21 apr 12:38liqa, reportaj

"Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu

"Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu
99. Sabah (Bakı) – Neftçi (Bakı) 0:2 (0:0)
30. Saşa Stamenkoviç - 3,5
25. Vanderson Silva - 4,0
5. Kərim Diniyev - 4,5
13. Filip İvanoviç - 4,5
21. Novruz Məmmədov - 4,0
33. Eltun Turabov - 4,0
91. Coşqun Diniyev - 4,5
(77. Şakir Seyidov, 78) - qiymətsiz
15. Erik Ramos - 5,0
(4. Tərzin Cahangirov, 68) - 4,5
10. Cavid İmamverdiyev (k) - 4,5
7. Rəşad Eyubov - 4,5
9. Marko Deviç - 4,5
(42. Rza Biqdelo, 83) - qiymətsiz
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
8. Elşən Abdullayev
27. Bəxtiyar Soltanov
88. Elçin Əsədov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Erik Ramos

1. Səlahət Ağayev - 5,5
18. Tural Axundov - 5,5
3. Mamadu Mboc - 5,5
25. Kiril Petrov - qiymətsiz
(5. Anton Krivotsyuk, 4) - 5,5
26. Ömər Buludov - 5,0
6. Qoran Paratski - 5,0
8. Emin Mahmudov (k) - 6,0
9. Baqali Dabo - 6,0
11. Vangelis Platellas - 5,0
(36. Mamadu Kane, 71) - 5,0
7. Namiq Ələsgərov - 6,5
(17. Rəhman Hacıyev, 88) - qiymətsiz
22. Mirabdulla Abbasov - 5,5
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
4. Petru Raku
15. Ruslan Abışov
21. Məhəmməd Mirzəbəyov
33. Turan Vəlizadə
70. Əli Şirinov
93. Soni Mustivar
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Namiq Ələsgərov
Qollar: N.Ələsgərov, 59 (0:1, B.Dabo). N.Ələsgərov, 62 (0:2).
Vərəqələr: M.Mboc, 20 (qeyri-idman hərəkəti). F.İvanoviç, 22 (qeyri-idman hərəkəti). T.Axundov, 27 (qeyri-idman hərəkəti). Q.Paratski, 35 (hakimin qərarına etiraz). N.Məmmədov, 37 (hakimi aldatmağa cəhd). E.Mahmudov, 48 (qeyri-idman hərəkəti). E.Ramos, 61 (qeyri-idman hərəkəti) - sarı. N.Məmmədov, 56 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: RÖVŞƏN RƏCƏBOV, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
19 aprel. Masazır. Əlincə Arena. 1600 tamaşaçı (13000 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Qarabağ” bir gün öncə qələbə qazandığından “Neftçi”ni “Sabah”la matçda yalnız qələbə qane edirdi. Mümkün xal itkisi qalan turlarda “ağ-qaralar”ın taleyinin öz əlində olmaması anlamına gələcəkdi. Odu ki, Bordinin komandası 3 xal üçün var gücünü ortaya qoyacaqdı. Ki, ən azı “köhlən atlar”la aradakı xal fərqinin artmasına imkan verməsin. “Sabah” isə cari mövsüm heç olmasa, bir görüşdə flaqmandan xal almaq niyyətində idi. Əvvəlki 3 duelin hamısında “Neftçi”yə uduzan “tələbələr” “ağ-qaralar”ın “abunəçi”si olmamaq üçün uğurlu nəticəyə köklənmişdi. Özü də matçın startına kimi Əhmədovun komandası ən yaxın izləyicisi "Zirə"nin uduzduğu bilirdi və bu məqam meydana daha həvəslə çıxmalarına səbəb idi.
Hər iki komandanın heyətində itkilər var idi. Xüsusən “Sabah”da bu baxımdan problem daha ciddi idi. Məqsəd İsayev, Vadim Abdullayev və Elgün Nəbiyev ötən tur sarı vərəqə limitini keçdiyinə görə flaqmana qarşı forma geyə bilməzdi. Bundan başqa, bir gün öncə debütant rəsmi saytı vasitəsilə Təmkin Xəlilzadənin dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün mövsümün sonuna qədər komandadan uzaqlaşdırıldığını açıqlamışdı. “Neftçi”də isə Canluka Sansone ötən oyunda cəzalı duruma düşdüyündən Masazırdakı matçı buraxırdı.
Oyun "Neftçi" üçün elə də yaxşı başlamadı. Artıq 4-cü dəqiqədə Bordin məcburi əvəzetməyə əl atmalı oldu. Petrov zədələndiyi üçün onun yerinə Krivotsyuk meydana çıxdı. Matçda ilk qol vəziyyətini də "ağ-qaralar" yaratdı. 8-ci dəqiqədə Namiqin qapı önünə ötürməsindən sonra Emin fərqlənməyə yaxın olsa da, zərbəsi təhlükəli, amma dəqiq deyildi. Çox keçmədən Mirabdullanın vuruşu yaddaqalan alındı. Ancaq bu dəfə dirək "Sabah"ı qoldan xilas etdi. Bir müddət qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. Meydanda başabaş mübarizə gedirdi. 23-cü dəqiqədə isə flaqman növbəti dəfə yerli azarkeşləri həyəcanlandırdı. Belə ki, Namiq Mirabdullanı qapıçı ilə üzbəüz çıxardı. Abbasov topu Stamenkoviçin başı üzərindən tora göndərmək istəsə də, "kürə" cüzi fərqlə qapının yanından keçdi. 37-ci dəqiqədə Novruz cərimə meydançasında yerdə qalsa da, hakim haqlı olaraq penalti təyin etmədi. Əksinə, Məmmədova simulyasiyaya görə "sarı" göstərdi. Hissənin sonlarında isə qonaqların qapısı qarşısında təhlükəli vəziyyət yaşandı. Ramosun qüvvətli zərbəsini Səlahət əla reaksiya ilə zərərsizləşdirdi.
İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçsə də, 56-cı dəqiqədə hər şey dəyişdi. Hakim kobud oyuna görə Novruza ikinci dəfə sarı vərəqə göstərdi və ardınca "qırmızı" ilə meydandan qovdu. "Sabah"ın azlıqda qalması "Neftçi"nin bir qədər də təzyiqi artırması ilə nəticələndi. 59-cu dəqiqədə "ağ-qaralar" çoxdan gözlədiyi qolu vurdu. Dabonun ötürməsindən sonra Namiq sürətlə irəliləyib dəqiq zərbəylə hesabı açdı. Həmin epizodda Saşanın da səhvi var idi. Cəmi 3 dəqiqə sonra qonaqlar ikinci topu "tələbələr"in qapısından keçirdi. Namiq cərimə zərbəsindən baxımlı qola imza atdı. Bu qolda da Stamenkoviçin səhvi var idi. Hər halda, ardıcıl qollar Bordinin komandasının daha rahat oynamasına səbəb oldu. "Sabah" azlıqda qalandan sonra, ümumiyyətlə, ciddi nə iləsə yadda qalmadı. Əksinə, əsas vaxtın sonlarında Anton da fərqlənməyə yaxın idi. Ancaq müdafiəçi hesabı darmadağın həddinə çatdıra bilmədi. Beləliklə, "Sabah" cari mövsümdə "Neftçi" ilə bütün duellərdə məğlub oldu.

Reaksiyalar
Roberto Bordin: "Oyunun nəticəsindən razı qaldım. Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq. İlk yarı xüsusilə çətin keçdi. Bəli, rəqibin də fərqlənmək imkanı var idi. Ancaq bizim şanslarımız daha real idi. Xüsusilə Mirabdullanın yüzfaizlik epizodunu qeyd edərdim. Fasilədən sonra futbolçularımız tempi artırdı. Rəqibin azlıqda qalması da işimizə yaradı. Sonda 2 top fərqini qoruya bildik. Oyunçularımı təbrik edirəm. Ancaq üzüldüyüm məqamlar da var. Zədələnən futbolçularımız da var, vərəqə limitini dolduranlar da. Azarkeşlərimizə də sonadək bizə dəstək olduqları üçün minnətdaram... İlk yarıda heç bir hücumunuz alınmırdı? Məncə, fərqli futbollara baxdıq. Eminin, Mirabdullanın yaratdıqları epizodları görmədiz? İlk yarıda biz də, “Sabah” da qol vəziyyəti yaxaladıq. Bir məqamı qeyd edim. Finişə 3 tur qalıb. “Neftçi” liderdən 2 xal arxadadı. Deməli, biz ancaq rəqib azlıqda qaldıqda qalib gəlməmişik... Biz yalnız hər oyunu düşünürük. Bu üzdən də qızıl medalların taleyinin son turda həll olunub-olunmayacağı ilə bağlı proqnoz vermək istəmirəm. Rəqibin kubokda mübarizə aparmasına gəlincə, “Qarabağ”ın mükəmməl heyəti var. Yetərincə də ehtiyat qüvvələri var. Mən ancaq öz komandamı düşünürəm... Mirabdulla? Təəssüf ki, bu gün fərqlənə bilmədi. Ancaq onda irəliləyiş müşahidə olunur. Əlbəttə, qol vursaydı, daha yaxşı olardı".
Elşad Əhmədov: "İlk yarıda uşaqlar yaxşı oynadı. Qarşılaşmaya ciddi hazırlaşmışdıq. Bu rəqiblə ilk 3 oyunda xal ala bilməsək də, bu gün “Neftçi”ylə ilk 45 dəqiqədə zəif təsir bağışlamadıq. Qırmızı vərəqə barədə fikir söyləyə bilmərəm, çünki uzaq idi, dəqiq görməmişəm. Ancaq “Neftçi”ylə azlıqda oynamaq çox çətindi... Təmkin Xəlilzadənin cəzalanması? Bu, klubdaxili məsələdi. Əvvəlcə pul cəriməsi tətbiq olunur, daha sonra daha ağır cəza. Bilirsiz, cəza zamanında verilir. Gözləyib, cəzanı bir müddət sonra vermirlər... Çempionatın əvvəlində qarşımıza premyer-liqada qalmaq vəzifəsi qoyulmuşdu. Konkret neçənci yer uğrunda mübarizə aparmaq haqda söhbət olmamışdı. Əlbəttə, daha üst sıralara qalxmaq istəyərdik... Saşa Stamenkoviç ilk qola bəlkə də mane ola bilərdi. Lakin hər şey sürətli oldu. Ona görə də bir qədər sağa meyilləndi və yaxın küncü qoruya bilmədi".

Gözdən qaçmadı
* Oyunu yığmanın baş məşqçisi Nikola Yurçeviç də canlı izləyirdi.
* Novruz qırmızı vərəqə ilə cəzalanandan sonra gərginlik yaşandı. Belə ki, nədənsə əvvəlcə Marko Deviç, daha sonra Erik Ramos Roberto Bordinlə mübahisə etdi. Xüsusən Erikin təpkisi daha kəskin idi. Görünür, "Sabah"ın futbolçuları ilə "Neftçi"nin ehtiyat oyunçular skamyasında əyləşənlər arasında yaşanan gərginliyin səbəbkarı Bordin idi. Hər halda, baş hakim məhz ona xəbərdarlıq etdi, etirazları davam edərsə, tribunaya göndərəcəyini bildirdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar