21 apr 12:49liqa, reportaj

"Qəbələ" yeni prezidenti 3 xalla salamladı

"Qəbələ" yeni prezidenti 3 xalla salamladı
100. Qəbələ – Zirə 2:1 (1:0)
22. Dmitri Bezotosnı - 5,0
(1. Anar Nəzirov, 45+4) - 5,0
34. Urfan Abbasov - 5,5
27. Bəhlul Mustafazadə - 5,5
3. Voislav Stankoviç - 5,5
2. Amin Seydiyev - 5,5
4. Elvin Camalov - 5,0
88. Sabien Lilay - 5,0
17. Ceyms Adeniyi - 6,0
14. Cavid Hüseynov (k) - 5,0
(11. Asif Məmmədov, 46) - 5,5
9. Davit Volkov - 5,5
10. Rauf Əliyev - 5,0
Ehtiyat oyunçular
35. Murad Popov
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
8. Qismət Alıyev
18. İlqar Qurbanov
21. Lalavele Atakora
28. Stiven Jozef-Monroz
33. Vüsal Məsimov
77. Samir Qurbanov
98. Rövlan Muradov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Ceyms Adeniyi

85. Kamal Bayramov (k) - 5,0
8. Kamal Mirzəyev - 5,0
14. Bəxtiyar Həsənalızadə - 5,0
26. Miloş Radivoyeviç - 5,0
88. Tellur Mütəllimov - 5,0
3. Budaq Nəsirov - 4,5
6. Vüqar Mustafayev - 5,0
77. Mirsahib Abbasov - 4,5
(99. Rafael Məhərrəmli, 46) - 4,5
10. Sadio Tounkara - 5,5
9. Aleksandr Dedov - 5,0
(18. Xulio Sezar Rodriges, 46) - 5,0
7. Pərdis Fərcad-Azad - 4,5
(17. Robin Nqalande, 65) - 4,5
Ehtiyat oyunçular
62. Abdulla Seyidəhmədov
13. Murad Musayev
11. Dilan Duventru
16. İbrahim Aslanlı
20. İsmail Fofana
23. Mfo Kqasvane
27. Adrian Skarlatake
38. İlkin Muradov
48. Şafik Tiqruca
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Sadio Tounkara
Qollar: D.Volkov, 20 (1:0, C.Hüseynov). C.Adeniyi, 56 (2:0, A.Məmmədov). S.Tounkara, 71 (2:1, X.S.Rodriges).
Vərəqələr: P.Fərcad-Azad, 12 (qeyri-idman hərəkəti). K.Mirzəyev, 14 (qeyri-idman hərəkəti). E.Camalov, 62 (qeyri-idman hərəkəti). A.Məmmədov, 67 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 74 (qeyri-idman hərəkəti). D.Volkov, 87 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Cavanşir Yusifov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
19 aprel. Qəbələ. Şəhər stadionu. 300 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 5, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Səhər dumanın və çiskin yağışın müşayiəti ilə Qəbələyə gedəndə yolboyu özlüyümdə görüşün nəticəsi barədə ehtimalları götür-qoy edirdim. "Qəbələ"nin "Zirə"yə qarşı lazımınca köklənməsi üçün bir neçə səbəb gəldi ağlıma. Premyer-liqanın 100-cü oyunu, Fariz Nəcəfov ilk dəfə prezident kimi həyəcan keçirəcək - kim bilir, nə qədər mükafat vəd edib, rəqib isə bu mövsüm yenə bilmədiyin "Zirə". Bir gün əvvəl "Səbail"in Sumqayıtda qələbə qazanması da "qırmızı-qaralar"ı səfərbər etməliydi. Xal fərqini yenidən 2-yə endirmək lazım idi ki, növbəti turda məhz Bayıl təmsilçisi üzərindəki qələbə işə yarasın, 3-cü yeri ələ keçirmək mümkün olsun. "Zirə" də həyətdəki dəyişikliklə "Qəbələ"yə "bacarırsansa, ikinci heyətimi ud" mesajı vermişdi. Hər halda, Samir Abasov kubokun yarımfinalını nəzərə alaraq, Kqasvane, Rodriges, Duventru, Fofana kimi əsas heyət üzvlərinə istirahət vermişdi. Əvəzində əvəzedici heyətə “sürgün olunan” Pərdis Qəbələyə gətirilmiş, hətta ona ilk "11-lik"də şans verilmişdi.
Meydan sahibləri hesabı erkən aça bilərdi. Ancaq 6-cı dəqiqədə Volkovun qapı xəttindən içəri çevirdiyi topu Rauf iki metrdən tora atmağı bacarmadı. Bir qədər sonra qonaqlar real qol vəziyyətini boşa verdi. Daha doğrusu, müdafiədə kobud ötürmə səhvindən sonra Dedov Bezotosnını qabaqlasa da, nədənsə özünü yerə atdı. Belədə top qapı xəttindən meydanı tərk etdi. Hesab hissənin ortalarına yaxın, konkret 20-ci dəqiqədə açıldı. Cavidin uzun ötürməsindən sonra sağ cinahdan cərimə meydançasına daxil olan Volkov çarpaz zərbə ilə topu tora qovuşdurdu. Beləliklə, ardıcıl ikinci turda fərqlənən gürcü yarımmüdafiəçi "Qəbələ"də ikinci qolunu vurdu.
Qoldan sonra oyuna nəzarət yenə "Qəbələ"nin tərəfində olsa da, eksperimental heyətlə çıxış etməsinə baxmayaraq, heç də pis görünməyən qonaqlar ara-sıra kəskin həmlələrlə rəqibini həyəcanlandırmağı bacarırdı. Belə epizodlardan biri 37-ci dəqiqədə yaşandı ki, Tounkaranın zərbəsi yaddaqalan oldu. Bezotosnı onun vuruşunu zərərsizləşdirdi. Ancaq ukraynalı ilk yarının sonunda bəxtsiz şəkildə zədələndi. Topu uzaqlaşdırarkən ayağı burxulan qolkiper yerini Anar Nəzirova verdi. Taleyin hökmünə bax ki, qışda əks düşərgəyə keçən Nəzirovun bəxtində ilk oyunu məhz sabiq komandasına qarşı keçirmək var imiş...
Hər iki komanda ikinci hissəyə dəyişikliklə başladı. Ötən turda fasilədən dərhal sonra bütün əvəzetmələrini gerçəkləşdirən Samir Abasov bu dəfə eyni anda iki dəyişiklik etdi. Gənc Rafael və əsas qol silahi Rodrigesin oyuna qoşulması ilə qonaqların üstünlüyü ələ alacağı gözlənilsə də, ikinci qolu da "Qəbələ" vurdu. İlk yarıdan sonra Cavidin əvəzinə meydana çıxan Asifin 56-cı dəqiqədə cinah ötürməsindən sonra Adeniyi topu qapıdan keçirdi. Bununla belə, təslim olmayan "Zirə" 71-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirməyi bacardı. Sadio Rodrigeslə “divar paslaşması”ndan sonra zərbə mövqeyinə çıxıb uzaq küncü dəqiq nişan aldı - 2:1. Sonrakı dəqiqələr qarşılıqlı hücumlarla yadda qalsa da, hesab dəyişmədi. Hərçənd əsas vaxtın sonuncu dəqiqəsində Rauf "Zirə"nin əzmini daha tez qıra bilərdi. Di gəl ki, vaxtında mövqeyini tərk edən Kamal qapısından 30 metr aralanıb hücumçunu qabaqladı və onu təkbətəkdən məhrum etdi. İstənilən halda, "Qəbələ" bu görüşdən və ümumiyyətlə, cari mövsüm "Zirə" ilə sonuncu dueldən, nəhayət, qalib ayrılmağı bacardı.
MİRAĞA

Reaksiyalar
Sənan Qurbanov: "Rəqib yaxşı komanda olduğundan çətin olacağını bilirdik. Çünki "Zirə"nin özünəməxsus oyun üslubu var. Futbolçularımız həm müdafiədə, həm də hücumda tapşırıqları yerinə yetirdilər. Ona görə onları təbrik etmək istəyirəm ki, zədəlilərimiz belə meydana çıxdılar, xarakter göstərdilər və vacib qələbə qazandıq. Stiven Jozef-Monroz ötən turdakı hərəkətinə görə ehtiyatda qalmamışdı. Zədəli olduğundan risk etmədik oynatmağa. Əlbəttə, hərəkətinə görə ona pul cəriməsi kəsmişik. Dmitri Bezotosnı bizim üçün çox vacib futbolçudu. Futbolda zədə qaçılmazdı. Ona ilkin tibbi müdaxilə edildi. Yaxın günlərdə MRT müayinəsi vəziyyətini göstərəcək. Elvin Camalov isə cəzalı duruma düşdü və "Səbail"lə vacib oyunu buraxacaq. Bizim üçün hər oyun vacibdi. Çünki çempionatda bürünc medal uğrunda mübarizə aparırıq. Ancaq futbolçulara deyə bilmərik ki, çıxın, asta, ehtiyatalı oynayın. Sadəcə, qaydalar çərçivəsində, emosiyalarını düzgün paylaşdıraraq oynamağı tapşırmışıq. Elvin bu gün böyük həcmdə iş gördü. Aldığı sarı vərəqəyə görə qınamağın yeri yoxdu".
Samir Abasov: "Məncə, bugünkü oyun bütün suallara aydınlıq gətirdi. Çempionatda medalçı yerlərdən birini tutmağa bütün şanslarımızı itirdk. Şansımız yalnız kuboka qalıb. Ona görə əsas futbolçularımıza istirahət vermişdik. Ancaq bu o demək deyil ki, Qəbələyə uduzmağa gəlmişdik. Az oynayanlara baxmaq, siqnal almaq istəyirdik və bu yetərincə oldu. Kimlərlə hara qədər gedəcəyik, kimlərlə yollarımızı ayıracağıq, bu haqda bizə məlumat verdilər. Hələ kubok şansımızı qoruyuruq. "Sumqayıt"la çətin oyunlarımız var. Rəqibimiz bir gün əvvəl oynadı. Üstəlik, biz səfərdə çıxış etdik, hələ yol gedəcəyik. Sırf kubok oyunlarına görə əsas hücumçularımızı qorumaq, onlara istirahət vermək istəyirdik. İki hücumçumuz vardı ki, bir-birini dəyişirdilər. Pərdisi oyun praktikası qazanması üçün əvəzedicilərə göndərmişdik. Ancaq bu o demək deyil ki, onu əsas komandadan birdəfəlik uzaqlaşdırmışıq. Bir də görürsən, bəzi futbolçular narazılıq edir, oynamaq istəyini bildirir. Bu gün bəzilərində yaxşı şeylər gördük, bəzilərində, ümumiyyətlə, görmədik. İki-üç futbolçu oldu ki, burda qalmayacaqları ilə bağlı qərarımızı qətiləşdirdik".

Gözdən qaçmadı
* "Sabah" - "Neftçi" oyununu izləmək üçün Bakıda qalan yığmanın baş məşqçisi Nikola Yurçeviç Qəbələyə köməkçisi Arif Əsədovu göndərmişdi. Xorvat mütəxəssis özü aprelin 23-də "Qəbələ" - "Qarabağ" matçını izləyəcək.
* İkinci hissənin əvvəlində duman arenanı bürüsə də, bu, oyunu başa çatdırmağa mane olmadı. Halbuki bu komandaların elə cari mövsümdə Qəbələdə keçirilən ilk görüşü duman səbəbindən yarımçıq qalmış, ertəsi başa çatdırılmışdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar