat oyunçular
12. Rəşad Əzizli
13. Aydın Bayramov
2. Rail Məlikov
17. Nicat Qurbanov
34. Elvin Bədəlov
15. Əmir Ağayev
9. Ehtiram Şahverdiyev
70. Ülvi İsgəndərov
74. Yusif Nəbiyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Peyman Babayi

25. Elxan Əhmədov – 4,5
13. Şəhriyar Rəhimov – 5,0
5. Vüqar Bəybalayev – 5,0
(4. Enrike Perilyo, 81) - qiymətsiz
32. Elvin Yunuszadə - 5,0
33. Tome Kitanovski – 4,0
14. Rahid Əmirquliyev (k) – 5,0
77. Ədilxan Qarəhmədov – 4,5
(17. Elçin Rəhimli, 64) – 4,5
10. Ağabala Ramazanov – 5,5
27. Emil Martinov – 4,5
(8. Yevgeni Koçuk, 46) – 5,5
28. Kevin Kubemba – 5,5
21. Oke Akpoveta – 6,0
Ehtiyat oyunçular
50. Fərhad Vəliyev
20. Eltun Yaqublu
26. Kamal Qurbanov
88. Orxan Qurbanlı
11. Ruslan Qurbanov
9. İmanol İriberri
6. Maykl Essyen
18. Aqşin Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Oke Akpoveta
Qollar: P.Babayi, 14 (1:0). A.Ramazanov, 52 (1:1, O.Akpoveta). O.Akpoveta, 75 (1:2).
Vərəqələr: A.Daşdəmirov, 19 (qeyri-idman hərəkəti). T.Kitanovski, 55 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 58 (qeyri-idman hərəkəti). C.Tağıyev, 63 (qeyri-idman hərəkəti). E.Əhmədov, 90+2 (oyunun bərpasını ləngitmək) – sarı. T.Kitanovski, 58 (hakimdən sarı vərəqə tələb etmək) – qırmızı (ikinci sarı).
Hakimlər: VÜQAR HƏSƏNLİ, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu (hamısı Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
18 aprel. Sumqyaıt. Kapital Bank Arena. 1000 tamaşaçı (1326 yerlik).
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ötən il bu vaxt premyer-liqada az qala “üçlüy”ə düşmək uğrunda mübarizə aparan “Sumqayıt” cari mövsümün müvafiq dövründə elitada yerini qorumaq uğrunda vuruşur. Qışdan sonra cəmi bir qələbə qazanmaqla azarkeşini məyus edən “kimyaçılar”ın “doğma divarlar” arasında “Səbail”ə qalib gələcəyini gözləyənlərin sayı çox olsa da, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda qış fəslini xatırladan soyuq aprel günündə stadiona gələn sumqayıtlıları növbəti dəfə evə məyus yola saldı. Mövsümdə ikinci dəfə “ağ-göylər” yarım saatdan çox azlıqda qalan rəqibə qalib gələ bilmədilər. 18-ci tura təsadüf edən “Sabah”la qarşılaşmada “kimyaçılar” heç olmasa 90 dəqiqənin tamamında 1 xal qazana bilmişdilərsə, “dənizçilər”lə oyunda, ümumiyyətlə, xala həsrət qaldılar.
Halbuki hər şey meydan sahibləri üçün yaxşı başlamışdı. İlk dəqiqələrdən üstünlüyü ələ keçirən sumqayıtlılar artıq 14-cü dəqiqədə hesabda önə çıxmağı bacardılar. Meydanın mərkəzinə yaxın hissədə top Peymana düşdü. Forvard “Səbail”in qapıçısının irəli çıxdığını görüb uzaqdan “paraşüt” zərbə ilə hesabı açdı. Yeri gəlmişkən, bu qol mövsümün ən yaxşısı olmasa da, heç şübhəsiz ki, ilk “üçlüy”ə düşməyə namizədlərdən biri olacaq. Qoldan daha da ruhlanan “kimyaçılar” ilk yarıda güclü küləyin də rəqibin qapısına tərəf əsməsindən istifadə edərək tez-tez hücumlar edir, qonaqlara çətin anlar yaşadırdılar. Xüsusilə də ilk qolun müəllifi Babayi ilə Alekseyin daha fəal olduğunu qeyd etmək lazımdı. Sürətli və güclü zərbələrə malik cənubi azərbaycanlı forvard bir çox epizodlarda məsuliyyəti üzərinə götürüb “Səbail”in müdafiə xəttini tək yarmağa çalışırdı. Lakin onun cəhdləri fayda vermirdi. Bəzi anlarda isə Babayinin yersiz hərəkətləri meydan sahiblərinin həmlələrinin kəsərini heçə endirirdi. İlk yarıda oyuna nəzarət edən “ağ-göylər” başqa qol vurmayınca, azarkeşlər birinci 45 dəqiqədə bir qolla kifayətləndilər.
Fasilədə Martinovu Koçukla əvəzləməyi lazım bilən Aftandil bəyin meydanın mərkəzini ələ keçirmək cəhdi ikinci hissədə özünü doğrultdu. Qonaqların baş məşqçisi bu dəfə küləyin onların xeyrinə işləyəcəyini nəzərə alaraq, daha çox dağıdıcı funksiyanı yerinə yetirən, ilk qolda topu Peymana “bağışlayan” bolqarıstanlı yarımmüdafiəçini yaradıcılığı və kəskin ötürmələr vermək qabiliyyətiylə seçilən moldovalı ilə əvəzlədi ki, bu da hesabda əksini tapdı. Artıq 52-ci dəqiqədə “dənizçilər” Ağabalanın vurduğu qolla “status-kvo”nu bərpa etməyi bacardılar. Korner vuruşundan sonra rəqib müdafiəçilərlə “ikinci mərtəbə”də mübarizədən qalib ayrılan Akpovetanın başla ötürməsindən sonra “mərmi” qışdan sonra qolçuluq bacarığını nümayiş etdirən Ramazanovun qarşısına düşdü və o, mövsümdə 6-cı qolunu vurdu. Hesab bərabərləşəndən sonra meydan sahiblərinin xarakter göstərib irəli atılacağını, qələbə qazanmaq üçün dəridən-qabırdan çıxacağını gözləmək olardı. Lakin “Sumqayıt”ın futbolçuları növbəti dəfə komanda ruhunun, bəzi oyunçularda idmançılara xas xarakterin olmadığını nümayiş etdirdilər. Qarşısına 3 xal məqsədi qoyan komandanın futbolçuları meydanda son nəfəsədək vuruşmalıdı. Təəssüf ki, bu gün “kimyaçılar”da bu yoxdu. Onu da vurğulayaq ki, yuxarıda qeyd etdiyimiz kimi, uzatma dəqiqələrini də nəzərə alsaq, qonaqlar 37 dəqiqə meydanda azlıqda mübarizə aparmağa məcbur idilər. Kitanovski 58-ci dəqiqədə heç nədən komandasını azlıqda qoydu. 75-ci dəqiqədə isə “dənizçilər” onlara qələbə gətirən qolu vurmağı bacardılar. İlk qolda məhsuldar ötürmə ilə yadda qalan Akpoveta bu dəfə özü fərqləndi. Qaradərili forvard Şəhriyarın uğursuz şəkildə geri qaytardığı topu təxminən 14 metrdən dəqiq zərbə ilə “9-luğ”a sancmağı bacardı. Buna qədər isə “kimyaçılar”ın fərqlənmək üçün real imkanları olmuşdu. 66-cı dəqiqədə Peyman dubl etməyə yaxın olsa da, top dirəkdən geri qayıtdı. 2 dəqiqə sonra isə forvardın zərbəsi toru silkələsə də, hakim epizodu ofsayd kimi dəyərləndirib qolu qeydə almadı. Qalan dəqiqələrdə qol olmadığından matç qonaqların qələbəsi ilə başa çatdı.
RƏŞAD

Reaksiyalar
Ayxan Abbasov: “Qələbəni əldən buraxdıq. Uduzmağa layiq deyildik. Bu oyunu udub, kubokun yarımfinalına motivasiyalı getmək istəyirdik. Hər şey son oyunlarda həll olunacaq. Futbolçular meydanda çalışdılar. Ümid edirik ki, qarşıdakı matçlarda istədiyimiz nəticəni əldə etməyi bacaracağıq. Komandada müəyyən inamsızlıq ola bilər. Ancaq xarakterlə bağlı problem yoxdu. Bütün futbolçularımız meydanda sona qədər mübarizə aparır. Bu gün bəzi oyunçularımızda, xüsusilə də gənclərdə bəlkə də müəyyən həyəcan hiss oluna bilərdi ki, bu da hardasa başadüşüləndi. Rail Məlikovun ehtiyatda qalmasına gəlincə, müəyyən rotasiya etməliydik ki, kubokun yarımfinal oyununa daha optimal heyətlə çıxaq. Builki acıları unudurmaq üçün kubokun yarımfinalı bizim üçün daha önəmlidi”.
Aftandil Hacıyev: “Çempionat sona yaxınlaşdıqca həyəcan artır. Bu gün azarkeşlər üçün baxımlı oyun alındı. Bəzi məqamlarda səhvlərimizdən rəqib yararlanmağı bacardı. Oyunda dönüş yaratmaq üçün ilk hissədən sonra Yevgeni Koçuku meydana buraxdıq. Çoxdan belə ikinci yarı görmürdük. 2 qol vurduq və vacib 3 xal qazandıq. Tome Kitanovskinin qırmızı vərəqə aldığı epizoda gəlincə, həqiqətən də yeni qaydalardan xəbərimiz yoxdu. Ümumiyyətlə, futbolçularımız arasında maarifləndirmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı. Kitanovskinin oyunundan razı qaldım. Amma əli ilə hakimə rəqibə sarı vərəqə göstərməli olduğunu bildirdi ki, buna görə də qarşısında ikinci “sarı”nı görmüş oldu. Sözün düzü, özüm də yeni qaydalara görə bu jestə vərəqə düşdüyünü bilmirdim Açığı, hələ ondan əvvəl əvəzləmək istəyirdim. Sonradan fikirləşdim ki, yaxşı ki bu addımı atmamışam. Çünki oyunun sonlarına yaxın Vüqar zədələnərək meydanı erkən tərk etməli oldu. Kitanovskini çıxarsaydım, Vüqarın yerinə heç kimi meydana buraxa bilməyəcəkdim. Deməzdim ki, hər dəfə qol buraxandan sonra qollar vururuq. Amma bu məqam üzərində daha çox dayanmaq lazımdı. Oyunda geridönüş etməyimiz müsbət məqamdı. Planımızda "Sumqayıt"ı topsuz qoymaq və irəliləyən dəqiqələrdə boşluqlardan yararlanmaq vardı. Hələ avrokubok barədə düşünmək tezdi. Maykl Essyeni hər oyunda meydana buraxmaq istəyirik. İstəyirik ki, getdiyimiz hər yerdə azarkeşlər onun kimi tanınmış futbolçunu meydanda görsünlər. Amma onu da nəzərə almaq lazımdı ki, o bir ildən artıqdı yüksək səviyyədə futbol oynamır. Belədə Essyenin zədə almaq ehtimalı böyükdü. Onunla ilyarımlıq müqaviləmiz var. Azarkeşlər Essyeni hələ yaşıl meydanda çox görə biləcək”.

Gözdən qaçmadı
* Oyunun iş günü və erkən saatda keçirilməsi azarkeş sayına da təsir etmişdi. Aprelə xas olmayan soyuq havanın hökm sürməsi də sumqayıtlı azarkeşlərin stadiona gəlməsinə təsir göstərmişdi. Daim dolu görməyə adət etdiymiz “Kapital Bank Arena”nın, demək olar ki, yarıdan çoxu boş qalmışdı. Baxmayaraq ki, oyunun protokolunda azarkeş sayı 1000 nəfər göstərilib.
* 50-ci dəqiqədə Elvun Yunuszadə ilə Aleksey İsayev arasında münaqişə yaşandı. Bu məqam hakimin gözündən yayınsa da, futbolçuların bir-birini təhqir etməsini, barmaq silkələməsini hamı gördü.
* 35-ci dəqiqədə “Sumqayıt”ın sadiq azarkeşi, hamının tanıdığı Azad dayı qəfil oturacaqların üstü ilə soldan sağa elə şığıdı ki, hətta polislər belə onun qarşısını kəsə bilmədilər. 69 yaşlı fanatı bu addımı atmağa məcbur edən isə Adil Nağıyevin növbəti kobud səhvi idi. Azad dayı “nə qədər belə edəcəksən” deyib, Adili futboldan getməyə səslədi. Onun bu gözlənilməz sıçrayışı hamı tərəfindən xoş qarşılandı və fanklub üzvləri birağızdan “Azad dayı” qışqırmağa başladılar. Hətta polislər belə öz aralarında yaşlı azarkeşin “Sumqayıt”a sevgisinə həsəd aparırdılar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar