21 apr 12:28liqa

Heç nəyi dəyişməyən tur

Heç nəyi dəyişməyən tur
Topaz premyer-liqasının 25-ci turunda sensasiya qeydə alınmadı. İlk “4-lük”də qərarlaşanlarla ikinci “4-lüy”ün təmsilçiləri üz-üzə gəlirdi deyə, gözlənilməz nəticələrə şahidlik edəcəyimiz o qədər də inandırıcı deyildi. Yekunda belə də oldu. Çempionatın avrokubok iddiaçıları rəqibləri üzərində qələbə qazanmaqda çətinlik çəkmədi. Belədə komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qaldı.
Ötən tur “Qarabağ”ın şəriksiz liderə çevrilməsindən sonra diqqətlər çempionluq uğrunda mübarizə aparanların üzərindəydi. Lakin nə “Qarabağ”, nə də “Neftçi” xal itirdi. Düzdü, ağdamlıların səviyyəcə xeyli üstələdiyi “Keşlə”ylə qarşılaşmada büdrəyəcəyi onsuz da heç kimin ağlına gəlmirdi. Yekunda “köhlən atlar” vurduğu 3 cavabsız qolla 3 xalı rəsmiləşdirdi. Bundan sonra gözlər “Əlincə Arena”ya dikilmişdi. “Ağ-qaralar”ın buna qədər artıq 3 dəfə yendiyi “Sabah”la matçda xallar itirməsi böyük ölçüdə “Qarabağ”ın çempionluğundan xəbər verəcəkdi. İlk 45 dəqiqə buna doğru aparsa da, meydan sahiblərinin azlıqda qalması və Saşa Stamenkoviçin həlledici anda kobud səhvlə diqqəti çəkməsi “Neftçi”nin 4-cü dəfə “Sabah” üzərində qələbəsini şərtləndirdi.
“Bürünc” uğrunda tər tökən “Səbail” və “Qəbələ” də rəqiblərinə şans yeri qoymadan meydanı başıuca tərk edən tərəf oldu. Və növbəti dəfə sübut olundu ki, 3-cü yerin sahibinin adı son anda məlum olacaq. Baxmayaraq ki, 26-cı turda məhz “Səbail”lə “Qəbələ” qarşılaşacaq. Qısası, premyer-liqada baş məşqçi kimi cari mövsümdə debüt edən Aftandil Hacıyevlə Sənan Qurbanovun mübarizəsini izləmək maraqlı olacaq.
Turun maraqlı cəhətlərindən biri də növbəti dəfə məhsuldarlığın qeydə alınmasıydı. Mövsümün sonu olmasına baxmayaraq, komandalar açıq futbol sərgiləməyə üstünlük verir ki, belədə azarkeşlər bolqollu oyunlar izləmək imkanı qazanır. 23-cü turda qapılara 16 qol vurulmuşdusa, 24-cü turda 12 qol qeydə alınmışdı. Bu dəfə 4 qarşılaşmadan 3-ü “üst” gəldi ki, qolların ümumi sayı 11 oldu.
Bombardirlərin yarışında da ciddi dəyişiklik nəzərə çarpmadı. Dabo, Mədətov, Ozobiç, Deviç və Mahmudov kimi sərrastların susduğu turda yalnız Adeniyi adını tabloya yazdırmağı bacardı ki, qollarının sayını Mahirlə bərabərləşdirib bombardirə bir addım da yaxınlaşdı.
Topaz premyer-liqası
4-cü dövrə, 25-ci tur
18 aprel
Sumqayıt - Səbail 1:2
Qarabağ - Sabah 3:0
19 aprel
Qəbələ - Zirə 2:1
Sabah - Neftçi 0:2
1. Qarabağ 25 17 6 2 55-19 57
2. Neftçi 25 16 7 2 45-19 55
3. Səbail 25 11 5 9 31-28 38
4. Qəbələ 25 9 9 7 29-27 36
5. Sabah 25 7 5 13 19-36 26
6. Zirə 25 6 7 12 24-36 25
7. Sumqayıt 25 5 5 15 19-40 20
8. Keşlə 25 5 4 16 23-40 19
Bombardirlər: Baqali Dabo (Neftçi) – 11, Mahir Mədətov (Qarabağ), Ceyms Adeniyi (Qəbələ) – 10, Filip Ozobiç (Qəbələ) – 8, Emin Mahmudov (Neftçi), Mirabdulla Abbasov (Neftçi), Marko Deviç (Sabah) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda “Zirə”yə, 8-ci turda isə “Qarabağ”a texniki məğlubiyyət (0:3) verilib.
Növbəti turun oyunları: 27 aprel – Neftçi – Sumqayıt, Səbail – Qəbələ, Zirə - Qarabağ, Sabah – Keşlə.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar