21 apr 12:41liqa

Emin Mahmudov çempionluq mübarizəsindən danışdı

Emin Mahmudov çempionluq mübarizəsindən danışdı
"Artıq neçənci oyundu ki, bizim matçımıza gənc referi göndərilir"
"Neftçi" "Sabah"ı məğlub etməklə "Qarabağ"la aradakı xal fərqini qorudu. Oyundan sonra "ağ-qaralar"ın kapitanı Emin Mahmudov jurnalistlərin suallarını cavabladı.
- Öncə matçla bağlı ümumi fikirlərini öyrənmək istərdik.
- Çox çətin qələbə qazandıq. Birinci hissəni zəif keçirdik. Çünki rəqibə "ikinci mərtəbə”də - hava toplarında uduzduq. Fasilədən sonra oyunumuzda bir qədər dəyişiklik oldu. Daha aqressiv oynadıq və topla yaxşı çıxış etdik. Bunun da sayəsində qələbə qazandıq.
- "Sabah"a qarşı bu arenadakı ilk matçınız da gərgin keçmişdi. Bu rəqiblə oyunlarınız niyə belə çətin alınır?
- Bütün komandalarla belə olur. Çempionatda hamı bir-birinə çətinlik yaradır. "Sabah" da pis komanda deyil, yaxşı oyunçuları var. Onları burda məğlub etmək hər bir komanda üçün çətindi.
- Oyun ərzində baş hakimə çox etiraz edirdiz. Ümumiyyətlə, hakimliklə bağlı nə deyə bilərsən?
- Bizim oyunlara daha çox gənc hakimləri təyin edirlər. Bəzi hallarda da çox sarı vərəqə göstərirlər. Mən də hakimə deyirdim ki, çox "sarı"ya ehtiyac yoxdu. Artıq neçənci oyundu ki, bizim matçımıza gənc referi göndərilir. Bizdən çox onlara çətin olur. Çünki biz çempionluq uğrunda mübarizə aparırıq. Onlar üçün isə belə oyunu idarə etmək asan deyil.
- Çempionluğa iddialı komandanın oyunlarına təcrübəsiz hakimlər göndərməyi düzgün hesab etmirsən?
- Düzdü, onlara da "artırmaq" üçün belə oyunları idarə etmək lazımdı. Amma bu hal, demək olar, hər tur olur. Hakimlər bizim üstümüzdə öyrənəcəklər (gülür). Bizim oyunlarımız gərgin, əsəbi alınır. Bu da gənc hakimlərə çətinliklər törədir.
- Sənin oynamadığın matçlarda "Neftçi" çox əziyyət çəkir. Bu nə ilə bağlıdı?
- Komanda mənimlə də əziyyət çəkir, mənsiz də. Bizdə meydana çıxan hər futbolçu sona qədər vuruşur, uğurlu nəticə üçün çalışır.
- Ötən tura qədər meydana lider kimi çıxırdız. İndi isə ikinci pillənin sahibi qismində mübarizə aparırsız. Bu amil sizdə hansısa təzyiq, gərginlik yaradır?
- Məhz gərginliyə görə birinci hissəni yaxşı keçirmədik. Lider olanda daha yaxşı idi (gülür). Onsuz da əvvəlki turlarda da, bundan sonra da bütün oyunlarda qələbə qazanmaq lazımdı. Bizim üçün heç nə dəyişməyib. Öndə olanda səhv etmək limitimiz var idi. Lakin artıq belə haqqımız yoxdu. Hər oyunda qələbə qazanmasaq, çempionluğu unutmalıyıq. Son 3 turun hər birində 3 xal üçün vuruşacağıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar